168
Buna görə kumulyativ səsvermə sisteminin qanunvericilik səviyyəsində
təcrübəyə daxil edilməsi zəruridir.
SC-nin direktorlar şurasının seçilməsində kumulyativ səsvermə sistemi məhz
minoritar səhmdarlar üçün DŞ-ya öz (nümayəndələrini) namizədini seçmək
imkanının verilməsi məqsədini daşıyır. Kumulyativ səsvermədə iştirak edən hər
bir səhmdarın səhmlərinin sayı direktorlar şurasının üzvlərinin sayına
258
vurulur.
Əldə olunan nəticə kumulyativ səsvermədə həmin səhmdarın səslərinin ümumi
sayını təşkil edir. Səhmdar öz iradəsinə uyğun səslərini namizədlər arasında
istədiyi şəkildə bölüşdürə və ya bütün səslərini bir namizədə verə bilər. Səslərin
daha çox hissəsini toplayan namizəd direktorlar şurasına seçilir.
259
Daha aydın
təsəvvür üçün aşağıda kumulyativ və sadə səsvermələrin müqayisəsi göstərilib.
Sadə səsvermədə səhmdar hər bir namizəd üçün eyni səhm paketi ilə səs verir.
Məsələn "A" səhmdara 240 səhm və "B" səhmdara 600
səhm məxsusdursa, o
zaman 5 nəfərlik direktorlar şurasının seçimində “A” səhmdar 240 səhmi ilə öz
namizədə və “B” səhmdar 600 səhmi ilə öz namizədlərinə səs verəcək. Nəticədə
bütün beş yerə “B” səhmdarın namizədləri seçilmiş olacaq, çünki onun səhm
paketi daha
böyükdür və bununla o, daha çox səsə malikdir.
Kumulyativ səsvermədə isə “A” səhmdara məxsus olan səhmlər direktorlar
şurasının üzvlərinin sayına
260
vurulur (bizim misalda 5 nəfər). Əldə olunan 1200
258
DŞ-nın üzvlərinin sayı SC-nin nizamnaməsi ilə müəyyən edilir. MM-nin 107-7.2-ci maddəsi
259
Bax: QKDK tərəfindən hazırlanmış "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklər edilməsi barədə"
Qanunun layihəsi
260
Burada məhz nizamnamə ilə müəyyən edilən d.ş.-nın say tərkibindən söhbət gedir. Bəzi hüquqşünaslar səslərin idarə
etmə orqanına seçiləcək namizədlərin sayına vurulduğunu düşünürlər, lakin bu, yanlış mövqedir. Kumulyativ
səsvermədə səslər yer sayı (orqanın ibarət olduğu üzvlərin sayı) əsasında hesablanmalıdır.
169
(240*5) səs istənilən nisbətdə 5 üzv arasında bölünə bilər.
261
Beləliklə, “A”
səhmdar 1200 səsi bir namizədə verərək həmin şəxsin direktorlar şurasına
seçilməsini təmin edə bilər. “B” səhmdara isə DŞ-ya yalnız öz namizədlərinin
seçmək üçün 6000 səs (600*5)
kifayət etməyəcək, çünki ona hər namizəd üçün
1200 səsdən çox səs gərək olacaq.
Hər iki səsvermə metodunun nəticələri aşağıdakı cədvəldə göstərilir.
D.ş.-nın tərkibi - 5 nəfər (üzv);
Namizədlərin sayı - 6 nəfər;
A səhmdar - 1 namizəd təqdim edir;
B səhmdar - 5 namizəd təqdim edir.
Sadə səsvermə cədvəli
Dostları ilə paylaş: