Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə40/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   36   37   38   39   40   41   42   43   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Fəsil IV. Korporativ maliyyə 
 
Şirkətin kapitalı 
Korporativ maliyyə termini, əsasən, maliyyə sahəsində çalışan mütəxəssislərə 
yaxındır. Bu fənn maliyyə və iqtisadiyyat sahəsi üzrə təhsil alan şəxslərə tədris 
olunur. Müasir dövrdə hüquqşünasların (xüsusi ilə korporativ hüquqşünasların) 
da şirkətin maliyyə sistemi haqqında biliklərə sahib olması zəruridir. Təəssüf ki, 
hüquq fakültələrdə korporativ maliyyə fənni üzrə tədrisə lazımi diqqət 
yetirilmir.
Bu hissədə şirkətin maliyyə sisteminin yalnız bir qismi haqqında məlumat 
verəcəyik. Şirkətin fəaliyyəti üçün vəsaitlər müxtəlif mənbələrdən daxil olur. 
Həmin vəsaitlər səhmdarların mövqeyindən "şəxsi" və "kənar" bölünür, 
menecerlərin isə mövqeyindən "daxili" və "xarici" kimi bölmək olar. 
Şirkətin fəaliyyəti daim maliyyə axınının girişini və çıxışını doğurur. Maliyyə 
axınının (cash-flow) tənzimlənməsi şirkətin fəaliyyəti üçün vacib işlərdən biridir. 
Şirkətin maliyyə sağlamlığı məhz düzgün sistemləşdirilmiş maliyyə axınından 


101 
asılıdır. Bir çox hüquqşünaslar şirkətin maliyyəsinin yalnız mühasiblərə, maliyyə 
mütəxəssislərinə aid olduğunu hesab edirlər və baza səviyyəsində belə maliyyə 
məsələlərini öyrənməyə cəhd etmirlər. Əlbəttə, hüquqşünasın şirkətin maliyyə 
mütəxəssisinin işini görməli olduğu demirik, lakin müasir biznes mühitində 
müəyyən maliyyə biliklərinə sahib olması hüquqşünas üçün vacib olduğunu 
hesab edirik.
Nizamnamə kapitalı 
Şirkətin nizamnamə kapitalı səhmdarlar (iştirakçılar) tərəfindən əldə edilən 
səhmlərin (payların) nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı 
bütün iştirakçılar tərəfindən şirkətdən iştirak hüququ əvəzinə ödəniş kimi 
qoyulan əmlakın ümumi dəyərini təşkil edir. Başqa sözlə, şirkətin 
nizamnaməsində göstərilən nizamnamə kapitalının məbləği – nominal rəqəmdir 
və iştirakçıların mayaların qoyuluş anındakı ümumi dəyərini əks etdirir.
Nizamnamə kapitalı şirkətin mülkiyyətində olan əmlakın real dəyərini əks 
etdirmir, real dəyər nizamnamə kapitalından az və ya çox ola bilər. 
Qanunvericilik nizamnamə kapitalını şirkətin kreditorlarının maraqlarını təmin 
edən əmlakın minimum miqdarı kimi müəyyən edir.
173
Ancaq bu, şirkətin 
məsuliyyətinin yalnız nizamnamə kapitalının miqdarı ilə məhdudlaşdırılması 
demək deyil. Şirkətin kreditorlarının tələbləri nizamnamə kapitalının 
miqdarından asılı olmayaraq, şirkətə məxsus olan bütün əmlakla təmin edilir.
174
Hüquq ədəbiyyatında şirkətin nizamnamə kapitalının yerinə yetirməli olduğu üç 
funksiyanı ayırırlar: 
173
MM-nin 90.1, 103.2-ci maddələri 
174
Bax. Nizamnamə kapitalı: miflər və reallıqlar. Dividend gəliri vergisinin ödənilməməsinin qanuni yolu. Ə. Həsənov, 
Bakı Hüquq Jurnalı, Noyabr 2012, N 2


102 
i.
Maddi-təminat funksiyası – səhmin (payın) əvəzinin ödənilməsi üçün 
qoyulmuş əmlak şirkətin fəaliyyəti üçün maddi bazanı təşkil edir. Nizamnamə 
kapitalı şirkətin fəaliyyəti üçün əmlak təməlidir və ilkin (başlanğıc) kapitalıdır. 
Ona görə də nizamnamə kapitalının konkret miqdarı yaradılan şirkətin 
fəaliyyət sahəsindən asılı olaraq müəyyən edilir. 
ii.
Təminat funksiyası – şirkət kreditorlar qarşısında ona məxsus əmlak həddində 
məsuliyyət daşıyır. Nizamnamə kapitalının vəzifəsi şirkətin üçüncü şəxslər 
qarşısında öhdəliklərini təmin etməkdir. Çünki tam ortaqlıqlardan fərqli 
olaraq, şirkətin (korporasiyanın) iştirakçıları ümumi qaydaya görə şirkətin 
öhdəlikləri üçün öz əmlakları ilə məsuliyyət daşımırlar, bu səbəbdən də şirkət 
müəyyən əmlaka sahib olmalıdır ki, zərurət yarandıqda kreditorlar tələblərini 
həmin əmlaka yönəltsinlər. Təminedici funksiyanın yerinə yetirilməsi üçün 
qanunvericilikdə müəyyən təşkilati-hüquqi formada yaradılan şirkətlərin 
nizamnamə kapitalının minimum miqdarı müəyyən edilmişdir. Həmçinin 
qanunvericilikdə şirkətin nizamnamə kapitalının formalaşmasının təmin 
edilməsi məqsədilə şirkətin təsisçilərini onun nizamnamə kapitalına maya 
qoymaq öhdəliyindən azad etməyə qadağa nəzərdə tutulubdur.
Lakin hesab edirik ki, reallıqda nizamnamə kapitalının hazırkı minimal 
ölçüsü kreditorların maraqlarını təmin edə bilməz. Nizamnamə kapitalının 
qanunvericilikdə əks olunmuş miqdarı (MMC üçün bu minimum, 
ümumiyyətlə, müəyyən olunmayıb) hazırkı mülki dövriyyədə çox cüzidir, 
heç bir şəkildə kreditorların maraqlarını təmin etmək iqtidarında deyil.
Nizamnamə kapitalının minimum miqdarının aşağı olması, nizamnamə 
kapitalının fiksiya xarakterinə malik olmasını göstərir. Ümumiyyətlə, hesab 
edirik ki, nizamnamə kapitalı ideyası yarandığı andan işlək olmayıb və mülki 
hüququn fiksiyası olaraq qalır.
175
175
Ершов Ю. Зачем нужен уставный капитал // ЭЖ-Юрист. 2005. N 31. 


103 
Nəzərə almaq lazımdır ki, təminat funksiyası nəzərdə tutmur ki, nizamnamə 
kapitalı toxunulmaz olmalıdır və şirkətin cari ehtiyacları üçün istifadə 
edilməməlidir. Nizamnamə kapitalı sahibkarlıq fəaliyyəti üçün istifadə 
olunur və əmlakın alınması, xərclərin ödənilməsi, işçilərin maaşlarının 
verilməsi və s. üçün sərf oluna bilər. Qanunvericilik nizamnamə kapitalının 
istifadə edilməsini məhdudlaşdırmır və hesab edirik ki, bu cür 
məhdudiyyətlərin əlavə edilməsi düzgün yanaşma olmaz.
Şirkətin nizamnamə kapitalının təminat funksiyasını yerinə yetirməsinə 
baxmayaraq, şirkətin öhdəlikləri nizamnamə kapitalının miqdarı ilə 
məhdudlaşdırılmır. Hüquqi şəxslər nizamnamə kapitalının miqdarından asılı 
olmayaraq, onlara məxsus olan əmlakla öz öhdəliklərinə görə məsuliyyət 
daşıyırlar.
176
Şirkətin nizamnamə kapitalı özü-özlüyündə pul vəsaitlərinin və 
əmlakın cəmi kimi şirkətin öhdəliklərinin təminatı hesab olunmur, 
nizamnamə kapitalının yalnız şirkətin real əmlakına müəyyən hüquqi nəzarət 
mexanizmini yaradır.
iii.
Bölüşdürücü funksiya – nizamnamə kapitalı vasitəsilə hər bir səhmdarın 
(iştirakçının) şirkətdə və onun gəlirlərində iştirak payı müəyyən edilir. 
Səhmdarın (iştirakçının) nizamnamə kapitalında iştirak payını (faizini) 
bilərək onun səhmdarların (iştirakçıların) ümumi yığıncağında nüfuzunu və 
şirkətin mənfəətindən ona çatan gəlirin həcmini müəyyən etmək olar, çünki 
səslərin sayı və gəlirin həcmi nizamnamə kapitalında iştirak faizinə müvafiq 
olur. Ümumi qaydaya görə şirkətin hər bir səhmdarı (iştirakçısı) ümumi 
yığıncaqda onun nizamnamə kapitalında olan paya proporsional olaraq səs 
hüququna malikdir və bu yanaşma şirkətin gəlirinin bölüşdürülməsi zamanı 
da tətbiq olunur.
176
MM-nin 52.2-ci maddəsi 


104 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin