AZƏRBAYCAN DÖVLƏT MƏDƏNĠYYƏT VƏ ĠNCƏSƏNƏT UNĠVERSĠTETĠ
AZƏRBAYCAN MĠLLĠ KĠTABXANASI
Ümummilli lider Heydər Əliyevin anadan olmasının
93-cü ildönümünə həsr olunmuş
KİTABXANA-İNFORMASİYA
ELMİ: TƏDRİS VƏ TƏCRÜBƏDƏ
YENİ ÇAĞIRIŞLAR
Beynəlxalq elmi konfransının materialları
5 may 2016-cı il
Bakı, Azərbaycan
UOT 021-028
K 76
REDAKSĠYA HEYƏTĠ:
Fərəh Əliyeva
Sənətşünaslıq üzrə elmlər doktoru, professor
ADMİU-nun rektoru, (sədr)
Kərim Tahirov
tarix üzrə fəlsəfə doktoru, professor AMK-nın
direktoru, (sədr müavini)
Məryəm Əlizadə
sənətşünaslıq üzrə elmlər doktoru, professor,
ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə
prorektoru, (sədr müavini)
GülĢən Əliyeva
filologiya üzrə elmlər doktoru, professor,
ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə
işləri üzrə prorektoru
Vasif Adilov
filologiya üzrə fəlsəfə doktoru, dosent
ADMİU-nun “Kulturologiya” fakültəsinin dekanı
AqĢin Babayev
filologiya üzrə elmlər doktoru, professoru,
ADMİU-nun “Ədəbi iş və ekran yaradıcılığı”
kafedrasının müdiri
―Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar‖ Beynəlxalq elmi konfransının
materialları /ADMİU, Azərbaycan Milli Kitabxanası; Tərt. N. Abdullayeva -B.: ADMİU mətbəəsi,
2016.- 309 səh.
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitab-
xanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdi-
rən amillərdən biridir.”
Heydər Əliyev
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 4 -
M Ü N D Ə R Ġ C A T
KĠTABXANAġÜNASLIĞIN AKTUAL PROBLEMLƏRĠ
Kərim Tahirov
Gələcəyə çağırış və kitabxana fəaliyyətinin əsas istiqamətləri:
prioritetlər və perspektivlər
Aybəniz Əliyeva-Kəngərli.
Elektron kitabxanalarin inkişafi : problemlər və perspektivlər
Ġradə Tuliyeva
Kitabxana-informasiya axtarışının intellektuallaşdırılması yolları
Ədibə Ġsmayılova
XXI əsrin informasiya məkanında oxuculara xidmətin əsas istiqamətləri,
innovativ yeniliklərin tətbiqi təcrübəsi
Cavid Cəfərov
Radiotezliklə identifikasiya, 4G və Web 3.0 texnologiyaları Azərbaycan
kitabxanalarının informasiya marşrutunda
GülĢən Əliyeva
Təbii və süni intellekt müasir kitabxana-informasiya prosesləri kontekstində
Nigar Babaxanova
Beynəlxalq elektron kitabxana-informasiya resursları və
onlardan istifadə problemləri
Əminə Cəfərova
Azərbaycan ədəbi nümunələrinin beynəlxalq səviyyədə tədqiqində milli
kitabxananin fəaliyyəti
Adilə Abdullayeva
Kitabxanaçı kadrların peşəkarlığının artırılması yolları:
müasir vəziyyəti və perspektivlər
Nərminə Abdullayeva
İnformasiyalaşdırılmış cəmiyyətdə kitabxanaçılıq fəaliyyətində və
təhsilində innovativ dəyişikliklər
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 5 –
Eldəniz Məmmədov
İnformasiya cəmiyyəti və mütaliə
Kəmalə Məmmədova
Kitabxana-informasiya marketinqi və onun Azərbaycan kitabxanalarında
tətbiqi xüsusiyyətləri
В.П. Варакин, Н.Е. Калѐнов
Программный комплекс monitoring для статистического обеспечения
задач управления ЦБС БЕН РАН
Светлана Александровна Власова
Автоматизированные системы заказа издании в библиотеке по
естественным наукам БЕН РАН
Aygün Hüseynova
Avtomatlaşdırılmış kitabxana informasiya sistemlərinin kitabxanalara tətbiqi
Samirə Cəlilova
Kitabxanaçıların peşə fəaliyyətinin artırılmasında ―Mədəniyyət haqqında‖
Azərbaycan Respublikası Qanununun rolu
Tamilla Əsgərova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil prosesinin
kitabxana-iformasiya təminatinin müasir vəziyyəti və perspektivləri
Ġlker Çakmakkaya
Bilgi bilimleri ve kütüphanecilik çalışmalarında kuramsal ve kavramsal
yaklaşımlar üzerine
Mehmet Kemal Sevgisunar
Türkiye‘de bilgi ve belge yönetimi
Елена Викторовна Кочукова
Современные технологии в практике комплектования Библиотеки по
Естественным Наукам РАН
Güler Demir, AyĢenur GüneĢ
Eğitim sürecinde öğrenme stillerinin yeri ve önemi: Kütüphanecilik Alanı
AyĢenur GüneĢ, Güler Demir
Bilgi ve belge yönetimi bölümlerinde aktif eğitim: Model önerisi
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 6 -
Natiq Mürsəlov
Müasir mərhələdə Azərbaycanda Dövlət Kitabxana siyasətinin
istiqamətləndiyi sosial sahələr: nəzəri əsaslar və elmi-metodoloji təhlil
Yeganə Əhmədova
Sumqayıt şəhərində əhaliyə kitabxana-informasiya xidmətinin müasir
vəziyyəti və inkişaf istiqamətləri
Əfsanə Səfərova
Mütaliə problemləri və elektron kitabxana
Elnur Nəzərəliyev
Kitabxana və fasiləsiz təhsil (təhsilin təşkilində peşəkarlıq problemi)
Vəfa Məmmədova
Akademik kitabxanalarda müasir informasiya fəaliyyətinin təşkili:
ADA Universiteti kitabxanasının iş təcrübəsi əsasında
Könül Abdullayeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin kitabxanasında
oxucularakitabxana informasiya xidməti
Səyyarə Məmmədova
Məktəb kitabxanaçılarının fasiləsiz təhsili və kitabxana innovasiyaları
sahəsində biliklərinin təkmilləşdirilməsi
Günel Bağırova-Hüseynova
Heydər Əliyev irsinin təbliği sahəsində Azərbaycan Milli Kitabxanasının elektron
resurslarının rolu
Günel Əhədova
Azərbaycanda kitabxana işinin inkişafında Heydər Əliyev irsinin rolu
KĠTABġÜNASLIQ, BĠBLĠOQRAFĠYAġÜNASLIQ VƏ
MULTĠDĠSSĠPLĠNAR TƏDQĠQATLAR
Gülbəniz Babaxanlı
AMEA Hüseyn Cavidin ev muzeyində kitabşünaslıq üzrə aparılan elmi tədqiqatlar
Ġmaməddin Zəkiyev
Azərbaycan kitabının inkişaf yolu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 7 –
Tahirə Həsənzadə
Əlyazmalar institutunun elmi fondunda qorunan Hüseyn Azad Təbrizinin tərcümə
əsərləri
Əli Əliyev
Azərbaycanda ilk kitab kataloqu
Rübabə ġirinova
XV əsr türk abidəsinin dünya kitabхanalarındakı nüsxələri
Adil Abdullayev
Mətbuat tarixində xeyriyyəçilik hərəkatı
Aytən Hüseynova
Mir Cəlalın əsərlərinin akademik və kütləvi nəşri
Anar Səfərli
Miniatür bədii kitabı əyaniləşdirən vasitə kimi
Rəna Məmmədova
―Tarixi-cahangüşai-nadiri‖nin dünya kitabxanalarındakı nüsxələri
Xəyalə Hacıyeva
“Müstəqilliyimiz əbədidir‖ çoxcildliyinin tərtibi xüsusiyyətləri və ümummilli lider
Heydər Əliyevin Azərbaycan kitabxanaçılıq elminin inkişafında rolu
Mehriban Cəfərova
İnformasiya cəmiyyətində biblioqrafiya işinin təşkili və veblioqrafiyalar
Aygün Hacıyeva
Oxucuların informasiya təminatında Azərbaycan Milli Kitabxanasının
cari biblioqrafik nəşrlərinin rolu
Təranə Rьstəmova
Azərbaycan biblioqrafiyaюьnasliрinda yeni tendensiyalar
Arzu Çələbi
―Qarabağ‖ göstəricisi diyarşünaslıq üzrə biblioqrafik resursun tərkib hissəsi kimi
Validə Həsənova
Naxçıvan folkloru: biblioqrafik təhlil
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 8 -
Yasəmən Sadıqova
Azərbaycan Milli Kitabxanasında arxeologiya və etnoqrafiya üzrə sənəd
kütləsinin yerləşməsinin bəzi məsələləri
Ġradə Əliyeva
Azərbaycanda ekologiya üzrə biblioqrafik resurslarin müasir aspektləri
Aysel Cabbarova
Azərbaycanda Biblioqrafik fəaliyyətin meydana gəlməsi və inkişafı
Günel Hacıyeva
Memarlıq və İnşaat sahəsinin kitabxana-informasiya təminatının
təkmilləşdirilməsi yolları
Vüsal Məmmədov
Azərbaycana aid internet resurslarda muğamla bağlı başlıca informasiya mənbələri
Aygün Səfərova
Azərbaycanda kitabxanaların vahid biblioqrafik təsvir standartının tətbiqi
problemləri və perspektivləri
Sevda Kərimova
Biznes mühiti və elektron informasiya resursları
Günay Məmmədova
―Vikipediya‖- müasir, elektron ensiklopedik biblioqrafiya və istifadəsinə dair təkliflər
Sevil Əliyeva
Dünya və Azərbaycan ədəbiyyatında multikultural dəyərlər
Hacı Qasımlı
Azərbaycanda elmi kitabxanaların xarici ədəbiyyat üzrə nadir nəşrlər fondu
diyarşünaslığa dair mühüm mənbə kimi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 9 –
KĠTABXANAġÜNASLIĞIN AKTUAL PROBLEMLƏRĠ
Kərim Tahirov
Azərbaycan Milli Kitabxanasının direktoru,
Əməkdar mədəniyyət işçisi, professor
ktahirov@anl.az
GƏLƏCƏYƏ ÇAĞIRIġ VƏ KĠTABXANA FƏALĠYYƏTĠNĠN ƏSAS
ĠSTĠQAMƏTLƏRĠ: PRĠORĠTETLƏR VƏ PERSPEKTĠVLƏR
Açar sözlər: İnformasiya kommunikasiya texnologiyaları, “Azərbaycan Respublikasın-
da kitabxana-informasiya sahəsinin inkişafına dair Dövlət Proqramı”, elektron kataloq, elek-
tron kitabxana, virtual kitabxana xidməti, kitabxana proseslərinin avtomatlaşdırılması, Avto-
matlaşdırılmış Kitabxana İnformasiya Sisteminin (ALİSA), Azərbaycan mətbuatının və nəşr
məhsullarının arxiv fondu, “Kitabxana işi haqqında” və “Nəşriyyat işi haqqında” Azərbay-
can Respublikası Qanunları, Tədris Mərkəzi, beynəlxalq əlaqələr, Azərbaycan güşələri, virtu-
al oxu zalları, gələcəyə çağırış, kitabxanaçılıq elmi, tədrisi və təcrübəsi, tədrislə təcrübənin
əlaqəsi və s.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, müs-
təqil və suveren Azərbaycan Respublikası Prezident İlham Əliyevin fəaliyyəti dövründə sosi-
al-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində misli görünməmiş uğurlar qazanmışdır.
Azərbaycan bu gün özünün sürətli inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin rəh-
bərliyi ilə və bilavasitə iştirakı ilə həyata keçirilən çoxsahəli islahatlar kursu, ölkə iqtisadiy-
yatının kompleks şəkildə inkişafını nəzərdə tutan dövlət proqramlarının icrası ölkəmizin müa-
sir dövrün tələblərinə uyğun bir şəkildə yeni sosial-iqtisadi inkişaf yoluna qədəm qoyduğunu
göstərir.
Ölkə başçısı İlham Əliyev cəmiyyətin informasiyalaşdırılmasının, gələcək inkişafının
perspektivlərinin İKT ilə bilavasitə bağlı olduğunu vurğulamışdır. Bu gün İKT-dən istifadə
edilməsi fərdi biliklərin ictimailəşməsi - kollektiv təfəkkürün formalaşması üçün misilsiz im-
kanlar yaradır, biliklərə və informasiyaya əsaslanan yeni tipli cəmiyyəti formalaşdırır.
Son illər Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində görülən işlər
sırasında kitabxana işinin təşkili, idarə edilməsi, xüsusən oxuculara informasiya xidmətində
formalaşmış iş üsullarına, kitabxana fondlarının komplektləşdirilməsinə, müasir texnologiya-
ların tətbiq edilməsinə başlanması, dövlətimizin kitabxana işi sahəsindəki siyasətinin prioritet
istiqamətinə çevrilmişdir.
İnformasiyalı cəmiyyət şəraitində ölkəmizdə kitabxana işinin inkişafının əsas prioritet
istiqamətlərinin müəyyənləşdirilməsində Azərbaycan Respublikası Prezidentinin 21 sentyabr
2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş ―Azərbaycan Respublikasında kitabxana-infor-
masiya sahəsinin inkişafına dair Dövlət Proqramı‖ mühüm rol oynamışdır. Bu Proqramın ic-
rası kitabxanaların maddi-texniki bazasının xeyli möhkəmlənməsinə, onların işinin müasir
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 10 -
dövrün tələblərinə uyğun qurulmasına, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz
olunmasına, elektron kataloq və elektron kitabxanaların yaradılmasına, oxuculara kitabxana
xidmətinin tamamilə yenidən qurulmasına və ayrı-ayrı kitabxana proseslərinin avtomatlaşdı-
rılmasına şərait yaratmışdır.
Bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycan kitabxanaçılığının önündə gedən iri kitab-
xanalarda – Azərbaycan Milli Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında,
BDU-nun və ADA Universitetinin Elmi kitabxanalarında, Xəzər Universitetinin, Dillər Uni-
versitetinin, Biznes Universitetinin, Tibb Universitetinin və İqtisad Universitetinin kitabxana-
larında, bir sıra şəhər və rayon mərkəzi kitabxanalarında İKT texnologiyalarının tətbiqi ilə
oxuculara xidmət işi yüksək səviyyədə qurulmuşdur. İndi qarşıda duran əsas vəzifə əldə olu-
nanlarla kifayətlənməmək və gələcək perspektivlərin müəyyənləşdirilməsindən ibarət olmalı-
dır.
―Kitabxanaçılıq-informasiya elmi: tədris və təcrübədə yeni çağrışlar‖ dedikdə nə başa
düşülməlidir? Bütövlükdə kitabxanaçılıq elmi təcrübi elmdir və həmişə təcrübə nəzəriyyəni
qabaqlayır və müəyyən mənada onu öz ardınca aparır və buna görə də kitabxanaların təcrübə-
sindən doğan problemlər daima gələcəyə çağırışlarla səciyyələnir. Nədir bu çağırışlar? Bunlar
ilk növbədə kitabxanaların təcrübi fəaliyyətini tənzimləyən normativ hüquqi aktların müasir
kitabxana təcrübəsinin normal işləyib fəaliyyət göstərməsini stimullaşdırması faktorudur.
Belə ki, kitabxana təcrübəsində yeni iş üsullarının və yeni texnologiyaların tətbiqi normativ-
hüququ bazanın mütəhərrikliyini və yaxud onun ən qısa zamanda yenilənməsini tələb edir. Bi-
zim ―Kitabxana işi haqqında‖ Azərbaycan Respublikası Qanunu 90-cı illərin əvvəllərində iş-
lənib hazırlanmışdır və təbii ki, orada bu gün kitabxanalarımızın ən vacib atributuna çevrilmiş
İNTERNET, İNTRANET, elektron kataloq, elektron kitabxana, virtual kitabxana xidməti,
elektron-məlumat bazaları, Avtomatlaşdırılmış kitabxana sistemi, elektron resurs və s. termin-
lər ola bilməzdi. Amma bu gün kitabxanaları bu terminlərsiz və bu proseslərsiz qətiyyən tə-
səvvür etmək mümkün deyildir. Digər tərəfdən kitabxanalar hüquqi dövlətdə müvafiq norma-
tiv-hüquqi baza olmadan problemlərsiz fəaliyyət göstərə bilmirlər. Oxuculara virtual xidmət,
çap əsərlərinin tammətnli resurslarının yaradılması, bu resurslardan qlobal internet vasitəsilə
istifadənin təşkili məsələləri normativ hüquqi əsaslandırmalar tələb edir. 90-cı illərdə qəbul
olunmuş ―Kitabxana işi haqqında‖ Qanuna müvafiq olaraq həmin vaxtda təkcə Milli Kitabxa-
naya dair 5 normativ sənəd qəbul olunmuşdur ki, bu gün həmin kitabxana onlara əsaslanaraq
müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərə bilməz.
Son illərdə Milli Kitabxananın fəaliyyətinin əsas prioritetlərindən biri də informasiya
texnologiyalarının tətbiqi ilə oxuculara kitabxana xidmətinin bütün proseslərinin avtomatlaş-
dırılmasından ibarət olmuşdur. Bu vəzifə demək olar ki, tamamilə yerinə yetirilmiş və xidmət-
lə əlaqədar bütün proseslər-oxucuların qeydiyyatı, nəzarət-buraxılış məntəqəsi, kitabların
elektron kataloq üzrə axtarışı və birbaşa kitab fonduna sifarişlərin verilməsi, zallarda kitabla-
rın oxuculara verilməsi və geri qaytarılması prosesləri, kitabların kitabxanadan qeyri-qanuni
yollarla çıxarılmasının qarşısının alınması, oxucuların yaşayış və iş yerlərindən kitabların əv-
vəlcədən virtual sifarişi, onlayn biblioqrafik və metodik xidmət və s. proseslər tam avtomat-
laşdırılmışdır.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 11 –
Son dövrlərdə oxuculara göstərilən elektron xidmətlərin əhatə dairəsinin və keyfiyyə-
tinin genişləndirilməsinə də ciddi diqqət yetirilir. Belə ki, 2010-cu ildən yeni virtual biblioqra-
fik və kitabxana xidmətləri təcrübəyə tətbiq olunmuşdur və bu yolla çoxlu sayda oxucuların
sorğuları məsafədən keyfiyyətli şəkildə ödənilir və onların müxtəlif xarakterli biblioqrafik və
faktoqrafik sorğular üçün vaxt itirərək kitabxanaya gəlmələrinə ehtiyac qalmır. Kitabxananın
elektron kataloqu təkmilləşdirilmiş, ‖Virtua‖ AKİS-inin ən son nailiyyətlərini özündə əks et-
dirən, daha təkmil interfeysə və mütəhərrik imkanlara malik yeni CAMO adlı proqramın alı-
naraq tətbiq olunması nəticəsində oxuculara elektron kataloqdan birbaşa kitab fondlarına kitab
sifariş edə bilmək imkanları yaradılmışdır və hazırda heç bir əlavə blank doldurmadan birbaşa
elektron kataloqdan sifariş modulu tətbiq olunur.
Elektron kitabxananın təkmilləşdirilməsi məqsədilə Milli Kitabxana tərəfindən xüsusi
proqram hazırlanmış, bu proqram vasitəsilə kitabların ―pdf‖ formatda hazırlanmış elektron
versiyalarına milli kitabxananın holoqramı vurulur, elektron resurs kodlaşdırılır ki, bu da
elektron kitabxanada yerləşdirdirilmiş və müəllif hüquqları qorunan nəşrlərin surətlərinin
çıxarılmasına, elektron daşıyıcılarına köçürülməsinə imkan vermir. Hazırda ümumilikdə elek-
tron kitabxananın məlumat bazasında
126.323
elektron resurs (kitab, dövri mətbuat material-
ları və not nəşrləri) vardır və cari ildə onların əksəriyyəti oxucular üçün açıq olacaqdır. 2015-
ci ildən Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab
Əbülfəs Qarayevin təşəbbüsü ilə Nazirliklə Milli Kitabxananın birgə layihəsi əsasında işlənib
hazırlanan, ilk orijinal milli avtomatlaşdırılmış sistem hesab edilən və innovasiya texnologi-
yalarının kitabxana işinə tətbiqinin müasir tələblərinə tam cavab verən Avtomatlaşdırılmış Ki-
tabxana İnformasiya Sisteminin (ALİSA) nazirlik sistemindəki bütün mərkəzi kitabxanalarda
tətbiqi işlərini həyata keçirməyə başlamışdır. İlk növbədə kitabxanamızın Treninq Mərkəzin-
də 8 avtomatlaşdırılmış iş yerləri yaradılaraq region kitabxanaçılarına ALİSA proqramının və
bütün dünyada geniş tətbiq olunan ―MARK-21‖ formatının öyrədilməsi üzrə treninqlərə baş-
lanmışdır. 3 ay müddətində respublikamızın bütün regionlarındakı və Bakı şəhərindəki 72
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mütəxəssisləri treninqlərdən keçərək yerlərdə
birbaşa işə başlamışlar. Hazırda Milli Kitabxananın və ALİSA-nı hazırlayan ―Ultra Compu-
ters‖ şirkətinin mütəxəssisləri ilə birlikdə yerlərdə bu proqramın tətbiqi işləri uğurla davam et-
dirilir.
Digər bir ciddi məsələ isə Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondu-
nun yaradılması işidir və bu gün obrazlı desək, ―havadan asılı vəziyyətdə‖, ‖allah umüdinə‖
qalmış bu çox vacib işi lazımi səviyyədə təşkil edən bir qurum yoxdur. Bu gün ölkə ərazisində
dərc olunan çap məhsullarının dövlət qeydiyyatı və statistikası aparılmır. Bir vaxtlar bu işlər
Dövlət Kitab Palatası tərəfindən icra olunurdu, lakin 2000-ci ildə Palata ləğv olunduqdan son-
ra ölkə nəşr məhsullarının dövlət qeydiyyatı və kitab statistikasının aparılması işi dayandırıl-
mışdır. Bəs biz gələcək nəsillərə nə əmanət edəcəyik, onlara nə cavab verəcəyik, elmi tədqi-
qatlarımızı hansı statistika əsasında aparacağıq? Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və
kitabşünaslıq elmnin inkişafında əhəmiyyətli rol oynayan bu materialları biz və gələcək nəsil-
lər haradan əldə edəcəklər? Məncə bu barədə həyəcan təbili çalmağın vaxtı çoxdan çatmışdır.
―Kitabxana işi haqqında‖ və ―Nəşriyyat işi haqqında‖ Azərbaycan Respublikası qanun-
larının müvafiq maddələrinə əsasən pulsuz məcburi nüsxələri Milli Kitabxanaya göndərmə-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 12 -
mələri səbəbindən kitab və mətbuat materiallarımızın arxiv fondu tam şəkildə yaradıla bilmir.
Buna görə də 2015-ci ildə Milli Kitabxana Azərbaycan Respublikasının Mədəniyyət və Tu-
rizm Nazirliyi ilə birlikdə Milli Məclis, Nazirlər Kabineti, Prezident Administrasiyası qarşı-
sında məsələ qaldıraraq ―Kitabxana işi haqqında‖ qanunun müvafiq maddəsinin tələblərini
pozan nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyaların tətbiq olunması barədə
təklif vermişdir.
Nəticədə 20 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev tərəfindən müvafiq Qanun imzalanmışdır. Bu qanunla ‖İnzibati Xətalar Məcəlləsi‖nə
yeni 392-ci maddə əlavə edilmişdir və bu maddəyə əsasən ―Kitabxana işi haqqında‖ qanunun
müvafiq maddəsinin tələblərini pozan nəşriyyatlara, poliqrafiya müəssisələrinə, hüquqi şəxs-
lərə, qəzet və jurnal redaksiyalarına qarşı sanksiyalar tətbiq olunmuşdur (vəzifəli şəxslərə qar-
şı-100 azn, hüquqi şəxslərə qarşı-500 azn).
Kitabxanaşünaslıq və informasiya elminin tədrisi ilə təcrübə biri-birindən ayrı düşmüş-
dür, elmlə, tədrislə təcrübənin əlaqəsi çox zəifdir. Mən çıxışımın əvvəlində qeyd etdim ki, ki-
tabxanaçılıq təcrübü elmdir, bu sahədə təcrübə həmişə elmdən qabaqda gedir. Amma bu el-
min tədrisi təcrübə ilə zəif əlaqələndirilir, tələbələrin tədris təcrübələrinə çox az yer verilir,
ona görə də universiteti bitirib işə qəbul olunmaq üçün müraciət edən məzunlar sadə və primi-
tiv suallara cavab verə bilmirlər, istehsalatdan xəbərləri olmur. Mənə elə gəlir ki, respublika-
mızın bir sıra universitetlərinin təcrübəsindən (məsələn, İnşaat universitetinin) bəhrələnərək
Milli Kitabxanada və digər iri kitabxanalarda universitetlərin ixtisas kafedralarının filialları-
nın yaradılmasının vaxtı çoxdan çatmışdır. Gəlin etiraf edək ki, bu gün təcrübi dərslər müasir
tipli avadanlıqlarla təchiz olunmuş baza müəssisələrdə keçirilməlidir, auditoriyalarda keçirilən
təcrübi dəslərin, məşğələlərin effekti çox az olur.
Milli Kitabxana olaraq bizim üçün mütəxəssis kadr hazırlayan hər iki universitet üçün
bu imkanları yaratmağa hazırıq və gələcəkdə bizim kitabxanada işləyəcək mütəxəssislərin bi-
lik səviyyələrinin yüksək olmasında maraqlıyıq. Bu gün səriştəli, bilikli və öz ixtisasını gözəl
bilən ali ixtisas təhsilli mütəxəssislərə hər yerdə ehtiyac var, kitabxanalarımızın kadr potensia-
lı yeniləşməlidir, cavanlaşmalıdır. Uğurlu, səriştəli kadr hazırlığının bünövrəsi kitabxanaçilıq-
informasiya sahəsində elmin, tədrisin və təcrübənin birliyində və uzlaşmasındadır. Həm
BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsində fəaliyyət göstərən kafedraların və həm
də Mədəniyyət və İncəsənət universitetinin müvafiq kafedrasının filiallarının Milli Kitabxana-
da təşkili təklifini hər iki universitetin rəhbərliyinin diqqətinə çatdırıram.
Kitabxana işinin tədris və təcrübəsində gələcəyə çağırışın əsas istiqamətlərindən biri də
kitabxana işçilərinin fasiləsiz və davamlı təhsilinin təşkilindən ibarətdir. Bu gün müasir texno-
logiyalardan baş çıxaran səriştəli kadrların çatışmazlığı mövcud kadr potensialının bilik və
vərdişlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına ciddi ehtiyac yaranmışdır. İri
kitabxanalarda bu məsələlər Treninq mərkəzlərinin təşkili və xarici ölkələrin qabaqcıl təcrü-
bəsinin öyrənilməsi yolları ilə həyata keçirilir.
Azərbaycan Milli Kitabxanasında yaradılan Tədris Mərkəzi müasir texnologiyaların ki-
tabxana işinə tətbiqi ilə əlaqədar təcrübəli mütəxəssislərin trener qismində cəlb olunmasından
və eləcə də xarici trenerlərin gücündən istifadə edərək müxtəlif mövzular üzrə treninqlər təş-
kil edir. Tədris Mərkəzində 8 avtomatlaşdırılmış iş yerləri təşkil olunmuşdur və mərkəz on-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 13 –
layn video konfransların keçirilməsinə imkan verən müasir tipli proyektor aparatı və elektron
lövhələrlə təchiz olunmuşdur.
Gələcəyə çağırışın əsas istiqamətlərindən biri də xarici ölkələrin milli kitabxanalarının
qabaqcıl təcrübəsinin öyrənilməsi və təcrübədə tətbiqindən ibarətdir. Bu məqsədlə Milli Ki-
tabxana beynəlxalq əlaqələrini ildən-ilə genişlənmişdir. Kitabxanamız artıq dünyanın 34 ölkə-
sinin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışdır və onlar
müvəffəqiyyətlə icra olunur. Qarşılıqlı beynəlxalq kitab və informasiya mübadiləsi, elektron
resurslardan ikitərəfli istifadənin təşkili, mütəxəssislərin təcrübə mübadiləsi, qarşılıqlı beynəl-
xalq tədbirlərin keçirilməsi, ötən əsrlərdə çap olunmuş ölkələrə dair nəşr materiallarının qarşı-
lıqlı mübadiləsi imzalanan memorandumların əhəmiyyətli nəticələri hesab oluna bilər. Təkcə
ötən il ərzində beynəlxalq kitab mübadiləsi yolu ilə Milli Kitabxana xarici ölkələrin milli ki-
tabxanalarına, müxtəlif təşkilatlara, beynəlxalq kitab sərgilərinə, Azərbaycanın xarici ölkələr-
dəki səfirliklərinə və b. xarici təşkilatlara 18 036 nüsxə kitab verilmişdir.
Milli Kitabxananın yerinə yetirdiyi ən vacib missiyalardan biri də Azərbaycan həqiqət-
lərinin ölkə xaricində daha geniş təbliğində fəal iştirak etməkdən ibarətdir. Milli Kitabxana
Mədəniyyət və Turizm Nazirliyi ilə birgə hər il 10-dan artıq beynəlxalq kitab sərgisində -
Frankfurt, London, Tehran, İstanbul, Turin, Moskva, Praqa, Qahirə, Budapeşt və s. Azərbay-
cana dair zəngin ekspozisiyalarla iştirak etmişdir. Dünyanın 60-dan artıq milli kitabxanasına,
səfirliklərə, universitetərə və digər təşkilatlara 7 min nüsxədən artıq Azərbaycanın tarixinə,
mədəniyyətinə, iqtisadiyyatına, daxili və xarici siyasətinə, Dağlıq Qarabağ məsələsinə və s.
dair müxtəlif kitablar göndərilmişdir.
Azərbaycan Milli Kitabxanası tərəfindən xarici ölkə milli kitabxanalarında Azərbaycana
dair guşələrin və bu guşələrdə Milli Kitabxananın virtual oxu zallarının yaradılması işlərinə
artıq başlanılmışdır. Türkiyə, Rusiya, Qazaxıstan və Qırğızıstanın Milli Kitabxanaları ilə bu
barədə razılıq əldə olunmuşdur. Xarici milli kitabxanalarda Azərbaycan guşələrinin yaradıl-
ması və virtual oxu zallarının təşkili işlərinə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Azərbaycan həqiqətlərinin, reallıqlarının, uğurli iqtisadi quruculuq işlərimizin
ölkə xaricində daha geniş təbliğinin vacibliyinə dair göstərişinə müvfiq olaraq Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin tövsiyyəsi ilə başlanılmış-
dır. Bununla da xarici ölkə vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların informasiya
resurslarımıza birbaşa girişi təmin olunacaqdır.
Kitabxanaçılıq və informasiya elmi, tədris və təcrübədə gələcəyə çağırışların əsas məq-
sədi və qayəsi kitabxanaçılıq elminin, tədrisinin və təcrübəsinin müasir dövrün tələblərinə
uyğun yenidən qurulasına yönəldilən birgə tədbirlərin həyata keçirilməsini tələb edən kom-
pleks proqramların işlənib hazırlanmasını və icrasını ön plana çıxarır. Kitabxana sahəsində
elmin, tədrisin və təcrübənin sıx əlaqələndirilməsi və bu sahədə uzlaşdırılmış siyasətin həyata
keçirilməsi bu gün xüsusilə vacibdir.
Dostları ilə paylaş: |