AZƏrbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ azərbaycan mġLLĠ KĠtabxanasi


Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix14.01.2017
ölçüsü4,41 Mb.
#5143
1   2   3   4   5   6   7   8   9   ...   36

Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri  
Elektron  kataloq  sisteminin  təhlükəsizliyi  ümumiyyətlə,  informasiya  təhlükəsizliyi 
məsələsinin tərkib hissəsi kimi çox ciddi aktuallıq kəsb edir. İnternet məkanında günbəgün ar-
tan kibertəhlükə, kibercinayət halları, digər İnternet resursları kimi, kitabxanaların da veb ka-
taloquna  ciddi  hədə  hesab  olunur.  Bu  kimi  hallara  qarşı  önləyici  tədbirlər  görülməli,  ki-
tabxananın  elektron  kataloqu  sanksiyalaşdırılmamış  müdaxilədən  qorunmalıdır.  Hər  bir  ki-
tabxanada informasiya təhlükəsizliyinin qorunması, kiber-hücumlara qarşı dayanıqlı sistemin 
qurulması üçün, texniki-texnoloji, maliyyə və kadr resursları qaydasına salınmalıdır.  
Son  dövrlərdə  milli  İnternet  seqmentinə  kiber  hücumların  artması,  dövlət  saytlarının, 
eləcə  də  kitabxanaların,  veb  informasiya  resurslarının  hazırlanmasına  qarşı  sərt  tələblərin 
qoyulmasını, zəruri edir [10]. Belə saytları təftiş edəcək ciddi audit sisteminin yaradılmasına, 
kibercinayətkarlıqla  bağlı  dövlət  qurumlarının  səlahiyyətlərinin  konkretləşməsinə,  təkcə 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 38 - 
nazirliklərin  deyil,  bütün  dövlət  qurumlarının,  o  cümlədən,  kitabxanaların  saytlarının,  veb 
kataloqlarının vahid, təhlükəsiz serverdə saxlanılmasına olan ehtiyacı artırır. 
Nitqin tanınması və mətnin nitqə çevrilməsi sistemi ilə elektron kataloqun yaradıl-
ması və istifadəsi iĢinin uzlaĢdırılması 
Müasir  dövrümüzdə  elektron  kataloqlaın  yaradılması  işində  nitqin  tanınması  sistemin-
dən  faydalanmaqla,  müvafiq  prosesin  xeyli  sürətlənməsinə  nail  olmaq  mümkündür.  Nitqin 
tanınması  sistemi  dedikdə,  mikrofona  deyilmiş  nitqi,  kompüterdə  yazıya  çevirən  proqram 
nəzərdə tutulur. Belə sistemlər, kompüterlərin, avtomobillərin, robotların və digər qurğuların 
(məsələn, məişətdə istifadə edilən qurğuların) Azərbaycan dilində daha təbii və asan yolla—
nitq vasitəsilə idarə olunmasını təmin edə bilər. Bununla yanaşı, nitqin tanınması sistemindən 
elektron  kataloqun  yaradılması  işində  də  tam  səmərəli  şəkildə  yararlanmaq  olar.  Aydın 
məsələdir ki, biblioqrafik yazının əl üsulu ilə, yəni klaviaturanın köməyilə AKİS-ə Sisteminə 
daxil edilməsi, nitqin tanınması sistemi ilə daxiletmədən qat-qat çox vaxt tələb edən prosesdir. 
Kataloqlaşdırıcı,  biblioqrafik  yazını  üzündən  oxumaqla,  nitqin  tanınması  sistemi  vasitəsilə 
elektron  kataloqa  daha  sürətlə  daxil  edə  bilər.  Əgər  bir  biblioqrafik  yazının  klaviatura  ilə 
elektronlaşdırılması üçün orta hesabla 2-4 dəqiqə vaxt sərf olunursa, nitqin tanınması sistemi 
vasitəsilə  bunu  30-40  saniyə  ərzində  yerinə  yetirmək  mümkündür.  Bu  isə  öz  növbəsində, 
təklifimizin  səmərəliliyinə  dəlalət  edir.  Yaxın  gələcəkdə  Azərbaycan  kitabxanalarında  elek-
tron kataloqların nitqin tanınması sistemi vasitəsilə yaradılması işinə başlanıla bilər. Belə ki, 
artıq bunun üçün Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin dəstəyilə ―Dilmanc‖ adlı 
nitqin tanınması sistemi yaradılır. ―Dilmanc‖ nitqin tanınması sistemi, Azərbaycan dili üçün 
ilk  nitqin  tanınması  sistemidir.  Yaradılmaqda  olan  bu  sistem,  maşın  tərcüməsi  sisteminin 
tərkib hissəsi olmaqla yanaşı, həmçinin digər proqramlara da mətni mikrofon vasitəsilə daxil 
etməyə imkan verəcək. Lakin Azərbaycan dilinin morfoloji cəhətdən zəngin olması—bir söz 
kökünə şəkilçilər artırmaqla çoxlu sayda sözlər düzəltməyin mümkünlüyü—nitqin tanınması 
sistemlərinin yaradılmasında bir sıra çətinliklər yaradır. Şübhəsiz ki, sistemin tam şəkildə fəa-
liyyətə başlaması, daha dərin elmi araşdırma, elmi analiz tələb edir. Bütün bunlara baxmaya-
raq, artıq sistemin  pilot variantı elmi  ictimaiyyətin,  dilçilərin, filoloqların,  texnoloqların,  ki-
tabxanaçı  və  tərcüməçilərin  müzakirəsinə  verilib.  Nitqin  tanınması  sisteminin  mövcudluğu 
gələcəkdə nitqin nitqə sinxron tərcüməsi sisteminin yaradılmasına da imkan verəcək. Belə ki, 
mikrofona  deyilmiş  mətn  avtomatik  yazıya  çevrilərək  maşın  tərcüməsi  proqramına  ötürülə-
cək.  Proqram  mətni  tərcümə  etdikdən  sonra  isə,  mətnin  səsləndirilməsi  (yazılı  mətnin  nitqə 
çevrilməsi)  sistemi  vasitəsilə  yenidən  nitqə  çevriləcək.  Əgər  Azərbaycan  kitabxanalarında, 
əksinə, yazılı mətni nitqə çevirən sistemlər də tətbiq olunarsa, bu bir sıra problərin həllinə yol 
açar.  Xüsusi,  marqinal  oxucu  qruplarının—görmə  qabiliyyəti  olmayan  və  ya  məhdud  olan 
oxucuların  kitabxanalardan  istifadə  edə  bilməsi  (elektron  kataloqa  müraciət  etməsi)  reallığa 
çevrilə bilər. Doğrudur, bu sahədə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev 
Fondu ciddi işlər görür  və uğurlu nəticələr əldə  olunur. Məhz Fondun təşəbbüsü ilə gözdən 
əlil olan oxuculara, Brayl əlifbası ilə yeni tipli klaviatura və nəşrlər təqdim olunur, görüntünü 
dəfələrlə  böyüdən  xüsusi  qurğular  vasitəsilə  mütaliə  şəraiti  yaradılır.  Bu  işlər,  həm  gərgin 
əmək, həm çox vaxt, həm də külli miqdarda maliyyə vəsaiti tələb edir. Haqqında danışdığımız 
sistem  yaradılarsa,  yəni  mətni  nitqə  çevirən  proqamımız  olarsa,  biz,  görmə  qabiliyyətini 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 39 – 
 
itirmiş  oxucularımıza  daha  çevik  və  daha  miqyaslı  şəkildə xidmət  göstərə  bilərik.  Təsəvvür 
edək  ki,  görmə  qabiliyyətini  itirmiş  oxucu,  kitabxanaya  gəlmək  və  yeni  kitab  ―oxumaq‖ 
istəyir.  İndiki  şəraitimizdə  bu,  mümkün  deyil.  Əgər,  dediyimiz  şəraiti  yarada  bilsək,  həmin 
oxucu  kitabxanaya  gələr,  nitqi  yazıya  çevirən  sistem  vasitəsilə  elektron  kataloqa  müraciət 
edər (kitabın adını mikrafona demək kifayətdir) və nəticəni (tapılmış elektron təsviri), yazını 
nitqə  çevirən  sistem  vasitəsilə  eşidə  bilər.  Beləcə,  həmin  oxucunun,  sonradan,  istənilən 
kitaba  qulaq  asmaq  imkanı  yaranar  (əvvəlcədən,  mikrofon  vasitəsilə,  kitablar,  sistemin 
yaddaşına ―oxunubsa‖). 
 
Nəticə 
Beləliklə, təklif olunan yeniliklərə əsasən Azərbaycan kitabxanalarının elektron katalo-
quna  əlyetərliyin  səviyyəsi  yüksələcək,  oxuculara  göstərilən  effektiv  informasiya  xidmətinin 
keyfiyyəti artacaq, kitabxanalararası intellektual informasiya mübadiləsi və elmi kommunika-
siya  imkanları  genişlənəcək,  milli  kitab  fondlarının  elektronlaşdırılması  və  idarə  olunması 
asanlaşacaq.  
 
 
ƏDƏBĠYYAT 
 
1.
 
―Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illər-
də inkişafı üzrə Dövlət Proqramı‖. Bakı: 2008. 
2.
 
Jafarov J.A. Next-generation catalogues and automated library-information systems 
in Azerbaijani libraries // Energy education science and technology (Part B). Social 
and Educational Studies (ISI Thomson, SCI), 2012, Vol. 4, № 4, pp. 2457-2462.  
3.
 
Мамбеталиев  К.К.  «КАБИС»  -  Казахская  автоматизированная  библиотечно-
информационная система // Кітапхана, 2010, № 2-3, С.51-54.  
4.
 
Каримов  У.Ф.  Автоматизированная  информационно-библиотечная  система 
«KARMAT-M»  /  Материалы  16-й  междунар.  конф.  Крым.  Библиотеки  и  ин-
формационные ресурсы в современном мире науки, культуры, образования и 
бизнеса. Крым: 2009, с. 162-167. 
5.
 
Dobreva M. Making the Most of RFID in  Libraries // Library Review, 2010, Vol. 
59. Iss. 4, pp. 310 -311.   
6.
 
Əliquliyev R.M., Mahmudov R.Ş. Əşyaların İnterneti (ekspress informasiya). Bakı: 
―İnformasiya Texnologiyaları‖ NPM, 2012, 48 s. 
7.
 
Hacking  Exposed  Linux:  Linux  Security  Secrets  &  Solutions  (third  ed.).  Ottawa: 
McGraw-Hill Osborne Media, 2008, pp. 298. 
8.
 
Бхуптани  М.,  Морадпур  Ш.  RFID-технологии  на  службе  вашего  бизнеса. 
Москва: Альпина Паблишер, 2007, 290 с. 
9.
 
Əliyeva-Kəngərli A. Müasir Azərbaycanda elmin informasiya təminatı və kitabxa-
nalar. Bakı: Elm, 2007, 394 s. 
10.
 
Əliquliyev R.M., İmamverdiyev Y.N. E-dövlətin informasiya təhlükəsizliyi: aktual 
tədqiqat istiqamətləri // İnformasiya cəmiyyəti problemləri, 2010, № 1, s. 3-13. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 40 - 
 
Джавид Джафаров 
 
ТЕХНОЛОГИИ RFID, 4G И WEB 3.0 В ИНФОРМАЦИОННОМ  
МАРШРУТЕ АЗЕРБАЙДЖАНСКИХ БИБЛИОТЕК 
 
Резюме 
В статье рассматриваются некоторые концептуальные вопросы совершенство-
вания  электронного  каталога  и  повышение  уровня  доступа  к  e-каталогу  в  Азербай-
джанских библиотеках. Обосновывается необходимость внедрения новых технологий 
как  RFID,  4G  и  Web  3.0  в  библиотечное  дело.  Предлагается  создать  Национальную 
Автоматизированную  Библиотечно-Информационную  Систему  (НАБИС)  и  внедрить 
технологию распознавания речи в процесс e-каталогизации.  
 
 
Javid Jafarov 
 
RFID, 4G, AND WEB 3.0 TECHNOLOGIES IN THE INFORMATION  
ROUTE OF AZERBAIJANI LIBRARIES 
 
Summary 
Some conceptual issues to develop the electronic catalogue, and improving access to e-
catalogue  in  Azerbaijan  libraries  are  described  in  the  article.  The  necessity  of  introducing 
new technologies  such as  RFID, 4G and  Web 3.0 in  library science is  described. Establish-
ment  of  National  Automated  Library-Information  System  (NALIS)  and  to  incorporation  of 
speech recognition technologies into e-cataloguing is proposed.  

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 41 – 
 
GülĢən Teymur qızı Əliyeva 
Filologiya üzrə elmlər doktoru, professor 
ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru 
gulshenkengerli@mail.ru 
 
 
TƏBĠĠ VƏ SÜNĠ ĠNTELLEKT MÜASĠR KĠTABXANA-ĠNFORMASĠYA 
PROSESLƏRĠ KONTEKSTĠNDƏ 
 
İnformasiya cəmiyyəti və onun əsasını təşkil edən biliklər sistemi haqqında son 20 ildə 
yüzlərcə tədqiqatlar aparılıb, tendensiyalar yaranıb. Artıq, intellektin iqtisadi və texnoloji kon-
tekstdə  öyrənilməsi  prosesi  elmi  ictimaiyyət  üçün  yeni  deyil.  Lakin  bütün  bunlara  baxma-
yaraq öyrənilən istiqamət aktuallığını itirmir, əksinə, hər bir texnoloji sıçrayışdan sonra yeni 
yanaşma tələb edir. 
Bəlkə  də  bizim  yürütdüyümüz  fikirlər  alimlər  tərəfindən  birmənalı  qarşılanmayacaq, 
lakin bu bir həqiqətdir ki, kitabxanaların biliklər iqtisadiyyatına inteqrasiya etməsi və təbii in-
tellekti  ən  yüksək  səviyyədə  stimullaşdıran  bir  orqana  çevrilməsi  üçün  "kayzen  strategiya-
sı"nın tətbiqi qaçılmazdır. Ənənəvi kitabxana strategiyasmdan fərqli olaraq kayzen konsepsi-
yası mütəxəssisdən peşə vərdişləri ilə yanaşı davamlı və mərhələli şəkildə əldə olunan bilik də 
tələb edir. Burada söhbət kitabxanaçının müvafiq təhsil müəssisəsində və ya gördüyü iş çərçi-
vəsində qazandığı bilikdən getmir. Burada bilik dedikdə mütəxəssisin differensial, analitik şə-
kildə bütün lazımlı mənbələrdən aldığı bilik başa düşülür. Bu biliyi sayəsində mütəxəssis işi-
nin icraçısı olmaqla yanaşı, həm də onun ideya mənbəyi və strateqidir, oxşar işlərin mükəm-
məl bilicisidir. Bilikli kitabxanaçı, kitabxana işinin hər hansı bir istiqaməti üzrə deyil, bütün 
istiqamətləri üzrə ixtisaslaşmış mütəxəssis olmalı, proseslərin inkişafında yaxından iştirak et-
məlidir. Azərbaycan kitabxanaçısı, postsovet məkanının bütün kitabxanaçıları kimi kitabxana 
işinin konkret bir sahəsində çalışır. Başqa sözlə, biblioqraf bibliometriya ilə, kitabxana texno-
loqu  isə  mənbəşünaslıqla  məşğul  olmur.  Son  illərədək  dünyanın  aparıcı  kitabxanalarında  da 
vəziyyət eyni ilə bu cür idi. Lakin kayzen konsepsiyasının və ya bu fəlsəfəyə yaxın ideyaların 
kitabxanalarda tətbiqi nəticəsində kitabxanaçılar qarşısında duran vəzifələrin spektri xeyli ge-
nişləndi. Bunun nəticəsində məsələn, Dünya və Avropa elektron kitabxanalarını  yaradan ki-
tabxanaçı-proqramçılar nəsli yetişdi, qeyri - səlis məntiq nəzəriyyəsini, analitik hesablamalar-
la  yanaşı  riyazi  hesablamaları  cla  kitabxana  işində  tətbiq  edən  kitabxanaçı-bibliometriklər 
meydana çıxdı və s. Əlbəttə ki, Azəbaycanın maddi-mədəni irsini mühafızə etmək, yaşatmaq, 
gələcək nəsillərə və dünya vətəndaşlarına ötürmək üçün, insanlarımızın təbii intellektini yük-
səltmək, elmi potensialı gücləndirərək süni intellektin yaradılmasına təkan vermək məqsədilə 
bizim  də  məhz  bu  cür  elmi  dəyişikliklərə,  peşə-bilik  mübadilələrinə,  transformasiyalarına 
ehtiyacımız var. 
XX  əsrin  əvvələrində  bəşər  övladı  anladı  ki,  Yerin  təbii  ehtiyatları  daimi  deyil  və  bir 
gün  mütləq  tükənəcək.  Məhz  bu  məqamı  dünyada  biliklər  cəmiyyətinin  yaradılması  işinin 
başlanğıcı hesab etmək olar. Əfsuslar olsun ki, I və II Dünya müharibələri biliklər cəmiyyəti-
nin inkişafını xeyli ləngitdi, təbii intellektin, əqli gücün tətbiqi fıziki gücün tətbiqini stimullaş-

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 42 - 
dırdı və  yeni olan hər şeyi iflasa uğratdı. Ötən əsrin 60-cı illərində isə biliyin təbii əmtəəyə 
çevrilməsi ideyasınm rüşeymləri formalaşmağa başladı, kosmonavtika, ədəbiyyat, fızika sahə-
ləri kimi kitabxana işi sahəsi də inkişaf etdi; kitab-xanalar ilk dəfə maşınlaoxunan biblioqrafık 
yazılar yaratdılar, müasir elektron kataloqun əsasını qoydular. Keçən yarım əsrlik dövr ərzin-
də kitabxanalar yeni texnologiyalara yiyələnməklə bir sıra ənənəvi proseslərin sürətlənməsinə 
nail oldular. Lakin yeni texnologıyaların tətbiqi bir sıra dilemmalar da yaratdı: 
-
 
Ənənəvi yoxsa avtomatlaşdırılmış kitabxana? 
-
 
Elektron yoxsa ənənəvi kataloq? 
-
 
Rəqəmli kitabxana yoxsa kağız fondlar? 
-
 
Kitabxanaçı yoxsa süni intellekt? 
Bu  mübahisəli  məsələlər  bu  gün  də  aktualdır.  Bir  qrup  mütəxəssisin  fıkrincə,  rəqəmli 
kıtabxanaların yaradılması gec-tez ənənəvi kitabxanaların mövcudluğuna son qoyacaq. Başqa 
bir  qrup  mütəxəssislərin  fikrincə,  kitabxana  prosesləri  avtomatlaşdıqca  ənənəvi  kitabxana 
proseslərinin  tətbiqi  sıradan çıxacaq. Nəhayət,  belə bir fıkir də irəli sürülür ki,  süni intellekt 
kitabxanaçı kadrları əvəzləyəcək və kitabxanaçılara ehtiyac qalmayacaq. Böyük əksəriyyət, o 
cümlədən illərdən bəri kitabxana işinin ənənələrini qoruyub saxlayan mütəxəssislər üçün bu 
fıkirlər  heç  də  ürəkaçan  deyil.  Peşəkarlar  yeni  texnologiyaların  tətbiqini  alqışlasalar  da,  bir 
gün  ənənəvi  kitabxana  və  tipik  kitabxanaçılann  mövcud  olmayacağını  təsəvvür  etmək  belə 
istəmirlər.  Elə  bizim  özümüz  də  inana  bilmirik  ki,  bir  gün  gələcək  və  məsələn,  ABŞ-nin 
Konqres  Kitabxanasında  cəmi  1-2  nəfər  əməkdaş  çalışacaq  ki,  buranı  muzey  kimi  ziyarət 
edənlərlə  bələdçilik  etsin.  İstəsək  də,  ıstəməsək  də  təbii  intellekt  inkişaf  edir  və  elə  süni 
intellektlər yaradır ki, deyilənlərin həqiqətən də gerçəkləşəcəyinə şübhə qalmır. Bir vaxtlar nil 
armstronqlar, yuri qaqarinlər Ayı fəth edəndə insanların ağlına belə gəlməzdi ki, vaxt gələcək 
kosmik gəmilərdə istənilən adam Ayı turist kimi ziyarət edə biləcək, Ayın tədqiqatı üçün isə 
süni peyklərdən, robot-gəmilərdən istifadə olunacaq. Və yaxud hansı təyyarəçi, pilot inanardı 
ki, bir gün onun zəhmətinə ehtiyac qalmayacaq və təyyarələr pilotsuz idarə olunacaq? Bütün 
bunlardan təşvişə düşməyə dəyərmi? Zənnimizcə, xeyr. Əksinə biz gərək müasir kitabxana işi 
sahəsində elə konseptual məsələlər qaldıraq və onlan həll edək ki, modernləşmə prosesi daha 
da sürətlənsin. Əgər 200 ildən sonra (bundan tez mümkün deyil) ənənəvi kitabxanalar, tipik 
kitabxanaçdar olmayacaqsa, bundan qazanan da cəmiyyət olacaq. Demək, biliklər cəmiyyəti o 
qədər inkişaf edəcək ki, bu dəfə təbii intellekt süni intellekti deyil, süni intellekt təbii intellekti 
inkişaf etdirəcək, bu isə kitabxanalarda nəinki kompüterlərin hətta transputer və neyrokompü-
terlərin imkanlarından bəhrələnəcəyik. 
Qərb  kitabxanaları  bu  kimi  yeniliklərə  hələ  ötən  əsrin  70-ci  illə-rində  başlasalar  da, 
ölkəmizdə bu işin tarixi o qədər də böyük deyil.  Bir neçə ildir ki,  kitabxanalarımız  ənənəvi 
proseslərin avtomatlaşdırılmasına, kataloq və fondların elektronlaşdırılması işinə başlayıblar.  
Biliklər  cəmiyyətində  Azərbaycan  kitabxanalarının  mövqeyindən,  vəzifələrindən  danı-
şarkən unutmamalıyıq ki, üçüncü minilliyin çağırışlarına ən birinci reaksiyalardan biri məhz 
bizim  ölkədən  gəlib.  Ümumilli  lider  Heydər  Əliyevin  layiqli  davamçısı,  Prezident  cənab 
İlham  Əliyev  ilk  rəsmi  səfərini  2003-cü  ildə  "İnformasiya  cəmiyyəti  üzrə  Cenevrə  Sammi-
tinə"  edərək  ölkəmizdə  biliklər  cəmiyyətinin  formalaşmasının  konsepsiyasını  müəyyən-
ləşdirdi.  Prezidentin  "Biz qara qızılı  insan qızılına çevirəcəyik" kimi  inamlı,  modern ideyası 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 43 – 
 
minilliyin çağırışına ən layiqli cavab oldu. Prezident sadəcə konsepsiya ilə kifayətlənmədi, bu 
ideyanın  həyata  keçməsi  üçün  zərari  addımlar  atdı:  Azərbaycan  kitabxanalarınm  inkişafı  və 
modernləşdirilməsi;  Azərbaycan  elminin  inkişaf  etməsi  üçün  sərəncamlar  verdi,  qeyri-neft 
sektorunun inkişafını prioritet elan etdi. Bütün bunlar onun üçün edilir ki, gələcək nəsillərin 
neftdən, təbii ehtiyatlardan asılılığı olmasın, insanlar təbii intellektin hesabına yaşasınlar. Bu 
isə biliklər cəmiyyətinin əsas məqsədidir. 
Bu gün Azərbaycan, Qafqaz regionunun aparıcı bir dövləti kimi bir sıra qlobal layihələ-
rin reallaşmasına, dünya enerji təhlükəsizliyinin təmin olunmasına təkan verir. Azərbaycanın 
elmi və iqtisadi potensialı bu kimi irimiqyaslı proseslərin önündə getməyə şərait yaradır. 
Cəmiyyətimiz müasir informasiya mühitində inkişaf edir, indiki dinamik inkişaf, sosial 
infrastrukturların mürəkkəbləşməsi şəraitində informasiya enerji resursları kimi strateji bir re-
sursa çevrilir. İnformasiya resurslarının yaradılması, saxlanılması, yenidən işbnilməsi və isti-
fadəçibrə təqdim olunmasım təmin edən müasir kitabxanalar həyatımızın mühüm amilinə çev-
rilib.  
İnformasiya texnologiyalarının kitabxanaların fəaliyyətində geniş şəkildə tətbiq olunma-
sı sonuncunun müasir informasiya məkanındakı rolunu və funksiyalarını xeyli artırıb. 
Başqa sözlə, fəaliyyətini doğru istiqamətdə  qurmuş kitabxanalar XXI  əsrin dəyərli in-
formasiya  mənbələridir.  İndi  artıq  iqtisadi  faktorlar  yalnız  torpaq,  kapital  və  əməyə  deyil, 
həmçinin informasiyaya söykənir. 
Birmənalı şəkildə iddia edə bilərik ki, bilik, informasiya XXI əsrdə xalqların qarşısında 
duran  ən  böyük  rəqabət  mənbəyidir.  Belə  olan  halda  isə  yalnız  informasiya  cəmiyyətində 
biliyə investisiya qoyaraq,  yenilik  yarada bilənlər elmi  zəmində  rəqabət  aparmaq iqtidarında 
olacaq. Müasir dövrümüzdə isə biliyin, informasiyanın toplanıb mühafızə edildiyi, paylaşdı-
rıldığı institusional strukturlar arasında kitabxanaların rolu o qədər böyükdür ki, bütövlükdə 
informasiya cəmiyyətinin əsasında onların durduğunu iddia etmək olar. 
Təbii  və  süni  intellektə  müasir  kitabxana  prosesləri  kontekstində  yanaşdıqda  biz  bir 
daha  əmin  oluruq  ki,  kitabxanalar  nəinki  təbii  intellektin  yüksəldilməsındə,  hətta  onun  qiy-
mətli  bir  əqli  əmtəə  kimi  realizəsində  və  sonradan  süni  intellektin  əsasını  təşkil  etməsində 
bilavasitə  iştirak  edir.  Köhnəni  prolonqasiya  etmək  əvəzinə  yenini  yaradır,  informasiya  cə-
miyyətınin qurucusu qismində çıxış edir. 
 
 
Gulshan Aliyeva 
 
LIBRARY- INFORMATION PROCESSES IN THE CONTEXT OF  
NATURAL AND ARTIFICIAL INTELLIGENCE 
 
Summary 
Libraries are not only increasing natural intelligence, and is directly involved even its 
realization  as  a  valuable  intellectual  commodity  and  later  in  the  foundation  of  artificial 
intelligence. 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 44 - 
Nigar Babaxanova  
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 
“Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin müdiri 
 
nbabakhanova@gmail.com
 
 
 
BEYNƏLXALQ ELEKTRON KĠTABXANA-ĠNFORMASĠYA RESURSLARI 
VƏ ONLARDAN ĠSTĠFADƏ PROBLEMLƏRĠ 
 
Açar sözlər: Kitabxana-informasiya resursları, beynəlxalq əlaqələr, informasiya müba-
diləsi. 
Ключевые слова: Библиотечно-информационные ресурсы, международные связи, 
информационный обмен. 
Keywords: Library and Information recources, international relations, information ex-
change. 
 
Azərbaycan kitabxanalarında İnternetdən istifadənin sürətlənməsi ilə bir çox beynəlxalq 
elektron kitabxana-informasiya massivlərinə  giriş imkanları genişləndi və prosesin bu istiqa-
mətdə inkişafı: 
1.
 
kitabxanaların beynəlxalq informasiya mübadiləsi fəaliyyətinə zaman və məkan fər-
qinin aradan qaldırılması baxımından müsbət təsir etdi; 
2.
 
oxuculara təqdim olunan sənəd-məlumat kütləsinin həcmi və məlumat-axtarış imkan-
ları əsaslı sürətdə artdı; 
3.
 
milli kontentin xarici informasiya bazalarına inteqrasiyası asanlaşdı. 
Azərbaycan kitabxanaları, o cümlədən AMEA-nın Mərkəzi Elmi Kitabxanası üçün bey-
nəlxalq elektron informasiya massivlərinə ilk dəfə belə çıxış Azərbaycan Kitabxana İnforma-
siya  Konsorsiumu  (AzKİK)  tərəfindən  yaradılmışdı.  2003-cü  ildə  Bakı  Dövlət  Universiteti, 
Azərbaycan  Tibb  Universiteti  və  Xəzər  Universiteti  tərəfindən  təsis  olunmuş  Konsorsiumun 
fəaliyyətinə rəqəmli informasiya xidmətləri və virtual kitabxana kimi bilik və xidmətlərin in-
kişafına yönələn innovasiya layihələrinə maraq yaratmaq və həmin layihələrdə iştirak etmək; 
elektron mənbələrdən istifadəni təşviq etmək; istifadəsi mümkün olan elektron resurslar haq-
qında informasiyanı inkişaf və təbliğ etmək; konsorsium üzvlərin fəaliyyətini əlaqələndirmək; 
vendorlarla  danışıqlar  aparmaq  və  ehtiyac  olan  elektron  resuslardan  istifadə  imkanı  əldə 
etmək üçün yerli və beynəlxalq konsorsiumlarla əməkdaşlıq etmək və s. idi [1-3]. 
2004-ci ildə məhz AzKİK-in dəstəyi ilə iri Azərbaycan kitabxanaları ilk dəfə hazırda ən 
iri  beynəlxalq  elektron  elmi  informasiya  massivi  hesab  olunan  EBSCO  verilənlər  bazasına 
giriş imkanı əldə ediblər. 
EBSCO-ABŞ Massaçusets ştatının İspviç şəhərində yerləşən elektron məlumat xidməti 
şirkətidir.  1984-cü  ildən  fəaliyyət  göstərən  EBSCO-nun  375-dən  çox  məlumat  bazasında  2 
milyondan  artıq  material  mövcuddur.  Dünyanın  əksər  ölkələrinin  ali  təhsil  müəssisələri, 
kitabxanaları  bu  məlumat  bazasında  toplanmış  jurnal,  kitab,  musiqi  nəşrləri  və  s.  istifadə 
edirlər. Azərbaycanda nəşr olunan bir neçə elmi jurnal da (―Applied and Computational Ma-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 45 – 
 
thematics‖,  ―International  Journal  of  Academic  Research‖  və  s.)  EBSCO  məlumat  bazası 
vasitəsilə 6 mindən çox kitabxana və ali təhsil müəssisəsində oxunur. 
Azərbaycan  kitabxanalarэnэn  geniю  istifadə  etdiyi  məlumat  resurslarэndan  biri  də 
ABЮ Miзiqan və Kembric universitetrlərinin ProQuest elektron verilənlər bazasэdэr. Əsasən 
jurnal və qəzetlərdən ibarət ProQuest elektron verilənlər bazasэ 125 milyard rəqəmsal səhifəni 
özündə  birləşdirir.  Bununla  yanaşı,  ProQuest  dünyanın  ən  böyük  dissertasiya  və  hüquq 
ədəbiyyatı  bazası  hesab  olunur.  Burada  məlumatlar  əsasən  mikrofişlərdə  qorunur.  2008-ci 
ildən etibarən Azərbaycan kitabxanaların bu məlumat bazasından istifadə etməyə başlayıblar. 
Azərbaycan kitabxanalarэnэn oxuculara təqdim etdiyi beynəlxalq informasiya massivlə-
rindən biri də ―Agricola‖ məlumat bazasıdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yara-
dılan və dəstəklənən bu məlumat bazasına ABŞ Milli Kənd Təsərrüfatı Kitabxanasının kollek-
siyaları və dünyada müvafiq sahədə nəşr olunan kitab və jurnalların elektron kataloqu daxil-
dir. Azərbaycandan yalnız ―International Journal of Academic Research‖ multidissiplinar jur-
nalı bu bazaya daxil edilib. 
Ölkəmizin  universitet  və  kitabxanalarında  istifadə  olunan  beynəlxalq  informasiya  re-
sursları  arasında  ―PubMed‖  onlayn  məlumat  bazası  da  var.  Tibb  və  biologiya  elmləri  üzrə 
14,2  milyon  məqalədən  ibarət  bu  resursun  müəyyən  hissəsi  ödənişli,  bir  hissəsi  (3,8  milyon 
məqalə) isə ödənişsiz əsaslarla oxucların istifadəsinə verilib.  
Tibb sahəsində nəşr olunan kitab və jurnalları əhatəetmə baxımından kifayət qədər geniş 
və  nüfuzlu  MEDLINE  məlumat  bazası  (ABŞ  Milli  Tibb  Kitabxanasının  elektron  bazası)  da 
PubMed ailəsinə daxildir. 
2007-ci ildən etibarən bir neçə Azərbaycan kitabxanası Niderlandın ―Elsevier‖ elektron 
informasiya rerurslarına çıxış  əldə edib. ―Elsevier‖ nəşriyyatının SCOPUS elmi informasiya 
bazası  21000  elmi  jurnalın  elektron  variantını  əhatə  edir.  Xidmət  ödənişli  olduğu  üçün 
Azərbaycan kitabxanalarınının hamısı ondan yararlana bilmir. Yalnız ADA Universitetinin və 
Xəzər  Universitetinin  kitabxanaları  bu  xidmətlərdən  istifadə  edə  bilirlər.  2014-cü  ildən 
etibarən  müvəqqəti  olaraq  nəşriyyatın  ―Clinical  key‖  məlumat  bazası  Əziz  Əliyev  ad. 
Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutu  üçün  də  açıq  elan  edilib.  ―Clinical 
key‖  bazasında  610  tibb  jurnalı  var  ki,  onlara  misal  olaraq  ―Lancet‖,  ―European  Urology‖, 
―The Journal of Pediatrics‖, ―The Journal of Urology‖, ―Nutrition‖, ―Pain‖, ―Respiratory Me-
dicine‖, ―Journal of Oral and Maxillofacial Surgery‖ və s. nəşrləri göstərmək olar. 
Azərbaycan  kitabxanalarının  və  ali təhsil müəssisələrinin  istifadə  etdiyi  beynəlxalq  in-
formasiya resurslarından biri də ABŞ Elmi İnformasiya İnstitutunun (ing. Institute of Scientif-
ic  Information-ISI  Thomson)  ödənişli  Web  of  Knowledge  (Biliklər  şəbəkəsi)  elmi  məlumat 
bazasıdır. 12000 jurnalın, kitab və konfrans materiallarının rəqəmli fondu olan Web of Know-
ledge bazası 2011-2012-ci illərdə-1 il ərzində iri Azərbaycan kitabxanaları və AMEA-nın El-
mi Tədqiqat  İnstitutlarında ödənişsiz istifadə  olunub. Bu işdə  ISI Thomson-un əsas  məqsədi 
elektron məhsullarını regionun ən perspektivli ölkəsində təbliğ etmək və nəticədə Azərbaycan 
kitabxana  və  ali  təhsil  müəssisələri  ilə  uzunmüddətli  müqavilə  bağlamaq  idi.  Lakin  2012-ci 
ildə AMEA ilə Almaniyanın ―Springer Verlag‖ nəşriyyatı arasında müqavilənin imzalanması 
Azərbaycanda  Web  of  Knowledge-dən  istifadəni  xeyli  məhdudlaşdırdı.  Buna  baxmayaraq, 
istər elmi, istərsə də tematik əhatəlilik baxımından daha geniş məlumat bazası olan ―Springer 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 46 - 
Science‖in Azərbaycan oxucusu üçün açıq elan edilməsi təqdirəlayiq hal kimi qiymətləndiril-
məlidir. 
Sözügedən ―Springer Verlag‖ dəqiq və təbiət elmləri üzrə kitab, elektron kitab və elmi 
jurnallar  dərc  edən  beynəlxalq  nəşriyyatdır.  Nəşriyyat  SpringerLink,  Springer  Protocols  və 
SpringerImages də daxil olmaqla çoxsaylı elmi məlumat bazalarını özündə birləşdirir. ―Srin-
ger‖in kitabçılıq fəaliyyətinə soraq kitabçalarının, dərslik və monoqrafiyaların nəşri daxildir.  
Nəşriyyatın  SpringerImages  elektron  bazası  elm,  texnologiya  və  tibbə  aid  1,8  milyon 
şəkil kolleksiyasını əhatə edən unikal bir resursdur. 2 il ərzində Azərbaycan kitabxanalarında 
―Springer‖ məlumat bazasından istifadə öz müsbət nəticələrini vermiş, nəşriyyatın jurnalların-
da Azərbaycan alimlərinin məqalələrinin sayı artmışdır.  
Bununla  yanaşı,  oxucular  müxtəlif  Azərbaycan  kitabxanaları  vasitəsilə  Chemical  Ab-
stracts, SWETS, zbMATH, Agris, MathSciNet, Agris, GeoRef kimi ödənişli məlumat bazala-
rına da çıxış əldə edə bilirlər.  
Ölkəmizdə Dünya Elektron Kitabxanası (www.wdl.org) və Avropa Elektron Kitabxana-
sınının  (www.europeana.org)  elektron  nəşrlərindən  və  Google  Scholar  kimi  beynəlxalq  in-
formasiya  bazasından  geniş  istifadə  olunur.  Qlobal  informasiya  massivləri  ilə  bərabər, 
Azərbaycan kitabxanaları regional informasiya massivlərindən də yararlanırlar. Belə informa-
siya resurslarından biri də Rusiya Elmi Sitat İndeksi-RESİ (rus. РИНЦ) bazasıdır. 
RESİ  bazası  Rusiya  elmi  nəşriyyatlarının  biblioqrafik  məlumat  resursudur.  Bazanın 
daxil olduğu eLIBRARY platforması 2 milyondan çox məqaləni və bu məqalələrə istinad sis-
temini özündə birləşdirir. Bu sistem təkcə biblioqrafik məlumat üçün əməliyyat-axtarış siste-
mi  deyil,  eləcə  də  elmi  müəssisələrin,  tədqiqatçıların  və  elmi  jurnalların  səviyyəsini,  təsir 
əmsalını və effektivliyini qiymətləndirmək üçün güclü bir vasitədir.  
Yarımfəsli  yekunlaşdırarkən,  Azərbaycan  kitabxanaları  tərəfindən  beynəlxalq  elektron 
informasiya resurslarından istifadə təcrübəsini qısaca olaraq aşağıdakı kimi ümumiləşdirmək 
olar: 
1.
 
Azərbaycan kitabxanalarında dünyanın ən qabaqcıl elektron informasiya massivləri-
nə çıxış təmin olunub və həmin resurslar ödənişsiz olaraq oxucuların ixtiyarına verilib; 
2.
 
Azərbaycan  kitabxanalarının  kontenti  qismən  beynəlxalq  rəqəmli  informasiya  fond-
larında əks olunub; 
3.
 
Beynəlxalq elmi jurnallara çıxışın təmin olunması nəticəsində Azərbaycan müəlliflə-
rinin xarici elmi nəşrlərdəki məqalələrinə istinadların statistikasını aparmaq asanlaşıb. 
Bununla belə: 
1. Kitabxanalar tərəfindən çox çətinliklə, böyük maliyyə vəsaiti hesabına əldə olunan və 
ödənişsiz  olaraq  oxuculara  təqdim  olunan  xarici  elmi  informasiya  massivlərindən  istifadə 
qənaətbəxş deyil. Bunun səbəbi kimi aşağıdakıları göstərmək olar: 
a) əksər beynəlxalq elmi informasiya massivləri ingilis dilində olduğundan yerli müəl-
liflər dil baryeri ilə üzləşirlər; 
b) yerli müəlliflərin heç də hamısı beynəlxalq elmi informasiya massivlərinin sorğu-ax-
tarış  alətlərindən  istifadə  etmək  imkanına  malik  deyillər.  Çünki  bu  proses  oxucudan  ən  azı 
orta səviyyədə kompüter savadlılığı tələb edir. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 47 – 
 
Bütün bunlara baxmayaraq, kitabxanalarda yerli nəşriyyatların ənənəvi və elektron çap 
məhsullarından  istifadə  etməklə  bərabər,  beynəlxalq  resurslardan,  ələlxüsus,  elektron  resur-
slardan istifadə olduqca əhəmiyyətlidir.  
Kitabxanalarda xarici informasiya massivlərindən istifadə edənlərin sayı günbəgün artır, 
xüsusən gənc tədqiqatçılar ―Elsevier‖, ―Springer‖ və ―ISI Thomson-Reuters‖-in müxtəlif ba-
zalarından istifadə etməyə üstünlük verirlər. Söylənilənlər onu deməyə əsas verir ki, Azərbay-
can kitabxanalarının beynəlxalq informasiya təşkilatları və nəşriyyatları ilə qurduğu əməkdaş-
lıq və bu sahədə aparılan informasiya siyasəti kifayət qədər uğurludur. 
Kitabxanaların  beynəlxalq  fəaliyyəti bir proses  olaraq tarixin  yalnız müəyyən bir mər-
hələsinə aid olmadığından, məsələn, burjua inqilabları və yaxud renessans dövrü kimi bitmiş 
proses sayıla bilməz. Demək, bu mədəni fəaliyyətin tərəqqisi və yeni elmi-təcrübi modellərlə 
zənginləşdirilməsi, yeni inkişaf mərhələsinə qədəm qoyması qaçılmazdır. Yeni mərhələdə isə 
beynəlxalq  informasiya  və  kitab  mübadiləsinin  aparılmasının  şərtləri  və  üsulları  mütləq 
dəyişəcək və yaxud mübadilə özü bir proses olaraq başqa bir proseslə əvəzlənəcəkdir. Bu ona 
görə belədir ki, artıq cəmiyyətin özü bir formadan (sənaye cəmiyyətindən) digər formaya (in-
formasiya cəmiyyətinə) transformasiya olunur.  
Beynəlxalq  kitab  mübadiləsi  prosesinin  predmeti  təkcə  kitab  deyil.  Doğrudur,  ―kitab 
mübadiləsi‖ təyini bunun belə olmaması ilə bağlı təəssürat  yarada bilər. Lakin daha  əvvəlki 
fəsildə,  ―beynəlxalq  kitab  mübadiləsi‖  ifadəsinə  terminoloji  şərh  verərkən  biz  bu  barədə  da-
nışmış və ―kitab‖ termini ilə istənilən nəşrin, o cümlədən jurnal, qəzet, not və hətta biliktu-
tumlu informasiyanın təyin oluna biləcəyi qənaətinə varmışdıq. Çünki, üzərində yazı yazılmış 
hər hansı daş abidə də, papirus da, dəri də və s. elə kitabdır. ―Kitab‖ sözünün ərəbcə "kətəbə" 
(yazılmış bir şey) felindən əmələ gəlməsi də bu fikri təsdiqləyir. Burada bir məsələyə də xü-
susi diqqət yetirməliyik: kitabxana terminologiyasında ―informasiya mübadiləsi‖ heç də bizim 
təsəvvürümüzdə olduğu kimi, məsələn, iki ölkənin hüquq-mühafizə orqanları arasında aparı-
lan informasiya mübadiləsinə və yaxud dənizdə gəmilərin bir-birini identifikasiya etmək üçün 
həyata  keçirdikləri  siqnal  mübadiləsinə  bənzəmir.  Kitabxanaların  bir-birinə  ötürdüyü  infor-
masiya  konkret  fiziki  tutuma  malikdir,  başqa  sözlə  bu,  hər  hansı  bir  jurnaldan  məqalənin 
sürəti və yaxud bir əlyazmanın mikrofişi, faksmille nümunəsi ola bilər. Yəni o, istənilən halda 
şifahilikdən uzaqdır. Anlayışların mənasına bir daha diqqət yetirməkdə məqsəd, kitabxanala-
rın biri-birilə və yaxud digər elm-təhsil müəssisələrilə, nəşriyyatlarla həyata keçirdiyi beynəl-
xalq kitab mübadiləsinin, elmi-mədəni əməkdaşlığın gələcəkdə hansı formaya transformasiya 
oluna  biləcəyini  müəyyənləşdirməkdir.  Çünki  bir  tərəfdən,  aydındır  ki,  yeni  cəmiyyət  infor-
masiya  tutumludur  və  kitabxanaların  apardığı  informasiya  mübadiləsi  bu  cəmiyyətə  yad  bir 
fəaliyyət növü deyil. Digər tərəfdən, aydın olduqdan sonra ki, kitabxanalar sözün əsil məna-
sında ―informasiya‖ mübadiləsi aparmırlar, yəni onların barter predmeti gündəlik xəbər, mə-
lumat tipli, o cümlədən şifahi xarakterli informasiya deyil, əsasən, bilik daşıyan informasiya-
nəşrlərdir, bu zaman bir sıra suallar meydana gəlir: 
1. Gələcəkdə, iddia olunduğu kimi, kitab olmazsa və kitab nəşri dayandırılarsa, kitabxa-
nalar nə ilə və yaxud necə mübadilə aparacaqlar? 

“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”  
Beynəlxalq elmi konfransının materialları 
 
 
- 48 - 
2.  Elekton  kitabxanaların  mövcudluğu,  yaxud  ənənəvi  fondların  rəqəmsallaşdırılaraq 
açıq istifadəlilik prinsipi üzrə oxucuların ixtiyarına verilməsi kitabxanalararası mübadilə zəru-
rətini aradan qaldıra bilərmi? 
Hər iki məsələ olduqca aktualdır və onların birmənalı cavablandırılması mümkün deyil. 
Məsələyə  bizim  baxışımız  belədir:  əgər  doğrudan  da  gələcəkdə  kitab  nəşri  dayanacaqsa  və 
kitab yalnız incəsənət nümunəsi kimi muzeylərdə qorunacaqsa, əlbəttə bu zaman kitabxanala-
rın  illər  boyu  mübadilə  etdiyi  əsas  predmet  mövcud  olmayacaq.  Bu  isə  kitabxanaların 
özlərinin ənənəvi mövcudluğunu sual altına qoyur. Bəzi mənbələrdə qeyd olunur ki, bu proses 
yaxın 30-40 ildə öz həllini tapacaq və kitab kağız formasında mövcudluğunu itirəcək və bütün 
ənənəvi  kitabxanalar  elektron  kitabxanalarla  əvəzlənəcək.  Düşünürük  ki,  prosesin  bu  cür 
sürətli templə baş verməsi mümkün deyil. Ona görə ki: 
1.Ənənəvi kitab 2 min ilə yaxın təkamül yolu keçib və indi gördüyümüz form-faktora 
düşüb. Kitabın form-faktoru, qabaritləri, erqonomik təsiri insan üçün o qədər uyğundur ki, o, 
istər psixoloji, istərsə də fiziki cəhətdən kitabla tam vəhdətdədir. Elektron kitabın isə belə bir 
uğur qazanacağı mümkün görünmür. 
2. Nəzəri olaraq düşünsək ki, doğrudan da gələcəkdə bütün kitabxanalar elektronlaşdırı-
lacaq və ―ənənəvi fond‖ anlayışı olmayacaq, hətta belə olan təqdirdə, elektron kitabların bey-
nəlxalq mübadiləsinə ehtiyac böyük olacaq. Çünki, gələcəkdə, düşünüldüyü kimi e-kitabların 
və e-jurnalların tam açıq şəkildə internetdə dərc olunacağı real deyil. Daha öncəki yarımfəsil-
də beynəlxalq elektron informasiya resurslarına çıxışın bir çox hallarda ödənişli olması barədə 
bəhs olunmuşdu. Bu faktın özü də, bir daha təsdiq edir ki, bütün elektron kitab və jurnalların 
İnternetdə açıq istifadədə olması iqtisadi cəhətdən bu nəşrləri hazırlayan müəssisələrin maraq 
dairəsində deyil. 
  Bütün  bunlar  onu  deməyə  əsas  verir  ki,  kitab  və  informasiya  mübadiləsi  sahəsində 
beynəlxalq  əməkdaşlığın  perspektivləri mövcuddur və  onların  müəyyənləşdirilməsi  informa-
siya  təminatı  baxımından  olduqca  vacib  məsələlərdən  biridir.  Lakin  bu  perspektivlər  barədə 
danışmazdan  öncə  ilk  növbədə,  beynəlxalq  kitab  və  informasiya  mübadiləsi  prosesinə  təsir 
edən bir sıra amilləri nəzərdən keçirmək lazımdır. Məsələn, rus kitabxanaşünası S.M.Qrişina-
nın  fikrincə,  mürəkkəb  sistemli  bir  fəaliyyət  növü  kimi,  beynəlxalq  kitab  mübadiləsinin 
inkişaf səviyyəsi bir sıra xarici və daxili faktorlardan asılıdır. Bunlar siyasi, iqtisadi, hüquqi, 
texnoloji, təşkilati və şəxsi-psixoloji amillərdir [4]. Alim öz əsərlərində beynəlxalq kitab mü-
badiləsinin inkişaf səviyyəsinə şəxsi-psixoloji faktorlar prizmasından yanaşır və sübut edir ki, 
ayrı-ayrı  dövlətlərdə  yaşayan  şəxslərin,  kitabxanaçıların  qarşılıqlı  şəkildə  anlaşaraq  kitab 
mübadiləsi  həyata  keçirməsi,  bütövlükdə  beynəlxalq  kitab  mübadiləsinin  özəyini  təşkil  edir 
və  prosesin  inkişafı  üçün  ilk  növbədə  şəxslər  arasında  (təşkilatlar  arasında  deyil)  qarşılıqlı 
anlaşma, mübadilə istəyi olmalıdır. IFLA-nın ―Kitabxana və arxvilərin qarşılıqlı əməkdaşlığı-
nın təşkili üzrə təlimatı‖nda (1994) da bu məsələyə toxunulur və deyilir ki, iki ölkənin kitab-
xanaları arasında qarşılıqlı əməkdaşlıq təhsilin səviyyəsinin yüksəlməsinə, hər bir ölkənin mə-
dəni, sosial, iqtisadi inkişafına birbaşa təsir edir, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş 
ölkələr arasında dialoqu stimullaşdırır və informasiya resurslarına əlyetərliyi asanlaşdırır.‖  
Göründüyü kimi, bu yanaşma kitabxanalar arasında qarşılıqlı beynəlxalq əməkdaşlığın 
cəmiyyətə  faydalarını  müəyyənləşdirir.  Bəs  kitabxanaların  beynəlxalq  əməkdaşlığını  stimul-

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
Azərbaycan Milli Kitabxanası 
 
 
- 49 – 
 
laşdıran, şərtləndirən əsas faktor hansıdır?. Bizim fikrimizcə, beynəlxalq kitab mübadiləsinin 
inkişafına ən çox təsir edən amil dövlətin ilk növbədə iqtisadi-siyasi inkişaf göstəricisidir. Bir 
çox alimlərin fikrincə isə, beynəlxalq kitab mübadiləsi dövlətlərarası siyasi münasibətlərdən 
asılıdır. Beynəlxalq kitab mübadiləsinin iqtisadi aspektlərinin öyrənilməsi üzrə tanınmış mü-
təxəssis, Rusiya Dövlət  Kitabxanasının əməkdaşı Q.M.Kruqlik  yazır: ―Beynəlxalq kitab mü-
badiləsi artıq əvvəllər olduğu kimi, ideoloji funksiya daşımır. İllər öncə mədəni əlaqələr siyasi 
əlaqələrdən asılı idi və İsrail, Tayvan, Cənubi Koreya, Cənubi Afrika Respublikasının müəssi-
sələrilə  əməkdaşlıq  etmək  qadağan  olunmuşdu.  İndi  belə  qadağalar  yoxdur.  Əvəzində  başqa 
reallıqlar  var:  məsələn,  indi  biz  düşünməliyik  ki,  Çinin  maraqlarına  toxunmadan  Tayvanla 
beynəlxalq  kitab  mübadiləsini  necə  aparaq;  Şimali  Koreyanı  incitmədən  Cənubi  Koreya  ilə 
necə  əməkdaşlıq  edək;  Kuril  adaları  ilə  bağlı  problem  həll  olunmayacağı  təqdirdə  bizimlə 
əməkdaşlıq etməkdən çəkinən Yaponiya ilə kitab mübadiləsini necə inkişaf etdirək?‖ [5].  
Biz  isə  yenidən  o  fikrə  qayıdırıq  ki,  Azərbaycan  kitabxanalarının  beynəlxalq  informa-
siya mühitinin aktoru kimi çıxış etməsi birinci növbədə ölkənin iqtisadi-siyasi inkişafı ilə bağ-
lıdır. Fikrimizi əsaslandırmaq üçün 4 ölkənin-Azərbaycan, Misir, Finlandiya və Ukrayna ki-
tabxanalarının  apardığı  beynəlxalq  kitab  mübadiləsinin  səviyyəsini  müqayisə  edəcəyik.  Bu-
nun üçün ilk növbədə aşağıdakı cədvəl vasitəsilə bu ölkələrdə əhalinin savadlılıq statsitikası 
ilə tanış olaq: 
Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin