ƏDƏBĠYYAT
1.
Касумов В. Методы информационного поиска в компьютерных сетях с сверх-
насыщенными информационными ресурсами. ЭЛМ. Баку, 2004, 208 c.
2.
Kərimov S. Ontologiya və tezaurus əsasında informasiya axtarışının intellektuallaş-
dırılması / Qafqaz Universiteti jurnalı, №14. Bakı, 2004.
Ирада Тулиева
ПУТИ ИНТЕЛЛЕКТУАЛИЗАЦИИ
БИБЛИОТЕЧНО-ИНФОРМАЦИОННОГО ПОИСКА
Резюме
В статье анализируются пути повышения качества информационного поиска в
современных автоматизированных библиотечно-информационных системах. Автор
рассматривает основные виды парадигматических отношений в библиотечных ин-
формационно-поисковых языках и приводит способы их эксплицитного представления
в подсистеме интеллектуального обеспечения автоматизированных библиотечно-ин-
формационных систем.
Irada Tuliyeva
THE WAYS OF INTELLECTUALIZATION OF LIBRARY
AND INFORMATION SEARCHING
Summary
The article is concerned with the quality improvement of information retrieval in the
current integrated library systems. The author considers basic types of paradigmatic relations
at library information retrieval languages, and produces the ways of their explicit presenta-
tion in the intellectual subsystem of the integrated library systems.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 23 –
Ədibə ĠmaĢ qızı Ġsmayılova
Azərbaycan Milli Kitabxanası, Əməkdar mədəniyyət işçisi
Oxuculara xidmət işləri üzrə direktor müavini
oxucuxidmet@anl.az
XXI ƏSRĠN ĠNFORMASĠYA MƏKANINDA OXUCULARA XĠDMƏTĠN ƏSAS
ĠSTĠQAMƏTLƏRĠ, ĠNNOVATĠV YENĠLĠKLƏRĠN TƏTBĠQĠ TƏCRÜBƏSĠ
Açar sözlər: oxuculara xidmət, elektron kitabxana, virtual sifariş, elektron resurs, mobil
kitab rəfləri.
Respublikamızda avtomatlaşdırılmış kitabxana sistemlərinin tətbiqi istiqamətində ilk
addımlar məhz Milli Kitabxana tərəfindən atılmışdır. Milli Kitabxana dünyanın ən böyük və
zəngin kitabxanalarında daha çox tətbiq olunan müxtəlif funksional avtomatlaşdırılmış
kitabxana sistemi VİRTUA proqramına malikdir. Kitabxana VTLS proqramının bütün
modullarını almışdır. 2014-cü ildə Elektron Kitabxananın daha da optimallaşdırılması
məqsədilə ORACLE əsasında işlənib hazırlanmış və bir neçə parametrlər üzrə axtarış
aparılmasına imkan verən yeni CAMO proqramı alınaraq serverdə quraşdırılmışdır. Bu
axtarış sistemi vasitəsilə müəlliflər, sərlövhələr, predmetlər, açar sözlər, simvollar və
rubrikalar üzrə axtarış aparılması təmin olunmuşdur. Burada həmçinin müxtəlif məlumat
bazaları üzrə - kitabların və dövri mətbuat materiallarının, ümumi və diyarşünaslıq
kartotekalarının və digər analitik məlumat bazalarının materialları üzrə axtarış aparılması
mümkündür. Artıq bu gün kitabxanaya gələn oxucular sayı yüzlərlə olan ənənəvi kataloq və
kartotekalarda saatlarla axtarış aparmaq əvəzinə, kitab verilişi məntəqəsində quraşdırılan
kompyuterlərə yaxınlaşaraq 2-3 dəqiqə ərzində Milli Kitabxananın fondunda olan istədikləri
kitabı tapa bilir və sifariş edirlər. Elektron resursların yaradılması şöbəsi Elektron
Kitabxananın bazasının zənginləşdirilməsi işini daima davam etdirir. Şöbədə müasir
informasiya texnologiyasının tətbiq edilməsi, istifadə olunan qurğuların təkmilləşdirilməsi,
yeni robot-skaynerin alınması, həmçinin proqram təminatının daha optimalları ilə əvəz
edilməsi sayəsində elektron resursların hazırlanması sürəti xeyli artmışdır. Şöbədə elektron
resursların keyfiyyətinin artırılması üçün kitabları özü skan edən xüsusi robot-skaner
quraşdırılmışdır. Bu aparat kitabın skan olunması prosesini tam olaraq özü həyata keçirir və
bir saat ərzində 2500-3000 səhifə skan etmək imkanına malikdir.
Qiymətli kitab fondlarının konservasiyasını həyata keçirmək üçün onların mikrofilmlə-
rinin hazırlanması və mikrofilmləri oxumaq üçün avadanlıqlar, qrammafon vallarının CD
disklərə və audio kassetlərə yazılmasını təmin edən müasir tipli qurğular və foneteka kabineti
üçün avadanlıqlar Yaponiya dövləti tərəfindən Milli Kitabxanaya hədiyyə edilmişdir. Mikro-
fılmlərin mətninin xüsusi kompyuter yaddaşına köçürülməsinə imkan verən qurğu isə xüsusilə
əhəmiyyətlidir, qiymətli kitabların və qəzet-jurnal dəstlərinin tam elektron mətnlərinin yara-
dılmasının sürətləndirilməsi işində böyük rol oynayır.
Bu gün kitabxanamızın oxucuları və eləcə də dünya miqyasında Azərbaycanla
maraqlanan bütün insanlar Milli Kitabxananın saytı və elektron kataloqu vasitəsilə zaman və
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 24 -
məkan problemi olmadan Milli Kitabxananın nəinki kataloq və fondlarına daxil olaraq ondan
sərbəst istifadə edə bilirlər, hətta onun tammətnli elektron məlumat bazalarından da
bəhrələnirlər. Heydər Əliyev irsi, Zərifə xanım Əliyeva, Mir Cəlal Paşayev irsi, Mehriban
xanım Əliyeva, Fikrət Əmirov, Bunları unutmaq olmaz.Qan yaddaşımız, Dağlıq Qarabağ
müharibəsi, Xocalı, 31 Mart, Abuzər Xələfov, Nəsir İmanquliyev, Nizami Gəncəvi,
M.Ə.Sabir, M.F.Axundzadə, Nəriman Həsənzadə, Qara Qarayev, Üzeyir Hacıbəyli,
Azərbaycan Milli Kitabxanası 90, Azərbaycan teatrı 140, Elçin, Teymur Elçin və başqa
elektron məlumat bazaları da bu gün oxucularımız üçün dəyərli mənbələrdir.
Elektron məlumat bazamız Avropa Elektron Kitabxanasına daxil edilmişdir ki, Milli
Kitabxanamızın oxucuları ABŞ-ın Konqres Kitabxanasının, Avropa Birliyinin 48-dən çox
ölkəsinin milli kitabxanasının və Rusiya Dövlət Kitabxanasının elektron məlumat bazalarına,
habelə Rusiya Dövlət Kitabxanasının elektron dissertasiya fonduna birbaşa çıxış imkanı əldə
etmişlər. Yəni, kitabxananın oxucuları Avropanın 50-dən çox kitabxanasının fondlarında və
kataloqlarında birbaşa axtarış aparmaq imkanı əldə etmişlər. Eyni zamanda 50-dən çox
Avropa ölkəsinin milli kitabxanasının oxucuları da Azərbaycan Milli kitabxanasının fond və
kataloqlarından istifadə etmək imkanı qazanmışdır.
Elektron kitabxananın təkmilləşdirilməsi məqsədilə Milli Kitabxana tərəfindən xüsusi
proqram hazırlanmışdır. Bu proqram vasitəsilə kitabların elektron resurslarına Milli
Kitabxananın holoqramı vurulur, elektron resurs kodlaşdırılır ki, bu da elektron kitabxanada
yerləşdirdirilən və müəllif hüquqları qorunan kitabların surətinin çıxarılmasına, elektron
daşıyıcılarına köçürülməsinə imkan vermir. Hazırda Milli Kitabxananın Elektron Kitabxana-
sında 130 mindən artıq elektron resurs vardır və yaxın zamanda onların əksəriyyəti oxucular
üçün açıq olacaqdır.
Bu gün Milli Kitabxana respublikanın bütün kitabxanalarına, eləcə də bütün oxuculara
və internet istifadəçilərinə virtual rejimdə xidmət göstərir. Kitabxananın saytında ―Virtual
sifariş,― Metodik xidmət‖ ―Bizdən soruşun‖ və ―Biblioqrafik sorğu‖ bölmələri yaradılmışdır.
Ölkənin istənilən nöqtəsindən hər bir kitabxana işçisi, müxtəlif oxucular, istifadəçilər sorğula-
rını sayt vasitəsilə Milli Kitabxanaya ünvanlayır və ən qısa müddətdə öz sorğularına cavab ala
bilirlər.
Kitabxanaçının ən vacib keyfiyyətlərindən biri oxucunun vaxtına qənaət etmək, ona tez
və vaxtında kitabxana - informasiya xidməti göstərməyi bacarmaqdır. Oxucuya tez və vaxta
qənaət etməklə xidmət etmək kitabxanaçıdan kitabxana fondunu, kitabxana resurslarını, həm-
çinin kitabxananın məlumat-axtarış sistemlərini, kitabxana kataloqlarını, o cümlədən, elektron
vasitələri, kitabxana-informasiya texnologiyasını dərindən bilməyi tələb edir. Kitabxananın
Humanitar elmlər zalında artıq bir neçə ildir ki, azərbaycan və rus dillərində ―Azərbaycan
Respublikasının qanunvericiliyi‖ onlayn məlumat bazası oxucuların istifadəsinə verilmişdir.
Müasir oxucu tələbinə cavab verən bu proqram oxucuların vaxta qənaət etmələrinə kömək
edir. Kitabxana kataloqundan istifadə etmədən oxucu birbaşa məlumat bazasından istifadə
edir. Bu bazanı www.qanun.info-(Azərbaycan dilində) www.consultinq.minimax.az- (Rus di-
lində) internet səhifəsinə daxil olmaqla əldə etmək olar.
Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirmək məqsədi ilə elektron
kitabxananın xarici elektron informasiya ehtiyatları ilə komplektləşməsini oxucuların sorğusu
əsasında həyata keçirərək zəngin axtarış imkanlarına malik, dünyanın və Rusiyanın aparıcı
elibrary.ru elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına abunə olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 25 –
elibrary.ru platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair) elmi
jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi məqsədi ilə kitab-
xananın elmi zallarında – Dövri mətbuat, Humanitar, Dəqiq və texniki elmlər zallarında,
Lokal şəbəkədən istifadə üzrə oxu zalında olan kompyuterlər oxucuların istifadəsinə
verilmişdir.
Bu gün oxucular qısa zaman ərzində daha çox informasiya əldə etmək istəyirlər.Bu
baxımdan kompyuterlərin, telekommunikasiya sistemlərinin, surətçıxarma texnikasının
kitabxana xidmətinə daxil edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki yeni texnika və
texnologiya kitabxana şəraitində sənədlərin asan və tez əldə edilməsinə kömək göstərməklə
bərabər, həm də əldə edilən bir çox materialların ev şəraitində istifadəsinə imkan verir. Müasir
tələblərə cavab verən Elektron resurslardan istifadənin təşkili bölməsində oxucu sorğusu
əsasında çox qısa müddət ərzində ən çox istifadə olunan kitabların, dövri mətbuat
nümunələrinin, dissertasiyaların elektron versiyaları yaradılır və surəti çıxarılaraq oxuculara
verilir. Kitabların, dövri mətbuatın, dissertasiyaların elektron versiyalarının yaradılması
rəqəmli fotoaparatlar vasitəsi ilə yerinə yetirilir. İstənilən ədəbiyyatın lazım olan səhifələri
rəqəmli fotoaparat vasitəsilə çəkilir, işlənir, çap edilərək oxuculara verilir. Eyni zamanda
həmin ədəbiyyatın tam elektron versiyaları yaradılaraq kitabxananın lokal kompyuter
şəbəkəsinin məlumat bazasına daxil edilir. Bu da ondan gələcəkdə digər oxucuların da istifadə
edə bilməsinə şərait yaratmış olur.
Milli Kitabxanada elektron kataloq, elektron kitabxana xidmətləri ilə yanaşı, oxucuya
kitab verilişi prosesi də avtomatlaşdırılmışdır. Oxucu elektron bilet ilə avtomatik
qeydiyyatdan keçir və elektron kataloqdan sifarişini verir. Oxucu hər hansı bir ədəbiyyatı
sifariş etdikdə fondda quraşdırılmış e-mail vasitəsilə sorğu qəbul olunur, tələbnamə çap edilir
və ədəbiyyat kitab verilişi məntəqəsinə çatdırılır. Oxucu elektron tablonu izləyərək
ədəbiyyatın hansı zala göndərildiyini öyrənir və kitabı operativ əldə edə bilir.
Milli Kitabxanada fondların mühafizəsi üçün mühüm tədbirlər həyata keçirilir. 2014-cü
ildən kitabxananın fondlarında müasir tipli mobil kitab rəflərinin quraşdırılması işlərinə başla-
nılmışdır. Tozu, rütubəti, işığı buraxmayan və qiymətli kitabların digər kənar təsirlərdən qo-
runmasına xidmət edən mobil kitab rəfləri eyni zamanda, yeni kitabların yerləşdirilməsi im-
kanlarının da iki dəfə artırılmasına kömək edir. Kitabxanada Avropa standartlarına uyğun
işıqlandırma, havalandırma və rütubət rejimini tənzimləyən avadanlıqlar quraşdırılmış, qazla
işləyən avtomatlaşdırılmış yanğın xəbərverici və yanğın söndürücü sistem quraşdırılaraq isti-
fadəyə verilmişdir. Fondun xüsusi, mobil kitab rəflərində yerləşdirilməsi həm oxucuya xidmət
işini yaxşılaşdırır, həm də kitab sərvətini mühafizə edir.
Bu gün Milli Kitabxanada modernləşmə işləri uğurla davam etdirilir.
Adiba Ġsmayılova
THE MAIN DIRECTIONS OF READER SERVICES IN INFORMATION
ENVIRONMENT OF THE XXI CENTURY, THE EXPERIENCE
OF APPLYING INNOVATIONS
Summary
The article provides information about the implementation of new service methods in
recent years in the Azerbaijan National Library in order to cover information demands of us-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 26 -
ers more rapid, complete and comprehensive and the creation of modern conditions in the
separate reading-halls of the library both for research-scholars and for students, in order
them to get the necessary literature.
Keywords: Reader services, e-library, virtual order, electronic resource, mobile book-
shelves
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 27 –
Cavid Cəfərov
Tarix üzrə fəlsəfə doktoru,
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,
“Beynəlxalq əlaqələr” şöbəsinin aparıcı elmi işçisi
ccavid@yahoo.com
RADĠOTEZLĠKLĠ ĠDENTĠFĠKASĠYA, 4G VƏ WEB 3.0 TEXNOLOGĠYALARI
AZƏRBAYCAN KĠTABXANALARININ ĠNFORMASĠYA MARġRUTUNDA
Açar sözlər: Elektron kataloq, e-kitabxana, RFID, 4G, Web 3.0.
Ключевые слова: Электронный каталог, e-библиотека, RFID, 4G, Web 3.0.
Key words: Electronic catalog, e-library, RFID, 4G, Web 3.0.
GiriĢ
Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş ―Azərbaycanda kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması haqqında» sərəncam və ―Azərbaycan Respublikasında kitabxa-
na-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»ı kitabxanaları-
mızın inkişaf strategiyası kimi qəbul edilir və kitabxanaların fəaliyyəti bu mühüm sənədlərin
tələbləri üzərində qurulur [1].
Sərəncama əsasən Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləşdirilməli,
yeni texnoloji avadanlıqlarla təmin edilməli, elektron kataloq və elektron kitabxana quruculu-
ğu işləri sürətlənməlidir.
Azərbaycanda bir çox iri kitabxanalar artıq 10 ilə yaxındır ki, modernləşməyə hazırlıq
dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır.
Lakin yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqa-
mətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur.
Məqsəd və vəzifələr
Azərbaycan kitabxanalarında yaradılan elektron kataloq sistemlərinin yaxın 5 il ərzində
inkişafı üzrə vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:
1.
Azərbaycan kitabxanalarında elektron kataloqu inkişaf etdirmək üçün MAKİS yara-
dılmalıdır.
2.
Kitabxanalardakı elektron kataloq sistemi RFID-radiotezliklə identifikasiya (ingi-
liscə, Radio Frequency Iddentification) texnologiyaları ilə uzlaşdırılmalıdır.
3.
Veb kataloq sistemi elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edilmə-
lidir.
4.
Elektron kataloqa əlyetərliyin səviyyəsini yüksəltmək üçün 4G və Web 3.0 texnolo-
giyalarından istifadə olunmalıdır.
5.
Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri həll olunmalı, kibertəhlükəyə
qarşı önləyici tədbirlər görülməlidir.
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 28 -
6.
Nitqin tanınması sistemi və mətnin nitqə çevrilməsi sistemi ilə elektron kataloqun
yaradılması işi uzlaşdırılmalıdır.
Milli AvtomatlaĢdırılmıĢ Kitabxana-Ġnformasiya Sistemi
Azərbaycan kitabxanalarında əsasən Rusiya və ABŞ istehsalı olan Avtomatlaşdırılmış
Kitabxana-İnformasiya Sistemləri (AKİS) olan İRBİS-64 və VTLS istifadə olunur. Bu proq-
ram vasitələri, digər ənənəvi kitabxana proseslərini (kitab verilişi, oxucu qeydiyyatı, kom-
plektləşdirmə və s.) avtomatlaşdırmaqla bərabər, elektron kataloqun yaradılmasına da şərait
yaradır. MAKİS-in tətbiqi ilə bağlı təkliflərimiz haqqında danışarkən bir haşiyə çıxmaq
istərdik: bəzən MARC (maşınla oxunan kataloq formatı) sistemi ilə AKİS eyniləşdirilir.
Halbuki, MARC AKİS-in yazı dilidir, yazı formatıdır və bu iki anlayışı eyniləşdirmək doğru
deyil. Məsələn, İRBİS Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemidir və biblioqrafik
yazıları MARC formatının digər variantları olan-UNIMARC və ya RUSMARC formatı ilə
emal edir. Beləliklə, aydın olur ki, MARC bir format kimi invariantdır, UNIMARC beynəl-
xalq, RUSMARC isə Rusiyanın milli adaptiv formatıdır. MARC-ın Azərbaycan variantı-
AZMARC-ın yaradılmaması müstəqilliyimizə qədər bu məsələnin aktual olmaması və bu
problemin aradan qaldırılması üçün təşəbbüslərin göstərilməməsi ilə bağlıdır. Nəhayət, dövlət
başçısının sərəncamı ilə 2008-ci ildə kitabxanaların inkişafı ilə bağlı Dövlət Proqramında bu
məsələ öz əksini tapıb və 2013-cü ilədək AZMARC-ın yaradılması məsələsinin həll olunması
tapşırığı verilib. Milli AZMARC formatının yaradılmasının zəruriliyi ondadır ki, milli-mənəvi
irsimizə, ədəbiyyatımıza, sənətimizə, musiqi və folklorumuza edilən biblioqrafik istinadlar,
UNIMARC-ın milli identifikasiya bölməsi (9-cu bölmə) vasitəsilə deyil, məhz əsas bölmələr
vasitəsilə qeyd olunsun. AZMARC formatının yaradılması bizə, məsələn, muğama, folkloru-
muza, incəsənətimizə dair biblioqrafik yazıları altbölmə rəqəmlərindən əsas bölmə rəqəmləri
sisteminə inteqrasiya etməyə imkan verəcək.
Lakin nə AZMARC formatının mövcudluğu, nə də UNIMARC-ın Azərbaycan dilinə
tərcüməsi MAKİS-in yaradılması deməkdir. MAKİS bütövlükdə (yalnız interfeysi deyil)
Azərbaycan dilində, milli göstəricilərə müvafiq, idarəetmə sistemi milli kitabxana prosesləri-
nin idarəedilmə prinsiplərinə uyğun bir proqram təminatı olmalıdır [2]. Əlbəttə belə bir siste-
min yaradılması gərgin əmək, güclü kadr potensialı (kitabxanaçılar, proqramçılar, dilçilər və
digər zəruri mütəxəssislər), texnoloji və maddi vəsaitlər tələb edir. Bu sahədə uğurlu nəticə
əldə etmək üçün AR Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, iri kitabxanalarımız
olan AMEA Mərkəzi Elmi Kitabxanası, Milli Kitabxana, Prezident Kitabxanası, BDU-nun
Elmi kitabxanası, Naxçıvan Dövlət Universitetinin kitabxanası və AMEA-nın bir sıra Elmi
Tədqiqat İnstitutları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutu
birgə fəaliyyət göstərməlidir. Yalnız belə olan təqdirdə milli əhəmiyyətli Avtomatlaşmış Ki-
tabxana Sistemi qurmaq, onun elmi əsaslarını işləyib hazırlamaq, linqvistik və hüquqi təmina-
tını bərqərar etmək mümkündür. Son zamanlar İT sahəsində ixtisaslaşmış bir sıra yerli müəs-
sisələr bu sahədə ilkin addımlar atıblar. Məsələn, MEGA şirkəti yeni elektron kataloq və ki-
tabxana sistemi yaradıb. Bu sistem ədəbiyyatın elektron formada kataloqlaşdırılmasını, reyes-
trinin aparılmasını, sistemləşdirilməsini təmin edən bir proqram vasitəsidir. Proqramın "Elek-
tron kataloq" adlanan platformasının köməyilə kitabxanadakı sənəd kütlələri bir neçə para-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 29 –
metr (qeydiyyat nömrəsi, sərlövhə, müəllif, nəşr tarixi, annotasiya və s.) üzrə elektron katalo-
qa daxil edilir. "Elektron kitabxana" platforması isə elektron kataloqu olan kitabların tam mət-
nini verilənlər bazasına yükləməyə imkan yaradır.
Həmin proqram təminatı aşağıdakı imkanlara malikdir:
Kitab haqqında məlumatın kataloqa daxil edilməsi;
o
Unikal identifikasiya nömrəsinin (UİN) təyin edilməsi (reyestrin aparılması);
o
Kitabın adı;
o
Müəllif haqqında məlumat;
o
Nəşr tarixi;
o
Annotasiya;
Kataloqda olan mövcud məlumatların redaktə edilməsi;
Məlumatların strukturlaşdırılması və qruplaşdırılması;
Məlumatların kataloqdan silinməsi;
Axtarış sistemi (müxtəlif parametrlər üzrə);
o
İdentifikasiya nömrəsinə görə;
o
"Açar" sözlərə (kitabın adı, müəllif, annotasiya və s.) görə;
o
Kateqoriya üzrə.
Məlumatların düzgünlüyü və saxlanmasının təmin edilməsi baxımından proqramın aşa-
ğıdakı imkanları mövcuddur:
Avtomatik back-up (serverdəki bazanın ehtiyat nüsxəsinin çıxarılması);
Kataloqda aparılmış redaktə əməliyyatlarının tarixçəsinin saxlanması;
Kitabxanaçılar üçün 2 pilləli səlahiyyət bölgüsü.
Bu kimi təşəbbüslər təqdirəlayiqdir, lakin göründüyü kimi sistem kitabxana proses-
lərinin avtomatlaşdırılması işinin yalnız bir hissəsini yerinə yetirməyə, elmi-nəzəri əsaslara
söykənmədən məhdud proqram-mexanizm funksiyasını icra etməyə hesablanıb. Çünki, proq-
ram təminatı linqvistik məsələləri, müxtəlif nəşr tiplərinin (notlar, xəritələr, əlyazmalar) möv-
cudluğunu və xüsusiyyətlərini nəzərə almayıb. Başqa sözlə, kitabxana fondları yalnız kitablar-
dan ibarət olmadığından və kitabxana prosesləri sadəcə elektron kataloq yaratmaqla məhdud-
laşmadığından, bu və buna bənzər təşəbbüslər hələlik milli, vahid AKİS konsepsiyasına cavab
vermir.
Azərbaycanda MAKİS-in yaradılması aşağıdakı məsələlərin öz həllini tapmasına imkan
verər:
1.
Milli elektron kataloqun tezaurus/linqvistik təminat məsələsi həll olunar, mətnləri av-
tomatik olaraq dilimizin orfoqrafik qaydalarına uyğunlaşdırmaq, biblioqrafik yazıların, məlu-
matların latın qrafikalı Azərbaycan əlifbası üzrə avtomatik sıralanmasını həyata keçirmək
asanlaşar (qeyd: hazırda kitabxanalarımızda tətbiq olunan AKİS-lərdə bu əməliyyatı yalnız
rus və ingilis dilində yazılmış biblioqrafik yazıları sistemləşdirərkən aparmaq mümkündür.
Milli ədəbiyyatın biblioqrafiyasını elektron kataloq sistemindən köçürmə yolu ilə kitab halın-
da nəşr edən kitabxanalarımız əlifba üzrə sıralamanı avtomatik yerinə yetirə bilmirlər.)
2.
Müəllif işarələrinin latın qrafikalı Azərbaycan əlifbasına uyğun sıralanması mümkün
olar. Məsələn, adı və ya soyadı ―Ə‖, ―Ö‖, ―Ü‖ ilə başlanan müəlliflərimizin əsərlərinin elek-
“Kitabxana-İnformasiya Elmləri: tədris və təcrübədə yeni çağırışlar”
Beynəlxalq elmi konfransının materialları
- 30 -
tron biblioqrafik təsvirini yaradarkən, sistem, onları ingilis və ya rus dilinin əlifbasına uyğun
deyil, avtomatik olaraq Azərbaycan əlifbasının qaydalarına uyğun düzər.
3.
Avtomatlaşdırma, o cümlədən elektronlaşdırma prosesləri üzrə tədrisin və tədrisi mə-
nimsəmənin keyfiyyəti yüksələr. Belə ki, xaricdən alınan VTLS və İRBİS AKİS-lərinin təli-
matları həddindən artıq texniki informasiya ilə yükləndiyindən, onu tam mənimsəmək hələ
heç bir kitabxanamıza müəssər olmayıb. Bu səbəbdən, kitabxanalarımızda əlavə xərc çəkilə-
rək təlimatlar hissə-hissə (təlimatlar yeniləndikcə) dilimizə tərcümə edilir, bir çox hallarda isə
həmin AKİS-lərin tətbiqi sahəsində təcrübə toplamış kənar mütəxəssislərin köməyinə ehtiyac
duyulur. Belə mütəxəssislərin sayı isə ölkəmizdə olduqca azdır. Bəzən, bir mütəxəssis respub-
likamızın bir neçə kitabxanasında çalışmalı, problemləri aradan qaldırmalı olur. Bu problemin
səbəbi təkcə kadr çatışmazlığı deyil, tətbiq olunan avtomatlaşdırılmış sistemlərin xarici dillər-
də olması, texniki məlumatlandırmanın humanitar ixtisas sahibi olan kitabxanaçıların bilikləri
ilə üst-üstə düşməməsidir. Məsələn, Qərb kitabxanalarında çalışan proqramçılar, İT mütəxəs-
sislər, ixtisasca əsasən kitabxanaçı olurlar. Və yaxud əksinə, kitabxanaçılar bir neçə illik təc-
rübədən sonra asanlıqla AKİS-lərin idarə olunması, tətbiqi məsələləri üzrə İT mütəxəssisə
çevrilə bilirlər. Bu isə dil baryerinin olmaması, AKİS-in kitabxanaçı üçün tam açıq və anlaşı-
lan olması ilə əlaqədardır.
4.
Bütün növ avtomatlaşdırılmış kitabxana əməliyyatlarının yerinə yetirilməsində Döv-
lət dili haqqında AR Qanununun müddəaları təmin edilmiş olar.
Bundan əlavə, Azərbaycanda yaradılacaq MAKİS bütün kitabxanalarımızın (sahəvi,
universal, kütləvi, elmi və s.) ümumi iş prinsiplərinə uyğunlaşdırılmalı, həm kitabxanalararası
abonoment, həm korporativ-toplu elektron kataloq, həm də milli elektron kitabxana üçün zə-
min yaratmalıdır. Hazırda kitabxanalarımızda istifadə olunan İRBİS və VTLS AKİS-ləri qa-
palı proqram kodlaşmasına malik olduğundan müştəri-kitabxanaların onların arxitekturasına
əlavələr, dəyişikliklər etmək imkanı yoxdur. Bu səbəbdən kitabxanalarımız, istifadə etdikləri
xarici sistemlərin istehsalçılarına, hər yenilənmiş versiya və ya dəyişilmiş modul üçün əlavə
pul ödəyirlər. Bu kimi halların da aradan qaldırılması üçün MAKİS-in yaradılması olduqca
vacibdir. Təqdirəlayiq haldır ki, 2015-ci ildə IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çər-
çivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALISA (Automated
Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sisteminin təqdimat
mərasimi keçirilib. ALISA elektron kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxa-
na və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qəzet, audio, və s.) və təsnifa-
tının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı, oxucu və kitab-
xana arasında daha rahat, vaxt itkisi olmadan operativ olaraq münasibətlərin qurulmasını
özündə birləşdirməkdir. Lakin hələlik bu sistemin real tətbiqindən danışmaq tezdir. Çünki bu
kimi proseslər kitabxanalar tərəfindən texniki olaraq heç də həmişə birmənalı qəbul olunmur
(illərlə başqa sistemlər üzərində əldə olunmuş nəticələrin itirilməsi təhlükəsi buna şərait
yaradır) və uzun illər tələb edir.
Məsələn, 2010-cu ildə Qazaxıstanda ―KABİS‖ MAKİS-i yaradılarkən bu sistemə mü-
nasibət birmənalı olmamışdır. Belə ki, ölkə kitabxanalarının böyük əksəriyyətində tətbiq
olunan İRBİS AKİS-in asanlıqla öz yerini yeni sistemə verəcəyi inandırıcı görünmürdü. Lakin
AKİS-in yaradılmasından bir müddət sonra Qazaxıstan Universitetləri Assosiasiyasının qərarı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Milli Kitabxanası
- 31 –
ilə, yeni sistemin ali məktəb kitabxanalarında tətbiqi icbariləşdirildi. Bu məqam Qazaxıstan
kitabxanalarının fəaliyyətində dönüş nöqtəsi oldu. Belə ki, bu ölkənin toplu elektron kataloqu
gözlənildiyindən daha tez istifadəçilərin ixtiyarına verildi, milli elektron kataloqun yaradılma-
sı işində əsaslı dəyişikliklər baş verdi [3]. 2009-cu ildə eyni təcrübədən Özbəkistan da yararla-
naraq ―KARMAT-M‖i MAKİS-ni yaratdı və sistemi uğurla tətbiq etdi [4]. Həm qloballaşma-
nın, həm də müstəqilliymizin tələblərinə müvafiq olaraq ölkəmizdə də bu sahədə ciddi addım-
ların atılmasına zərurət yaranıb.
Dostları ilə paylaş: |