Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə16/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   12   13   14   15   16   17   18   19   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov


Partneship Act 1890 


43 
hələ də kifayət qədər geniş istifadə olunması maraq doğurur. Bu sualın cavabını 
həmin ölkələrin vergi hüquqlarında axtarmaq lazımdır. Belə ki, Azərbaycan və 
əksər MDB ölkələrindən fərqli olaraq, ABŞ və bir sıra Avropa ölkələrində tam 
ortaqlıqlar korporasiya (şirkət) kimi vergi tutmaya cəlb olunmur. Yəni ortaqlığın 
əldə etdiyi gəlirlər üzrə vergilər ortaqlıqdan tutulmur. Ortaqlıq vergi ödəyən 
şəxs hesab edilmir. Əvəzində bütün vergilər ortaqlıqda sahib olduğu paya 
proporsional olaraq ortaqlar (partnyorlar) tərəfindən ödənilir. Bu mexanizm 
imkan verir ki, əldə olunan gəlir iki dəfə vergiyə cəlb olunmasın. Azərbaycan 
vergi praktikasında isə ortaqlıq şirkət kimi (ASC, MMC) vergiyə cəlb olunur. 
Sadə misalı mənfəət vergisi üzərində göstərmək olar. Məsələn, "Əli və Vəli tam 
ortaqlığı" əldə etdiyi gəlirdən ortaqlıq adından mənfəət vergisi ödəyir. Vergi 
ödənişindən sonra qalan xalis mənfəət ortaqlar arasında bölüşdürüləndə əlavə 
"dividend" vergisi tutulur.
67
Tam ortaqlıqla yanaşı, kommandit (məhdud) ortaqlıq da mövcuddur. 
Kommandit ortaqlığın xüsusiyyəti ondan ibarətdir ki, burada ən azı bir nəfər 
tam ortaq olmaqla, bir neçə kommandit ortaq ola bilər. Bu biznes modelində tam 
ortaq tam məsuliyyət daşıyır (öz fərdi əmlakı ilə də), kommandit (məhdud) 
ortaqlar isə yatırdıqları sərmayələr həcmində məsuliyyət daşıyırlar. Həmçinin 
idarəetmədə tam ortağın hüquqları daha genişdir. Xarici ölkələrdə kommandit 
ortaqlıqlar (Limited Partnership) investisiya fondlarının yaradılmasında geniş 
istifadə olunur. 
Liberal korporativ hüquqa doğru
68
 
XIX əsrin əvvəllərinədək ABŞ-da korporasiya
69
ancaq qanunverici orqanın 
qərarına əsasən yaradıla bilərdi. Demək olar ki, korporasiya yaratmaq hüququ 
67
VM-nin 122-ci maddəsi 
68
Bu paraqrafın müəllifi hüquqşünas Rəşid Əliyevdir. 
69
ABŞ-da "korporasiya" hüquqi şəxsin bir formasıdır. Korporasiyanın Azərbaycandakı analoqu SC-dir.


44 
imtiyaz idi: qanunvericilik konkret şəxslərə konkret məqsədlər üçün və konkret 
müddətə korporasiya yaratmağa icazə verirdi. O zamanlar korporativ hüquq, 
sözün əsl mənasında, tənzimlənən sahə idi. Ancaq bu tendensiya sonradan 
dəyişdi: XIX əsrin əvvəllərindən başlayaraq ABŞ-ın ayrı-ayrı ştatları
70
(Nyu-York 
birinci olmaqla) korporasiyalar haqqında ümumi – yəni dairəsi məhdud olmayan 
şəxslərə tətbiq olunan – qanunlar qəbul etdi. Bu qanunlara əsasən istənilən şəxs 
korporasiya yarada bilərdi. Ancaq bu qanunların əksəriyyətində bir çox 
maddələr imperativ xarakter daşıyırdı və korporasiyaların sahiblərinin müqavilə 
azadlığı məhdud idi. XIX sonları və XX əsrin əvvəllərindən başlayaraq bir çox 
ştatlar 
korporativ 
qanunvericiliklərini 
liberallaşdırmaq 
istiqamətində 
dəyişdirməyə başladılar – yəni imperativ normaların sayı azaldı və bir çox 
məsələləri korporasiyaların nizamnaməsi və ya səhmdarlar arasında müqavilə 
ilə tənzimləmək mümkün oldu
71
. Biz "Delaver Ümumi Korporasiyalar" 
Qanununa baxsaq, görərik ki, burada nəzərdə tutulan bir çox maddələr 
dispozitiv və daha çox “icazə verən” xarakter daşıyır.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin