Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə21/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   17   18   19   20   21   22   23   24   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Konkret maddələrdən misallar 
Mülki Məcəllənin 90-1.2-ci maddəsinə müvafiq olaraq, MMC-nin hər bir 
iştirakçısının nizamnamə kapitalındakı payına uyğun mənfəət almaq hüququ 
var. Burada “uyğun” sözü aydın deyil, ancaq güman ki, qanunvericilikdə 
“mütənasib” və ya “proporsional” ifadələri nəzərdə tutulmuşdur. Deməli, Mülki 
Məcəllə MMC-nin iştirakçılarına MMC-nin mənfəətindən öz paylarına 
mütənasib gəlir əldə etmək hüququnu təmin edir. Mülki Məcəllənin MMC-lərə 
aid 90.6-cı maddəsinə nəzər salaq. Bu maddəyə əsasən MMC-nin iştirakçıları 
nizamnamə kapitalında olan paylarına proporsional həcmdə MMC-yə əlavə pay 
qoya bilərlər
83
. Burada məqsəd aydındır: qanun iştirakçının mayasının 
“yuyulmasından” və ya azalmasından qoruyur. Misal üçün, 1 yanvar 2012-ci ildə 
83
Etiraf edək ki, 90.6-cı maddənin dili ciddi anlaşılmazlığa səbəb ola bilər – bu maddə MMC-lərin yeganə iştirakçısı olan 
hallar üçün istisna sayılmalıdır. Yeganə iştirakçının payı adətən 100 faiz olur və 100 faizə proporsional elə 100 faizdir.
Nizamnamə kapitalı qiymətlə də ifadə olunur. Fərz etsək ki, A MMC-nin nizamnamə kapitalı 100 AZN-dir və A MMC-
nin yeganə təsisçisi B 100 faizə malikdir, B nizamnamə kapitalını 100 AZN-nin 100 faizindən, yəni əlavə 100 AZN-dən 
artıq artıra bilməz. Əslində bu maddə yalnız MMC-də iki və ya artıq şəxs olan halların tətbiqi üçün nəzərdə tutulmuşdur.


55 
yaradılan “AB” MMC-nin nizamnamə kapitalı 100 AZN olmuşdur və onun 
iştirakçıları Alfa və Bettanın payları aşağıdakı kimi bölüşdürülmüşdür: Alfanın 
payı – 20 AZN ödədiyi üçün 20 faiz, Bettanın payı – 80 AZN ödədiyi üçün 80 
faiz. Bir müddət sonra Betta özünün səs çoxluğu hüququndan istifadə edərək 
nizamnaməyə əlavə pay qoya və Alfanın nizamnamə kapitalındakı paylarını 
azalda bilər. Misal üçün, cəmi bir ay sonra 1 fevral 2012-ci ildə Betta nizamnamə 
kapitalına əlavə 50 AZN əlavə etsə (və bu qərar iştirakçıların səs çoxluğu ilə 
təsdiq olunsa), o zaman payların nisbəti dəyişir: 150 AZN-lik nizamnamə 
kapitalında Alfanın payı 13.33 faizə kimi azalır
84
. 90.6-cı maddə bunun qarşısını 
alır.
Hər iki maddə (90-1.2 və 90.6) payçıların (adətən azlıqda olan payçıların) 
hüquqlarını qorumağa yönəlmişdir və tənzimləmənin məqsədi budur. 
Yuxarıdakı bazar və tənzimləmə haqqında müzakirələrimizə əsasən ehtimal 
edirik ki, adətən gəlirin bölüşdürülməsi və nizamnamə kapitalının artırılması 
məsələlərində “bazar işləmir” və ya özü-özünü tənzimləyə bilmir və bunun 
üçün də tənzimləməyə ehtiyac var.
Ancaq bu, doğrudanmı, belədir? Elə hallar və situasiyalar təsvir edə bilərik ki, 
orada bu cür müddəalar arzuolunmaz ola bilər. 
Misal: Alfanın elektron kommersiyaya (internet vasitəsi ilə kommersiya 
fəaliyyəti) dair yüksək gəlir vəd edən potensial ideyası var. Bunun üçün ən 
azından 1000 AZN investisiya tələb olunur, Alfanın isə cəmi 200 AZN-i var. 
Biznes ideyası yeni və sınanmamış olduğundan banklar ona kredit ayırmaqda
çətinlik çəkir və ayıra bilsələr belə, Alfa kredit götürmək fikrində deyil. Alfa 
Betta adlı bir investor tapır. İnvestor Alfanın biznes ideyasına 800 AZN 
məbləğində investisiya yatıra bilər. Onlar Azərbaycanda nizamnamə kapitalı 
1000 AZN olan MMC təsis etmək fikrindədirlər. Onlar düşünürlər ki, 
nizamnamə kapitalının 200 AZN-ini Alfa, qalan 800 AZN-i isə Betta ödəsin, 
84
A-nın ödədiyi kapital 20 AZN olaraq qalır və 150 AZN-də olan 20 AZN-in faiz nisbəti (20 * 100) / 100 = 13.333


56 
nəticədə Alfa və Bettanın nizamnamə kapitalındakı payları müvafiq olaraq, 20 və 
80 faiz həcmində bölüşdürülsün.
Bununla yanaşı, tərəflər gəlirləri bərabər (50X50) bölüşdürmək fikrindədirlər. 
Onlar hüquqi məsləhət üçün hüquqşünas H-ya müraciətə edirlər. H onlara izah 
edir ki, Mülki Məcəllənin 90-1.2-ci maddəsinə görə, gəlir paylara proporsional 
bölüşdürülməlidir və bu səbəbdən bu cür paylanma mümkün deyil. Alfa 
bundan narazıdır, çünki ideya məhz onunkudur və əgər buradan gəlir götürə 
biləcəklərsə, ən azından 50%-in ona çatmasını istəyir. Betta prinsip etibarilə buna 
etiraz etmir. H təklif edir ki, onlar nizamnamədə nizamnamə kapitalının 50X50 
bölünməsini nəzərdə tutsunlar. Ancaq Betta bununla razı deyil: o, biznesi 
uğursuz olarsa, MMC müflis elan olunan zaman MMC-nin yerdə qalan 
əmlakının 80 faizinə hüquqlarının olmasını istəyir. Bundan əlavə, Betta istəyir ki, 
MMC müflis elan olunmazdan əvvəl öz payını götürərək MMC-dən çıxmaq və 
ya digər şəxsə satmaq istəsə, qoyduğu investisiyanın bazar qiymətindən aşağı 
olmayan qiymətini əldə edə bilsin
85

Bettanın bir qədər əsəbiləşdiyini görən H təklif edir ki, Betta yatırdığı 
investisiyanın 200 AZN-ini nizamnamə kapitalı şəklində qoysun, qalan 600 
AZN-i yaranmış MMC-yə borc versin. Alfa bununla razı deyil, çünki digər 
məsələlərlə yanaşı, biznes uğursuz olduğu zaman onun MMC-nin qalan 
əmlakından pay götürmək ehtimalı azalır.
Bu misal sadəcə illüstrasiya məqsədi daşıyır; Alfa və Bettanı tam və ya qismən 
razı salacaq başqa mexanizmlər qurmaq olar. Bununla belə, ümid edirik ki, bu 
qısa misal bazar və tənzimləmənin necə işlədiyi barədə ümumi təsəvvür yarada 
bildi. 
85
Bunun geniş izahı bizi bir sıra müasir maliyyə konsepsiyalarının müzakirəsinə aparacaqdır. 


57 
Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi bir dövrdə liberal korporativ 
hüququn əhəmiyyəti böyükdür. Əlbəttə, sahibkarlar ilk növbədə maliyyə və 
digər iqtisadi faktorları nəzərdə keçirərək qərarlar qəbul edirlər – onların çox az 
hissəsi bazar və tənzimləmə nəzəriyyəsi barədə düşünürlər. Ancaq heç şübhəsiz 
ki, korporativ hüquq sahibkarların bu cür qərarlarına ciddi təsir göstərə bilər və 
iqtisadi qərarların qəbulunda mühüm bir faktor kimi çıxış edər.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin