Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Şirkətin fəaliyyəti haqda olan konfidensial məlumatı qorumaq



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə73/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   69   70   71   72   73   74   75   76   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Şirkətin fəaliyyəti haqda olan konfidensial məlumatı qorumaq 
“Kommersiya sirri haqqında” Qanuna
280
əsasən xidməti və ya kommersiya sirrini 
təşkil edən məlumatın meyarlarına digər şərtlərlə yanaşı, bu məlumatın üçüncü 
279
MM-nin 64.9-cu maddəsi 
280
4 dekabr, 2007-ci il, №224


186 
şəxslərə məlum olmaması və qanuni əsaslarla həmin məlumata girişin olmaması 
səbəbindən kommersiya dəyəri daxildir. Müəyyən məlumat o zaman 
kommersiya dəyərinə malik olur ki, məlumatı öz maraqları üçün istifadə edə 
bilən şirkətin bazardakı rəqiblərinə məlum deyil və həmin məlumatın onlara 
məlum olması şirkətin fəaliyyətinə mənfi təsir göstərə bilər. Məhkəmələr 
şirkətlərdən onların fəaliyyətinin mahiyyətini və onun qiymət siyasətini 
(smetalar, görülmüş işlərin aktları, podrat və subpodrat müqavilələri) açıqlayan 
sənədlərin verilməsi tələblərini, onların açıqlanması (verilməsi) qanunla 
əsaslandırılmadığı halda və onların verilməsi şirkətin rəqabət qabiliyyətinə 
mənfi təsir göstərə biləcəyi halda, rədd etməlidir.
Beləliklə, kommersiya sirrini təşkil edən məlumatların üçüncü şəxslərə məlum 
olmaması səbəbindən həqiqi və ya potensial kommersiya qiymətinə malik olan 
və məlumatın sahibi tərəfindən kommersiya sirri rejimi tətbiq olunan elmi-
texniki, texnoloji, istehsal, maliyyə-iqtisadi və ya başqa məlumatlar, eyni 
zamanda istehsal sirlərini (nou-xau) təşkil edən başqa məlumatlar kommersiya 
sirrinə daxildir.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, şirkət ona aid bütün məlumatları öz 
iradəsi ilə kommersiya sirri kimi qiymətləndirə bilməz. “Kommersiya sirri 
haqqında” Qanunun 4-cü maddəsində göstərilib ki, aşağıdakı məlumatlar 
kommersiya sirrini təşkil edə bilməz: 
- dövlət reyestrində olan hüquqi şəxslər haqqında məlumatlar, eyni zamanda 
təsis sənədləri, lisenziyalar, başqa işgüzarlıq fəaliyyətinə icazələr; 
- təsərrüfat obyektlərinin təhlükəsiz fəaliyyət göstərməsinin təmin edilməsi, hər 
bir vətəndaşın və bütövlükdə əhalinin təhlükəsizliyinə neqativ təsir göstərən, 
ətraf mühitin çirklənməsi, yanğın təhlükəsizliyinin vəziyyəti, sanitar-
epidemioloji və radiasiya vəziyyəti, qida məhsullarının təhlükəsizliyi haqqında; 


187 
- işçilərin tərkibi və sayı haqqında, əməyin ödənilməsi, boş iş yerlərinin sayı 
haqqında; 
- işəgötürənlərin əmək haqqı və başqa sosial ödənişlərlə bağlı borcları haqqında; 
- qanun pozuntuları, bu pozuntulara görə məsuliyyətə cəlb edilmə faktları 
haqqında. 
Qeyd etmək lazımdır ki, səhmdarların (iştirakçıların) əldə etmək hüququ olan 
məlumatlar belə kommersiya sirri hesab oluna bilər. Bu hal səhmlərin (MMC-nin 
nizamnamə kapitalında payı) alğı-satqı müqavilələrinin bağlanması zamanı 
böyük rol oynayır. Çünki səhmlərin (payların) ədalətli qiymətləndirilməsi üçün 
alıcılara bütün məlumatların analizi vacibdir. Bununla əlaqədar, şirkətdə 
səhmdarlar (iştirakçılar) tərəfindən üçüncü şəxslərə verilə bilən kommersiya 
məlumatlarının siyahısı və belə məlumatların verilməsinə icazə verən orqanların 
(məsələn, direktorlar şurası) siyahısı göstərilməklə qaydalar müəyyən olunması 
məqsədəuyğundur.
Qeyd etməliyik ki, qiymətli kağızlar bazarında açıq təklif ilə yerləşdirmə zamanı 
açıqlanmalı olan məlumatlar kommersiya sirrinə aid edilmir.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin