Ruh yüksəkliyi və müsbət əhval-ruhiyyəsi olan namizədlər daha çox iş təklifi alırlar
Müsahibə zamanı siz ən yaxşı keyfiyyətlərinizi nümayiş etdirərək 100%-lik müsbət əhval-ruhiyyədə olmalısınız.
Bunu müsahibə götürənin nöqteyi-nəzərindən fikirləşmək lazımdır. Bu insanlar siyahıda olan yeganə namizədi seçməklə məsuliyyət daşıyırlar. Onlar qərar qəbul etdikdən sonra əmin olmaq istəyirlər ki, onların seçdikləri şəxs iş təklifini qəbul edəcəkdir. Onlar namizədin işdən imtina etməsinə görə boş vaxt itirmək və ya həmkarlarının qarşısında pis vəziyyətdə qalmaq istəməzlər.
Təsəvvür edin ki, iki namizədlə əlaqədar qərar qəbul edilimişdir. Birinci namizəd bu vəzifə üçün tam ixtisaslaşmış, müvafiq bacarıqlara və şəxsi keyfiyyətlərə sahibdir. İkinci namizəd (qız) həmçinin bacarıqlıdır, lakin bu sahə üzrə təcrübəsi yoxdur. Bir fakt olmasaydı birinci namizədin seçilməsi baş tutardı. O “niyə görə bu işi istəyirsiniz?” sualına çox tərəddüdlə cavab verərək bir neçə belə vakansiya üçün müraciət etdiyini söyləmişdir. Qız isə ruh yüksəkliyi ilə bu şöbənin işi ilə maraqlandığını söyləmiş və müsbət baxışlarını nümayiş etdirmişdir. Əlavə olaraq öz zəif tərəflərini də yaxşılaşdırmaq arzusunu da dilə gətirmişdir.
Müsahibə götürən olaraq bu vəzifəni tezliklə kiminsə tutmasını istəyirsiniz. Siz tam əminsiniz ki, ikinci namizəd bu işi yerinə yetirə bilər və ona bu vəzifə təklif ediləcəyi təqdirdə qəbul edəcəkdir. Siz düşünürsünüz ki, birinci namizəd bu vəzifədən imtina edə bilər. O zaman siz nə edəcəksiniz?
Böyük ehtimalla siz iş təklifini ikinci namizədə təklif edəcəksiniz.
|