Pul haqqında söhbətlər “Müqavilənin ən yaxşı şərtləri haqqında” olan 16-cı bölmədə biz ödəmə və ya güzəştlər baxımından ən yaxşı şərtlərin müqviləyə daxil edilməsindən bəhs edəcəyik.
Burada ehtiyatlı olmaq xüsusiyyətinin tətbiq etmək lazımdır. Əgər sizdən nə qədər əmək haqqı istədiyinizi birbaşa soruşurlarsa bunun cavabını əvvəlcədən fikirləşmək lazım gələcəkdir. Çalışmaq lazımdır ki, işə qarşı olan ruh yüksəkliyinizi və onun cəlbediciliyini ön plana çəkin.
Əgər əmək haqqı məsələsini təkidlə soruşurlarsa, birbaşa cavabdan qaçmaqla hal-hazırda aldığınız əmək haqqıya istinad edə bilərsiniz. Bununla belə bu işdən çox şey gözlədiyinizə dair fikirlərdən uzaq durun. Əgər müsahibə götürən əl çəkmirsə siz iş elanına və ya işəgötürmə üzrə mütəxəssisin sizə söylədiyi hansısa rəqəmləri xatırlaya bilərsiniz. Siz asan şəkildə bu haqda danışıqların uyğun olduğunu müəyyən edə bilərsiniz. Bununla belə hal-hazırki mərhələdə əmək haqqının sizin üçün əsas məsələ olmadığını dönə-dönə təkrar edin. Sizin işə başlayacağınız təqdirdə başqa növ mükafatlandırmada maraqlı olduğunuzu qeyd edin.
Səhvlər Biz insan resursları üzrə mütəxəssislər arasında sorğu apardığımız zaman namizədlərin müsahibə zamanı ən çox buraxdıqları səhvləri müəyyən etdik. Bunlar aşağıdakılardır: