İmkan daxilində təcrübə keçin
Testlərə əvvəlcədən hazırlaşıb onlara cavab verməniz nəticənizə necə təsir edib etməməsi ilə əlaqədar bir sıra mübahisəli fikirlər var: bəzi psixoloqlar təcrübənin keçməsini nəticəyə zəif təsir etdiyini, bəziləri isə bunun balınıza müsbət təsir etdiyini qeyd edirlər.
Əmin ola bilərsiniz ki, əvvəlcədən nümunəvi testlərdən keçmə sizə heç bir ziyan vurmaz və bu sizin özünüzü göstərmə imkanınıza mənfi təsir edə bilməz. Məsələn, əksər qabiliyyət testlərində sizin məntiqinizi və təxəyyülünüzü yoxlamaq üçün eyni tip suallardan istifadə edə bilərlər. Siz belə tip testlərlə ilk dəfə qarşılaşırsınızsa bunları başa düşmək üçün sizə müəyyən vaxt tələb oluna bilər. Əgər siz belə tip testlərə əvvəllər rast gəlmisinizsə onda onlara daha tez cavab verib cavablanmış sualların kəmiyyətini artıra bilərsiniz ki, bu da sizin son nəticə balınıza təsir edə bilər.
Siz çox güman ki, kitab mağazasında özünüzə uyğun broşur testləri seçə bilərsiniz. Hətta sizin oxuduğunuz testlər keçməli olduğunuz testlərə bənzəməsə də onlara cavab vermə təcrübəsini qazanıb vaxta görə uyğunlaşmağı öyrənə bilərsiniz.
Dostları ilə paylaş: |