Bu kitab kimin üçün nəzərdə tutulub


Fəsil 16. Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar



Yüklə 1,24 Mb.
səhifə232/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   228   229   230   231   232   233   234   235   ...   272
Fəsil 16. Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar
Müsahibədən keçmənin məqsədi iş təklifinin alınmasıdır. Bu hədəfə nail olan kimi, bu təklifi həqiqətən qəbul edib etməmək qərarında sərbəstsiniz. Əgər siz işi qəbul etmək qərarın versəniz, onda təklifin uyğun şərtlərinin danışıqlarını aparmaq kimi ciddi mərhələyə başlaya bilərsiniz.
Təklifin qiymətləndirilməsi

Əgər siz, müsahibədən keçib işə qəbul təklifinin almağını qeyd edirsinizsə onda tərifə layiqsiniz. Deməli işə götürənə özünüzü yaxşı tərəfdən göstərib, bacarıqlarınızı, komunikabellilik və s. qabiliyyətlərinizlə onun tələblərinə cavab vermisiniz. Qazandığınız uğurunuza çox ədalətli olaraq təəccüblə, emosiya ilə reaksiya göstərməniz normaldı.

Bununla bərabər sakinliliyinizi də qoruyub saxlamalısınız.

Təklif olunana işi həqiqətən istəməniz qarşıya çıxan vacib məsələdir?!

Unutmayın ki, sizdə olan emosional element iş təklifinizin qiymətləndirilməsi zamanı təsir edəcək. Fikrinizi yayındırmamağa çalışın. Belə hal hazırki işinizə nifrət edib və ordan çıxma gününü gözlədiyiniz, iş axtarma prosesinə nifrət edib və ya başqa iş təklifi almayacağınız üçün birinci təklif olunan işə razılıq verdiyiniz zamanı baş verə bilər. Işə qəbul müraciətinizin uğurlu olması, sizin işəgötürənin tələb etdiyi tələblərə uyğun olduğunuzun sübutu olub, bir neçə müsahibə keçdiyiniz üçün başqa fərqli təkliflərin gəlməsini ehtimal edir.

Əgər siz təklif olunan işin qəbul edib etməməyiniz barədə qərar qəbul etmək istəyirsinizsə aşağıdakı suallara cavab tapmalısınız:



  • Təklif olunan iş sizin iş axtarmağa başladığınız vaxtda ilkin məqsədlərinizə nə dərəcədə uyğundur;

  • Bu iş sizin ümumi karyera planınıza nə dərəcədə uyğundur;

  • Keyfiyyətli sahədə və ya təşkilatda işləyəcəksinizmi;

  • Mədəni baxımdan sizlə təşkilat arasında yaxın əlaqə varmı;

  • Təklif olunan işin şərtləri ilə hal-hazırki işin şərtləri əhəmiyyətlimi dərəcədə fərqlənir;

  • Kifayət qədərmi sizin suallarınıza cavab verilib;

Kitabın əvvəlində biz qeyd etmişdik ki, uğurlu iş axtarışı özünüzün təhlil etmə səviyyəsinə əsaslanır: yeni işdən həqiqətən nə gözləyirsiniz? Hansı tip təşkilat sizə uyğundur? Beləliklə, təklifin qiymətləndirilməsi adekvat ödəniş paketinin baxılmasından daha çox məna kəsb edir.
İlkin məqsədlər

Təqdim edilən təklifdə ailənizlə birgə olmaqdan ötrü məzuniyyətin minimal həcminin olması kimi fövqaladə tələblər də ola bilər. Hansı tələblərin olduğunu yadınıza salamağa çalışın.

Uyğunsuzluğun aşkar olunduğu zaman təklif olunan razılaşma paketinin danışıqları zamanı müzakirə etmək vacibdir. Əgər işəgötürən bu barədə danışmaq istəmirsə onda siz bu boşluqların hələ də sizə vacib xarakter daşıyıb daşımamasını özünüzdə müəyyən etməlisiniz, bəlkə bu boşluqları necə var elə də qəbul etməli olacaqsınız, ən azından bir müddətlik.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin