Sizin karyera planınız
Ayrıca baxılmağa ehtiyac olan amil təklif olunan işin sizin karyera inkişafınızda nə dərəcədə yeri olmasıdır. Bu iş sizin yeniliklərin müküəmməlləşdirəcəkmi və bu iş sizin hal-hazırki boşluğunuzu doldururmu?
İş axtarışı və öz karyeranızı quran zaman yeniliklərə münasibətdə obyektivliyinizi saxlamalısınız, belə ki hər tutduğunuz vəzifə bazarda sizin “dəyərinizi” artıra bilər. Əgər siz yeni işin buna bənzər bir yenilik gətirməsinə əmin deyilsinizsə, onda çox diqqətli olun.
Bəzən belə olur ki, işəgötürən müəyyən vaxtdan sonra daha maraqlı başqa yeni iş təklifi edir. Belə təklifləri özəlliklə qiymətləndirmək çətindir. Söz verilən iş alınmadığı halda sizin hansı hüquqlarınız olacaq? Əvvəllər belə təkliflərin köhnə işçilərə təklif olunub olunmamasını və bunlar sonda yerinə yetirilib yetirilməməsini araşdırmaq lazımdır.
Söz verilən iş yeri hal-hazırda kim tərəfindən tutulduğunu və ya bir ildən sonra bu işçinin həqiqətənmi getməyə hazırlaşdığını öyrənmək lazımdır. Başqa daxili əməkdaşlar bu iş yerinə namizəddirlərmi? Elə hal ola bilərmi ki siz yenidən daxili müsahibədən keçməli olasınız?
Əgər sizin əldə etdiyi nəticə ilə razı deyilsinizsə, onda bu bölmənin əmək müqaviləsinə daxil edilməsini istəyə bilərsiniz. Lakin, belə bölmə ciddi surətdə işlənilməlidir, çünki, adətən işəgötürənlər belə tip məsuliyyətləri öz üzərinə götürmək istəmirlər.
Dostları ilə paylaş: |