Lazımlı əlaqələrlə münasibətin saxlanılma vacibliyi
Sizin keçmiş müdiriniz siz getdiyinz halda belə sizin karyeranıza təsir edə bilər; siz yəqinki istəmərsiniz ki, sizin haqqınızda keçmiş əməkdaşlarınız və rəhbər -əməkdaşlar yanında adınızı pis hallandırılsın.
İşdən azad olan işçi haqqında ofis daxildə çoxlu dedi-qodular yayıla bilər, xüsusən də əgər bu işçi ani olaraq azad olursa. Söz söhbətlər yayıla bilər və bu dedi-qodular sizi tanımayan insanlara da çata bilər ki, bu da sizin haqqınızda mənfi fikir yaradar. Ola bilsin bütün deyilənlər əsaslanmamış olsun və ya mənası olmasın; zərbə faktlardan asılı olamayaraq vurula bilər.
Nəzərə alsaq ki, insanlar işəgötürənlər arasında fikirləşdiyinizdən daha tez-tez hərəkət edirlər, çox güman ki sizin qarşınıza bu insanlardan və ya müdiriniz belə çıxa bilər. Müdirin pis vaxtında işdən azad olmanız sizin reputasiyanıza heç bir müsbət xal gətirməyəcək. Kimsə nə vaxtsa sizin haqqınızda pis bir şey eşitdiyinə görə arzuladığınız işdən olmayın.
Reputasiyanıza dəyən ziyanın minimumlaşdırmaqla bərabər işdən çıxan zaman işəgötürənə hörmətlə müsbət xasiyyətnamə almanız sizə çox kömək ola bilər. Əgər insanlar məsuliyyətlilik, iltifatlılıq və peşəkarlıq keyfiyyətlərini çox qiymətləndirirlərsə onda sizin ləyaqətli işdən gedişiniz onların xoşuna gələ bilər.
Əlaqələrin vacibliyini unutmayın. Sizin keçmiş müdirdən zəhləniz gedə bilər. Şəxsi münasibətlərinizi unudub, vaxtilə işlədiyiniz yerin sahələri və tarixi ilə bağlı bir insan olduğunuzu fikrinizdən çaxartmayın. Bir gün sizin gələcəyə qapınızı açmaq üçün həmin bu şəxsin sizə xasiyyətnamə və ya məsləhət məktubunu verməsi lazım ola bilər. Sosial davranış qaydalarını unutmayın ki, cəmiyyət də cavab versin sizə. Hamıya ədalətli davranın, çox güman ki, insanlar da sizə belə davranacaqlar.
Tövsiyyələr
Yaxşı təssüratın yaradılmasının daha bir vacib səbəbi, gələcəkdə karyera xəttində inkişaf etdiyiniz zaman daimi şəkildə xasiyyətnaməyə ehtiyacınız olacaq. Iş sahəsində çətin saydığınız müdiriniz xasiyyətnamə verməklə güclü təsir olan bir adam ola bilər.
Xasiyyətnamə verən insanlardan maksimum dərəcədə istədiyinizi almaqdan ötrü aşağıdakıları eləmək lazımdır:
-
sizin qabiliyyətinizin hesabatını verən insanları müəyyən edin;
-
onlardan əvvəlcədən bu barədə xahiş edin;
-
onlara hansı tip iş axtardığınızı və iş təklifini niyə aldığınız barədə onları məlumatlandırın;
-
iş axtarışınızın əvvəlində onlardan istifadəniz barədə düşünün;
Əksər işəgötürənlər iki xasiyyətnamə tələb edirlər. Tələb olunan xasiyyətnamə sayından çox sayda gətirməyin. Baxmayaraq ki, işəgötürən bu xasiyyətnamələrdə çox da özlərini yormurlar, buna görə də çalışmalısınız ki, onlar çox yaxşı olsun. Yaxşı xasiyyətnamə almağınızın zəmanəti sizin yaxşı işləməyiniz ola bilər. Xalturaçıların bu sahədə həmişə problemləri yaranır.
Dostları ilə paylaş: |