İş axtarma probleminin həlli Bəzi insanlara digərlərinə nisbətən yeni iş axtarmaları daha çətindir. Məsələn, yaş həddi ilə əlaqədar ayrı-seçkilik buna misal ola bilər. Namizədlər onlara düşən imkanları daha real olaraq dəyərləndirməlidirlər. Lakin bu onlara verilən rədd cavabını qaçılmaz nəticə olaraq qəbul etmək mənasına gəlmələlidir. Sadəcə olaraq yaşlı namizədlərə öz niyyətlərində daha hiyləgər olmaları vacibdir. Yəqin ki, siz müvəqqəti işi daimi işə aparan yol olaraq nəzərdən keçirməmisiniz. Elə isə niyə də yox? Bəzi işəgötürənlər namizədlərə elan edilən vakansiya ilə əlaqədar rədd cavabı verə bilərlər, lakin onların uzunmüddətli təcrübələrindən faydalanaraq qısamüddətli işlərə götürmək niyyətində ola bilərlər.
Sizə təklif olunan müvəqqəti işə başladıqdan sonra qəfildən işəgötürən sizin daimi olaraq bu işdə qalmağınızın faydalı olacağını dərk edəcəkdir. İş axtarma ovuna çıxmaq namizəd üçün hər nə qədər riklidirsə, bir çox ərizələrin arasından bu işdə bacarıqlı və maraqlı ola biləcək işçini tapmağa cəhd göstərən işəgötörən üçün də bir o qədər risklidir.