Yaxşı tərcümeyi- halın hazırlanması üçün məsləhətlər
Öz əsas məqsədini yerinə yetirə biləcək tərcümeyi-halın hazırlanması son nəticədə sizin müsahibəyə çağırılmağınızla nəticələnəcəkdir. Amma bunun üçün vaxt və səy göstərmək lazımdır. Göstərilən səyin düzgün istiqamətli olduğunu başa düşmək üçün aşağıdakı məsləhətlərdən istifadə etməyə çalışın.
Tərcümeyi-halın ən uyğun ölçü
Bizim tədqiqatlarımız müəyyən etdi ki tərcümeyi-halın hazırlanmasında daha uyğun ölçü 2 səhifədir. ( işçi qəbulu ilə məşqul olan mütəxəssislərin 70 % bunu qeyd edir). Ona görə də hər birimiz özümüz haqqında verilən məlumatları 2 səhifəyə yerləşdirməyə çalışmalıyıq. Tərcümeyi- hal həmişə yazmaq arzusunda olduğunuz həyatınızın tarixçəsi deyil. 6.1–ci şəkildə göstərilən tərcümeyi- hal 2 səhifə həcmindədir.
Tərcümeyi- halın 3 səhifə həcmində olmasını sorguda iştirak edən mütəxəssislərin ¼ qənaətbəxş hesab etdi. Əgər sizin əmək fəaliyyətiniz 25 ildən artıqdırsa və siz öz nailliyyətlərinizi qısa olaraq qeyd etməyə ehtiyac duyursunuzsa sizə üçüncü səhifə lazım ola bilər.
Amma qarşınıza iki səhifədədn daha az olan tərcümeyi-hal yazmaq məqsədi qoymayın. Çünki məlumatların hamışının bir səhifədə yerləşdirilməsi çox kiçik şriftlə yazmağı tələb etmiş olacaqdır və işəgötürən şəxs qismində məlumatı oxuyan adam tərcümeyi-halın sonunda gözlərində böyük gərginlik olacaqdır.
Dostları ilə paylaş: |