Korporativ veb-saytlar
Ayrı-ayrı korporativ veb-saytlar təşkilatların cari iş elanları barədə informasiyalarına malikdirlər. Əgər siz üstünlük verdiyiniz şirkətləri özünüz üçün müəyyən etmisinizsə və onların arasında iri şirkətlər varsa, onda onların saytların daxil olub, daxili vakansiya elanlarını gözdən keçirin. Əgər istədiyinizi tapmısınızsa onların tələblərinin sizin bacarıqlarınıza uyğun olub olmadığına fikir verin.
İş axtarmaqla bərabər hal-hazırda bu şirkətdə işləyənlərin qısa tərcümeyi-halları ilə tanış ola bilərsiniz. Bu məlumatlar sizə təşkilatın mədəniyyəti barədə və orada işləyənlərin xüsusiyytləri barədə təsəvvür yaratmağa kömək edə bilər.
Effektiv rəy
Elanın yazılı və ya internet vasitəsi ilə verilməsindən asılı olmayaraq vakansiyaya münasibətiniz müxtəlif ola bilər. Lakin, qəbul olunmuş bir neçə ümumi prinsiplər var ki onlara riayət etmək lazımdır:
-
Elanın mətnini diqqətlə oxuyun;
-
Elanın tələblərinə uyğun öz qabiliyyətlərinizi və bacarıqlarınızı tərcümeyi-halınızda qeyd edin;
-
Əsas olan üç-dörd şəxsi keyfiyyətinizi müşaiyət məktubunda qeyd edin;
-
Elan çıxandan sonra bir-iki həftə ərzində tərcümeyi-halınızı göndərməyə çalışın.
Mətni yoxlayın
Elanda iş təkilf edənlərə olan tələblər qısa şəkildə verilir. Siz, qısaltmaları yenidən incələməli və elanda göstərilən tələblərə cavab verdiyinizi anlamağa çalışmalısınız ki, son nəticədə də bu elana cavabınızı hazırlayasınız. Elanı yenidən nəzərdən keçirərkən aşağıdakılara fikir vermək lazımdır:
|