Necə etmək lazımdır
Beləliklə, zəngi necə etmək lazımdır? Tərcümeyi-halınızla birlikdə göndərdiyiniz müşaiyət məktubunu xatırlayın. Məktubda üç-dörd keyfiyyətiniz qeyd olunmuşdur. Telefon danışığında da eyni şeyləri etmək, lakin bu keyfiyyətlərdən birini müəyyən edərək onun üzərində durmaq lazım gələcəkdir. Sizin diqqətlə düşünməyiniz vacibdir ki, əsas təcrübəniz olan bu xasiyyətnamə müsahibəyə seçilmiş namizəd kimi faydalı olsun. Gəlin bu telefon oyununu bir daha oynayaq:
-
Mən Ceff Qrautla danışa bilərəm?
-
Buyurun.
-
Salam Ceff. Bağışlayın ki, iş gününün sonunda sizi narahat edirəm.
-
Problem yoxdur. Sizə nə köməklil edə bilərəm?
-
Bilirəm ki, sizə “BigCo” şirkətində maliyyə meneceri vəzifəsi vakansiyasına görə çox sayda müraciət edilir.
-
Bəli, müraciət çoxdur.
-
Mən sizə ona görə zəng edirəm ki, çünki, əminəm ki, əldə etdiyim təcrübə bu vakansiyaya birabaşa olaraq uyğundur.
-
Aydındır. Niyə görə?
-
Elandan öyrəndim ki, bu vəzifəyə mühasibat sisteminin tətbiqi ilə məşğul olmuş şəxs lazımdır. İndiki işlədiyim şirkətdə bu yaxınlarda regional nümayəndəliklər üçün yeni hesablar planının yaradılması işləri başa çatmışdır. Mən proqram təminatının seçimində, daha sonra isə informasiya texnologiyaları şöbəsi ilə vaxtı razılaşdırılmaqla onun idarə edilməsi prosesinin tətbiqində iştirak etmişəm. Hətta mən tədbir gördüm ki, maliyyə komandasının fəaliyyəti sistemin tətbiqi zamanı da davam etsin. Bundan başqa sistemə bir neçə yenin ixtisaslaşmış əlavələrin də hazırlanmasını təmin etdim ki, onlardan biri bizim distribusiya işinin idarə ediməsi haqqında daha aktual informasiyanın alınmasına imkan yaratdı. Bundan sonra biz çatdırılma sürətini 20% artırmış olduq.
-
Bu maraqlıdır. Ona görə ki, mənim müştərim öz distribusiyasının effektivliyini artırmaq niyyətindədir. Qulaq asın, mənim indi danışmaq üçün vaxtım yoxdur. Lakin adınızı bir daha söyləyin. Siz artıq anketinizi göndərmisinizmi?
-
Bəli. Mənim adım Piter Boltondur.
-
Çox yaxşı. Mən sizin məlumatların bizdə olub-olmadığını yoxlayacam və tərcümeyi-halınıza baxacam. Lakin ilk baxışdan siz son dərəcə bu vəzifəyə uyğun olan şəxs olmalısınız. Biz tezliklə müsahibə təşkil edəcəyik. Buna görə də əmin olun ki, biz sizinlə növbəti bir həftə ərzində əlaqə saxlayacayıq. Əgər 10 gün ərzində bir xəbər olmasa, zəhmət olmazsa bizə bir daha zəng vurun.
-
Çox gözəl Ceff. Mənə vaxt ayırdığınıza görə təşəkkür edirəm. (Söhbətin sonu.)
İşədüzəltmə üzrə mütəxəssis vaxtının bu şəkildə sərf edilməsinə etiraz etmir. Bu zəng onu əmin etdi ki, yüksək əzmkarlıqla, potensial iş axtaran uyğun namizəd vardır. Bu həmçinin fikirlərini yaxşı izah edən namizəddir. Tərcümeyi-hal, bu namizəddən imtina etmək üçün səbəb ola biləcək bəzi çatışmamazlıqlar qısa olaraq nəzərdən keçirildikdən sonra dərhal müsahibə üçün seçilmişlərin sırasına daxil edilir.
Əgər bu zəngi etmək qərarına gəldinizsə, siz həmçinin işlə əlaqədar elanda toxunulmayan məsələlər haqqında bir-iki maraqlı suallar hazırlamağınız vacibdir. Bu sizin vəzifə və sahə haqqında dərin biliklərin olduğunun nümayiş etdirilməsidir. Bu şöbədə istifadə edilən kompüter sistemi, tabe olacaq şəxslərin sayı, ezamiyyət imkanları və ya marketinq qərarlarının verilməsinə dair suallar ola bilər. Çalışın elə suallar fikirləşəsiniz ki, bu sizin əldə etdiyiniz təcrübə ilə əlaqədar olsun. Məsələn, əgər siz bu vəzifədə marketinq qərarlarının verilməsi imkanları haqqında sual verəcəksinizsə, söhbətə bir müddət əvvəl yeni reklam kampaniyasının büdcəsini hazırladığınızı və bu kampaniya nəticəsində irəlilədiləcək məhsulların seçimində köməklik etdiyinizə dair faktları qeyd etməlisiniz. Hər şeydən əvvəl mütəxəssisdə maraq oyatmağa çalışın. Sizə adınızın yadda saxlanılması və tərcümeyi-halınızın digərlərinin arasından seçilməsi lazımdır.
Dostları ilə paylaş: |