Telefon zəngini planlaşdırın Edəcəyiniz telefon zəngini vaxtı müəyyən edilməklə diqqətlə planlaşdırılması vacibdir. Əsas məqsəd sizin seçdiyiniz işin seçim mərhələsinə birbaşa məsul olan şəxslə danışmaqdır. Buna görə də telefon zəngi üçün elə bir vaxt seçmək lazımdır ki, birbaşa olaraq lazım olan şəxslə danışmaq imkanınız yaransın. Tutaq ki, elan işədüzəltmə şirkəti tərəfindən verilmişdir. Belə olduğu təqdirdə məsləhətçilər çox çalışırlar ki, qeydiyyatçılar, şəxsi köməkçilər və katibələr vasitəsi ilə güclü “müdafiə”ni təmin etməyə çalışırlar ki, iş günü ərzində daxil olan bütün zəngləri ələ keçirə bilsinlər.
İndi isə fərz edək ki, siz atacağınız addımları planlaşdırdınız və iş gününün sonunda mütəxəssisə zəng vurdunuz. Siz məqsədinizə çatdınız, bəs sonra? Əgər danışacağınız şeylərə hazırlaşmasanız telefonda özünüzü pis tərəfdən göstərib şansınızı azaltmış olacaqsınız. Bu zaman uğurlu iş axtarışının əsas qaydası qüvvəyə minmiş olur: hazır olduğunuza əmin olun!!!
Bu zəngi üç dəqiqəlik müsahibə hesab edin. Üç dəqiqəni qazanmaqla siz özünüzü təqdim edib və əmin olmalısınız ki, sizin tərcümeyi-halınız müsahibəyə seçilmişlərin arasında olacaqdır.