Həmkarlarınız sizi necə təsvir edərdilər? Müsahibə götürənin məqsədi Burada məqsəd sizin komandaya nə dərəcədə uyğun olduğunuzu və başqa insanlarla necə işlədiyinizi müəyyən etməkdir. Siz kimsiniz: lider, sülhsevər, provokator, sakit və ya davakar insan?
Necə cavab verməli Müsahibəyə gəlməzdən əvvəl şirkətin bu vakansiyaya nə cür insan axtardığını kemüəyyən etməyə çalışın. Beləcə müsahibə zamanı siz müvafiq şəxsi xüsusiyyətlərinizi qeyd edə biləcəksiniz. Bu təşkilat haqqında nə bildiyinizi düşünün və şirkətin mədəniyyətinə və vəzifənin tələblərinə cavab verən xüsusiyyətlərinizi qabartmağa çalışın.
Bundan başqa bir çox müasir vəzifələr komanda işini və informasiya mübadiləsi tələb edir. Açıq tipli ofislərdə sizin bacarıqlarınız başqa insanlara da öz təsirini göstərəcəkdir. Buna görə də cavabınız başqa insanlarla yola getdiyinizi göstərməlidir.