Bacarıqlarınızın müəyyən edilməsi testləri Belə tip testlərlə mütəxəssislər namizədin hazırki təcrübə səviyyəsini ölçməyə çalışırlar. Bu cür testlərin aşağıdakı növləri var:
Intrey (və ya inbasket)- işdə prioritetlə imkanları necə yerləşdirmək qabiliyyətiniz qiymətləndirir;
Təqdimatlar- fərdi və ya qrup şəkilli- sizin şifahi informasiya çatdırma qabiliyyətinizi, təqdim olunası materialları çatdırma əminliyinizi, yaradıcılıq səviyyənizi yoxlayır;
Bu tip testlər hər hansı bir məktub yazmaqla qramatik cəhətdən düzgünlüyünüzü ya da qrup şəkilli müzakirə zamanı danışığınızı yoxlayır;
Rol oyunları- müxtəlif situasiyalarda sizin davranışınızı qiymətləndirir;
Keyslərin(açarların) araşdırılması- informasiyanı mənimsəmə, müvafiq vəziyyətdən çıxış yolunu vermə qabiliyyətinizi qiymətləndirir;
Bu testləri keçən zaman çalışın sizə verilən təlimı bacardığınız qədər diqqətli oxuyasınız. Çalışın mənasız suallara vaxtınızı sərf etməyin. Aydın şəkildə sualların nəyə istiqamətləndiyini və buna uyğun hərəkətlərinizin necə olacağını təsəvvür etməyə çalışın. Məsələn, yazılı testlərdə qramatik səhv tipli səfeh səhvlər etməkdən uzaq olun. Tam şəkildə bütün qrup şəkilli tədbirlərdə iştirak edib, özünüz təşəbbüs göstərərək öz şəxsi nəzər nöqtənizi bildirməyə və üstündə durmağa qorxmayın.