Bu kitab kimin üçün nəzərdə tutulub



Yüklə 1,24 Mb.
səhifə220/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   216   217   218   219   220   221   222   223   ...   272
Psixometrik testlər

Bizim tədqiqatlara əsaslansaq şəxsi psixometrik testlər və ya peşəkar faydalılığa əsaslanan testlər işəqəbul zamanı ən çox yayılan test tipidir; bu test tipindən sorğuda iştirak edənlərin yarısı istifadə edir.



  • Şəxsiyyət

Bir qayda olaraq, namizədlərdən müəyyən olunmuş situasiyalara reaksiyalarını və bu situasiyaya davranışlarını, hansı qənaətə gələcəklərini, nəzər nöqtələrini və ya üstünlüklərini soruşan çoxvariantlı anketlərin doldurulması tələb olunur. Sorğunun məqsədi- namizədlərin digər insanlara olan münasibətini, özünüzün və digərlərin emosiyaları ilə necə mübarizə apardığınızı, iş görmə stilinizin, həyat baxışınızın necə olduğunu və sizi hansı qüvvələr idarə etdiyini müəyyən etməkdir.

Məlumdur ki düzgün və ya səhv cavablandırma deyilən bir anlayış yoxdur. Bununla belə, işin xüsusiyyəti test vasitəsilə şəxsiyyətin özəl tərəflərini aşkara çıxarmaqdır. Sizin testlərdə verdiyiniz cavablara müsahibədən keçən zaman yenidən müraciət oluna bilər, sizin keçmiş təcrübəniz, motivasiyanız barədə, bundan başqa sorğuda göstərilən situsiyada məhz niyə qeyd etdiyiniz kimi davrandığınız soruşula bilər.



  • Qabiliyyətlər

Xüsusi qabiliyyətləri aşkara çıxaran testlər müxtəlif formada olurlar. Sorğuda iştirak edən mütəxəssislərin 21%-i balla qiymətləndirilən diaqram və qrafiki olan məntiqli məsələli testlərdən istifadə edirlər. Qalanları isə verbal və məkan düşünmə tərzini (abstrakt formalar daxil olmaqla) yoxlayan testlərdən istifadə edirlər.

Bu tip testlər vaxt məhdudiyyəti qoyularaq imtahan xarakterli olurlar və bu zaman namizədlər vaxta sığmamaq problemi ilə rastlaşa bilərlər. Məntiqli imtahan vermə metodikasından istifadə etməklə belə testlərdən keçə bilərlər. Təlimatı diqqətlə oxuyun və sizdən nə tələb olunduğunu anlamağa çalışın. Əgər hər-hansı bir sualınız yaranarsa, test başlamamışdan qabaq onları verin.

Səhv cavabların düzgün cavabları apardıqları test formasında bunu istifadə etməniz daha vacibdir. Məsələn, ele bir metodika var ki, hər 3 səhv cavaba görə 1 düzgün cavabı silir. Əgər test təlimatında qeyd olunubsa ki, “səhv cavablar sizin əleyhinizə hesablanacaq”, o zaman onun hesablanma metodikasını dəqiqləşdirməlisiniz.

Bu hesablama metodikasını anlayandan sonra testinizin həll etmə strategiyasını hazırlayın. Əgər ball çıxma şərti yoxdursa testin bütün suallarına hətta təxmini bildiyiniz suallara da cavab verməyə çalışın. Əgər dörd cavabdan birini seçməyə çətinlik çəkirsinizsə, onlardan birini seçməklə 25% düz cavabvermə ehtimalını yarada bilərsiniz. Imkan daxilində səhv cavabları mexaniki silib, düzgün cavabı qeyd edin.

Yox əgər ball çıxma mexanizmi istifadə olunursa, onda bir az ehtiyyalı olun. Lakin onu da unutmayın ki, hər cavab verməyib boş qoyduğunuz sual sizə vaxt və ball itkisi verir. Əgər dörd cavabdan iki səhv variantı silib, iki variantdan birinin seçimi arasında qalmısınızsa, onda ehtimalınıza əsaslanıb 50/50-yə prinsipinə uyğun ona cavab verin.

Təcrübələrdən əldə olunan nəticələr göstərir ki, namizədlər ilkin seçdikləri cavabları oxuyub təzə variantla əvəz etmək istəyəndə, 60% hallarda düzgün cavabı səhv varianta dəyişirlər. Bu o deməkdir ki, öz instinktinizə inanaraq ilkin cavab variantınızı 100% əmin olmadığınız halda dəyişməyin.



Namizədlərin topladıqları ball əvvəlcədən anoloji testlərdən keçmiş bir qrup standartlaşdırılmış insanların balları ilə müqayisə olunur ki, işəqəbul üzrə mütəxəssislərə başqa insanlarla müqayisə edərək sizin qabiliyyətinizi qiymətləndirməyə imkan verir. Qabiliyyət testləri şəxsiyyətin keyfiyyətlərini üzə çıxaran testlərdən fərqli olaraq vəzifəyə namizəd olan şəxsiyyətin tipini daha subyektiv qiymətləndirməyə imkan verir. Əgər qabiliyyət testinin nəticəsi sizin müəyyən təcrübəni əldə edə bilməməyinizi göstərərsə, onda sizə çətin ki iş təklifini edərlər.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin