Testlərin müxtəlifliliyi
Qiymətləndirmə mərkəzlərinin əsas qayəsi işəqəbul zamanı testdə təklif olunan işin kompetensiyasıdı. Intrey(in basket) testləri və psixometrik testlər ənənəvi testlər də daxil olmaqla qiymətləndirmə mərkəzlərinin ümumi elementləri hesab olunur.
Əgər qiymətləndirmə mərkəzlərinə son siyahıya daxil olan namizədlər gəliblərsə, onda çox güman ki onlarla qrup şəkilli tapşırıqlar keçiriləcək. Məsələn siz, digər namizədlərlə birlikdə biznes srategiyasının qurulması, təqdimatların hazırlanması və ya xüsusi işlənmiş keyslərlə problemin həlli iə işləmək məcburiyyətində olacaqsınız. Belə tapşırıqlarda özünüzü göstərməyiniz təkcə sizin şəxsi intelektual qabiliyyətlərinizi deyil, həmçinin sizin komanda da işləmək bacarığınızı da yoxlayacaqdır. Mütəxəssislər bu prosesi müşahidə edib, komandada kimin dominant, kimin daha az fərqlənən, kimin isə bütün iştirakçıların iştirak etmək səyini yaratdığını görüb buna əsasən nəticə çıxardacaqlar.
Dostları ilə paylaş: |