Müddət və struktur
Qiymətləndirmə mərkəzlərindən çox hallarda son qərarı vermək məqsədilə siyahıda olan namizədləri vəzifəyə təyin etmək üçün istifadə edirlər. Lakin, qiymətləndirmə mərkəzləri bir-birlərindən məzmununa və üslubuna görə fərqlənirlər. Bəziləri misal üçün yarımgün davam etdiyi halda digərləri gecə saatları da daxil olmaqla iki gün də davam edə bilər. Rəhbərlik sizdən testlər və tapşırıqlarla bərabər təşkilatın nümayəndələri tərəfindən hazırlanan təqdimatların yerinə yetirilməsini də tələb edə bilərlər. Beləliklə, qiymətləndirmə mərkəzləri nəinki sizin öz qabiliyyətlərinizi həm də işəgötürən təşkilatın imkanları barədə sizin məlumatlanmağınıza da şərait yaradacaq.
Dostları ilə paylaş: |