Bu kitab kimin üçün nəzərdə tutulub


Riskin minimumlaşdırılması və müqavilənin şərtlərinin yoxlanılması



Yüklə 1,24 Mb.
səhifə235/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   231   232   233   234   235   236   237   238   ...   272
Riskin minimumlaşdırılması və müqavilənin şərtlərinin yoxlanılması

İş dəyişimi zamanı risk elementi digər tərəfdən imkanların açılması kimi də başa düşülür. Cəsarətlilik şəhərləri zəbt edir deyirlər. Riskin tamamən olmamasına yalnız əgər təqaüdə çıxacağınız dövrə qədər ömrünüz boyu eyni yerdə, eyni insanlarla, eyni işlə məşğul olduğunuz halda rast gələ bilərsiniz. Çox gülməli səslənir, ele deyilmi? Real həyatda sizin ətrafınızda təşkilat və işçilər hökmən dəyişməlidir.

Lakin, risk səviyyəsi hər zaman eyni olmur. Siz əsalandırılmış riskə (məntiqli seçim) və əsaslandırılmamış riskə (yox, yox, yox) rast gələ bilərsiniz.

Gələcəkdə hissəciyi olacağınız şirkəti möhkəm tədqiq etmisinizsə, onda siz onun haqqında kifayət qədər məlumatlanmalısınız. Lakin, aşağıda göstərdiyimiz kimi iş təklifini alandan sonra gedib gələcək həmkarlarımızla və menecer xətti ilə danışıb təşkilatın bütövlükdə iş həyatını və sizin vəzifə öhdəliklərinizi anlamağa çalışın.

Əmək müqaviləsini gördüyünüz andan qaranlıq qalan bəndləri dəqiqləşdirməyiniz məsləhətdir. Məsələn, müavilədə yeni iş təklifini əldə etməmişdən öncə təcrübə müddətinin olması qeyd oluna bilər. Əgər belə bir hal baş verərsə, bu prosesi keçməkdən ötrü hansı tələblər tələb olunduğunu öyrənin? Sizin işinizi kim qiymətləndirməsini dəqiqləşdirin? Əvvəllər təcrübədən keçməyən işçiləri çıxardıblarmı?

Bundan başqa, muzdlu işçilərin imtiyazları barədə məlumatlanmalısınız. Işəgötürənin təklif etdiyi imtiyazlardan nə dərəcədə isifadə edə biləcəyinizi öyrənin? Əgər sizə hər hansı bir təqaüd və ya tibbi sığorta kimi bir maddi yardım söz verilibsə, bu yardımların nəzaman, hansı müddətə veriləcəyi ilə maraqlanın. İmtiyazların verilməsi gecikdirilərsə, bu imtiyazların nağd və ya sərbəst imtiyaz proqramı şəklində alacağınızı əvvəlcədən danışın.

Əgər siz təcrübə müddətini keçirsinizsə, sizə tətbiq olunan bütün imtiyazların birinci iş günündən etibarən qüvvədə olmasına əmin olmalısınız. Ya da ən azından onun tətbiqi təcrübə müddətinin bitməsinə yaxın vaxtda qüvvəyə minməlidir.

Müqaviləyə nəzər yetirərkən “məhdudiyyət şərtlərini” əhatə edən bütün bəndlərə qarşı diqqətli olun. Bu bənd işəgötürənlər tərəfindən öz işçilərinin təşkilatda işləyən zaman və sonra da fəaliyyətlərini məhdudlaşdırmaq məqəsdilə istifadə olunur. Bu şərtlərin əsas tipi kimi işçilərin məxfi məlumatı çatdırma qabiliyyəti, əvəzçiliklə işləmək, rəqiblərə birbaşa işləmək (rəqabət aparmayan təşkilatla), başqa işçiləri cəlb etməyi və ya işdən azad olandan sonra müştərilərlə iş aparmaq hesab olunur.

Əgər siz müqavilənizdə bu tip bəndləri aşkar etsəniz, həqiqətdə bunları yerinə yetirmək çətin olduğunu unutmayın, xüsusən də bu rəqabət aparmayan təşkilatlara aiddir. Əgər müştərilərlə birbaşa əlaqəli vəzifəni tutmursunuzsa, sizə qeyri-sağlam təkliflər verilməyəcək.

Bununla bərabər bu məhdudiyyətli şərtlərdən ildə əgər 20 minimum funtdan az qazandır, nisbətən aşağı vəzifə tutursunuzsa bundan imtina etməyin; çalışın işəgötürəndən bu məhdudiyyətlərin gələcəkdə yığışdırmasını xahiş edə biləsiniz.

Əgər bu xahiş rədd olunubsa, işəgötürəndən bu məhdudiyyətlərin düzgün rədd olunub olunmamasına əmin olmaq üçün ona pullu hüquqi məsləhət almaq fikrinizin olmasını bildirin. Yox əgər, bundan da imtina edilibsə, bu işdə belə məhdudiyyətlərin olduğu halda bu vəzifədə qalma ehtimalınızı qərar verməlisiniz, ya hüquqşünasdan ya da insan resurslarından hörmətli məsləhətçilərdən məsləhət alın.

Əgər siz yüksək təbəqəli rəhbər vəzifəni tutursunuzsa, çox güman ki mütəxəssisdən hüquqi məsləhət almalısınız. Ən azından bu məhdudiyyətlərin nə dərəcədə reallığı haqqında sizdə təsəvvür yaradacaq. Bu məsləhət həmçinin danışıqlar apardığınız zaman da sizə kömək edə bilər. Məsələn, sizdə olan əlaqələrin şirkətdə işlədiyiniz zaman deyil, işə düzəlməmişdən qabaq sizdə olduğunu onlara izah etməlisiniz. Əgər şirkət müqavilənin şərtlərini dəyişməkdən imtina edirsə hər halda şərtləri pozacağınız zaman hansı halda ola biləcəyinizi ən azından biləcəksiniz. Bundan başqa, belə təcrübə sizə şirkətin nə dərəcədə güzəştə gedən olduğu haqqında təsəvvür yaradacaq.

Reid Minty, Solicitors hüquqi təşkilatın sahibkarı Dxonaton R.Ebsvort belə bir məsləhət verir: yerinə yetirə bilməyəcəyiniz şərtləri olan müqaviləni normal halda imzalamayın. Bununla bərabər, məhdudiyyətli şərtlərlə işiniz olduğu zaman bilik önəmli amil kimi hesab olunur, bəzi işəgötürənlər bu məsələlərlə bağlı heç də peşəkar deyillər. “Qorxuram bu şirkətin şərtləridir, bunları qəbul etməlisiniz”- bu ifadəni tez-tez eşidə bilərsiniz, bu ziddiyyətli fikirdir. Belə ola bilməz, çünki hər bir insanın vəziyyəti digərindən fərqli ola bilər.

Əgər “standart şərtlər” məntiqdən uzaqlaşırsa işəgötürənin işgüzar maraqlarını müdafiə etmirsə, onda bu şərtlər qüvvəsiz hesab olunub, bu müqavilənin şərtləri yerinə yetirməli olmayacağınızı bilərək rahat imzalaya bilərsiniz.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin