Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7573
1   2   3   4   5

                               

*** 

Bölüşmürəm səninlə dərdimi. 

Bölüşsəm nə olacaq ki? 

Rahatlıq əvəzinə mənalı baxışlarındakı suallara rast gələcəyəm. 

Bölüşmürəm səninlə sevincimi,çünki görə bilməzsən həmin anı. 

Nə kölgəm ol,nə əksim. 

Batarsan qaranlığımda,azarsan düşüncəmdə,yanarsan soyuqluğumda! 

Uzaq ol mənə,ulduzlar kimi. 

Nə vaxtsa göydən axsan arzu tutum. 

Razıyam axmaq olum alimlər ölkəsində. 

Razıyam epizodik rol dahilər səhnəsində. 

Razıyam ömürlük məhkumluq düşüncələr türməsində. 

 

  Gözünü  açanda  xəstəxana  palatasında  olduğunu  gördü.  Qoluna  iynə  sancıb, 



sistem qoşmuşdular. Nələr baş verdiyini anlamağa çalışırdı. Yada salmaq istəyirdi 

bura necə  gətirildiyini. Baş  ağrısından heç nə  düşünə bilmirdi.  Ağrı  isə  getdikcə 

daha şiddətlənirdi. 

  Qapı  açıldı.  Ağ  xalatda  olan  qəbilə  başçısı  göründü.  Cavidin  anlaya  bilmədiyi 

dildə  nəsə  danışırdı,  əlində  gətirdiyi  vərəqləri  göstərir,  oxuyurdu.  Artıq  qorxu 

hissi  də  bədənini  bürüməkdə  idi.  Cavid  onu  qapı  altından  süzülüb,  ayağından 

bədəninə  daxil  olduğunu  görürdü.  Qara  düyünlü  saplara  oxşayırdı qorxu...Soyuq 

tər isə qorxunun gəlişindən məmnun deyildi və sakitcə Cavidi tərk edirdi. Qəbilə 



- 46 - 

 

başçısının  siması da dəyişir,  eybəcərləşirdi.  Gözünün biri  eynəyini  sındırıb  ,üzü 



aşağı, burnuna sallanmışdı. Arada qarından yuxarı nəsə hərəkət edir, ağzından əl 

şəkilində çıxıb, çənəsindən yapışır, dişlərini sıxanda isə yenidən yox olurdu. Qapı 

arxasından tükürpədici fəryadlar, ulartılar gəlirdi... 

  Cavid var gücünü yığıb, bağırdı və huşunu itirdi. Yanında duran həkim qışqırıb, 

köməyə səslədi. Ard-arda üç iynə vurduqdan sonra Cavid gözlərini açdı. 

-Mən hardayam? 

-Sakit ol oğlum, xəstəxanadasan. 

-Xəstəxanada niyə? Alik...Hanı Alik? 

-Bir balaca əzilmisən deyənə tibbi yardıma ehtiyacın var. Ona görə burdasan. 

-Mənim heç nəyə, heç kimə ehtiyacım yoxdu. Mən özüm həkiməm, klinikalarım 

var. Aparın məni öz klinikama. 

Həkimlərdən biri baş həkimin qulağına pıçıldadı: 

-Həkim, bu yenə sayıqlamağa davam edir. 

Baş həkim diqqətlə Cavidə baxaraq cavab verdi: 

-Psixi  pozğunluq.  Şizofreniyadan  da  şübhələnirəm.  Sakitləşdiricinin  miqdarını 

artırıb vurun, yatsın. 

Cavid isə bağırmaqda idi... 

-Əl  çəkin!  Rədd  olun!  Buraxın!  Alik  hanı?  Nə  etmisiz  ona?  Buraxın!  Lənətə 

gələsiz! Peşman edecəyəm sizi! 

  Səhər oyandı. Bədəni keyimiş, süstləşmişdi. Elə bil bütün gecəni daş daşımışdı. 

Danışmağa halı yox idi. Baş ağrısı, amma keçmişdi...Qapı açılanda yuxulayırdı. 

Səsə ayıldı. Dünənki ağ xalatlı həkim idi. Gülümsədi Cavidə baxaraq. 

-Necədi bizim dəcəl xəstəmiz? 


- 47 - 

 

-Bilmirəm... 



-Nəyinsə ağrıyır, oğlum? 

-Yox. 


-Bax oğlum, mən həkiməm.İstəmirəm məndən nəsə gizlədəsən. Sağalmağın üçün 

bizə kömək etməlisən. Bunun üçün sənə verilən suallara düzgün cavab verməyin 

kifayətdi. Anlaşdıq? 

-Burdan çıxmaq istəyirəm! 

-Dediyim kimi, suallara düzgün cavab versən, söz verirəm ki, ən yaxın müddətdə 

səni evə yazacağam. Hə, anlaşdıq? 

-Yaxşı. 

-Çox gözəl...Adın, familiyan? 

Cavid sanki oyandı. Familiya? Yox, familiya desəm tanıya bilərlər. 

-Cavid Kərimov. 

-Çox gözəl...Cavid, valideynlərin, qohumların, hər-hansı bir tanışın varmı? 

-Yox, heç kimim yoxdu. 

-Neçə ildi küçələrdəsən? 

-Uşaq evindən çıxandan. 

-Aliki çoxdan tanıyırsan? 

-Yox. 


-Yaxşı Cavid, çox yormuram səni. Dincəl...Nə lazım olsa tibb bacısını səslə. Mən 

də arada gələcəyəm. 

  Artıq  üç  gün  idi  ki,  xəstəxanada  idi.  Həkimlərin  son  diaqnozu  sağalması 

olduğundan  burdan  çıxış  anını  gözləyirdi.  Onun  burda  qalması  heç  kimə  sərf 



- 48 - 

 

eləmirdi. Nə həkimlərə, nə tibb bacılarına, nə xadimələrə, nə də özünə. Yoxsulun 



üzü qaradı frazası burda da aforizm idi. Kimə lazımdı bomj? Kimə lazımdı onun 

sağalıb-sağalmaması, taleyi, həyatı... 

"Alik...Bədbəxt Alik...Harda basdırıldığını belə bilmirəm..." 

  Savalan  həkim  gəldi.  Artıq  Cavid  onun  ad  familiyasını  əzbərləmişdi.  Savalan 

Mansurov.  Yenə  öz  tərzində,  şit-şit  dişlərini  ağardıb,  gülümsəyirdi.  Bəlkə  də 

gülümsəyəndə özünü görsəydi, dözməyib güzgünü sındırardı. Sifətindəki qırışlar 

o  an  qabarıb,  iyrənc  mənzərə  yaradırdı.  Burun  eynəyi  də  ayrı  bir  hekayə  idi. 

Burun  eynəyi  niyə?  Çünki  eynəyi  onun  gözündə  bəlkə  heç  həmin  eynəyi  ona 

satan  aptek  işçiləri  də  görməmişdilər.  Burnunun  üstündən,  daha  doğrusu 

burnunun  ucundan  yaxına  buraxmırdı  eynəyi.  Həkim  dəbi  idimi,  nə  idi,  bunu 

Savalanın özündən başqa yalnız oftolmoloqu bilirdi. 

-Cavid  bəy,  artiq  xəstəxanamızdan  çıxışa  yazıldınız.  Bir  daha  bu  şəraitdə 

rastlaşmamağımız ümüdü ilə...Ha-ha-ha... 

  Cavid  ürəyində  özünə  səbr  arzulayıb  ayağa  qalxdı.  Xadimənin  səhərə  yaxın 

gətirdiyi,  çarpayısı  yanındakı  stula  qoyduğu  paltarlarını  geyindi...Paltarları 

yuyulub,  ütülənmişdi.  Hətta  sökük  ayaqqabısının  yerinə  təzə  cüt  ayaqqabı 

qoyulmuşdu.  Cavid  bir  az  təəcüblənsə  də,  bu  haqda  çox  düşünmək  istəmədi. 

Yenidən  paranoya,  fobiya  yaranacağı  xofu  canına hopmuşdu.  Tam geyinib hazır 

olduqdan sonra üzünü Savalana çevirib təşəkkürünü, minnətdarlığını bildirdi. Son 

dəfə  yatdığı  palataya  baxıb,  dərindən  ah  çəkdi.  Yadına  Alik  düşdü.  Həkimdən 

xəbər  aldı.  Savalan  narahat  sifət  aldı.  Elə  bil  oğurluq  edərkən  yaxalanmışdı. 

Bilmirəm deyərək inkar etdi. Cavid uşaq deyildi. Savalanın narahatlığını o dəqiqə 

duymuşdu.Təkrar  sual  vermədən  palatadan  çıxdı.  Dəhlizi  keçərkən,pillələri 

düşərkən,  xəstaxana  binasını  tərk  edərkən  belə  Savalanın  Alik  barədə  gizlətdiyi 

həqiqətin  nə  ola  biləcəyini  düşünür,  çözməyə  çalışırdı.  Gedəcəyi  yeri  hələ 

xəstəxanada olarkən müəyyənləşdirmişdi, amma... 

 


- 49 - 

 

                            



*** 

  

 



      Röyaları gerçəkləşdirməyin ən gözəl yolu 

                                       oyanmaqdı! 

  Toğrul  Günayla  görüşməyə  başlamışdı,  o  dam  söhbətindən  sonra.  Hər  ikisi 

xoşbəxtliyin  üst  qatlarında  belə  özlərinə  yer  tapmayıb,  buludlara  qanad  açıb, 

uçmaq istəyirdilər.Hər şey Toğrula doğma gəlirdi.Hər cür dəyişən hava, ətrafdakı 

insanlar,  yer,  göy,  həyat,  yaşam,  küçə,  blok,  mərtəbə,  Günayın  qardaşı,  dükançı 

qadın, mindikləri avtobuslar, karusellər, görüşdükləri park, binalarının damı, hər 

şey,  hər  şey  doğmalıq  çalarında  işlənən  naxışlara  bənzəyirdi.  Bəzən  Günayı 

qardaşı  yanında  olduğu  üçün,  dərsə  baxışlarıyla  yola  salsın  deyə  işə  gecikirdi. 

Tahirin  dığ-dığı,  deyinməsi,  bağırması  belə  Toğrulu  əsəbdən  çıxarmağa  qadir 

olmurdu. "Bu Tahir də qəribə tipdi e...Az qala başında qoz sındırıram, amma bu 

elə anqırmağı bilir. Niyə çıxartmır məni işdən? Dalıma bir təpik vurmaq bu qədər 

çətindir  məgər?"-deyə  düşünər,  öz  düşüncəsinə  gülər,  Tahiri  hər  gün  daha  bərk 

bağırtmaq üçün planlar cızardı Günayla bağlı.  

 Hər gün dərsdən sonra görüşürdülər. Günayın qardaşı o vaxtlar işdə olurdu. Tahir 

"müəllim" isə idarədə. Bu da hər ikisinə sərf edirdi. 

-Toşka məni necə sevirsən? 

-Hmm...Dayan fikirləşim... 

-Eee, nə pis oğlansan e. Bilmir necə sevdiyini... 

-Yum gözünü. 

-Aha,yumdum. 

-Nə görürsən? 


- 50 - 

 

-Qaranlıqdan başqa heç nə. 



-Səni necə sevdiyimi o qaranlıqda gizlətmişəm... 

-Bəs mən axı qaranlıqdan qorxuram. 

-Aç gözünü.Nə görürsən? 

-Səni! 


-Bu da sənin işığın olsun qorxmamaq üçün...İndi sus.Gəl bura... 

  Romantik  anlarda  duyğulara  qapanardılar.  Bəzən  susub  dəqiqələrlə  bir-birinə 

baxar,  sanki  cizgilərini  yadda  saxlamağa  çalışardılar.  Ailələri  barədə  heç  vaxt 

söhbət etməzdilər. Onlara maraqlı olan elə özləri idilər. 

-Gözümə bax. 

-Niyə? 


-Üzmək istəyirəm onlarda. 

-Mən isə üzə bilmirəm deyənə, artıq batmışam gözlərində. 

-Yox  Toşka,  sənin  gözlərin  daha  gözəldi.  İnsaf  naminə  deməliyəm.  (Hər  ikisi 

gülür) 


-Bəxtəvər başıma. 

-Əlbətdə  bəxtəvər  başına.Ən  gözəl  qız  yanında,  ən  gözəl  gözlər  səndə...Toğrul, 

görəsən gözəl göz daha gözəl görür? 

-Hə, mənim gözlərim gözəl görür... 

-Çoxbilmiş pissən sən. 

-Başına gələn ən pis şeyəm həmdə... 

  Bərabər  paylaşmaqları  üçün  çox  məqamlar  var  idi.  Mahnıları,  filmləri, 

rəqəmləri, günləri... 



- 51 - 

 

- Qulaq as Günay, eşidirsən? 



- Hə... 

 

Sevəcəyəm səni ölənə kimi. 



Könlümün atəşi sönənə kimi. 

Ömrüm arzularda üzən bir gəmi. 

Ruhumun bir ayrı ölkəsi yoxdu... 

Bizim mahnımızdı Toğrul, ancaq bizim. 

  Toğrul  artıq  adsız  yolunda  öz  kəşfini  etmişdi.  Qayıtmaq  istəyirdi.  Elçilərini 

göndərmək,  anasını,  atasını  sevindirmək  istəyirdi  bu  xəbərlə.  Sevinərlərmi 

görəsən? Axı  Günay onların planında olmayan ailə qızı idi. Bunların əhəmiyyəti 

yox  idi  Toğrul  üçün.  Onu  öz  xöşbəxtliyindən  heç  kim  ayıra  bilməzdi.  Ən  azı  o 

belə düşünürdü... 

 

                             

 *** 

 

Gələcək gəlməyəcək. 

Saxta dodaqlarda axtarma təbəssüm,gülməyəcək. 

Bilməyəcək nə dediyini axmaq,lal olub dinməyəcək. 

Demişdim axı ay ürək,o vəfasızdı,aldadacaq,sevməyəcək. 

Çırp qapını üzümə,titrəsin divarlar. 

Dağılsın gözümdəki hasarlar. 

Məni proloqa qaytarın hörmətli yazarlar... 


- 52 - 

 

Çəkim həyatımı fərqli kətanda. 



Fərqli rənglərlə işləyim naxışları. 

Gizlət utanmaz baxışları. 

Buludları ağlat,gətir mənə yağışları. 

Pıçılda şeytanın ilahi sevgisini. 

Hiçqırıqlarda boğaq ölümün zümzüməsini. 

 

  Eyvazla  Banu  uşaq  evindən  Əfqanı  qaçırmışdılar.  Qanunlar  heç  vaxt  Banuya 



Əfqanı əmanət etməzdi himayəçi olaraq. 

  Hər  ikisi  bir  kafedə  işə  düzəlmişdilər.  Eyvaz  ofisiant,  Banu  xadimə  olaraq. 

Uşaqlara qonşuluqdakı Şəfəq xanım baxırdı. Həm Basat, həm Əfqan ağıllı uşaqlar 

idilər.  Şəfəq  xanım  tək  qadın  olduğundan  məmnuniyyətlə  bu  iki  gül  balaya 

baxırdı. 

  Aqildən  xəbər  çıxdı.  Kafenin  müştərilərindən  biri  Aqili  tanıdığını  dedi...Banu 

sevinməyə  macal  tapmamış,  eşitdiyi  xəbər  onu  pərişan  etdi.  Aqil  evlənmişdi. 

Banunun həyatı boyu gözləməyə hazır olduğu halda, türmələri gəzdiyi halda, hər 

çətinliyə  rəğmən  Basatı  atasına  qovuşdurmaq  üçün  hər  cür  fədakarlığa  hazır 

olduğu halda, evdən qaçdığı halda Aqil...Aqil əclaflıq etmişdi. Bunu nə Banu, nə 

Eyvaz bağışlaya bilməzdilər. 

  Banunun qisas alacağını Eyvaz gözəl anlayırdı. Qarşısını almaq istəsə də, onu da 

gözəl  anlayırdı ki,  bu  mümkünsüzdü.  Banunun  içindəki nifrət  o  qədər  böyük idi 

ki,  Aqilin  qanını  içsə,  yenə  doymazdı.  Boz  rəng  almış  gözəl  simasından  əsər-

əlamət  qalmamışdı.  Gözünə  heç  kim,  heç  nə  görünmürdü.  Tək  düşüncəsi  qisas 

idi. Aqil nəyin bahasına olursa olsun, cavab verəcəkdi... 

  Aqilin  yaşadığı  ünvanı  yazdığı  kağız  parçasına  xeyli  baxdıqdan  sonra  döşünün 

arasında gizlətdi. 



- 53 - 

 

 



  Eyvaz  qışqırıb,  diksindi.  Yenə  o  lənətə  gəlmiş  nərdivan  kabusunu  görmüşdü 

yuxuda.  Bütün  bədənini  soyuq  tər  basmışdı.  Səsinə  o  biri  otaqdan  Banu  eşidib, 

qalxmış, Eyvaz yatan otağa gəlmişdi. Qapıda durub ona baxırdı. 

-Yena o yuxu? 

-Hə, səni də oyatmışam deyəsən... 

-Yatmamışdım onsuzda... 

-Anlayıram, amma nə deyim vallah... 

  Banu Eyvaz yatan çarpayıya yaxınlaşıb dedi: 

-Heç nə Ayvaz, sus. 

Eyvazın yanağından öpüb, sözünə əlavə olaraq... 

-Mənə fikir verma Ayvaz, yat sən... - deyib otaqdan çıxdı.  

  Eyvaz 


gecəni 


yata 

bilmədi. 

Düşündükcə, 

düşündü. 

Özünü, 

Banunu,Basatı,Əfqanı,Aqili,Cavidi,Toğrulu,Cəlili,valideynlərini,Almaniyada 



yaşayan  özündən  dörd  yaş  böyük  olan  qardaşını,  həyatında  olan  şəxsləri, 

doğmalarını,  qohumlarını,  qonşularını,  işçilərini,  xoş  günlərini,  yaşadığı  illəri, 

fəsilləri,  ayları,  günləri,  dünyanı,  müharibələri,  dahiləri,  axmaqları,  pulları, 

otağını,  məşuqələrini,  olduğu  restoranları,  ölkələri,  şəhərləri,  etdiyi  savabları, 

günahları düşündü. Düşünərək qeyri ixtiyarı saydı...Keçmişi saymaq nə asan imiş. 

Həyatından kitab yazsaydı görəsən neçə səhifə olardı? Oxunardımı? Alınardımı? 

Alınardı alınmağına, çünki adı bəs idi ki, kitab satılıb qurtarsın. Yaltaqlar oxuyub 

alqışlayacaq,  tərif  yağdıracaqdılar.  Təki  Eyvazın  yazdığı  kitab  evlərində  olsun. 

Onlar  o  kitabı  Qurandan  da  yüksəkdə  bəh-bəhlə  qoruyub,  saxlayardılar.  Elə 

Quran kimi, o kitab, oxunmasaydı da olardı. Əsas odu, olsun... 

"Yaxşı  ki,mən  yazıçı  deyiləm.  Heç  olmasa  bu  fakta  sevinmək  olar."-deyib, 

ürəyində gülümsədi. 



- 54 - 

 

 



*** 

 

Xəyalları da yola saldım sonuncu qatarla. 

Vağzalın ayrılıqlardan ağırlaşmış aurası. 

Həyatın daha bir sürpriz sinfoniyası. 

Ümüdlərə sığındım... 

Samandan körpü quranda düşünməmişdim,qismətin kibriti var. 

Dəniz ləpələrində ayaq izləri,sahildə qumdan qəsr yadigarı... 

Həmin qəsr də boş qaldı... 

Yağışla palçığa qarışdı. 

Var gücüylə qaçdı,mayakın bələdçiliyi ilə... 

Qara ləpələr,vahimənin noktyurnu... 

Öz ləpirləri olan ləpələr cəlladı obrazını almışdı... 

Rəqs etdi dalğaların ritmiylə... 

Çırpındı bacardıqca,yadına düşdü ki,üzə bilmir...   

 

   



-Bu idi çox sağ olun Aqil? Hə? Cavab ver, alçaq! 

-Banu, bəsdi, ver o bıçağı mənə. 

-Oğraş, cavab ver, didim! Bu qəhbəyə dayişdin məni, oğlumuzu? 

-Banu...Mən belə istəmirdim. Qurban olum, ver o bıçağı mənə. 



- 55 - 

 

-Cındırsan!  Oğraşsan!  Yoxdu  sənin  vicdanın!  Mən  poxumu  yumurdum  ki, 



küçalarda  zorlanmayım,  namusumu,  adımı,  adını  qoruyum.  Sən  alçaq  na  etdin? 

Bu  qancığa  tamah  saldın?  Tfu  sənin  kişiliyinə,  mənliyinə.  Alçaq!  Yaxınlaşma, 

tikə-tikə edaram qəhbəni! 

-Mənim günahım yoxdu, buraxın qurban olum... 

-Yum ağzını, ay cındır. Altına uzananda fikirləşərdin, düşünərdin bunları! Yoxdu 

günahın?  Bax,  o  uşağın  sifətinə!  Diqqatlə  bax!  Kimdi  onu  ağladan?  Nadi?  Siz 

burda, bu murdar yatağınızda kef edanda mən, mən bu biqeyrətdən nigaran halda 

geca-gündüz bilmədən, axtarırdım! 

-Banu, bağışla... 

-Daha  nə  bağışlayım  Aqil?  Asandı  hə?  Sozlari  bir-birina  birlaşdirib,  cümlələr 

qurmaq asandı? Yalvarmaq asandı? Bax, o uşağa! O mənim oğlumdu! Eşidirsan 

oğraş? Bizim yox, mənim! Çünki,bundan sonra onun sən adlı atası olmuyacağ! 

  Atəş  açıldı.  Aqil  yerə  sərildi.  Qışqırıq  səsləri  bir-birinə  qarışdı.Banu  heyrətlə 

əlindəki bıçağa, sonra Aqilin meyidinə, sonra qapıya baxdı...Eyvaz əlində tapanca 

hönkürürdü. Basat qucağında, boynunu qucaqlamışdı... 

  Eyvaz  səhərə  yaxın  Banunun  qalxdığını,  Basatı  götürüb  sakitcə  getdiyini 

görəndə, anlamışdı səfərin səbəbini... 

  Banu  diz  üstə  çöküb,  qulaqlarını  bağlayıb,  var  gücüylə  bağırdı.  Döşəməyə 

yayılan qan dizlərini yuyurdu... 

 

                             



 *** 

 

Gözlərində qış gördüm,göz yaşların qar oldu. 

Döndüm baxışlarında,bilirdim... 

- 56 - 

 

Bilirdim ki,sondu. 



Bilirdim aldadacaqsan,bilirdim satacaqsan. 

Bilirdim yolda qoyacaqsan. 

Fikirlərimdən əl çək, 

nə vaxta kimi yoracaqsan? 

Təsəllin nədi? 

Göz yaşlarınlamı günahları yuyacaqsan? 

Unuda bilərsən? 

Son xahişim... 

Mənimlə rəqs edərsən? 

Hmm,qorxursan yenidən sevərsən? 

Onda sus! 

Acizliyini aldat,ol vəfasız öz yalanlarına, qürüruna. 

Tikanlar döşədim qayıtmaq istədiyin yollarına. 

Ol təslim nəfsivin səni oxşayan qollarına. 

Ürəyin olmasın ayaqyolu, hər gələn murdarlamasın. 

Sənə vəfasızlıq yaraşır. 

Özünü qoru ki, səndən də şərəfsizi çıxıbda səni aldatmasın. 

 

  Toğrul  gecə  növbəsinə  keçmişdi.  Belə  ona  daha  rahat  idi.  Həm  doyunca  yatır, 

həm  də  Günayla  rahat  görüşə  bilirdi.  Saatlarla  küçələri,  parkları  gəzərdilər.  Ən 

çox sevdikləri məkan isə Qız Qalası idi. Bir tut ağacı da var idi, sevdikləri. Bir də, 

dənizləri...Toğrul  yağışı  sevsə  də,  Günay  sevmirdi.  Həmişə  küsməyə  bəhanə 

axtaranda Günay onu yağışa qısqanar, alt dodağını salladıb, qaşlarını çatardı.Bu 

Toğrulun daha çox xoşuna gələrdi... 


- 57 - 

 

  Gecə  növbəsinə  qaldığından  evə  çatıb,  çimməyi,  bir-iki  saat  yatandan  sonra 



Günayın  görüşünə  getməyi  planlaşdırırdı  yolda  olarkən.  Saata  baxdı.  10:32 

dəqiqə. Bu saatı ona Günay hədiyyə etmişdi iyunun 30-u tarixində. Saat taxmağı 

xoşlamasa da, Günayın verdiyi bu saatı yatanda belə çıxartmırdı. 

  Məhləyə çatanda polis, təcili yardım maşınları onu çaşdırdı. Bloklarının qabağı 

adamla  dolu  idi.  Qeyri  ixtiyari  qaçmağa  başladı.  Rəşadla  Nərimanı  görüb, 

həyəcanla  nə  baş  verdiyini  xəbər  aldı.  Nəriman  qoluna  girib,  onu  öz  tərəfinə 

dartıb dedi: 

-Gəl Toğrul, gəl bura. 

-Nə olub Nəriman? 

-Günayın qardaşını öldürüblər. 

 Toğrul təəccübdən bərələnən gözlərini qırpmadan, titrəyən səslə pıçıldadı: 

-Niyə? 


-Vallah  biz  də  bilmirik.  Polislər  heç  nə  demirlər.  Səhər  kimsə  tapancadan  atdı. 

Biz ürək eliyib düşənə kimi, artıq polislər gəlmişdi... 

 Toğrul  "Günay"  deyib  bloka  tərəf  dartındı.  Rəşad  o  biri  qolundan  yapışıb, 

saxladı. 

-Getmə Toğrul. Məsləhət deyil! 

-Nə deməkdi bu Rəşad? Günayım ordadı, buraxın qolumu! 

-Toğrul...O ölən... 

-Hə, nə ölən? De Nəriman! De! 

-Yəni bizdə indi eşitdik... 

-Nə eşitmisiz axı? Dəli eləməyin də adamı. Desənə! 

-O ölən, Günayın qardaşı yox əri olub! 


- 58 - 

 

-Nə??? 



-Qurban olum Toğrul, gəl oturaq bir yerdə, gəl bura...Toğrul? Toğrul? Eşidirsən? 

Nə oldu Toğrul... 

 

                 



Ölüm həqiqəti əbədiləşdirir! 

 

Kökü qurumuş ağac kölgəsində vahiməli yuxu. 

Sevgi axtarışında olan axmaqlar, 

Allah axtarışında olan kafirlər, 

xöşbəxtlik axtarışında bədbəxtlər. 

Ürəklər seyflərdə, 

xöşbəxtlik Franklinin əksi olan kağızlarda. 

Yalana olub hamilə dünya. 

Axmaqlarla dolu yalan dünya. 

Pəncərəsi çatlaq,fani dünya. 

Duyğulardan paltar geyən insanların qəbər ürəkləri. 

Hardadı mənim yerim? 

Hansı keçid,hansı skamya,hansı zibil yeşiyi? 

Qəhrəmanlıq ordeni ilə nahar,tələdəki pendirlə şam yeməyi. 

Övlad vicdanına bağlı qocalıq illəri,valideyn sevgisine bağlı uşaqlıq. 

Mən azadam,məni görən yoxdu! 

 

- 59 - 

 

-Qalxın, məhkəmə gəlir! 



  Məhkəmə  zalındakı  hər  kəs  ayağa  qalxır.  Orta  yaşlı,  qırmızı  sifət,  qara  xalatlı 

hakim, ağır addımlarla zala daxil olub, kürsüsünə qalxıb, yerini rahatlayır. 

-Əyləşin! 

  Hakim  qarşısındakı  kitabçanı  açıb,  gözdən  keçirdikdən  sonra  yoğun  səslə  sözə 

başlayır. 

-Aqil  Temruz  oğlu  Əhədovun  qətli  ilə  əlaqədar  olaraq  açılan  cinayət  işi  üzrə 

təqsirləndirən şəxslər-Eyvaz Muxtar oğlu Əliyev və Banu Şamil qızı Tağıyevanın 

məhkəmə prosesini açıq elan edirəm! 

  Dövlət  itdihamçısı  cinayət  işi  ilə  bağlı  müddəaları  oxumasından  sonra,  hakim 

sözü Eyvaza verdi. 

-Müddəhim Əliyev Eyvaz, hadisəni, səbəblərini necə yada sala bilərsiz, buyurun. 

-Cənab hakim, verdiyim ifadəyə əlavəm yoxdu. 

-İfadənizdə  qətlin  planlaşdırılmış  olmasını  bildirmisiniz,  bu  fikrinizdə 

qalırsınızmı? 

-Bəli. 

-Yəni  demək  istəyirsiz  ki,  Aqil  Əhədov  qətl  olunan  gecə  Banu  Tağıyeva  həmin 



ünvana  Aqil  Əhədovla  ancaq  söhbət  etməyə  gedibmiş  və  Aqil  Əhədovun 

səhhətinə xətər yetirəcək, heç bir niyyəti olmayıb. Belədi?  

-Bəli belədi. Aqili mən öldürmüşəm və burda Banunun təqsiri yoxdu. 

-Burda qətlin səbəbi olaraq Aqilin səhvinə görə öldürüldüyünü bildirmisiniz. 

-Bəli fikrimdə qalıram. 

-Söz verilir, cinayətdə təqsirli bilinən ikinci şəxs,vətəndaş Banu Tağıyevaya.Banu 

Tağıyeva, ifadənizə əlavəniz və ya düzəlişiniz var? 


- 60 - 

 

-Xeyr,  cənab  hakim.  Cinayət  mənim  planım  olub  və  Ayvazın  bundan  xəbari 



olmuyub.  Mənim  səhərə  yaxın,  uşağı  da  goturub  evdən  çıxmağımı  göran Ayvaz 

bizim arxamızdan gələrək, hara getdiyimizi görüb. 

-Vətəndaş  Tağıyeva,  nəzərinizə  çatdırım  ki,vətəndaş  Əliyev  qətli  odlu  silah 

vasitəsi ilə törədib. 

-Bəli, yoldaş hakim. 

-Sizin  ifadənizdən  məlum  olur  ki,  vətəndaş  Əliyev  sizi  izləyib,həmin  mənzilə 

gəlib,  Əhədovu  qətlə  yetirib.  Anlaşılan  odur  ki,  Əliyev  bu  cinayəti 

planlaşdırmayıb. 

-Bəli, cənab hakim. 

-Aydındı...Söz  verilir  təqsirləndirilən  şəxslərin  müdafiəsi  üzrə  vəkil  Asif  Dadaş 

oğlu Ağayevə. 

-Təşəkkür edirəm. Cənab hakim, Əliyevə suallarım var. 

-Buyurun, eşidirik. 

-Vətəndaş Əliyev,Tağıyevanın məhkəməyə verdiyi ifadə ilə razılaşırsınız? 

-Xeyr! 

-Bilmək olar, niyə? 



-O  məni qorumaq üçün  bunu  edir.  Yenə  deyirəm,  onun  cinayətlə  əlaqəsi yoxdu. 

Aqili mən öldürmüşəm! 

-Vətəndaş Tağıyeva cinayəti planlaşdırmadığınızı da bildirdi. 

-Planlaşdırmasaydım, tapanca məndə hardan idi? 

-Demək istədiyiniz odur ki, tapancanı qətli törətmək üçün əldə etmisiz? 

-Bəli. 


- 61 - 

 

-Hörmətli  məhkəmə  heyətinin  nəzərinə  bir  şey  çatdırım  ki,  ekspert  qrupu 



tapancanın  ölkənin  tanınmış  bankı  olan  "E`s  bank"  ın  mühafizəsinə  məxsus 

olduğunu  təsdiqləyib.  Tapanca  qanuni  olaraq  həmin  bankın  sahibi,  hal  hazırda 

müddəhimlər kürsüsündə gördüyünüz Eyvaz Əliyevə məxsusdu! 

  Zalda  səs-küy  qopdu.Banunun  təəcübdən  dolmuş  gözləri,  titrəyən  bədəni, 

həqiqətin təsirini həzm edirdi. 

-Sakit! Sakitliyə riayət edin zalda! Vətəndaş Əliyev,doğrudurmu? 

-Bəli, doğrudur. 

-Yoldaş Ağayev, davam edə bilərsiz. 

-Təşəkkür  edirəm,  cənab  hakim.  Vətəndaş  Əliyev,  ölkənin  ən  tanınmış 

insanlarından birinin bu cinayətlə nə əlaqəsi?  İş  yerinizdən və ailənizdən alınan 

məlumatlara  əsasən  sizi  məzuniyyətlə  bağlı  Fransa  paytaxtında  olduğunuz 

bilinməkdədi. 

-Bunun hadisə ilə əlaqəsi olmadığından, cavab verməyə bilərəm? 

-Bəli, amma müdafiəçiniz olaraq cavab verməyinizi istəyərdim. 

-Mən isə cavab vermək istəmirəm. 

-Aydındı. Bəs hadisə baş verməmişdən öncə vətəndaş Tağıyeva ilə münasibətiniz 

necə olub? Bir evdə qaldığınız öyrənilib, doğrudu? 

-Bəli, Banu ilə bir evdə qalırıq. Münasibətimiz dostluqdan başqa bir şey deyil. 

-Vətəndaş  Tağıyevanın  mərhum  yoldaşı  Əhədov  Aqili  necə?  Hadisə  baş 

verməmişdən öncə görmüşdünüzmü? 

-Xeyr, görməmişdim, amma haqqında çox eşitmişdim. 

-Nə eşitmişdiz? 

-Nümunəvi, fədakar ata olduğunu. 


- 62 - 

 

-Belə deyildi? 



-Elə olsaydı, torpağın altında yox üstündə olardı. 

-Bu cinayəti necə adlandıraq? 

-Qanunların gücsüz olduğu yerdə,ən böyük qanun qanunsuzluğdu. 

-Hökmünü vermisən? 

-Bəli. 

-Bağışlamağa gücün çatmadı? 



-Düşməni bağışlamaq olar, ancaq onu asandan sonra! 

-Aydındı.  Cənab  hakim,  hakim  ekspert  Səməd  Lətifov  müddəhim  Əliyevin 

psixoloji durumunun normal olmadığını müəyyənləşdirib, xahiş edərdim bunu da 

nəzərə alasız. 

-Etiraz edirəm cənab hakim! 

-Etiraz qəbul olunmur, Ağayev buyurub davam edin. 

-Cənab  hakim,  vətəndaş  Əliyev  ölkənin  ən  tanınan,  kübar  ailələrindən  birinə 

mənsub hörmətli iş adamıdı. Tanıtıma ehtiyacı yoxdu. Məzuniyyət adıyla hamıyla 

sağollaşıb, küçələrə düşməsi sizcə normal haldımı? Aidiyyatı olmayan bir ailənin 

qeyrətini çəkib, cinayətkar olması normal haldımı? Kim öz lyuks həyatını bir heçə 

qurban  edər?  Psixi  normal  insan  edərmi?  Xeyr!  Deməli,  vətəndaş  Əliyevin 

müalicəyə ehtiyacı var. 

-Ey, ağzıva gələni danışma! Xəstə, psix özünsən! Nə etdiyimi gözəl dərk edirəm! 

-Vətəndaş  Əliyev,  danışdıqlarınıza  diqqət  edin!  Bura  məhkəmədi.  Məhkəməyə 

etdiyiniz hörmətsizliyə görə də əlavə maddə açmayaq. 

-Cənab hakim, icazənizlə davam edə bilərəm? 

-Buyurun. 


- 63 - 

 

-Çox  sağ  olun.  Vətəndaş  Əliyev,  mən  sizin  və  vətəndaş  Tağıyevanın 



müdafiəçisiyəm.  İşimi  çox  gözəl  bilirəm.  Əsəbləşmək  lazım  deyil...Sualıma 

konkret cavab verin. Əməlinizə peşmansızmı? Cavab verməzdən əvvəl düşünün. 

Sualım vətəndaş Tağıyevayadır. Əgər Əliyev Əhədovu o gün qətlə yetirməsəydi, 

indi bu an Əhədovu öldürərdiz? Vicdanınızla cavab verəcəyinizə inanıram. 

  Zala  sükut  çökdü.  Gözlər  Banuya  dikildi.  Hətta  Eyvaz  da,  Banunun  cavabına 

səbirsizləndi. Banu başını aşağı salıb, gözlərini sildi. Dərindən nəfəs alıb dedi: 

-Xeyr, öldürmazdim. 

-Dürüst cavabınız üçün təşəkkürlər. Buyurun Əliyev, siz cavab verin. 

  Eyvaz susdu. Gözlərini gizlətmək istədi hamıdan. Bacarmadı. Üç tərəfi qəfəs, bir 

tərəfi  divar.  Sağ  tərəfində  üzünü  əlləriylə  örtən  Banu.  Divarı  dağıdıb  qaçmaq, 

uçmaq  arzusuyla  barmaqlarını  ovuclarında  sıxdı.  Oyun  bitmişdi.  Adsız  yolunun 

sonu onu uçurumla üzbə-üz saxlamışdı. Qalxdı ayağa danışmaq üçün və danışdı... 

-Siz  heç  avtobusa,  metroya  minirsiz?  Dükanlara  gedirsiz?  Növbə  gözləyirsiz 

bankomat  qarşısında?  Palçıqlı  küçələrdə  yağışa  islanıb,  söyürsüz  cəmiyyəti, 

küçələri? 

Kafedə  bir  loxma  çörək  yemək  istədikdə,  fahişə  ofisiantkaların  murdar  əllərini 

gördükdə çəkilmirmi iştahanız? 

Baxmağa, oxumağa bir şey tapırsız? 

Təyyarəni  ömür  boyu  səmalarda,  bahalı  oyuncaqları  yaşıdlarının  əlində  görəcək 

olan övladınıza "ata, niyə bizim filan şeyimiz yoxdu" sualında cavabı olmayanları 

düşünmüsüzmü ? 

Sizdəmi  məcbursuz  süni  gülüşlə  gəzməyə  ?  Sizdəmi  günün  qaraltdığı  qara  gün 

ömür  payının  tükənməsinə  tələsirsiz?  Sizdəmi  varlığıyla  yoxluğunun  önəmi 

olmayan kabussuz mənim kimi? Sizdəmi azadlığın əsirliyində qula çevrilmisiz ? 

Günortalar  aşiqlərin  sevişməsindən  qızan  skamyalarda  gecələr  necə  soyuq 

olduğundan xəbərdarsınızmı? Ümüdsüzlük tanışmı sizə? 



- 64 - 

 

Yox, sizə xas olan mədəni söyüş olan təsəlli yedirtməyin mənə! 



Maşında,  kostyumda,  kresloda,  villa  balkonunda  gördüyünüz  cənnət  bizim 

qəbirstanlıqdı. Dirilər, kabuslar qəbirstanlığı. 

Görə bilməzsiz bizi, istəsəz də...Yanımızdan ötsəz də. 

Gördüyünüz deja vü kadrlardı keçmişin arxivindən. 

Bizim yoxumuzdu sizin üçün var anlayışı arxasında olanlar. Nə maşın, nə pul, nə 

villa, bağ, xadimə, kəniz, məşuqə, qudurğan uşaq, maniken xanım. 

Sizdən fərqli görürük, gəzirik, yeyirik, sevirik və düşünürük. 

Evlənmə təklifini romantik etmək üçün Londona bir gecəlik iki bilet almırıq... 

Yağışı gözləyirik... 

Çəngəlin düz qoyuluşuna fikir vermirik... 

Çəngəlsiz yeyirik... 

Pulu hara xərcləyim kimi dərdimiz yox... 

Pulumuz yox, çünki... 

Siz canınız üçün mühafizəçi tutanda, bizləri intihar etməyə qoymur keyfiyyətsiz 

kəndirlər... 

Sizlərlə  bizlər  arasında  elə  bir  uçurum  var  ki,  o  uçurumu  illərlə  doldursaz  da 

dolmaz. 

Hər birimiz bir ürək daşıyırıq... 

Bu ürəyin necə yandığından xəbəriniz varmı? 

Kənardan necə də asan görünür, deyilmi? 

Küçələrinizdə gündə bir meyit, tutulan cinayətkarlar...Necə asandı... 

Meyit və cinayətkar... 



- 65 - 

 

Adlarının önəmi yoxdu, dahasının da heç... 



Gedib araşdırmısızmı həyatlarını, yaşamlarını, yediklərini, içdiklərini... 

Lənət olsun, lənət! 

Heçmi önəmi yox insanlığın? 

Hansı it oğlu it gedib boş yerə adam vurar? O cinayətkarsa qapısına vətəndaş kimi 

getdiyi, iş istədiyi məmurlar kimlərdi? Hə? 

Vətəndaşın  haqqını  yeyib  də,  əzib  də,  bundan  utanmayıb  da,  əməllərinə  xitam 

verməyənlər kimlərdi, yoldaş hakim? Kimlər? 

Siz  adı,  tarixçəsi  önəmli  olmayan  bir  insanı  müddəhim  kürsüsünə  çıxarıb  da, 

nədən cinayətkar olduğumu soruşursuz, peşman olub-olmamağımı soruşursuz... 

Peşmanam, yoldaş hakim! 

İnsan olmağıma, vətəndaş olmağıma, dürüst olmağıma peşmanam! 

Hə, yadıma bir şey düşdü... 

Bolqariyanın paytaxtı haradı? 

Önəmi yoxdu, elədi? 

Var,  var!  Coğrafiya  müəllimi  Sofiya  cavabı  qarşılığı  məktəbdə  parta  yoldaşım 

Ənvərə 2 yazmış və əslində paytaxtın Buxarest olduğunu bildirmişdi! 

Sizə də mən kiməm suali verilsə cavabı cinayətkar olacaq! 

 

  Tam  sükut  çökmüşdü.  Nəfəslər  çəkilmirdi  sanki.  Hakimlər  öz  aralarında 



pıçıldaşırdılar. Ağayevin gözləri yol çəkirdi. Nəhayət hakim ayağa qalxıb dedi: 

-Hökm on dəqiqə fasilədən sonra oxunulacaq! 

 


- 66 - 

 

On dəqiqə azadlıq olardı. 



Gözlər azadlıqdan doyardı. 

Sonrası cəhənnəm cənnətdə solardı. 

Bir damcı su,bir ovuc torpaq. 

Bir də bir neçə xatirə şikəst,çolaq. 

Azadlıq yeyək,azadlıq içək,azadlıq qoxlayaq. 

Qoxular özü də bir ətir. 

Satılacaq yağışsız çətir. 

Gətir! 

Mənə yağış gətir! 

Mənə azadlıqdan nə tapsan gətir! 

  

 



-Qalxın,məhkəmə gəlir! 

-Əyləşin! 

  Hakim eynəyini silib, gözünə qoydu. Cinayət tarixçəsini başdan-ayağa oxudu və 

mətləbə gəldikdə, zaldakılar ayağa qalxdılar. 

-Azərbaycan Respublikası Cinayət məcəlləsinin... 

-Saxla görüm! 

  Hamı  hakimin  sözünü  ağzında  qoyan,  ona  susmaq  əmri  verən  səs  tərəfə 

boylandı.  Qapıda  dəbdəbəli  kostyumda,  mühafizəçilərinin  əhatəsində  əlində 

çemodan tutmuş Cavid durmuşdu. 

Hakim çaş-baş olduğundan dili söz tutmurdu nəsə deməyə. Cavid ona yaxınlaşıb, 

qulağına nəsə pıçıldadı. Hakim udqundu, özünü toparlayıb dedi: 


- 67 - 

 

-Məhkəmənin işə yenidən baxması üçün hökm təxirə salınır! 



Cavid bic-bic gülümsəyib, hakimin əlini sıxaraq, Eyvaza göz vurdu. 

  Penitensiar  xidmətin  əməkdaşlarının  müşayiəti  ilə  məhkəmə  zalından  çıxan 

əlləri qandallı Eyvaz və Banu küçədə maşınına söykənib duran Cavidi gördülər. 

Qollarındakı  qandalları  açan  ədliyyə  əməkdaşları  sağollaşıb  getdilər.  Cavid 

eynəyini qaşlarına qaldırıb gülərüz halda qışqırdı: 

-Böyük, böyük uşaq olasız... 

Eyvazı qucaqlayıb, doluxsundu. 

-Hə Eyvaz, nə gözləyirsiz gedək? 

-Getdik qardaş. 

-Hara? 


-Burdan uzaq, lap elə cəhənnəmə, amma burdan uzağa. 

-Cavid? 


-Ay can? 

-Toğrul? 

-Narahat olma o öz yoluna ad qoyub, qayıtdı.Ha-ha-ha. 

-Necə yəni? 

-Darıxma, bilərsən. Dincəl, sual vermə, görəcəksən. 

-Bəs Cəlil? 

-O da yaxşıdı. Artıq mayordu. 

-Gözəl xəbərdi. 

-Dincəl, dincəl... 


- 68 - 

 

-Sür Sovetskiyə. 



-Sovetski hardan çıxdı? 

-Sür, deyərəm. 

  Təndir çörəyi satılan pəncərə qarşısında Eyvaz Caviddən maşını saxlamağı xahiş 

etdi. 


  Ona 

çörək 


verən 

kişinin 


simasını 

asanlıqda 

tanıdı. 

Kişi 


isə 

tanımamışdı"səyyahı"... 

-Cavid, pul ver mənə. 

-Buyur, bəsdi? 

-Hə, hə bəsdi. Gözləyin, gəlirəm indi. 

  Maşından  düşüb,  kişiyə  yanaşdı.  Doğma  iyin  burnuna  dolmasından  ləzzət 

alırmış kimi, ah çəkdi. 

-Dayıcan? Sənə söz vermişdim, gələcəyəm. Gəldim. 

-Xoş gəldin oğul, amma qüsuruma baxma, tanımadım vallah... 

-Önəmli deyil...Mənə bir təndir çörəyi, zəhmət deyilsə. 

-Buyur oğlum, nuş olsun. 

-Al pulunu dayı, çox sağ ol. 

  Kişi Eyvazın verdiyi pula baxıb təəcübləndi. Bir çörək qarşılığı üç yüz manat. 

-Oğul bu pul... 

-Dayıcan, düz vermişəm. Halal xoşun olsun. Allaha əmanət ol. 

  Bunu  deyib,  çörəkdən  bir  dişdəm  vurdu.  Kişi  "səyyahı"  indi  tanıdı.  Əlində  pul 

donub  qalmışdı.  Dolmuş  gözlərinin  müşayəti  ilə  "səyyahı"  aparan  maşın  sürətlə 

uzaqlaşırdı... 



- 69 - 

 

 



 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin