Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 391.49 Kb.
Pdf просмотр
səhifə1/5
tarix03.02.2017
ölçüsü391.49 Kb.
  1   2   3   4   5

- 1 - 

 

 



- 2 - 

 

 



 

 

 

 

 

Bu  kitabın  ərsəyə  gəlməsində  əməyi  keçən  hər  kəsə 

minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma... 

 Ümidvaram  ki,  əlinizdə  tutduğunuz  bu  kitabı  oxumaq  vaxt 

itkisi olmayacaq. 

 Xüsusi 

minnətdarlıq 

Bakının 

küçələrinə, 

yağışlarına, 

İçərişəhərin  tinlərinə,  dalanlarına,  ilhamlandığım  bütün 

filmlərə,  mahnılara,  nifrət  etdiklərim  və  sevdiklərimə, 

oxuduğum kitablara... 

 

 



 

 

 



 

- 3 - 

 

 



 

 

 



 

 

 



 

 

 



Prodüsser: Rasim Əliyev 

Redaktor: Nicat Nəzərov 

Korrektor: Gülarə Abdullayeva 

Dizayn: Səbinə Süleymanova 

E-book cover: Şahin Xəlil 

Satış meneceri: Sona Cəmşidli və Ferat 

Reklam meneceri: Ferat 

Tərəqqi nəşriyyatı  

Zırramalar production 

 

Əlaqə məlumatlar üçün: 



http://www.facebook.com/sahinxalil

 

http://www.facebook.com/WriterFerat



 

http://www.facebook.com/zirrama

 

 

                         



 

 


- 4 - 

 

 



 

 

                                  



 

 

                                        



 

 

 



       

     

Adsız yol 

 

 

                                                      BAKI,  2010/ 2011 

- 5 - 

 

            



Proloq

 

 

Qaranlığın tam ortasıyla gəlirdi. 

Rənglərin ən zəhmlisini addımlarıyla yarırdı. Yardıqca arxada buraxdığı boz kölgələr siluetini 

canlandırıb, yoxa çıxırdılar. 

Sahibsiz  küçə  itlərinin  hürüşü  və  ilbislərin  səsi  pərdəyə  çəkmişdi  bu  qaranlığı.  Qəddar 

auranin  tükürpədici  xışıltısındakı  qorxular  idi  gələn.  Uşaqları  qorxudan  "xoxan"obrazı  idi 

bəlkə də. Bəlkə də borc yiyələrinin vicdan xəyalındakı hədələri... 

Ölüm qoxusu,günəşdən əsər-əlamət qalmayan şəhərin fobiyası idi. 

Qaranlığın  boğduğu  fəryadları  var  idi  bu  çiskinli  havada.  Bir  az  da  yağış  var  idi.  Hərdən 

qonurdu  pəncərələrin  tozlarına.  Yazıq  damcılar...Çirklənirdilər  bu  tozlu  pəncərələrin 

çirkabında. 

 

 



*** 

 

 

Qorxum yaşamaqdı,ölməyə nə var ki... 

Bir Allah, bir dost, bir yar ki... 

Versin stimul, kəndir ki, yapışım məqsədlərdən, hədəflərdən. 

Arzu səmasına ulduz qonsun,”kaşkiləri” pozum dünənlərdən. 

Pessimist aura, beyinə çaxılan güllə. 

Qarşılayım ölüm mələyini,qucaq dolusu güllə. 

- 6 - 

 

Verilsin bütün xəstələrin dərdləri,yetimlərin göz yaşları. 



Tikək mərhəmət şəhəri,çıxaraq çürümüş daşları. 

Qaynadaq ağıllılar qazanında axmaq başları. 

İnsan yaratmayıbmı pulu? 

Niyə bəs olub öz yaratdığının qulu? 

Axi gülüşü unudan milyonlar var. 

Günahkar izləri örtməyə yada düşmür Allah,"itəcək, yağsın kaşki qar". 

Qonşu-qonşu arasında dəmir hasar, çəpər. 

Kabab qoxusu, ac olan cəhənnəmə ki? 

Düşünmə ki, nəfsi çəkər. 

Səni əməllərin əkibsə, günahlarınmı biçər? 

Qəlbinə boylan,şəhərini görə bilməkçün. 

Günah özündədir,ağırdırsa yükün. 

 

 

 

-Toplantını açıq elan edirəm. 



-Yaxşı ki iclas demədin.Ha-ha-ha... 

-Az gül,qədəhləri doldur,ay Cavid.Özündən böyüyün də sözünü kəsmə. 

-Oldu,cənab kapitan! 

-Cənab kapitan çoxdu Cavid, familiyası Qubarov olan isə təkcə bu bədbəxt 

Cəlildir. 

-Həri, qardaş, onda siftəni dünyadakı yeganə Qubarov Cəlilin şərəfinə içək,nə 

deyirsiz? Eyvaz,dur bir sağlıq de,şair. 


- 7 - 

 

   Gülüş  səsləri,  qədəhlərin  cingiltisi,  səs-küylü  ənənəvi  qonaqlıq  (içki  desək  də 



olar)  məclisi.  Stol  arxasında  dörd  dost  əyləşib.  Eyvaz,  Cəlil,  Cavid  və  Toğrul. 

Kübar  ailə  uşaqlarıdırlar.  Bəlkə  də  elə  bu  amil  onları  dost  edib  bir-birlərinə. 

Valideynlərinin  onları  bir-birinə  dost  bildikləri,  etdikləri  bu  cavanların  öz 

seçimləri olmayıb dostluqda.Təkcə dostluqda deyil... 

-Özün ala biləcəyin haqqı qoyma sənə sədəqə etsinlər. Əzizlərim, bizim gücümüz 

ala bildiklərimizdədi. Gəlin içək gücümüzün sağlığına. 

-Gücümüzün,ya pulumuzun? Ha-ha-ha... 

-Sən də söz danışdın da indi, Cavid. Kişi o cür sağlıq dedi. Heç pulun yeri idi? 

-Yaxşı da, zarafat idi də, elədim. Vurun, öldürün məni. 

-Əslində Toğrulun sözündə həqiqət var a, Cəlil. 

-Nə həqiqət? Sən də bəsdir tərəfin saxlama bunun. Bu içməmiş dəm olub. 

-Tərəf  saxlamıram  Cəlil,  amma  doğurdan  təsir  elədi  bu  söz.  Bu  barədə  hərdən 

mən  də  düşünürəm  və  istəyirəm  sizinlə  bölüşüm  düşüncələrimi  indi.  Başınızı 

ağrıtmayacağamsa... 

  Hər üç dost Eyvaza fikrini tamamlamağa imkan vermədən bir ağızdan, xorla: 

- Əstagfrullah Eyvaz, buyur... - dedilər 

 

                      Eyvazın düşüncələri 

-  Biz  hər  birimiz  ölkənin  ən  varlı,  tanınmış  simalarındanıq.  Sahibkarı  olduğum 

bank  dünyanın  ən  prestijli,  tanınan  banklarındandı.  Cavidin  özəl  klinikaları, 

Toğrulun brend  markalı  geyim  mağazalar  şəbəkəsi,  Cəlilin  idman  kompleksləri, 

bazaları  var.  Yəni  bizə  sosial  vəziyyət,  ümumiyyətlə,  bu  söz  özü  maraqsızdı. 

Kasıb  dili  ilə  desək  varlıyıq,  pulumuzu  balta  kəsmir.Bununla  qürur  duyuruq. 

Maşınımıza, özümüzə,hətta nə vaxtsa üzünə təsadüfən güldüyümüz adamlara da 

hər  yerdə  yaşıl  işıqdı.  Hansı  birimiz  yol  qaydalarını  bilirik?  Heç  birimiz. 



- 8 - 

 

Nəyimizə  lazım.  Biz  qazanmışıq  məgər  bu  tutduğumuz  yeri?  Xeyr,  cənablar. 



Valideynlərimizin adı, soyadı olmasaydı...gəlin bura. 

  Hər  üç  dost  pəncərə  qarşısında  diqqətlə  nəyəsə  baxan  Eyvaza  yaxınlaşırlar. 

Eyvaz parkda skamya üzərində uzanan bomju göstərərək: 

-Bəlkə  biz  də,  bax  o  fəqirin  yanında,  yerində,  bəlkə  ondan  da  bətər,  ya  bir  az 

ondan üstün ("üstün" sözünü xüsusi vurğuyla deyir) olacaqdıq. Kabus olacaqdıq 

onun  kimi.  Qudurğan  olmayacaqdıq.  Üzümüzə  gülənlərin  mimikalarındakı 

saxtalığı, süniliyi, qrimi görmək üçün arif olmaq vacib deyil. Bir az diqqət etsək 

ətrafımızda nə qədər yaltaq, iki və daha çox siması olanları asanlıqla görmək olar. 

Tərif, alqış bizi ucaltmır dostlar, məhv edir. Biz isə bunun fərqinə belə varmadan 

rahat  yaşayırıq.  Yox,  bu  yaşayış  deyil.  Naşükürlük  də  deyil.  Üsyan  da  deyil. 

Ruhun  ürəklə  mübarizəsidi.  Bahalıoyuncaqlarıq  biz.  Vitrinləri  bəzəyən 

oyuncaqlar.  Kasıbların  həsrətlə  tamaşa  etdiyi  vaxtda,varlıların  sevimlisi  olan 

oyuncaqlar.  Oynayırlar  bizlə.Nə  vaxtsa  keyfiyyətimiz  itəndə  tullayacaqlar  bizi 

zibilliklərə.  Yeniləri,  biriləri  bizi  əvəzləyəcək.  Bizsə  zibillikdə  eşələnən  hansısa 

yoxsulun  tapıntısı  olacağıq.  Övladına  verəcək.  Həmin  uşaq  qədrimizi  biləcək. 

Qopmuş  əlimizi,  sapımızı  tikəcək,  təzələyəcək,  həyat  verəcək.  Məhz  həmin  an 

illərimizin  saxtalığını  görəcəyik.  Məhz  həmin  an  bahalı  oyuncaq  olduğumuza 

lənət edəcəyik və məhz həmin an uduzduğumuzu anlayacağıq.   



 

                                Sıfırdan 

  Eyvaz  sözünü  bitirdi.  Təsiredici,  reallıqda  qovrulan  sözlərin  ağırlıqları 

qarşısında  məclisə  ölü  sükut  çökmüşdü.  Qar  gətirmişdi  sözlər  masa  üzərinə, 

ətrafına.  Donmuş  baxışlar  uzanır,  nəfəslər  çəkilirdi.  Susqunluq  uzandıqca 

uzanırdı. Nəhayət Cəlil sükutu pozdu: 

-Düşünmək  istəmədiklərimizi  düşündürdün  bizə.  Nə  deyim  bilmirəm.  Bildiyim 

bir şey var,o da indi özümə yaranan nifrətimdi. 

-Hələ də gec deyil! 



- 9 - 

 

Eyvazın bu ümidverici nidası təəcüblü baxışlarla müşayiət olundu. 



-Nə demək istəyirsən, Eyvaz? 

Məhz bu sual idi həmin an hər birinin beynində. 

Eyvaz alnını qaşıyıb, kinayə ilə gülümsəyib dedi: 

-Sıfırdan başlamağa nə deyirsiz? 

Cavid az qala pıçıltıyla: 

-Nəyi başlamağı? 

Toğrul əlavə etdi: 

-Sən Allah ay Eyvaz, açıq danış. Artıq başımız işləmir ki sətiraltı yozaq. 

  Eyvaz ona zillənən sual dolu baxışları intizarda saxlamaqdan zövq alırmış kimi 

bir az susdu və nəhayət mətləbə keçməyə qərar verdi: 

-Burda sətiraltı heç nə yoxdu. Sıfırdan başlayacağıq.Yenidən doğulan körpə kimi. 

Özümüz  öz  həyatımızı  öz  istədiyimiz  kimi  qurmağa  cəhd  edəcəyik.  Ən  əsas 

özümüzü  kəşf  etmiş  olacağıq.  Həqiqətdə  kim  olduğumuzu  anlayıb  da  özümüzü 

sınayacağıq. 

Cəlil gülümsəyərək: 

-Həə, mənə yavaş-yavaş aydın olur artıq. 

Toğrul təəcüblə: 

-Sıfırdan, özünü sübut, yenidən doğuluş...Yəni sıradan biri? 

Eyvaz əl çaldı: 

-Afərin  Toğrul,  düz  anladın.  Sıradan  və  kabus  olaraq.  Zahiri  görünüşümüzü, 

geyimimizi dəyişirik. Ailə, işlə halallaşıb, sağollaşıb guya ezamiyyət, məzuniyyət 

adıyla  xarici  ölkəyə  gedirik,  amma  əslində  adsız  yola  çıxırıq.  Hər  gün  cənnət 

cildində gördüyümüz Bakının cəhənnəminə şahid olmağa gedirik. Bir yerdə yox, 


- 10 - 

 

hərəmiz  ayrı  olaraq.  Dözüm,  iradə,  mübarizə  əzmiylə.  Bu  məcburi  deyil  və  kim 



nə vaxt istəsə öz cənnətinə rahat dönə bilər.Məqsədimiz həqiqəti görməkdi. "Pul 

hər şey deyil" frazasını təsdiq etməkdi. Nə deyirsiz,razısınız adsız yola çıxmağa? 

  Cəlil düşünmədən əl qaldıraraq razılığını bildirdi.Cavid qədəhi qaldırıb dedi: 

-Adsız yola çıxmağımızın və bu gözəl ideya sahibi Eyvazın sağlığına. 

Toğrul bığaltı bic-bic gülərək: 

-Həri e, lənət şeytana. Varam bu sınağa. Eyvaz sənin sağlığına. 

Qədəhlər cingildədi. 

-Amma,  bir-iki  detal  var.  Əvvala  bu  söhbəti  heç  kim  bilməyəcək  dördümüzdən 

başqa.  Sonra...hmm,  hə  dördümüzdən  biri  bizim  işlərimizi  nəzarətə  götürmək 

üçün bu sınaqda iştirak edə bilməyəcək. Birdə düz bir il sonra məhz bu məkanda 

görüşməklə bitəcək yol. Yəni müddət bir ildi. Kim yarı yolda imtina etsə Cəlilə 

kömək  edə  bilər.  Məncə  Cəlilə  sübut  lazım  deyil.  O  zabit  olaraq  özünü  çoxdan 

sübut edib özünə. 

-Eee, ay Eyvaz, Toğrul canı, olmadı ki...Mən göydən düşmüşəm bəyəm? 

-  Düz  deyir  də  Eyvaz,  nə  olub  əl  qatmısan  özüvə?  Bir  il  hərbidən  nə  adla 

yayınacaqsan? Qoca vaxtında türmən çatmır elə. 

- Həri Cəlil, tebe eto nado? Ha-ha-ha... 

-  Hə  uşaqlar,  şərtlər  məlum  oldu.  Yaddan  çıxan  nəsə  olmadı  məncə.  Daha  bu 

günlük  söhbəti  bağlıyaq,  yeməklər  israf  olmasın.  Nuş  eliyin.  Sabah  yola  çıxırıq. 

Xeyirlisi olsun.  

 

                   Əlvida Bakı, Salam Bakı... 

 

Aqressiyam adaptasiya olmur mühütə. 


- 11 - 

 

Gücüm çatmır öz toxuduğum səbətə. 



Toxunmağım gəlir günəşə. 

Qorxuram çevrilər xəyallar vərdişə. 

Qayıdacağam getdiklərimin şəhərinə. 

Mənası nə? 

Dişlə nəfsini. 

Mənim sevgimdən sənə nə? 

İşıq çəkdirəcəyəm gözlərimə ki,görüm. 

Həyatmı pis,ya ki,ömrüm? 

Sınacaq güzgülər bizə göstərəndə qırışları. 

Ağlamayacağam! 

Yazıqdı göz yaşları. 

Qaldır qaşları,dik tut belini. 

Məğrur görünüşünlə qazan sevgini. 

Nə gözəl sınaqdı həyat ki,cənnəti cəhənnəm edən bizlərik. 

Hələ doymamışıq,yenə cənnət gözləyirik. 

Qaça-qaça qalmısan sürünən arxasında. 

Yada düşəcəksən son dəfə yasında. 

Yox Bakı, deyilsən mənə yar. 

Sənə də yağdı qar. 

Günün də dalanların kimi dar. 

Ümüd saxlama ki,o qayıdar. 

Məcnun epiloquyla bitdi,yoxdu vəfalı yar. 

- 12 - 

 

Minnətin olsun. 



Saxla kin. 

Yaxşılıqlarını cəmlə ki,vurasan başıma. 

Gedirəm səndən Bakı,çıxma qarşıma! 

 

  Eyvaz  gecəni  daş  kimi  yatdı.  Səhər  gözünə  düşən  günəşin  şüası,  xidmətçilərin 



mətbəxdən gələn beyinə işləyən dır-dırları ilə oyandı. Gecədən hazırladığı idman 

çantasını  gördü.  Dodaqaltı  "Səni  götürsəm  sıfırdan  yox  0,1  dən  başlayacağam. 

Bunu  da  istəmirəm"-dedi.  Cəlilə  zəng  elədi  və  yadına  düşdü  ki,axşam  5  də 

görüşəcəklər Cəlililin idman kompleksində... 

 

  Toğrul  qucağında  noutbuk  yatıb  qalmışdı.  Virtual  aləmin  dəlisi  idi.  Müxtəlif 



saytlarda  yüzlərlə  dost-tanış  yığmışdı.  Onun  kimliyini  hamı  bilirdi,  ona  görə  də 

məktub qutusuna gündə yüzlərlə məktub gəlirdi. Qadın düşgünü olduğundan adı 

tez-tez şou ulduzları, müğənni, aktrisa, modelləri ilə hallanırdı. Bu onun vecinə də 

deyildi və öyrəşdiyi həyatını dəyişmədən yaşayırdı... Cəlilin zənginə oyandı və bu 

günün vacibliyi yadına düşdü. 

  Obaşdan durmuşdu Cavid. Günəşi salamlamağı sevirdi. Çau-çau cinsindən olan 

itləriylə  gəzintiyə  çıxmışdı  bağa.  Nümunəvi  oğul  idi  Cavid.  Öz  ağlıyla  daxil 

olduğu Tibb Universitetinin nümunəvi tələbəsi olmuş ,psixologiya üzrə ali təhsil 

almışdı.Sahibkarı  olduğu  klinikaların  xəstəsi  olan  insanlar  da  razı  qalırdılar 

yaradılan hər tərəfli şəraitdən. 

  Cəlilin  zənginə  gərək  yox  idi,  çünki  Cavid  unutmamışdı  dünənki  söhbəti,  bu 

günki günün məsuliyyətini... 

  Hamıdan  tez  Cəlil  oyanmışdı.  Milli  Ordunun  zabiti  olduğundan  adətkərdə 

etmişdi  tez  oyanmağı.  Zabitliyə  vətənə  olan  sevgisi  gətirmişdi  onu.Valideynləri 

nə  qədər  təkid  etsələr  də  onu  fikrindən  daşındıra  bilməmişdilər.  Nadir  hallarda 


- 13 - 

 

kübar ailələrin övladları bu peşəni seçirdilər. Cəlil də həmin nadirlərin nadiri idi. 



Məsuliyyətinə  görə  hər  dörd  dostdan  üstün  idi.  Bu  amil  Cəlilə  orta  yaşında 

"ağsaqqal"  imici  qazandırmışdı.  Məsuliyyətinə  təkan  verən  amillərdən  biri  də 

evli, üç uşaq atası olması idi. 

  Nərimanov  metro  stansiyası  yaxınlığında  yerləşən  idman  kompleksində 

görüşdülər.  Saat  6-ya  işləyirdi.  Eyvaz  dostlarını  diqqətlə  süzdü.  Hər  üç  dostu 

rahat, gülərüz görünürdülər. 

- Həə,hazırsız uşaqlar? 

- Hazırıq,rəis! 

- Evlə sağollaşmısızsa, tam konsentrasiya olmusuzsa, onda xahiş olunur cibdə nə 

var boşaldıb Cəlilə verin. 

- Telefon-zad da olmaz? 

- Yox Toğrul, sıfırdan.Boş ciblə. 

- Okey,buyurun onda boşaldaq cibləri. 

Hər üçü cibləri boşaldıb Cəlilə ötürdülər. 

-Şəhərin  ortasında  sivilizasiyadan  kənar  qaldıq.  Bəlkə  doğum  evinə  gedib  ordan 

start eliyək hə? Nə vaxtsa kitab zad yazsaq, maraqlı olsun dəliliyimiz.Ha-ha-ha. 

Cavidin bu fikrinə ürəkdən güldülər. 

-Uşaqlar hava qaralmamış çıxaq yola. Sağollaşmaq vaxtıdı... 

Qucaqlaşdılar,  kövrəldilər  də  hətta.  Cəlil  gözünü  silə-silə  titrəyən  boğultulu 

səsiylə söydü də onları. Eyvaz son əlavəsini edəndə gün batmaq üzrə idi... 

-Dostlar,  unutmayın  kim  nə  vaxt  istəsə  qayıda  bilər.  Allaha  əmanətsiz. 

Özünüzdən muğayat olun. Hər birinizə bu yolda çoxluca kəşflər və uğurlar.  İndi 

isə  hərəniz  bir  istiqamətə  gedin.  Nə  istəyirsiz  edin.  Necə  istəyirsinizsə  yaşayın. 

Əsas odu təslim olmayın çətinliyə. Baxmayın bir birinin arxasınca. Getdik...  



- 14 - 

 

 



Uçurumları sevənlərin qanadları olmalıdı (Nitşe) 

 

  Sentyabr  olduğundan  havalar  meyxoş  keçirdi.  Yağışlar  payızın  gəlişini  yada 



salırdılar. Bəzənsə külək vıyıltısı əsrarəngiz fon yaradırdı Bakı üçün. 

  Bütün  gecəni  qısa  fasilələrlə  naməlum  istiqamətə  addımlayaraq  keçirtmişdi 

Eyvaz.  Tanımasınlar  deyənə  saçını  qırxdırmış,  qara  eynək  taxmışdı.  Dan  yeri 

söküləndə ətrafındakı mənzərəni aydın etdi. Sovetski məhəlləsində idi. Əllərində 

çanta  məktəbə  tələsən  yarıyuxulu  uşaqların  qaşqabaqlı  simaları,  maşınlarını  işə 

salanların  səhərin  sehrini  qovan  səs-küyləri,  təndir  çörəyinin  burunu  dolduran 

ləziz  qoxusu, bir-birini  könülsüz  salamlayan  qonşuların  yola  vermək  prinsipində 

dil ucu hal-əhval tutmaları. Hər şey,hər şey o an Eyvaz üçün doğma idi. İlk dəfə 

gördüyü,tanımadığı  nostalgiyamı,ya  həyat  eşqimi  deyək  bir  hiss  bürümüşdü 

bədənini.  Bir  azda  acımışdı.Bu  gündən  çox  "ilk"lərlə  rastlaşacaqdı.  Buna  hazır 

olmasını  heç  kim  soruşmayacaqdı.  Rəqəmlər,  pullar,  faizlər,  seyflər,  açarlar, 

depozitlər,  çeklər,  ödəmələr,  sazişlər,  yatırımlar,  dollarlar,  avrolar,  manatlar 

beynini yormayacaqdı. 

  Səhər  açılandan  oturduğu  səkidəcə  yuxulamışdı.  Yanından  ötən  maşının  siqnal 

səsinə  ayıldı.  İlk  işi  qarnını  doyurmaq  idi.  Təndir  çörəyi  satılan  pəncərəyə 

yanaşdı. 

-Salam.Bir dənə təndir çörəyi verə bilərsiz mənə? 

-Əleykə Salam, a bala. Baş üstünə,buyur nuş olsun. 

- Amma verəcək pulum yoxdu sizə, dayı. Yəni ümumiyyətlə pulum yoxdu. 

- Eybi yox oğlum, çörəkdi, qızıl deyil ki? Olanda verərsən,nuş elə. 

- Çox sag olun, dayı. 


- 15 - 

 

  İlk addımın uğuruna sevinib çörəyi iştahla yeyirdi elə dükanın yanındaca. Bunu 



görən çörək bişirən həmin kişi ona yanaşıb soruşdu: 

-Oğlum,  qarışmaq  kimi  çıxmasın  işinə,  sənin  evin-eşiyin  yoxdu  ki,yavan  çörəyi 

küçənin  ortasında  yeyirsən?  Deyim  ki,alkaşsan,  yox  deyə  bilmərəm,  çünki 

oxşamırsan.Dilənçisən,nəişəxorsan,yox onlara da oxşamırsan.Bəs? 

  Kişinin bu gözlənilən, eyni zamanda fəlsəfi-psixoloji sualında tox adam çaşardı, 

o  ki  qaldı  ac.  Özlüyündə  bir  anlıq  sualı  analiz  etdi  Eyvaz.  Hm,deməli  mən 

alkaşa,dilənçiyə,narkomana  oxşamırammış.  Onların  məgər  konkret  üz  cizgiləri, 

rəngləri,  köynəkləri,  ya  nəbilim  çörək  yemək  tərzləri  var?  Deməli,  küçənin 

ortasında yavan çörək yeyən kəs alkaş, dilənçi, narkoman şübhəsiylə qarşılanır. 

-Bəs kimə oxşayıram, ay dayı? 

-Bilsəm, səndən soruşmaram ki... 

-Nə  alkaşam,  nə  dilənçi,  nə  də  narkoman.  Səyyaham.  Bir  azdan  digər  səyyah 

dostlarımla  görüşəcəyəm.  Pulum  qurtardığından  sizdən  çörəyi  havayı  istədim, 

amma pulunuzu mütləq çatdıracağam. 

-Oğlum,  pula  görə  demədim.  Maraqlı  gəldi  soruşdum.  Demək  səyyahsan,  lap 

yaxşı. 


-Hə  səyyaham.  Azərbaycanı  qarış-qarış  gəzirik.Tarixi  memarlıq  abidələrini, 

qədimi  evlərin  xronologiyası  ilə  maraqlanırıq...Çörəyə  görə  çox  sağ  ol  dayı, 

icazənlə indi getməliyəm. 

-Buyur, buyur, sağ-salamat. Allah amanında... 

 

 

*** 



 

- 16 - 

 

  Cavid skamyada yatmışdı. Burnunu deşən iyə oyandı. Üfunət qoxusundan ürəyi 



ağzına gəldi. Yanında uzanan bomjdan gəlirdi bu "ətir". Xoruldayırdı, fısıldayırdı. 

Cırıq-cındır,  rəngi  getmiş, üstündə  Bakının  bir  kilodan  çox  çirki  olan pencəyini 

çəkib  rahat-rahat  yatmışdı.  Arada  arağın  iyi  də  beyinə  işləyirdi.  Cavid  isə  iyləri 

ayırd  edərək  heç  vaxt  bu  qədər  yaxın  olmadığı,yuxusuna  belə  girməyən  bu 

cəmiyyətdən  təcrid  olunmuş  kabusu  maraqla  izləyirdi.  İyə  öyrəşə-öyrəşə, 

izləməkdən də bezdi. Durub rahat ordan, ondan uzaqlaşa bilərdi, amma kəşfindən 

uzaqlaşmaq qərarında deyildi. Oyatmaq istədi...Risk etmək istəmədi.Qorxu-qorxu 

yaradır. Ən yaxşı müdafiə isə hücumdu. Birdən oyadar, o da hürkər, bıçaq çəkər, 

daş götürər, ya elə yumruğunu işə salar. Ya da batırar altına. Elə bu növbəti iy bəs 

edər  ki,  ürəyi  getsin.  Onsuz  da  güclə  dözür  havasına.  Gözləməyə  qərar  verdi. 

Ötüb keçənlərdən saatı soruşurdu ki, zamanı itirməsin...Günorta saat 3-də oyandı 

qonşusu.  Çirkdən  codlaşmış  saç-saqqalını,  qaşqabaqlı  simasını,  əyri  burnunu, 

çapıqlı  alnını  Cavid  indi  daha  rahat  görürdü.  Bir  az  diksindi  də  bu  simanın 

xofundan.  Cavidə  gözaltı  baxdı.  Cavid  onun  durub  getməsini  gözləmədən 

soruşdu: 

-Sizin yeriniz olduğunu bilmirdim.Narahat etdiyim üçün üzr istəyirəm. 

  Bomjdan  səs  çıxmadı."Astra"  siqaretini  sümürürdü  və  elə  təsir  yaranırdı  ki, 

deyəsən heç Cavidi eşitmirdi. Bəlkə də eşitmək istəmirdi. Cavid də bunu sınamaq 

istəyirdi. 

-Adım Caviddi.Bəs sizin? 

Bomj isə deyəsən danışmaq niyyətində deyildi. Cavid isə əl çəkmirdi. 

-Nə  üçün  cavab  vermək,  danışmaq  istəmirsiz?  Qorxmayın  məndən  sizə  pislik 

gəlməz. Sadəcə danışmaq istəyirəm sizinlə. 

Bomj düz Cavidin gözünün içinə baxaraq xışıltılı səslə dedi: 

-Nə istəyirsən? 

-Dedim axı, sadəcə danışmaq. 



- 17 - 

 

-Danışmağa adam tapmadın? 



-Hmm..ımm, onlarla söhbətim tutmur. 

-Səncə bir bomj sənə nə haqda danışa bilər? 

-Düzünü  deyim  ki,  elə  bilmədiyim  üçün  mənə  maraqlı  gəlir.  Nə  haqda  danışa 

bilər? 


-Nədən?  (Gülür.Gülüşünü  öskürəklər  əvəz  edir).  Nə  haqda,  öhü-öhöö...  Arağın 

hansı dükanda neçəyə satıldığından, hansı məhlənin zibil yeşiklərində yemək çox 

olduğundan. Hansı parkın, hansı skameykasının daha rahat olduğundan, kimlərin 

məni söydüyündən, nifrət etdiyindən danışım?! Mən dilənçi deyiləm, olmamışam 

da  heç  vaxt.  Uğur  centlimeniyəm.  Məni  skamya  doğub,  park  böyüdüb.  Araq 

yorğanım olub ki,donmayım. Siqaret də dostum... 

-Bəs qohumun, filan... 

-Qohumum? Ude oturub orda.(Sabirin heykəlini işarə edir) Odu qohumum. Öhö-

öhöö...Yeyirsən?  

Pencəyindən çıxartdığı bulkanı bölüb uzadır Cavidə. Cavid artıq iyrənmirdi. Aldı 

bulkanı. 

-Çox sağolun, acımışdım... 

-Ye, doyur qarnını. Adımı bilmirəm, hamı Alik deyir mənə... 

  Bulkanı yeyə-yeyə ətrafa baxdı.Sabir bağında olduğuna indi fikir verirdi.  

 


Каталог: front -> files -> libraries -> 2421 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> Esxatoloji perspektivdə avtoritarizm anatomiyası
books -> Nizami Gəncəvi. Fitnə
books -> Qurban Səid (Məhəmməd Əsəd bəy “Əli və Nino” Roman (1927)


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə