Bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Əsasən də mənə daim dəstək olan dostlarıma



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/5
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7573
1   2   3   4   5

                                           *** 

 

-Niyə? 



- ... 

-Cavab ver, niyə? 

-Toğrul, mən...Deyə bilmədim. 

-Niyə? Niyə? 

-Nə  deyərdim?  Deyərdim  hər  kəsin  qardaşım  bildiyi  Aqil,  ərimdi?  Deyərdim 

aşnasıyam? Deyərdim zorlayıb məni, sonra da qaçırdıb? 

-Deməməyin yaxşı idi, hə? Bəs mən... 

-Nə  sən?  Hə,Toğrul?  Nə  sən?  Nə qədər dedim ki,  əl  çəkəsən?!  Nə  qədər dedim, 

alınmayacaq?! Mən də insanam Toğrul. Sevdiyim sənin duyğularına necə cavab 

verməyə  bilərdim  axı?!  Özümü  təmizə  çıxartmıram,  amma  sənə  də  haqq 

qazandırmıram! 

  Toğrulun  yadına  damda  Günayın  bağışla  deməsi  düşdü...O  vaxt  əhəmiyyət 

vermədiyi bu söz indi, bu an onunla üzbə-üz durmuşdu... 

-Niyə bəs ona qardaşım deyirdin? 

-Özü belə tapşırmışdı. Ad çıxmasın deyə. 

-Günay... 

-Hə? 

-Mən səni sevirəm! 



- 70 - 

 

-Məndə, Toğrul. Məndə, ömrüm! 



 

 

                         Adsız yolun sonu və... 



 

  Hər şey belə bitə bilərdi, amma yox... 

  Cavid əslində şizofren xəstəsi idi. Alik adlı bomj onun gözünə görsənirdi. Bəlkə 

də  yox,  əslində  Alik  var  idi,  amma  Cavid  bunu  heç  kimə  sübut  edə  bilmədi. 

Xəstəxanadan çıxan zaman baş həkimdən Aliki xəbər alması, sağalma iddiasının 

üstündən xətt çəkdi və beş il müalicə aldı. Məhkəmə zalına girib, hakimin sözünü 

kəsməsi, hökmün oxunmasına imkan verməməsi, məhkəməni satın alması sadəcə 

təxəyyülü idi. İndi guya sağalıb, amma arada kabinetində tək olanda, iş yoldaşları 

onun kiminləsə söhbət edirmiş kimi, öz-özünə danışdığını eşidirlər. 

  Toğrul Günayı qəbul etdi. Sadə bir toy elətdirdi Xəzərin sahilində. Valideynləri 

qəti əleyhinə çıxsalar da, o öz  yolunu seçib, addımını atdı. Artıq atadır. İki yaşlı 

Nəzrin adlı gözəl qızları var. Günayla bərabər xöşbəxtdilər! 

  Eyvaz...Məhkəmənin  hökmü  ilə  ona  yeddi,  Banuya  icbari  iş  verildi.Azadlığa 

çıxan gün həbsxana qarşısında onu Cavid və Banu gözləyirdi. Banu ilə ailə həyatı 

qurdu. Basatı, Əfqanı və Əfqanın böyüdüyü uşaq evini himayəsi altına götürdü. 

  Cəlil  əslində  həmişə  onlarla  idi.  Harda  olsalar  da.  Cavidin  xəstəxanadakı 

xərclərini,  müalicəsini  o  boynuna  götürsə  də,  anonimliyini  qorumağı  xahiş 

etmişdi.  Tahiri  də  tez-tez  "görər",  Toğrulun  rahatlığını  təmin  edirdi.  Tək  bircə 

səhv  addımına  peşman  oldu  Cəlil...Aqilin  yerini  o  demişdi  Banuya...Ağlına  da 

gəlməz idi ki, Eyvaz Aqili öldürə bilər.Onun niyyəti Banunun gözünü açmaq idi. 

Aqilin  xəyanətini  öyrəndikdən  sonra  Eyvaza  şans  verməyini  istəyirdi...Bir 

tərəfdən  də,  Toğrulun  Günayı  dəli  kimi  sevməsi  anlamı  həqiqətin  açılmasını 



- 71 - 

 

qaçılmaz  edirdi.  Düşünürdü  ki,  Aqil  Günaydan  əl  çəkər  və  Toğrula  maneyə 



qalmaz. Amma hər şey istədiyi, düşündüyü kimi olmadı... 

  Adsız  yolun  sonunda  onların  danışmağa,  bölüşməyə  bəlkə  də  heç  vaxt  bitib-

tükənməyəcək  çox  söhbətləri  var  idi.  Ən  əsası  onlar  çətinliyin,  əziyyətin  nə 

olduğunu anlamışdılar. Heç biri peşman deyildi, adsız yola çıxdıqlarına görə. 

                                     

 

                                    Epiloq 



 

 Səndən  fərqli  olmağım  bəlkə  də  səninlə  yaşamağa  öyrəşdirdi  məni.  Məni 

düşündürən  sənsən?  Bax,  bu  sualın  cavabını  bəlkə  də,  yox  bəlkəsiz  heç  vaxt 

bilməyəcəyəm... 

  Mən qəlb qırmamışam. Bəs onda telefon kitabçasından silinən adları kim pozub? 

  Malena  arzulayan  yeniyetmə  fantaziyalarını  vanilli  səmalarda  gəzdirən 

sən...Niyə  bəs  gizlətmişdin  ki,  möcüzələr  diyarında  da  zibilliklər  var. 

Peyğəmbərlər  də  tualetə  gediblər.Müəllimlər  özgə  planetli  deyillər.  Bizi  leylək 

gətirməyib. 

  "Olmaz"  dediyin  bütün  pərdələri  araladım,  bütün  pəncərələrdən  baxdım,  bütün 

qapıları döydüm. 

  Nitşedən,  Kafkadan  bezdim.  Markesin  axmaqlar  şəhərində  hər  gün  nəsə 

unutdum.  Son  damla  düşüncəmi  mürəkkəbə  yığıb  şəhərin  ən  yüksək  nöqtəsində 

"ALLAH var!" yazdım ki, unutmayım. 

  Parfumerə çöndüm fərqli xanımların spesifik qoxularını burnuma yedizdirəndə. 

  Əbədi məhkumum olan sənlə bərabər.(Yalan danışdım yenə). 

Replay:Əbədi məhkumun olan mənlə bərabər. 


- 72 - 

 

  Tapancam olmadığına hərdən sevinirəm. Pulum olmadığına da... 



Minirəm bir vaqona...Xoş olmayan sima və paaartt! 

Çətini  başlamaqdi.  Artıq  cinayətkaram.  Bu  refleks  stresiylə  part,  part,  paaarrt, 

çııık...çıık... 

  Satın alıram hakimi, vəkili, elə məhkəmə binasını da, şəhəri də, ölkəni də... 

  Diktatura  yaradıram.  Ətrafımdakı  yaltaqlar  mənə  kitab  yazır,  haqqımda  film 

çəkirlər.  Heykəlim  Liberty  heykəlinə  sözün  tam  mənasında  kölgə  salır.  İtim, 

pişiyim üçün Vatikanı yuva, fahişələri, transvisditləri kişilərin "qara zon"alarına, 

lezbiləri  qadın  həbsxanalarına  pay  edəcəyəm.  Narkomanların  damarlarına  şprits 

yerinə  nasosla  heroin  yeridəcəyəm.  Qocalar  evindəki  qocalara  övladlarının 

insafına, uşaq evindəki körpələrə valideynlərinin vicdanina bağlanmış bombanın 

pultunu  bağışlayacağam.  Arvadina  xəyanət  edən  oğraşları,  ərinə  xəyanət  edən 

fahişələri  nəcis  içində  boğaza  kimi  basdırıb,  qaynadacağam.  Əlvidaları 

leksikondan çixartmağı  əmr edəcəyəm. Kim bu sözü işlətsə güllələnəcək. Yalan 

danışanların dillərindən bayraqcıqlar hazırlanacaq. 

  Elə qorxacaqlar ki məndən ölümümə belə inanmayacaqlar. Hitler kimi. Elə nifrət 

edəcəklər  ki,  dözməyib  qəbrimi  açıb,  meyidimi  təpikləyəcəklər,  sonra 

yandıracaqlar. Qanımdan ən öldürücü zəhər hazırlanacaq... 

  Nə vaxtsa, 100 il sonra mənim haqda məni tanımayanlara danışarsan, pıçıltıyla. 

İşəyərlər qorxudan yerlərinə...Onda belə bilməyəcəklər ki, əslində mən elə sənəm 

və sən əsl mənsən. 

Onların dahisi... 

Axmaqların dahisi.   

 

 

 



- 73 - 

 

 



 

 

 



 

 

 



Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin