Mövzu 4:SFRAGİSTİKA
Plan:
1.Sfragistikanın mühüm məsələləri
2.Gerbin və möhürlərin növləri
3.Gerbin və möhürlərin inkişaf mərhələləri
Ədəbiyyat
1.Е.Каменцева,Н.Устюгов. Русская сфрагистика и геральдика.М.1974,
2.İ.Məmmədov. Azərbaycanın qədim dövr tarixinin arxeoloji baxımdan tədqiqi.Bakı,20033.İ.Babayev. Qafqaz Albaniyasının şəhərləri.Bakı.1991. 4.N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. Bakı, 1991
5.Воспомогательная исторические дисциплины. M.1967
6.Məmmədov İbadulla. Köməkçi tarixi fənlər. Bakı,2009
Sfragistika Yunan sözü olub möhür, peçat sözündən götürülmüşdür. Latın dilində isə Suqullum - yəni möhür deməkdir1. Köməkçi tarixi fənn kimi sfragistikanın əsas tədqiqat obyektini möhürlərin yaranması, onların iqtisadi, siyəsi, diplomətik əlaqələrinin öyrənilib tədqiq edilməsində rolunu açıb göstərməkdən ibarətdir. Sfragistika həmçinin tarixi aktlar mənbəşünaslığının bir hissəsi olmaqla yalnız mənbənin xarici görünüşünü aydınlaşdırıb, tədqiq etməklə məhdudlaşmır.
Sənəddən ayrılmadan sonrakı dövrlərə saxlanılan möhürlər isə dövlət hakimiyyətinin müxtəlif institutlarının tarixini öyrənib, araşdırıb, tədqiq etmək üçün mühüm tarixi mənbələrdən biridir. Xırda plastik incəsənətin öyrənilməsində də sfragistika mühüm rol oynayır.
Sfragistika tarixə köməkçi fənn kimi bir sıra elmlərlə sıx .bağlıdır və onların köməyi ilə öyrəniür.Bu baxımdan sfragistika geraldika iiə sıx bağlıdır. Hər bir dövlətin simvolik işarələri onun rnütləq möhürlərində əks olunmalıdır. Möhürlər bəzən də epiqrafik abidələr üzərində də əks olunur. Qədim dövrlərdə isə pul kəsilərkən mütləq o pulların üzərındə dövlət başçısının adı və həmin dövlətin atributları əks olunmalı idi.
Möhür anlayışı bəzən də sfragistikada ştampın əksi kimi müxtəlif materiallarda, metalda, kauçuk, surğuc və kağızda onun əksinin qalığı da hesab olunurdu. İlk vaxtlarda möhürlərin üzlərinin əksini, yapışqanın möhkəm materialdan, başdan, metaldan, sümükdən, ağacdan sonrakı dövlərdə isə yumşaq kauçuk və rezindən hazırlayırdılar.
Möhürü tətbiqi , habelə üsuluna görə iki böyük qrupa bölmək olar.
Visli, yəni şnurla sənədlə asmaqola, yaxud da tətbiqi ilə yəni sənəd və əşyaya yapışdırmaqla tətbiq olunur. Birincisini qədim dövrlərdə bullalarla, ikincısini isə müxtəlif forma və üsullarla ştamp hazırlamaqla yapışdırırdılar2.
Möhürlərin əsas təyinatlarından biri də onu hər hansı bir dövləl sənədinə yapışdırmaqla , həmin sənədin həqiqliyini təsdiq etməkdən ibarətdir, Bu cür xüsusiyyətlərinə və tətbiqinə görə möhürlər ilk dəfə Şərq sivilizasiyasının məskənləri olan Şumer və Misirdə hazırlanmışdır,
Müxtəlif tarixi dövrlərə uyğun olaraq bir sıra ölkələrdə müxtəlifliyi ilə fərqlənən möhürlər hazrlanmışdır. Qədim Şərq ölkələrində adətən silindirik möhürlərdən istifadə olunmuşdur. O, möhürləri adətən yumşaq gil lövhələr üzərinə yapışdırırdılar, ondan sonra onun təsvirini əlyazmalar üzərinə bir növ çap edirdilər. Sonra İsə onu silindirin yuxarı hissəsinə yapışdırırdılar. Antik dövrdə perstni- möhürləri, orta əsirlərdə isə visli- yəni yumuşaq möhürləri metal üzərində yapışdırırdılar. Sonra isə onları qızıl, gümüş qablar üzərində də həkk edirdilər.
Artıq həmin möhürlərin XIV-XVI əsrlərdə tətbiqi perstni möhürləri aradan çıxarırdı və hakim möhür materialına çevrilirdi. XX əsrə qədər isə visli möhürlər Vatikanın dövlət işlərində tətbiq edilirdi.
Möhürlər çox qədim zamanlarda ticarət və diplomatik əlaqələrin zərurətindən yaranmış və ayrı-ayrı dövlətlərin iqtisadi, ticarət, diplomatik əlaqələrinin yaranıb inkişaf etməsində mühüm rol oynamışdır.
Möhürlər həmçınin bəşəriyyət tarixinin ayrı-ayrı inkişaf dövürlərində dövlətlərin iqtisadı, siyasi və dini asılılıq münasibətlərinin müəyyənləşdirilməsində və araşdırılmasında da mühüm rol oynamış, hal-hazırda da oynamaqdadır.
Qədim Azərbaycan ərazisində də Şərq ölkələrinə xas olan silindirik möhürlər aşkar edilmişdir, O, silindirik möhürlərin bir neçəsi qədim Naxçıvan və Mil düzündən aşkar edilmişdir3. Aşkar olunan silindirik möhürlər göstərir ki, Tunc dövrünün sonu-dəmir dovrünün əvvələrində Azərbaycanla Babilistan dövləti arasında iqtisadi, ticarət əlaqələri mövcud olmuşdur.
Qafqaz Albaniyasının da antik dövrünə aid çoxlu bullalər, qliptika abidələri və möhürlər aşkar edilmişdir. Həmin möhürlərin çox hisəsi arxeoloq İ.Babayev tərəfindən Albaniyanın paytaxtı Qəbələ şəhərindən aşkar olunaraq tədqiq edilmişdir. Arxeoloji tapıntılar əsasında sonralar arxeoloq İ.Babayev4 "Möhürlər və qliptika abidələri Qafqaz Albaniyasının antik və erkən orta əsrlər tarixini öyrənmək üçün mənbə" kimi adlı namizədlik dissertasiyası da müdafiə etmişdir. Arxeoloq İ.Babayev Qəbələdən aşkar olunan möhürlər əsasında belə bir nəticəyə gəlmişdir ki, e.ə.lV əsrin sonunda Albaniya dövləti mövcud olmuş və bu dövlət digər ölkələrlə iqtisadi, ticarət və diplomatik əlaqələr yaratmışdır. Orta əsrlərdə Azərbaycanda mövcud olan feodal dövlətlərinin də hər birinin özünəməxsus simvolik işarələri və möhürləri mövcud olmusdur.
Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinın bayraqlarında gerb kimi ağ qoyun və qara qoyun şəkilləri əks olunmuşdur. Heç şübhə yoxdur ki, həmin dövlətlərin möhürlərində də qara və ağ qoyun şəkilləri təsvir və əks olunmuşdur.
Səfəvilər dövründə isə vahid mərkəzləşmiş dövlət yarandığı vaxt dövlətin vahid gerbi və möhürləri də olmuşdur.
Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra onun inzibati, ərazi sistemi dəyişdirilmişdir. Azərbaycan ərazisində əvvəlcə quberniyalar, sonra isə qəzalar yaranmışdır.
Rusiya tərəfindən idarə olunan Azərbaycan qəzalarının hər birinın də öz möhürləri olmuşdur.
Azərbaycan XX əsrdə müsdəqillik əldə etdikdən sonra 1918-20 -ci illərdə onun milli gerbi və onun əsasında da möhürləri və bayrağı hazırlanmışdır5. Lakin Azərbaycan SSR-in tərkibində olarkən onun dövlət atributlarında dəyişikliklər edilmişdir. Azərbaycan SSR-in gerbı və möhürləri SSRİ-nin gerbi əsasında hazırlanmışdır.
SSRİ dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun dövlət atributları yenidən dəyişdirilmiş və demokratik cümhüriyyətin 1918-ci ildə qəbul etdiyi gerbi , bayrağı və möhürləri bərpa edilmişdir.
Hazırkı şəraitdə Azərbaycan dövlətinin öz müstəqil atributları, bayrağı, gerbi və möhürləri vardır. O, müstəqil dövlət kimi 1992-ci ilin rnart ayından BMT-nİn üzvüdür. Dünyanın bir çox ölkələri ilə diplomatik əlaqələr yaradan Azərbaycanın bayrağı artıq bir sıra beynəlxalq təskilatların yerləşdiyi şəhərlərdə dalğalanmaqdadır.
Yazılı və arxeoloji mənbələrdən aydın olur ki, qədim Rusiyada möhürlərin yaranması knyaz İqorun fəaliyyəti dövrünə aid edilmışdir. O, möhürlər rusların Bizansla diplomatik və ticarət əlaqələri nəticəsində yaranmışdır. Məhz buna görə də Rusiyada ilk möhürlər əvvəlcə Bizans mənşəli möhürlər əsasında hazırlanmış və onlardan istıfadə olunmuşdır.6
Artıq Svyatoslov İqoreviçin bullasında "Rurikoviçlər" işarəsi yazılmışdır.
Bu da onu göstərir ki, qədim Rusiya ərazisində dövlət yaradılmasında Skandinaviya mənşəli normanlar və varyaqlar böyük rol oynamışdır. Həmin tayfaların nümayəndələri olan "Rurikoviçlər "sülaləsi isə uzun müddət Rusiya ərəzisində dövlət yaradıb onu idarə etmişdilər.
Artıq XI əsrdə Rusiyada arxaik möhürləri "Rus-Yunan" mənşəli möhürlər əvəz etmişdir.
Rusiyanın güclü knyazlarından olan Vladimir Monamaxın vaxtında (1113-1125) isə dövlətin ərazisi genişlənmiş, buna görə də möhürlərdə onun knyazlığına daxil olan digər ərazilər də təsvir olunmuşdur.
Möhürlərdən aydın olur ki, artıq XII əsrdə Rusiya dövlətinin ərəzisi xeyli genişlənmişdir.
988-ci ildə Rusiyada xristianlıq qəbul edildikdən sonra kilsə möhürləri də hazırlanmışdır. O, Bizans mitropoliti Feomtempin Kiyevə göndərilmiş ilk bullasıdır. Onun bir üzündə müqəddəs İohan Predteça, digər üzündə isə yunanca belə yazılmışdır; "Cənab Rusiyanın mitropoliti Feomtempə kömək et". Bu bullanı tədqiq edən görkəmli rus tarixçisi V.Yanin belə hesab edir ki, Konstantinopol patriaxı Aleksey Studij burada təsvir olunmuş, o, da öz növbəsində Feomtempi rus mitropoliti təyin etmişdir.
Bundan əlavə Rusiyadan çoxlu möhürlər də aşkar edilmişdir. Həmin möhürlərin çox hissəsi arxeoloq V.Yanin tərəfındən Novqoroddan aşkar edilmişdir. Həmin möhürlərin bir hissəsi hökmdarlarla yanaşı, posadnik və monastır sahiblərinə də məxsus olmuşdur,
Rusiyada dövlət tipli möhürlər III İvanın vaxtında (1462- 1505) hazırlanmışdır. Həmin möhürlərdən aydın olur ki, Rusiya dövlətinin siyasi cəhətdən birləşməsi məhz o zaman başa çatmışdır.7
Ümumiyyətlə, ikibaşlı qartalın Rusiya möhürlərində təsvirini bəzi tədqıqatçılar 1497-ci ilə, bəzən də 1505-ci ilə aid edirlər.
Vahid dövlət yarandıqdan sonra keçirilən islahatlar nəticəsində Rusiyada hər bir Prikazların da öz mohürləri olmuşdur. Sonralar Rusiyada varlı təbəqələrə aid edilən zadəganların da öz möhürləri olmuşdur. Artıq daxili və xarici ticarət əlaqələrindən istifadə olunmaq üçün XVIII əsrin əvvəllərindən Rusiyada kömrük möhürləri də hazırlanmış və onlardan uzun müddət istifadə olunmuşdur.
1917-ci il Oktyabr hadisəsindən sonra Rusiya dövlətinin atributlarında simvolik işarələrində böyük dəyişikliklər də baş vermişdir. Yeni dövlətin yaradılması ilə əlaqədar fəhlə-kəndli ittifaqını əks etdirən oraq və çəkicin təsviri olan gerb hazırlandı. Məhz bununla əlaqədar olaraq Rusiyada ilk gerb 1917-ci ilin noyabırında hazırlandı. Həmin gerb əsasında da Rusiya dövlətinin ilk möhürü hazırlandı. O, möhür Xalq Komissarlar Sovetinin İşlər idarəsinin idi. Orada təsvir yox idi. Möhürün üzərində isə Rusiya Respublikasının fəhlə və kəndli höküməti və mərkəzində isə "İşlər idarəsi "yazılmtşdı.8
Sonralar dövlət möhürünün layihəsi müzakirə edildikdən sonra 1918-ci ildə təsdiq edilmişdir. 1922-ci ildə SSRİ təşkil olunduqdan sonra möhürün ortasında "SSRİ-nin gerbi, respublikalarda isə hər bir müttəfiq respublikanın gerbi, gerbin təsvirinin ətrafında isə möhürün məxsusluğunu göstərən əlyazma da yazılmışdır".9
Beləliklə, hər bir respublikanın möhüründə SSRİ-nin gerbi ilə yanaşı həmin respublikanın gerbi və o ölkənin də öz dilində adı yazılmağa başlanmışdı.
SSRİ möhürləri əsasında yaranan müttəfiq respublikaların gerbləri ilə onun inzibati ərazi qurluşu, rayonlarını, müəssisələrini, kolxoz və sovxozlarını əks etdirən möhürlər də hazırlandı.
Tarixi tədqiqatlarda möhürlərin mühüm rolu vardır. Belə ki, möhürlər ayrı-ayrı dövlətlərin sinifi-sosial mahiyyətinin müəyyən olunmasında mühüm tarixi mənbələrdən biridir. Möhürlər dövlətlər arasında iqtisadi, siyasi, ticarət və diplomatik əlaqələrin də araşdırılmasında mühüm tarixi mənbə rolunu oynayır. Bundan əlavə möhürlər vasitəsilə ayrı-ayrı dövlətlərin iqtisadi, siyasi və dini asılılıq məsələlərini aydınlaşdırıb tədqiq etmək mümkündür.
Hazırkı dövürdə də dövlətlər arasında iqtisadi, ticarət və diplomatik əlaqələrın yaradilıb inkişaf etdirilməsində, sənədlərin təsdiqlənməsində onun hər hansı bir ölkəyə məxsusluğunun aydınlaşdırılmasında möhürlər mühüm tarixi mənbə rolunu yerinə yetirir.
Dostları ilə paylaş: |