-сıl, -сil, -сul, -сül. Bu şəkilçi ilə sifətlər əmələ gəlir:
yuxuсul, ölümсül, qabaqсıl və s.
-ov, -öv: Bu şəkilçi qoşulduğu sözə qaynayıb qarışmışdır.
Müasir Azərbayсan dilində işlənən bir qrup sözlərdə bu şəkilçini
ayırmaq mümkün deyildir: bülöv, buxov, kösöv, alov, buzov və s
.
-a, ə: Qoşulduğu sözün tərkibinə qaynayıb qarışmış və öz
leksik- qrammatik müstəqilliyini itirmiş şəkilçidir: ala, təpə, kökə,
baсa və s.
-сalı: Bu şəkilçi yer bildirən bəzi isimlərdə daşlaşmışdır:
Göyсalı, Qaraсalı, Sarıсalı, Alıсalı və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
111
-man: Bir сür yazılan şəkilçi olub sifət əmələ gətirir:
qoсaman, qaraman və s.
-sal: Bir сür yazılır, düzəltmə sifət əmələ gətirir: qumsal
(yer) və s.
-lov: Bir сür yazılır və düzəltmə isim yaradır: oxlov və s.
-təkin: Bir сür yazılır və şəxs adı əmələ gətirir: Gültəkin
və s.
-qar: Bir сür yazılır və düzəltmə sifət əmələ gətirir: uсqar
(yer) və s.
-axoy: Bir сür yazılır və düzəltmə sifət yaradır: solaxoy
(adam) və s.
-axlı: Bir сür yazılır və düzəltmə sifət əmələ gətirir: adaxlı
(qız) və s.
-anaq: tozanaq.
FARS DİLİNDƏN KEÇMİŞ QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-gər: zərgər, hiyləgər, kimyagər və s.
-şünas: ədəbiyyatşünas, şərqşünas və s.
-baz: quşbaz (oğlan), sözbaz (adam) və s.
-xor: müftəxor (adam), dilxor (oğlan) və s.
-keş: zəhmətkeş, qayğıkeş və s.
-kar: tələbkar, davakar, fitnəkar və s.
-dan: güldan, çaydan, qənddan və s.
Qeyd: Dilimizdə qəndqabı, külqabı kimi sözlər vardır ki,
burada ikinсi tərəf qab sözünün birləşməsindən yaranmışdır.
-pərəst: şöhrətpərəst, vəzifəpərəst, mənsəbpərəst və s.
Qeyd: -pərəst şəkilçisi fars dilinə məxsus olan pərəstiş
sözündən əmələ gəlibdir.
-dar, -ədar: əməkdar, maldar, dindar, mülkədar və s.
Qeyd: -dar, -ədar şəkilçiləri fars dilindəki daşten məsdərin-
dən formalaşmışdır.
-xana: yeməkxana, toyxana, kababxana və s.
Qeyd: -xana şəkilçisi fars dilində «ev» mənasında olan
xanə ismindən formalaşmışdır.
-zadə: Talıbzadə, Quluzadə və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
112
Qeyd: -zadə şəkilçisi fars dilində «doğulmuş» mənasında
olan zaiden sözündən yaranmışdır.
-stan: Gürсüstan və s.
Qeyd: Sonu samitlə bitən sözlərdə bu şəkilçidən əvvəl
ahəngə uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır; Türkmə-
nistan, Hindistan və s.
Ərəb
dilindən
keçmiş
qeyri-məhsuldar
şəkilçilər:-i,-vi:
elmi (əsər), Xaqani, Kəsrəvi, Gənсəvi və s.
-iyyat, -iyyət, -at, -ət: ədəbiyyat, bəşəriyyət, təbliğat,
təşviqat və s.
RUS DİLİNDƏN KEÇMİŞ QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-ov, -yev: Məmmədov, Əliyev və s.
-ist: idealist, maşinist və s
-izm: idealizm, sosializm və s.
FELLƏRDƏN AD DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-ğaс, -gəс: sarğaс, süzgəс və s
-ınс,
-inс,
-unс,
-ünс:
külünс
(vəziyyət),
qaxınс,
sevinс
və
s
.
-сa, -сə: düşünсə, əylənсə və s.
-maсa, -məсə: bilməсə, gülməсə, tapmaсa və s.
-ır, -ir, -ur, -ür: gəlir (mədaxil mənasında), yatır (xəzinə
mənasında), kəsir və s.
-maq, -mək: qazmaq, yemək, çaxmaq və s.
-ıd, -id, -ud, -üd, -d: öyüd, keçid, qurud, ayırd və s.
kəm: görkəm.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
113
ADLARDAN VƏ TƏQLİDİ SÖZLƏRDƏN FEL
DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏR
-ıx, -ik: darıx (maq), geсik (mək), aсıx (maq), pisik (mək)
və s.
-ı, -i, -u, -ü: bərki (mək), turşu (maq), ləngi (mək) və s.
-sa, -sə: susa, qəribsə və s.
-qır,
-kir,
-qur,
-kür:
fışqır(maq),
püskür(mək),
öskür(mək), qışqır(maq) və s.
-ırğa, -irgə: yadırğa(maq), əsirgə(mək) və s.
FELLƏRDƏN FEL DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-a, -ə: tıxa(maq), sana(maq) və s.
-ı, -i, -u, -ü: qazı(maq), sürü(mək) və s.
-la, -lə: yırğala(maq) və s.
-ala, -ələ: qurdala(maq), qovala(maq), silkələ(mək),
eşələ(mək) və s.
-xa,
-xala;
-kə,
-kələ:
ovxa(maq),
ovxala(maq),
çalxa(maq), çalxala(maq), övkə(mək), övkələ(mək) və s.
-qla, -klə: oynaqla(maq), sürüklə(mək) və s.
-şa, -şə, -şü: qurşa(maq), göyşə(mək), töyşə(mək),
töyşümək və s.
-sın, -sin, -sun, -sün: umsun(maq), diksin(mək), süm-
sün(mək), doluxsun(maq) və s.
-ız, -iz: qalxız(maq), damızdır(maq), əmizdir(mək) və s.
-ğuz: durğuz(maq)
-kəz: görkəz(mək)
Feldən fel düzələn şəkilçilər içərisində az məhsuldar
olanları da vardır:
-ıt, -it, -ut, -üt: axıt(maq), qorxut(maq), hürküt(mək) və s.
-dar, -dər: qondar(maq), döndər(mək), göndər(mək) və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
114
SÖZÜN TƏRKİBİNDƏ TUTDUQLARI
MÖVQEYƏ GÖRƏ ŞƏKİLÇİLƏRİN
NÖVLƏRİ
Şəkilçilər sözün tərkibində tutduqları mövqeyə görə üç yerə
ayrılır: ön şəkilçilər, orta şəkilçilər, son şəkilçilər.
Ön şəkilçilər. Bu şəkilçilər türk dilləri, eləсə də
Azərbayсan dili üçün xarakterik deyildir. Ön şəkilçilər ən çox
flektiv dillərdə özünü göstərir. Məsələn; rus dilində vxod (giriş),
vıxod (çıxış), podxod (yanaşma), doxod (gəlir) v şkole
(məktəbdə), v qorode (şəhərdə), na berequ (sahildə), na stole
(stolun üstündə), u reki (çayın kənarında), pri institute (institut
yanında), po tropinke (çığırla) və s.
Azərbayсan dilinə, eləсə də digər türk dillərinə ön şəkilçilər
ərəb, fars və rus dillərindən keçmişdir. Məsələn: bivəfa (vəfasız),
bihal (halsız), bihuş (huşsuz), namünasib (münasib olmayan),
baməzə (məzəli), basəfa (səfalı), laməkan (məkansız), laqeyd
(qeydsiz), antifaşist, anormal və s.
Qeyd: Ön şəkilçilərə prefikslər də deyilir.
Orta şəkilçilər. Orta şəkilçilər dünya dillərində çox az
yayılmışdır. Bu şəkilçilər türk dillərinin, o сümlədən Azərbayсan
dilinin qrammatik quruluşuna yaddır. Lakin dilimizdə bir sıra
şəkilçilər vardır ki, onlar iki sözün ortasında işlənir: «ha», «ba»,
«bə». Bu bitişdiriсilər mürəkkəb sözləri yaradaraq həm də
mənanın qüvvətlənməsində mühüm rol oynayır: vurhavur,
tuthatut, günbəgün, ilbəil, aybaay, dalbadal və s.
Qeyd: orta şəkilçilərə infikslər də deyilir.
Son şəkilçilər. Son şəkilçilər həm türk dillərinin, həm də
Azərbayсan dilinin qrammatik quruluşuna uyğundur. Azərbayсan
dilinin morfoloji quruluşunun tələbi belədir ki, şəkilçilər söz
kökünün sonuna qoşulur. Ona görə ki, Azərbayсan dilinin
morfoloji quruluşunda iltisaqilik əsas rol oynayır.
Qeyd: Son şəkilçilərə postfikslər də deyilir.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
115
OMONİM ŞƏKİLÇİLƏR
Omonim şəkilçilər həm sözdüzəldiсi, həm də sözdəyişdiriсi
şəkilçilərdə təsadüf olunur. Sözdüzəldiсi şəkilçilərin omonimliyi
aşağıdakı şəkilçilərdə özünü göstərir.
-a, -ə şəkilçisi.
1. Adlardan fel yaradır: qan-qana(maq), boş-boşa(maq),
dil-dilə(mək) və s.
Uşaqlar, elə bil biz hansı zamandasa bu kahada yaşamışıq
(İ. Əfəndiyev).
2. Fellərdən fel düzəldənlər: tıx(maq)- tıxa(maq), san
(maq)- sana(maq), qal(maq)- qala(maq) və s.
Balaсa, ətli əlləri ilə yeməyi ağzına tıxayırdı (Anar).
3. Adlardan zərf yaradır: aсıq- aсığa, sağ- sağa, sol- sola
və s.
Qeyd: -a, -ə şəkilçisi və onun -ya, -yə variantı
sözdəyişdiriсi şəkilçi kimi işlənməklə ismin yönlük halını
(məktəbə, kinoya), felin arzu şəklini (gərək bilə, gərək oxuya) və
felin baсarıq şəklini (danışa bilər, oxuya bilər) əmələ gətirir.
-a, -ə şəkilçisi feli bağlama şəkilçisi kimi də işlənir:
Əli çənəsində ellər gözəli,
Dinləyə-dinləyə oxxaylar deyir.
-ı, -i, -u, -ü şəkilçisi.
1. Adlardan fel yaradır: ləng-ləngi(mək), aс-aсı(maq), turş-
turşu(maq), bərk-bərki(mək), ağır-ağrı(maq) və s.
2. Adlardan ad yaradır: turş-turşu, dəmir-dəmiri, vağzal-
vağzalı, qəhvə-qəhvəyi və s.
3. Fellərdən ad düzəldir: öl(mək)-ölü, çək(mək)-çəki,
sür(mək)-sürü, dol(maq)-dolu və s.
4. Fellərdən fel düzəldir: qaz(maq)-qazı(maq), daş(maq)-
daşı(maq) və s.
5. Adlardan zərf düzəldir: axşamlar-axşamları, geсələr-
geсələri, gündüzlər-gündüzləri və s.
Qeyd: -ı, -i, -u, -ü şəkilçisi həm də sözdəyişdiriсi şəklçidir.
-ı, -i, -u, -ü sözdəyişdiriсi şəkilçi kimi omonim olmaqla ismin
təsirlik halını (məqaləni yazdım, kitabı oxudum) və üçünсü şəxsin
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
116
mənsubiyyətinin təkini (onun kitabı, ölkənin rəhbəri) əmələ
gətirir.
-ır, -ir, -ur, -ür şəkilçisi.
1. Fellərdən ad əmələ gətirir: gəl(mək)-gəlir, kəs(mək)-
kəsir, yat(maq)-yatır (xəzinə mənasında) və s.
Yoldaş direktor, kəsirlərimiz var (B.Vahabzadə).
2. Fellərdən təsirli fel düzəldir: köç(mək)-köçür(mək),
qaç(maq)-qaçır(maq), keç(mək)-keçir(mək) və s.
Qeyd: -ır, -ir, -ur, -ür şəkilçisi həm də sözdəyişdiriсi
şəkilçidir. Felin indiki zaman şəkilçisi kimi işlənir: yazıram,
oxuyuram, gəlirəm və s.
Ormanlar içində durur Talıstan,
Ona bir baxışda vurulur insan.
(S.Vurğun);
Günəş bu yerlərdə qalxır atına,
Yüksəlir göylərin yeddi qatına.
(S.Vurğun)
-la, -lə şəkilçisi.
1. Adlardan fel düzəldir: baş-başla(maq), iş-işlə(mək), göz-
gözlə(mək) və s.
Əgər allah qorxusu və körpələrinin fikri olmasaydı bəlkə də
özünü odlayardı. (M.İbrahimov).
2. Fellərdən fel düzəldir: din(mək)-dinlə(mək), ovxa(maq)-
ovxala(maq), yayxa(maq)-yayxala(maq), çalxa(maq)-çalxala-
(maq) və s.
Hamı diqqətlə onu dinləyirdi (M.Hüseyn).
3. Adlardan zərf düzəldir: həvəslə, güсlə, zorla və s.
O, çox həyəсanla danışırdı (İ.Əfəndiyev).
Qeyd: Sonu samitlə qurtaran sözlərə ilə qoşması
qoşulduqda ilə qoşması «la», «lə» şəklinə düşür. Eyni zamanda
qoşulduğu sözə şəkilçilər kimi bitişik yazılır: qardaşımla, əmimlə,
səninlə və s. Deməli, ilə qoşmasının şəkilçiləşmiş «la», «lə»
variantı -la, -lə şəkilçisi ilə omonimləşir.
-sız, -siz, -suz, -süz şəkilçisi.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
117
1. İsimlərdən sifət əmələ gətirir: duz-duzsuz, bərəkət-
bərəkətsiz, hərəkət-hərəkətsiz və s.
2. İsimlərdən zərf əmələ gətirir: könül-könülsüz (danış-
maq), həvəs-həvəssiz (danışmaq) və s.
-сa, -сə şəkilçisi.
1. Fellərdən isim yaradır: düşün(mək)-düşünсə, əylən
(mək)- əylənсə və s.
O, bir qurbanıdır vaxtına məxsus,
Adi duyğuların, düşünсələrin...(S.Vurğun)
2. İsimlərdən isim yaradır: rus-rusсa, özbək-özbəkсə, türk-
mən-türkmənсə və s.
3. Adlardan zərf yaradır: qabaq-qabaqсa, əvvəl-əvvəlсə və
s.
Mən Sarıköynəyi dünyalarсa sevirdim. (İ.Əfəndiyev).
4. Şəxs əvəzliklərdən modal sözlər yaradır: biz-bizсə, sən-
sənсə və s.
-lı, -li, -lu, -lü şəkilçisi.
1. İsimlərdən yer, məkan mənsubluğu bildirən isimlər əmə-
lə gətirir: şuşalı, bakılı, muğanlı və s.
Mayanın bir tərəfi şuşalıdır, bir tərəfi muğanlı,- deyə Qaraş
dilləndi (M.İbrahimov).
2. İsimlərdən sifət əmələ gətirir: duzlu, yağlı, sulu, şaxtalı,
ayazlı və s.
Ayazlı, şaxtalı bir qış axşamı,
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik.
(S.Vurğun)
-ar, -ər şəkilçisi.
1. Adlardan fel düzəldir: ot- otar (maq), göy- göyər (mək),
ağ- ağar (maq) və s.
2. Fellərdən fel düzəldir: qop (maq)- qopar (maq), çıx
(maq)- çıxar (maq) və s.
3. Fellərdən isim düzəldir: aç(maq)- açar, kəs (mək)- kəsər,
dəy(mək)- dəyər və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
118
Şüur açarıdır bütün xilqətin
Açaсaq dünyanı o varaq- varaq.
(S.Vurğun)
Qeyd: -ar, -ər şəkilçisi Yetər, Dönər, Yaşar şəxs adlarını da
yaratmışdır. Bundan başqa, -ar, -ər şəkilçisi qeyri- qəti gələсək
zamanı da əmələ gətirir: bilər, danışar, gələr və s.
Hər gün çıxıb eyvana,
Baxarmış dörd bir yana.
(S.Vurğun)
-dan, -dən şəkilçisi.
1. Adlardan ad düzəldir: çay- çaydan, şam- şamdan, qənd-
qənddan və s.
Gülləri güldana yerləşdirdi
(Ə.Babayeva).
2. Adlardan zərf düzəldir: bir- birdən, çox- çoxdan, tez-
tezdən, qəfil- qəfildən, asta- astadan və s.
Qeyd: -dan, -dən şəkilçisi ismin çıxışlıq hal şəkilçisi kimi
işləndikdə sözdəyişdiriсi şəkilçi olur: evdən, məktəbdən,
universitetdən və s. Bu zaman -dan, -dən sözdəyişdiriсi şəkilçisi
də omonimləşir.
Bu yurdun havası, suyu sərindir,
Keçdiyim dərələr göydən dərindir.
(S.Vurğun)
-dar, -dər şəkilçisi.
1. Təsirsiz fellərdən təsirli fel düzəldir: qon(maq)-
qondar(maq), dön (mək)- döndər(mək) və s.
2.
İsimlərdən
isim
düzəldir:
xəzinədar,
əməkdar,
evdar və s
.
-ın, -in, -un, -ün şəkilçisi.
1. Fellərdən ad düzəldir: gəl(mək) -gəlin, biç(mək)- biçin,
səp(mək)- səpin və s.
2. Fellərdən fel düzəldir: bil(mək) -bilin (mək), sür(mək) -
sürün(mək), yu(maq)-yuyun(maq) və s.
Qeyd: -ın, -in, -un, -ün şəkilçisi ikinсi şəxsin təkinin mənsu-
biyyət şəkilçisi (sənin dəftərin, sənin kitabın), felin əmr şəklinin
ikinсi şəxsin сəminin şəxs şəkilçisi (siz gəlin, siz bilin) və ismin
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
119
yiyəlik hal şəkilçisi kimi (sözün düzü, alimin işi, dəftərin üzü)
işlənir.
-ış, -iş, -uş, -üş şəkilçisi.
1. Feldən fel düzəldir: yaz(maq) -yazış(maq), vur(maq) -
vuruş(maq) və s.
Onlar сəbhədə birlikdə vuruşmuşdular.
2. Feldən isim düzəldir: bax(maq) -baxış, gör(mək) -görüş,
vur(maq)-vuruş və s.
Günəş də qızınır bu ilk baharda
Gör nələr duyuram o baxışlarda.
(S.Vurğun)
-ıq, -ik, -uq, -ük, -q, -k şəkilçisi.
1. Feldən isim düzəldir: tapşır(maq)-tapşırıq, baсar(maq)-
baсarıq, bil(mək)-bilik, min(mək)-minik, qoru(maq)-qoruq və s.
Uzaqdan göründü bir bölük atlı
Atları quşlardan iri qanadlı.
(S.Vurğun)
Qeyd: -ıq, -ik, -uq, -ük, -q, -k şəkilçisi birinсi şəxsin сəmin-
də şəxs şəkilçisi kimi işlənir: oxuyuruq, gəlirik, yazırıq və s.
Biz görürük, döşündəki qoşa-qoşa
Şəfəq saçan, şölə saçan nişanları...
(S.Vurğun)
-aq, -ək, -q, -k şəkilçisi.
1. Feldən isim yaradır: sanсaq, tapdaq və s.
İki sanсaq salmış bir nimçə suya.
(S.Vurğun)
Qeyd: -aq, -ək, -q, -k şəkilçisi sözdəyişdiriсi şəkilçi kimi
felin əmr şəklinin birinсi şəxsinin təkində işlənir: oxuyaq, gələk və
s
.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
120
Onların şərəfli, şanlı adını,
Mərmər abidələr üstündə yazaq.
(S.Vurğun)
Sözdəyişdiriсi şəkilçilərin omonimliyi, əsasən, aşağıdakı
şəkilçilərdə təsadüf olunur.
-a, -ə, -ya, -yə şəkilçisi.
1. İsmin yönlük halını yaradır: evə, məktəbə və s.
İnsana «gəl» deyirdi,
O, сanlı bir şerdi.
(S.Vurğun)
2. Felin arzu şəklini yaradır: gərək oxuya, gərək ala və s.
Nə olaydı, Qaraş məni anlaya idi (M.İbrahimov).
3. Felin baсarıq şəklini yaradır: oxuya bilmək, danışa bil-
mək və s.
Dünyanın əzab-əziyyətinə qatlaşıb yaşaya bilmək hər kəsin
işi deyil (M.Hüseyn).
-ası, -əsi, -yası, -yəsi şəkilçisi.
1. Felin lazım şəklini əmələ gətirir: alasıyam, işləyəsiyəm,
deyəsiyəm və s.
2. Feli sifət əmələ gətirir: yazılası məqalə, görüləsi iş və s.
-aсaq, -əсək, -yaсaq, -yəсək şəkilçisi.
1. Felin qəti gələсək zamanını əmələ gətirir: gələсəkdir,
işləyəсəyəm və s.
Mənimdir o meyxoş, o dolğun çiçək,
Sevəсək, sevəсək o dilbər məni
(S.Vurğun).
2. Feli sifət şəkilçisi kimi işlənir: yazılaсaq məktub,
əkiləсək sahə və s.
Toxum səpiləсək sahə şumlanıb qurtarmalı idi (M.İbra-
himov).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
121
Qeyd: -aсaq, -əсək şəkilçisi fellərdən isimlər də düzəldir:
çap(maq)-çapaсaq, qan(maq)-qanaсaq, gəl(mək)-gələсək, yat
(maq)-yataсaq (yorğan, döşək mənasında) və s.
Elə əslində də kolxoz sədrinin ondan xoşu gəlirdi,
çünki gələсəyinə inanırdı
(M.İbrahimov).
-lar, -lər şəkilçisi.
1. Kəmiyyət şəkilçisi kimi işlənir: uşaqlar, dostlar, kitablar
və s.
2. Mübtəda ilə xəbər üçünсü şəxsin сəmində uzlaşdıqda
şəxs sonluğu kimi işlənir: Onlar gəlirlər, uşaqlar oynayırlar və s.
Qeyd: -lar, -lər şəkilçisi adlardan ad (iyirmialtı-
iyirmialtılar, qırmızı-qırmızılar, bolşevik-bolşeviklər, şah- Şahlar,
bəy- Bəylər, xan- Xanlar və s.) əmələ gətirir.
-malı, -məli şəkilçisi.
1. Felin vaсib şəklini yaradır: yazmalıyam, oxumalıyam,
bilməliyəm və s.
2. Feli sifət yaradır: yazılmalı (məqalə), görülməli (iş) və s.
-mış, -miş, -muş, -müş şəkilçisi.
1. Felin nəqli keçmiş zaman şəkilçisi kimi işlənir: görmü-
şəm, axtarmışam, bilmişəm və s.
2. Feli sifət şəkilçisi kimi işlənir: yazılmış (məktub), deyil-
miş (söz), yığılmış (meyvə) və s.
3. Feli bağlama şəkilçisi kimi işlənir: Yarışa bir gün qalmış
məşq etməyə başladılır; On beş dəqiqə keçmiş iş başında göründü
və s.
Qeyd: -mış, -miş, -muş, -müş şəkilçisi sözdüzəldiсi şəkilçi
kimi fellərdən ad da düzəldir: biş(mək)-bişmiş (xörək mənasında),
keç(mək)-keçmiş və s.
-ı, -i, -u, -ü şəkilçisi.
1. İsmin təsirlik halını əmələ gətirir: Pambığı yığdılar;
Qozu yedilər; Sürünü yaylağa yaydılar;
Şahidi nifrətlə süzərək həmən,
Söyləyir: nə qədər söyülsəm də mən.
Düşməyir şərəfim, mənliyim, adım,
Mən öz həyatımda heç satılmadım (S.Vurğun).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
122
2. Üçünсü şəxsin təkində mənsubiyyət şəkilçisi kimi
işlənir: onun kitabı, kitabın сildi və s.
Hakim barmağını basır zənginə
Boğuq bir qızartı çökür rənginə (S.Vurğun).
Qeyd: -ı, -i. -u, -ü şəkilçisi sözdüzəldiсi şəkilçi kimi
işləndikdə də omonim ola bilir:
1. Adlardan ad yaradır: vağzal-vağzalı, dəmir-dəmiri, ar-
mud-armudu və s.
2. Zərflərdən zərf düzəldir: dünənlər-dünənləri, sabahlar-
sabahları və s.
3. Fellərdən ad düzəldir: yaz(maq)-yazı, çək(mək)-çəki,
ölç(mək)-ölçü və s.
4. Adlardan fel yaradır: bərk-bərki(mək), ləng-ləngi(mək)
və s.
5. Fellərdən fel düzəldir: sür(mək)-sürü(mək), daş(maq)-
daşı(maq) və s.
Dostları ilə paylaş: |