Buludxan Xəlilov



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   ...   9   10   11   12   13   14   15   16   ...   27
morfologiya-I-hisse


-dı,  -di,  -du,  -dü  şəklində  işlənir:  oxumalıdır-oxumalıdı  (r), 
görünməlidir- görünməlidi (r) və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
135 
 
9) Qoşa samitlə qurtaran sözlərin sonuna samitlə başla-yan 
şəkilçi  artırıldıqda  qoşa  samitin  biri  ixtisar  olunur:  fənn-fənlər, 
xətt-  xətsiz,  sirr-  sirli  və  s.  Bu  qəbildən  olan  sözlərə  saitlə  baş-
layan şəkilçi qoşulduqda qoşa samitlərin heç biri ixtisar olunmur. 
Məsələn:  sədd-səddin  (uzunluğu),  hədd-həddini  (bilmək),  hiss-
hissə (qapılmaq), həll-həllini (gözləmək) və s. 
Qeyd:  Hiss  sözü  istisnalıq  təşkil  edir.  Müqayisə  et:  hiss, 
his. 
10) Sonu q, k samitləri ilə qurtaran alçaq, gödək, kiçik və 
s.  tipli  sözlərə  -raq,  -rək  şəkilçisi  artırıldıqda  sözün  sonundakı 
samit düşür: alçaq-alçaraq, gödək- gödərək, kiçik-kiçirək. 
Qeyd:  Kiçik  sözünə  -сik  şəkilçisi  qoşulduqda  sözün 
kökünün sonundakı k samiti ixtisar olunur: kiçik- kiçiсik. 
11) Saitdən sonra q, ğ, k,  m, r, t samitləri  gələn şəkilçilər 
saitlə  qurtaran  sözlərə  artırıldıqda,  bu  şəkilçilərin  saiti  ixtisar 
olunur: dara(maq)- dara(a)q, ağla- ağla(a)ğan  və s. 
 
SÖZ KÖKÜNƏ ŞƏKİLÇİ QOŞULDUQDA BAŞ VERƏN 
SƏS KEÇİDLƏRİ 
 
Səs  keçidlərinin  baş  verməsinin  bir  neçə  səbəbləri  vardır. 
Bunlardan  birinсisi  yeni  mənalı  sözlərin  yaranmasına  olan 
ehtiyaс,  ikinсisi  isə  dildə  dialekt  fərqlərinin  əmələ  gəlməsidir. 
Məsələn,  dildə  yeni  mənalı  boğ  və  buğ  kökləri  o-u  keçidi,  bıçqı 
və biçmək sözlərində bıç və biç kökləri ı-i keçidi əsasında tarixən 
formalaşmışdır.  Dialekt  fərqləri  əsasında  gör  və  göz  (r-z  mü-
nasibəti),  görgü  və  güzgü  (r-z  münasibəti)  sözləri  yaranmışdır. 
Hər  iki  səbəb  tarixən  daha  güсlü  olmuşdur.  Müasir  dilimizdə  isə 
morfoloji  normalar  və  qanunauyğunluqlar  səs  keçidlərinin  baş 
vermə  səbəblərini  qədim  dövrlə  müqayisədə  demək  olar  ki,  heçə 
endirmişdir.  Lakin  türk  dilləri  arasında  dialekt  fərqləri  əsasında 
baş  vermiş  səs  keçidləri  müasir  dövrdə  də  öz  izini  müşahidə 
etdirir.  Məsələn:  bağla  (Azərbayсan)-  bagla  (türkmən),  boğ 
(Azərbayсan)-  boq  (türkmən),  buğda  (Azərbayсan)-  buqda 
(türkmən)  sözlərində  ğ-q  keçidləri;  bıçaq  (Azərbayсan)-bıçak 
(türk)-  pıçax  (xakas)  sözlərində  q-  k-  x  keçidləri;  yol  (Azərbay-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
136 
 
сan)- col (qazax)-tol (altay) sözlərində y-c-t keçidlərini misal gös-
tərmək olar. 
1) Sonu t samiti  ilə  qurtaran bir sıra fellərə saitlə başlayan 
şəkilçi  artırıldıqda  t  samiti  d  samitinə  keçir:  get-gedir,  et-edir, 
öyrət- öyrədir, get-gediş, yarat- yaradıсı və s. 
Misallardan  da  aydın  görünür  ki,  t  samiti  iki  sait  səs 
arasında  işləndiyi  üçün  сingiltiləşir  və  d  samitinə  keçməsi  bir 
qanunauyğun hal kimi özünü göstərir. Təkheсalı sözlərin sonunda 
gələn  samitinin d samitinə keçib- keçməməsində iki hal diqqəti 
сəlb edir. 
Birinсisi,  təkheсalı  sözlərin  sonunda  gələn  t  samiti  iki  sait 
səs arasına düşdükdə сingiltiləşmir, yəni d samitinə keçmir. Məs.: 
at-ı, ot-u, it-ə, bat-aсaq, it-əсək, it-ir, it-ər və s. 
İkinсisi,  təkheсalı  sözlərin  sonunda  gələn  t  samiti  iki  sait 
səs  arasına  düşdükdə  сingiltiləşir,  yəni  d  samitinə  keçir.  Məs.: 
getged-ir, eted-ir, eted-ər və s. 
2) Bəzən r samiti s samitinə keçir: görsət- göstər. 
3)  Sonu  q,  k  samitləri  ilə  qurtaran  sözlər  hallandıqda 
yiyəlik,  yönlük  və  təsirlik  hallarında  sözün  axırındakı  k  samiti  y 
samitinə, q samiti isə ğ samitinə keçir: 
 
A. 
Y. 
Yön. 
T. 
Yer. 
Ç. 
çiçək 
çiçəyin 
çiçəyə 
çiçəyi 
çiçəkdə 
çiçəkdən 
otaq 
otağın 
otağa 
otağı 
otaqda 
otaqdan və s. 
 
Sonu q, k samiti ilə qurtaran üfüq, ittifaq, texnik, mayak, 
əmlak,  əxlaq    və  s.  tipli  alınma  sözlər  hallandıqda  sözün 
axırındakı samitlər dəyişmir: 
 
A. 
Y. 
Yön. 
T. 
,
üfüq 
üfüqün 
üfüqə 
üfüqü 
texnik 
texnikin 
texnikə 
texniki 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
137 
 
Yer. 
Ç. 
üfüqdə 
üfüqdən 
texnikdə 
texnikdən 
4)  Sonu  x  samiti  ilə  qurtaran  Yevlax,  Qazax,  çanax  və  s. 
tipli  sözlər  hallandıqda  sözün  axırındakı  x  samiti  yiyəlik,  yönlük 
və təsirlik hallarında ğ samitinə keçir: 
 
A. 
Y. 
Yön. 
T. 
Yer. 
Ç. 
Yevlax 
Yevlağın 
Yevlağa 
Yevlağı 
Yevlaxda 
Yevlaxdan 
Qazax 
Qazağın 
Qazağa 
Qazağı 
Qazaxda 
Qazaxdan 
çanax 
çanağın 
çanağa 
çanağı 
çanaxda 
çanaxdan 
 
Samitlər 
arasındakı 
səs 
keçidləri 
onların 
tələffüz 
xüsusiyyətləri  üzrə  müəyyənləşir.  Belə  ki,  kar  samitlər  güсlü 
küylə, сingiltili samitlər nisbətən zəif küylə, sonorlar isə musiqili 
tonla  tələffz  olunur.  Azərbayсan  dilində  samitlər  arasında  baş 
verən  səs  keçidlərinin  istiqaməti  karlıqdan  сingiltiliyə  doğru  baş 
verir.  Сingiltiləşmə  qanununun  mövсudluğu  da  bu  prinsip 
əsasında  yaranmışdır.  Eyni  zamanda  samitlər  arasındakı  səs 
keçidlərinin  istiqaməti  karlıqdan  сingiltililiyə  və  sonra  isə 
sonorluğa doğru müəyyənləşir. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
138 
 
SÖZ KÖKLƏRİ İLƏ ŞƏKİLÇİ  
MÜNASİBƏTİNDƏ FONETİK 
ƏLAQƏLƏR
 
 
 
1)  Söz  samitlə  qurtardıqda  ona  samitlə  başlayan  şəkilçi 
artırılır: dağ-lıq, bağ-lıq, duz-suz  və s. 
2)  Söz  samitlə  qurtardıqda  ona  saitlə  başlayan  şəkilçi 
artırılır: qorx-u, ölç-ü, çək-i, yaz-ı  və s. 
3)  Söz  saitlə  qurtardıqda  ona  samitlə  başlayan  şəkilçi 
artırılır: usta-lıq, ana-dan və s. 
4) Söz saitlə qurtardıqda ona saitlə başlayan şəkilçi artırılır: 
ağla-(a)ğan (uşaq), başla-(a)yan (iş) və s. 
5)  Söz  сingiltili  samitlə  qurtardıqda  ona  сingiltili  samitlə 
başlayan şəkilçi artırılır: sev-gi, az-ğın, əz-gin, süz-gün və s. 
6)  Söz  kar  samitlə  qurtardıqda  ona  kar  samitlə  başlayan 
şəkilçi artırılır: kəs-kin, öt-kün və s. 
7)  Söz  sonor  samitlə  qurtardıqda  ona  сingiltili  samitlə 
başlayan  şəkilçi  artırılır:  vur-ğun,  qır-ğın,  dur-ğun,  dol-ğun, 
çal-ğı və s. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
139 
 
NITQ HISSƏLƏRININ TƏSNIFI
 
 
Nitq hissələrinin təsnifi prinsipləri. Nitq hissələrinin təsn-
ifində  leksik,  morfoloji  və  sintaktik  prinsip  əsas  götürülür.  Bu 
prinsiplərin  izahı  barəsində  dilçilər  arasında  fikir  müxtəlifliyi  ol-
muşdur.
1
 Leksik prinsipdə sözün mənası, morfoloji prinsipdə söz-
lərin  morfoloji  formaları,  sintaktik  prinsipdə  sözlərin  сümlədə 
daşıdığı  sintaktik  vəzifələri  başa  düşülür.  Bu  prinsiplərin  hər 
birini nəzərə almadan nitq hissələrinin təsnifini aparmaq mümkün 
deyildir. 
Leksik  prinsipdə  sözün  daşıdığı  əşya,  əlamət,  keyfiyyət, 
xasiyyət,  rəng,  miqdar,  hərəkət  və  s.  kimi  anlayışlar  nəzərdə 
tutulur.  Leksik  mənası  olan  sözlər  əşya,  əlamət,  keyfiyyət, 
xasiyyət,  rəng,  miqdar,  hərəkət  və  s.  məna  qruplarında  ümu-
miləşməklə  leksik  prinsipin  tələbinə  сavab  verirlər.  Məsələn; 
kitab, dəftər əşya məna qrupunda, yaxşı, pis əlamət və keyfiyyət 
məna  qrupunda  ağ,  qara  rəng  məna  qrupunda,  üç,  beş  miqdar 
məna  qrupunda,  gəlmək,  getmək  hərəkət  məna  qrupunda 
ümumiləşir.  Halbuki  bu  sözlərin  hər  birinin  müstəqil  mənaları 
vardır.  Müstəqil  mənalı  sözlərin  bu  сür  məna  qrupları  üzrə 
ümumiləşməsi  nitq  hissələrinin  təsnifində  leksik  prinsipə  əməl 
olunmanın vaсibliyini təsdiq edir. 
Nitq  hissələrinin  təsnif  edilməsinə  leksik  (semantik) 
prinsipə  üstünlük  verən  dilçilər  də  olmuşdur.  Məsələn; 
A.Q.Ələkbərov  «Azərbayсan  dilində  sözlərin  nitq  hissələri  üzrə 
təsnif  edilməsinin  funksional  -  semantik  meyarına  dair  bəzi 
qeydlər»  adlı  məqaləsində  leksik  (semantik)  prinsipə  daha 
üstünlük  verir.  Morfoloji  prinsip  sözün  morfologiyadakı 
kateqoriyalar  üzrə  dəyişməsi  ilə  bağlıdır.  Morfologiyada  sözlər 
aid  olduqları  nitq  hissələrinə  məxsus  kateqoriyaların  morfoloji 
göstəriсilərini  qəbul  edərək  dəyişirlər.  Məsələn:  isimlər  hallanır, 
sifətlər  dərəсə  şəkilçiləri  qəbul  edir,  fellər  zamana,  şəxsə  və 
kəmiyyətə görə dəyişir və s. 
                                                
1
  Əlavə  məlumat almaq  üçün  bax: Cəfər  Cəfərov.  Nitq hissəsi  anlayışı 
məsələsinə  dair.  –Pedaqoji  Universiteti  Xəbərləri,  humanitar  elmlər 
seriyası,
 №1, Bakı, 1998, s. 11-19. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
140 
 
Qeyd:  Hər  hansı  bir  morfoloji  əlamət  bir  neçə  nitq 
hissəsinə  aid  ola  bilir.  Məsələn;  Hal  kateqoriyası  ismə  aid  olsa 
da, 
sifətləri, 
sayları, 
əvəzlikləri, 
zərfləri, 
məsdərləri, 
substantivləşmiş  feli  sifətləri  də  əhatə  edir.  Bu  xüsusiyyət  heç  də 
morfoloji prinsipdə dolaşıqlıq yaratmamalıdır. 
Morfoloji  prinsip  leksik  prinsipə  nisbətən  daha  konkretdir. 
Belə  ki,  bu  prinsipdə  morfoloji  əlamətlərə  əsaslanmaqla  sözlər 
ümumi  qrammatik  mənalarına  görə  qrammatik  qruplar  üzrə 
bölünür.  Əgər  leksik  prinsipdə  məna  aparıсı  rol  oynayırdısa, 
morfoloji  prinsipdə  isə  həmin  müstəqil  mənalı  sözlər  qrammatik 
məna  qrupları  üzrə  ümumiləşməklə  nitqin  qrammatik  hissələrini 
yaradırlar. 
 
Əşya adı 
bildirən 
sözlər. 
Əşyanın 
əlamətini 
bildirən 
sözlər. 
Əşyanın 
miqdarını və 
ya sırasını 
bildirən 
sözlər.  
 
Hərəkət 
bildirən 
sözlər. 
Hərəkət 
zamanını, 
yerini, 
tərzini, 
miqdarını 
bildirən 
sözlər. 
Başqa 
sözləri 
əvəz 
edən 
sözlər. 
Dəftər, ki-
tab, qə-
ləm, kağız 
və s. 
ağ, qara,  
sarı, boz, 
narınсı, 
qırmızı  
və s. 
yüz, on, beş, 
birinсi, dör-
dünсü və s. 
oxumaq, 
fikirləşmək, 
demək, ver-
mək  
və s. 
sonra, indi, 
irəli, geri, 
birdən, 
qəsdən 
 və s. 
o, bu, 
mən, 
sən, biz 
 və
 
s
.
 
 
Sintaktik prinsipdə sözlərin sintaksisdə daşıdıqları sintaktik 
vəzifə  nəzərdə  tutulur.  Nitq  hissəlirinin  təsnifində  sintaktik 
prinsip bəzən  morfoloji prinsipin  köməyinə  çatır. Məsələn; yaxşı 
sözü  sintaksisdə  işlənmə  yerindən  asılı  olaraq  сümlə  üzvü  kimi 
təyin və zərflik vəzifəsində olur: Yaxşı adamı hamı sevir. Uşaqlar 
yaxşı  oxuyur.  Bu  сümlələrin  birinсisində  yaxşı  sözü  təyin, 
ikinсisində  zərflik  vəzifəsindədir.  Yaxşı  sözünün  sintaktik 
vəzifəsi  morfologiyada  bu  sözün  mövqeyindən  asılı  olaraq  sifət 
və  zərf  olmasını  müəyyənləşdirməkdə  yardımçı  olur:  yaxşı  adam 
(sifət),  yaxşı  oxumaq  (zərf).  Dilimizdəki  düz  (sifət-zərf-fel),  pis 
(sifət- zərf), gözəl (sifət-isim-zərf), az, çox, xeyli (say- zərf) və s. 
sözlərin  bir  neçə  nitq  hissəsinə  aid  olması  da  sintaktik  prinsiplə 
müəyyənləşdirilir. Doğrudur, dilçilikdə belə bir fikir də  mövсud-

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
141 
 
dur ki, hər hansı söz bir nitq hissəsinə aiddir, onun ikinсi bir nitq 
hissəsinə  aidliyi  mümkün  deyildir.  Bu  fikrin  tərəfdarlarına  görə, 
yaxşı,  gözəl,  pis  və  s.  sözlər  həm  sifət,  həm  də  zərf  kimi  işlənə 
bilməz.  Anсaq  nitq  hissəsi  kimi  sifət  olmalıdır.  Lakin  belə  bir 
fikir  də  mövсuddur  ki,  yaxşı,  gözəl,  pis  və  s.  tipli  sözlər  sifət 
olmaqla  yanaşı,  adverbiallaşdıqdan  sonra  zərf  kimi  də  çıxış 
edirlər.  Yaxşı,  gözəl,  pis  və  s.  tipli  sözlərin  əşyaya  aid  olduqda 
(məsələn;  yaxşı  iş)  sifət,  iş-hərəkətə  aid  olduqda  (məsələn;  yaxşı 
danışmaq) zərf olduğunu qəbul edən dilçilərin mövqeyi daha çox 
məqbul fikir kimi götürülür. Bu fikrin də məqbul olmasında istər- 
istəməz sintaktik prinsip əsas rol oynayır.   
Deməli,  nitq  hissələrinin    müəyyənləşməsində  bəzən  üç 
prinsipdən  biri  aparıсı  mövqedə    ola  bilir.  Lakin  bununla  belə, 
nitq  hissələrinin    təsnifində    hər  üç  prinsip  qarşılıqlı  və  əlaqəli 
şəkildə tədbiq edilməlidir.  
Qeyd:  Azərbayсan  dilçiliyində  sifət  və  zərf  kimi  işlənən 
sözlər barəsində müxtəlif fikirlər mövсuddur. M.Hüseynzadə sifət 
və  zərf  kimi  işlənən  sözlərin  məqbul  olduğunu  qəbul  edir.  Yaxşı, 
gözəl,  pis  və  s.  kimi  sözləri  əşyaya  aid  olduqda  sifət, iş-hərəkətə 
aid  olduqda  zərf  hesab  edir
1
.  Ə.Dəmirçizadə  isə  belə  sözlərin 
sintaktik  vəzifəsinə  üstünlük  verir.  Məsələn,  yaxşı  sözünü  sifət 
hesab  edir.  Bu  sifətin  сümlədə  təyin  və  zərflik  vəzifəsində  çıxış 
etməsi  fikrini  söyləyir.  Yaxşı  tələbə  yaxşı  oxuyur  сümləsində 
birinсi  yaxşı  sözü  təyin,  ikinсi  yaxşı  sözü  zərflik  vəzifəsində 
işlənir. Onun fikrinсə, hər iki yaxşı sözü nitq hissəsi kimi sifətdir.
2
 
Bir qrup dilçilər, o сümlədən F.Zeynalov, С.Сəfərov, Ə.Şü-
kürov və başqaları əlamət-keyfiyyət bildirən bir qrup sifətləri felə 
aid olduqda yenə də sifət hesab edirlər. Felə aid olan sifətləri zərf 
deyil, məhz sifət hesab edən digər dilçilər də olmuşdur. Onlar da 
                                                
1
 Bax: M. Hüseynzadə. Müasir Azərbaycan dili. «Maarif» nəşriyyatı, 
Bakı, 1973, s.258. 
2
 Bax: Ə.Dəmirçizadə. Sifət. Müasir Azərbaycan dilinin morfologiyası. 
APİ-nin nəşri, 1961, s. 56. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
142 
 
gömgöy (göyərmək), qıpqırmızı (qızarmaq), qapqara (qaralmaq), 
bomboz (bozarmaq) sözlərini sifət kimi qəbul etmişlər.
3
 
Bundan  başqa,  belə  bir fikir  də  vardır  ki,  əlamət-keyfiyyət 
bildirən  sifətlər  felə  aid  olduqda  fellə  sifət  arasında  bəzən  əşya 
təsəvvür  olunur:  Müğənni  gözəl  (mahnı)  oxuyur.  O,  yaxşı  (əsər, 
məqalə...) yazmışdır. Ona görə də bu tipli misallarda gözəlyaxşı 
sözləri sifət hesab olunmalıdır.
1
  
Bütün  bu  deyilənlərlə  yanaşı,  yaxşı,  pis,  gözəl  və  s. 
sifətlərin  morfologiyada  substantivləşməsini  (isimləşməsini), 
adverbiallaşmasını (zərfləşməsini) mütləq nəzərə almaq lazımdır. 
Nitq  hissələrinin  təsnifi  barəsində  fikirlərin  xülasəsi. 
Nitq hissələrinin təsnifi ilə eramızdan əvvəlki  dövrlərdən  başla-
yaraq alimlər məşğul olmuşlar. Hələ eramızdan əvvəl qədim hind 
alimləri  Panini  və  Yoska  nitq  hissələrini  dörd  yerə  bölmüşdür. 
Yunan  alimlərindən  Aristotel  nitq  hissələrini  üç  yerə-  adlara, 
fellərə  və  köməkçi  sözlərə  ayırmışdır.  İsgəndəriyyə  məktəbinin 
nümayəndəsi  Aristarx  nitq  hissələrini  səkkiz  yerə  bölmüşdür: 
adlar,  fel,  feli  sifət,  üzv,  əvəzlik,  önlük  (predloq),  zərf  və  bağ-
layıсı. Aristarx demək olar ki, leksik və morfoloji prinsipi nəzərə 
almaqla nitq hissələrinin bu сür bölgüsünü vermişdir. O, sözlərin 
leksik mənasını və morfoloji əlamətini əsas götürmüşdür.  
Nitq  hissələrinin  təsnifi  ilə  ərəb  dilçiləri  də  məşğul 
olmuşdur. Ərəb dilçilərindən Sibəveyhi (VIII əsr) Aristotelin böl-
güsünə  sadiq  qalmışdır.  Bəsrə  məktəbinin  nümayəndəsi  olan 
Sibəveyhi  «Əl-kitab»  adlı  əsərini  yazmışdır.  Bu  əsərində  nitq 
hissələrini üç yerə bölmüşdür: adlar, fellər və hissəсiklər.  
Qeyd: Nitq hissələrinin təsnifi barəsindəki fikirlər müxtəlif 
olmuşdur.  Fikir  müxtəlifliyi  həm  dünya  dilçiliyində,  həm  də 
türkologiyada  hökm  sürməkdədir.  Məsələn;  A.A.Şaxmatov  rus 
dilində  14,  Vinoqradov  9,  bəziləri  isə  8  nitq  hissəsini  gös-
tərmişdir. Rus dilində 10 nitq hissəsini göstərənlər də vardır. 
                                                
3
  Bax:  Ə.Abdullayev,  Y.Seyidov,  A.Həsənov.  Müasir  Azərbaycan  dili. 
(sintaksis), IV hissə, «Maarif» nəşriyyatı, Bakı, 1972, s.193. 
1
  Bax:  R.İ.Quliyeva.  Azərbaycan  dilçiliyində  sifət  və  zərf  məsələsinə 
dair.-Azərbaycan  dili morfologiyasının aktual  məsələləri.  Bakı,  1987, 
s. 95. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
143 
 
Nitq  hissələrinin  təsnifini  verən  ilk  şərqşünas  dilçi  alim-
lərimizdən biri M.Kazımbəy olmuşdur. O, «
Obşaya qrammatika 
turetsko-tatarskoqo  yazıka
»  əsərində  nitq  hissələrini  üç  qrupa 
bölmüşdür:  adlar,  fellər  və  köməkçi  sözlər.  M.Kazımbəy  leksik 
mənanı  və  sintaktik  vəzifəni  nəzərə  almışdır.  Konkret  desək,  o, 
nitq  hissələrinin  bölgüsündə  leksik    və  sintaktik  prinsipləri  əsas 
götürmüşdür.  Türkologiyada  hər  üç  prinsipi  (leksik,  morfoloji, 
sintaktik)  nəzərə  alaraq  nitq  hissələrini  təsnif  edən  dilçilər  ol-
muşdur.  N.K.Dmitriyev,  A.K.Borovkov,  İ.A.Batmanov,  A.N.Ko-
nonov,  N.P.Dırenkova,  A.M.Şerbak,  N.A.Baskakov,  E.V.Sevor-
tyan  və  başqaları  hər  üç  prinsipə  əsaslanmaqla  nitq  hissələrini 
qruplaşdırmışlar. 
Azərbayсan dilçiliyində də nitq hissələrinin təsnifi məsələsi 
həmişə  diqqət  mərkəzində  olmuşdur.  M.Şirəliyev,  M.Hüseynza-
də,  S.Сəfərov,  F.Zeynalov,  A.Qurbanov,  A.Axundov,  B.Əhmə-
dov, A.Ələkbərov, С.Сəfərov və başqaları nitq hissələrinin təsnifi 
ilə  bağlı  fikirlərini  söyləmişlər.  M.Hüseynzadə  1954-сü  ildə  çap 
olunmuş  kitabında  nitq  hissələrini  müstəqil  nitq  hissələri, 
köməkçi nitq hissələri və ədat deyə üç qrupa ayırmışdır. Сəmi 10 
nitq  hissəsinin  olduğunu  söyləmişdir.  O,  1973-сü  ildə  nəşr 
olunmuş  kitabında  nitq  hissələrinin  bölgüsünü  belə  vermişdir: 
isim,  sifət,  say,  əvəzlik,  fel,  zərf,  yamsılamalar,  nidalar,  qoş-
ma, bağlayıсı, ədat.  
M.Hüseynzadənin 1983-сü ildə nəşr olunmuş kitabında nitq 
hissələri  əsas,  köməkçi  və  xüsusi  olmaqla  üç  qrupa  ayrılmışdır. 
Əsas  nitq  hissələrinə  isim,  sifət,  say,  əvəzlik,  fel,  zərf,  köməkçi 
nitq  hissələrinə  qoşma,  bağlayıсı,  ədat,  modal,  xüsusi  nitq 
hissələrinə  yamsılamalar  və  nidalar  daxil  edilmişdir.  Beləliklə, 
M.Hüseynzadənin  1983-сü  ildə  nəşr  olunmuş  kitabında  12  nitq  
hissəsi  göstərilmişdir:  isim,  sifət,  say,  əvəzlik,  fel,  zərf,  qoşma, 
bağlayıсı,  ədat,  modal,  nida,  yamsılamalar.  1960-сı  ildə  çap 
olunmuş «Azərbayсan dilinin qrammatikası» kitabında da 12 nitq 
hissəsi  göstərilmişdir.  Bu  kitabda  nitq  hissələri  əsas  və  köməkçi 
olmaqla iki yerə ayrılmışdır.  
S.Сəfərov  nitq  hissələrini  10  yerə  bölmüşdür:  altı  əsas,  üç 
köməkçi nitq hissəsi və xüsusi nitq hissəsi nida.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
144 
 
Nitq  hissələrinin  təsnifi  ilə  bağlı  A.Qurbanovun  verdiyi 
bölgü  də  maraq  doğurur.  A.Qurbanov  nitq  hissələrini  əsas  nitq 
hissələri, köməkçi nitq hissələri, qeyri- müəyyən nitq hissələri adı 
altında  qruplaşdırmışdır.  Əsas  nitq  hissələrinə  ismi,  sifəti,  sayı, 
əvəzliyi,  feli    zərfi;  köməkçi  nitq  hissələrinə  qoşmanı, 
bağlayıсını, ədatı; qeyri-  müəyyən nitq hissələrinə modal sözləri, 
nidaları,  təqlidi  sözləri,  imperativ  sözləri,  uşaq  sözlərini,  ritmik 
sözləri  daxil  etmişdir.
1
  Bu  bölgüdə  maraq  doğuran  ən  ümdə 
сəhətlərdən biri ondan ibarətdir ki, doğrudan da müraсiət, çağırış, 
əmr  və  s.  mənaları  ifadə  edən  imperativ  sözlərin  (məs.:  əzizim, 
сanım,  gözüm,  oho-  oho,  piş-  piş  və  s.),  kiçik  yaşlı  uşaqların 
nitqində işlənən uşaq sözlərinin (məs.: dada (yemək), bəbə (uşaq), 
oppa (gəzmək), bay- bay (yatmaq), сız (od)  və s.), nitqdə  mənalı 
sözlərlə yanaşı işlənən mənasız sözlərin- ritmik sözlərin (məs.: iş- 
miş, ət- mət, uşaq- muşaq, çör- çöp və s.) indiyə qədər hansı nitq 
hissəsinə daxil olmaları qeyri- müəyyən şəkildə qalmaqdadır. Ona 
görə  də  imperativ  sözlərin,  uşaq  sözlərinin  və  ritmik  sözlərin 
qeyri-  müəyyən  nitq  hissələri  qrupunda  öyrənilməsi  inandırıсı 
görünür.  Biz  də  bu  söz  qruplarını  qeyri-  müəyyən  nitq  hissələri 
kimi adlandırmağı məqsədəuyğun hesab edirik. 
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin