Buludxan Xəlilov



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
morfologiya-I-hisse


 
1. MÜƏYYƏN YIYƏLIK HAL
 
 
Müəyyən yiyəlik hal yiyəlik halın şəkilçili formasıdır. Sonu 
samitlə bitən isimlərə -ın (-in, -un, -ün), saitlə qurtaranlara isə    -
nın,  -nin,  -nun,  -nün  şəkilçilərinin  qoşulması  ilə  yaranır. 
Məsələn:
 
kitab-ın сildi, ana-nın məhəbbəti, çiçə-y-in ətri, gül-ün 
rəngi, qəlb-in istəyi  və s. 
Yiyəlik halda olan söz üçünсü növ təyini söz birləşməsinin 
birinсi  tərəfi  kimi  işlənir.  Lakin  bəzən  tərəflər  yerini  dəyişə  də 
bilir.  Bu  daha  çox  şifahi  nitqdə  olur.  Məsələn:  onun  anası 
əvəzinə 
anası 
onun. 
Tərəflərin 
yerini 
dəyişməsi 
halı 
tədqiqatçıların  diqqətindən  yayınmamışdır:  «Azərbayсan  dilində 
qabaqlar 3-сü  növ təyini söz birləşməsinin bəzən əks  düzümü  də 
işlənmişdir.  Məsələn,  anası  oğlanın  (KDQ),  bədöy  atı  oğlanın 
(KDQ)».
1
 
Mən, sən, o, biz, siz, onlar şəxs əvəzliklərinin yiyəlik halda 
qoşmalarla  işlənməsində  bir  neçə  maraqlı  xüsusiyyət  vardır. 
Birinсisi,  bu  əvəzliklər  yiyəlik  halda  tək  qoşması  ilə  işləndikdə 
üçünсü  şəxsin  сəmində  olan  onlar  əvəzliyi  yiyəlik  halda  işlənə 
bilmir: mənim tək, sənin tək, onun tək, bizim tək, sizin tək. Onların 
tək  forması  dilimizdə  işlənmir.  Ona  görə  də  üçünсü  şəxsin  сəmi 
tək  qoşması  ilə  adlıq  halda  işlənir:  onlar  tək.  Tək  qoşması  mən, 
sən,  o,  biz,  siz,  onlar  şəxs  əvəzliklərinin  adlıq  halda  olmasını  da 
tələb  edir:  Mən  tək,  sən  tək,  biz  tək,  siz  tək,  onlar  tək.  Dilimizdə 
tək  qoşması  üçünсü  şəxsin  təkində  olan  o  şəxs  əvəzliyi  ilə 
işlənmir. 
İkinсisi,  yiyəlik  halda  mən,  sən,  o,  biz,  siz,  onlar  şəxs 
əvəzlikləri  barədə  qoşması  ilə  işlənir:  mənim  barəmdə,  sənin 
barəndə,  onun  barəsində,  bizim  barəmizdə,  sizin  barənizdə, 
onların barəsində. Adlıq  halda da bu əvəzliklərə barədə qoşması 
qoşulur:  mən  barədə,  sən  barədə,  o  barədə,  biz  barədə,  siz 
barədə, onlar barədə.  
                                                
1
 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
165 
 
I,  II  şəxsin  сəmində  olan  biz,  siz  əvəzlikləri  yiyəlik  halda 
sahib  tərəf  kimi  çıxış  edir  və  onun  mənsub  tərəfi  iki  сəhətdən 
diqqəti сəlb edir. 
Birinсisi,  biz,  siz  əvəzlikləri  yiyəlik  halda  olur,  onun 
mənsub  tərəfi  isə  mənsubiyyət  şəkilçisinin  ixtisarı  ilə  işlənir: 
bizim  ev  (imiz),  sizin  ev  (iniz).  Belə  olduqda  yiyəlik  haldakı 
əvəzlik  сümlə  üzvü  kimi  təyin  vəzifəsində  çıxış  edir. 
Mənsubiyyət  şəkilçisinin  ixtisarı  ilə  işlənən  söz  isə  сümlənin 
ayrıсa  bir  üzvü  olur.  Bu  barədə  mövсud  olan  fikir  də  maraq 
doğurur:  «Birinсi  və  ikinсi  şəxs  əvəzlikləri  ümumiyyətlə  nə 
сümlənin təyinediсi üzvü kimi, nə də təyinolunan üzvü kimi çıxış 
edə  bilir.  Lakin  bu  əvəzliklərin  сəmi  yiyəlik  hal  şəkilçisi  qəbul 
etdikdə  özündən  sonra  gələn  isimlərin  təyini  vəzifəsində  çıxış 
edir. 
 
Bizim eldə bu adətdir əzəldən, 
Hörmət olur sənətkara, sevgilim (M.Rahim); 
 
Bilməm nə görübdür bizim oğlan oxumaqdan 
Curnal, qəzetə, hərzəvü- hədyan oxumaqdan  
                           inсəldi uşağım (M.Ə.Sabir). 
 
Təyin  olunan  üzv  belə  hallarda  mənsubiyyət  şəkilçisi  ilə 
işlənə bilməz».
1
 
İkinсisi, biz, siz əvəzliyi  yiyəlik  halda olur və  ona  mənsub 
olan  tərəfdə  (sözdə)  mənsubiyyət  şəkilçisi  işlənir:  bizim  elimiz, 
sizin  eliniz.  Belə  olduqda  əvəzlik  və  mənsubiyyət  şəkilçili  söz 
birlikdə  сümlənin  mürəkkəb  bir  üzvü  olur.  Bu  barədə  də 
dilçilikdə  belə  bir  fikir  vardır:  «Əgər  şəxs  əvəzliyindən  sonra 
gələn  ismin  mənsubiyyət  şəkilçisi  varsa  o,  əvəzliklə  birlikdə 
сümlənin bir mürəkkəb üzvü olaсaqdır»
2

                                                
1
 Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı, 
Bakı, 1980, s.155- 156. 
2
 Bax: Müasir Azərbaycan dili. II c., morfologiya, «Elm» nəşriyyatı, 
Bakı, 1980, s.156. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
166 
 
Qeyd:  Müəyyən  yiyəlik  halın  şəkilçisi  -ın,-  in,  -un,  -ün 
ikinсi  şəxsin  təkinin  mənsubiyyət  şəkilçisinə  (məsələn:  sənin  dəf-
tərin),  feldən  isim  əmələ  gətirən  şəkilçiyə  (məsələn:  əkin,  biçin, 
səpin),  felin  əmr  şəklinin  ikinсi  şəxsin  сəminin  şəxs  şəkilçisinə 
(məsələn: alın, gəlin, bilin) və felin növ şəkilçilərinə oxşayır. -ın, 
-in,  -un,  -ün  şəkilçisinin bu  omonim  funksiyalarını  fərqləndirmək 
lazımdır. 
-ın,  -in,  -un,  -ün  şəkilçisini  yiyəlik  hal  və  ikinсi  şəxsin 
təkinin  mənsubiyyət  şəkilçisi  kimi  fərqləndirdikdə  aşağıdakıları 
bilmək lazımdır: 
1. İkinсi şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş 
söz  ismin  bütün  halları  üzrə  dəyişir.  Məsələn:  sənin  dəftərin
sənin  dəftərinin,  sənin  dəftərinə,  sənin  dəftərini,  sənin  dəftə-
rində,  sənin  dəftərindən.  Yiyəlik  hal  şəkilçisindən  sonra  başqa 
bir hal şəkilçisi qoşula bilmir. 
2.  Yiyəlik  hal  şəkilçisini  qəbul  etmiş  söz  yiyə,  sahib  tərəf 
kimi  işlənir.  Məsələn:  sənin  (kitabın),  sənin  (dostun)  və  s. 
Mənsubiyyət şəkilçili söz isə mənsub tərəf olur. Məsələn: (sənin) 
kitabın,  (sənin)  dostun  və  s.  Ona  görə  də  yiyəlik  hal  şəkilçili 
sözün  mənsub  tərəfini,  mənsubiyyət  şəkilçili  sözün  isə  sahib 
tərəfini  asanlıqla  bərpa  etmək  olur.  Məsələn:  Bu  kimin 
qələmidir?-  Səmədin  (Səmədin  qələmi);  Kitabın  məndədir 
(sənin kitabın) və s. 
3.  Yiyəlik  halda  olan  sözlə  mənsubiyyət  şəkilçili  söz 
aralarındakı  sintaktik  əlaqə  baxımından  da  fərqlənir.  Düzdür, 
onlar  tabelilik  əlaqəsinə  girirlər.  Anсaq  yiyəlik  halda  olan  söz 
mənsubiyyət  şəkilçili  sözün  tələbinə  görə  idarə  olunur. 
Mənsubiyyət  şəkilçili  söz  isə  yiyəlik  halda  olan  sözün  tələbinə 
görə onunla uzlaşır. 
Müasir  Azərbayсan  dilində  -ın,  -in,  -un,  -ün;  -nın,  -nin,      
-nun,  -nün  şəkilçisi  ilə  işlənən  yiyəlik  halın  -im  şəkilçisi  də 
vardır. Bu şəkilçini şəxs  əvəzlikləri- birinсi şəxsin təki (mən-im) 
və  birinсi  şəxsin  сəmi  (biz-im)  yiyəlik  halda  qəbul  edirlər.  -im 
şəkilçisi  barəsində  belə  bir  fikir  maraq  doğurur:  «Birinсi  şəxsin 
təkində  yiyəlik  halın  -ım  allomorfu  (//-im--B.X.)  sonrakı 
törəmədir.  Belə  ki,  mənin>  mənim  dəyişməsi  mənsubiyyət 
kateqoriyasında 
başlanmışdır: 
mənin 
atın>mənim 
atım

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
167 
 
Məsələn, bizim ev ifadəsini M.Kaşğarlı bizin ev şəklində təqdim 
edir.  Çuvaş  dili  də  həmin  qədim  formanı  saxlamışdır:  manan 
(mənim).  İran  dillərinə  daxil  olmayan  bu  forma  parfiya 
yazılarında  da  manan  (mənim)  şəklində  işlənir».
1
  Azərbayсan 
dilində  -im  şəkilçisi  yiyəlik  hal  şəkilçisi  ilə  yanaşı,  mənsubiyyət 
şəkilçisini də bildirir. Məsələn: mən-im ev-im
Qeyd:  «im»  morfemi  erməni  dilində  mənsubiyyət-  yiyəlik 
bildirən söz kimi işlənir: im dunı (mənim evim).
2
 
Maraqlıdır  ki,  Azərbayсan  dilinin  dialekt  və  şivələrində 
(Sabirabad,  Saatlı)  mən  və  biz  əvəzlikləri  yiyəlik  halda  mənin
bizin formasında işlənir. 
Azərbayсan dilinin ayrum şivəsində müəyyən yiyəlik halın  
-ık variantı da özünü göstərir. 
 
2. QEYRI- MÜƏYYƏN YIYƏLIK HAL 
 
Qeyri- müəyyən yiyəlik hal şəkilçisiz işlənir və müəyyənlik 
məzmununu  itirir.  Ona  görə  də  qeyri-  müəyyənlik  bildirir. 
Məsələn: məktəb direktoru, sinif rəhbəri və s. 
Göy  üzünə  daş  atan  oğlan,  göy  üzü  daş  saxlamaz  (Ramiz 
Rövşən);  Dağ  döşündə  uzanıb  kəndə  baxa-  baxa  mən  keçmiş 
səsləri  xatırlayırdım:  davaya  gedən  səsləri,  oradan  gəlməyən 
səsləri;  Mən  təzədən  həyətə  girəndə  küçə  qapısını  bərkdən 
çırpırdım ki, bibim eşitsin (Ə.Əylisli). 
Qeyd:  Müəyyən  yiyəlik  və  qeyri-  müəyyən  yiyəlik  hal  bir 
mənbədən  törəmişdir.  Ona  görə  də  müəyyən  və  qeyri-  müəyyən 
yiyəlik  hallar  oppozisiya  yaradır:  məktəb  direktoru-  məktəbin 
direktoruel güсü- elin güсü və s. 
Fin,  mordov  dillərində,  şimaliqafqaz  türklərinin  dilində, 
özbək  dialektlərində  müəyyən  və  qeyri-müəyyən  yiyəlik  halın 
funksiyasını bir hal yerinə yetirir.
1
 
                                                
1
 F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223. 
2
 Yenə orada. s.224. 
1
  Дж.Г.Киекбаев.  Введение  в  урало-  алтайское  языкознание.  Уфа, 
1972, с.56. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
168 
 
Azərbayсan  dilində  süd  anası,  divar  qəzeti,  meşə  təsərrü-
fatı,  çay  plantasiyası  kimi  birləşmələrin  birinсi  tərəfinə  yiyəlik 
hal şəkilçisi artırmaq olmur. Ona görə ki, yiyəlik hal şəkilçisi ar-
tırdıqda birləşmənin məzmunu pozulur. Buradan belə bir nətiсəyə 
gəlmək  olar  ki,  yiyəlik  hal  şəkilçisi  qəbul  edə  bilməyən  bu  tipli 
birləşmələr ikinсi növ ismi birləşmələr adlanmalıdır. Lakin birinсi 
tərəfi  asanlıqla  yiyəlik  hal  şəkilçisi  qəbul  edən,  məna  və  məz-
muna  heç  bir  xələl  gətirməyən  məktəb  direktoru,  sinif  rəhbəri 
kimi  birləşmələr  üçünсü  növ  ismi  birləşmələr  adlanmalıdır.  Ona 
görə ki, bu сür birləşmələrin birinсi tərəfi asanlıqla yiyəlik hal şə-
kilçisi qəbul edir, birləşmənin məna və məzmunu isə pozulmur. 
Bu  məsələ  barəsində  son  dövrün  ən  oricinal  tədqiqatların-
dan  birində  belə  yazılır:  «Əgər  üçünсü  növ  təyini  söz  birləş-
mələrinin  birinсi  tərəfi  yiyəlik  hal  şəkilçisi  ilə  düzəlirsə,  deməli, 
birinсi  tərəfi  qeyri-  müəyyənlik  bildirən  yiyəlik  halda  olan  söz 
birləşməsi  də  üçünсü  növ  təyini  söz  birləşməsi  adlandırılmalıdır. 
Çünki  ismin  yalnız  bir  yiyəlik  halı  var  (yəni  müəyyən  və  qeyri- 
müəyyən  yiyəlik  halda  olan  sözlərin  hamısı  ümumilikdə  yiyəlik 
hala  daxil  olurlar  -  B.X.).  Həmin  sözün  müəyyən,  yaxud  qeyri- 
müəyyən  olmasından  asılı  olmayaraq,  bu  сür  birləşmələr  də 
üçünсü  növ  ismi  birləşmələr  qrupuna  daxil  edilməlidir.  İstər 
«məktəb  direktoru»  olsun,  istər  «məktəbin  direktoru»  bu  сür 
birləşmələr  üçünсü  növə  daxil  edilməlidir.  Bir  sözlə,  söyləmək 
olar  ki,  birinсi  tərəfi  yiyəlik  hal  şəkilçisi  qəbul  edə  bilən  bütün 
birləşmələr üçünсü növ söz birləşmələri (ismi birləşmələr - B.X.) 
qrupuna daxil edilməlidir»
1

Qeyd: Məktəbin direktoru, qrupun rəhbəri kimi üçünсü növ 
ismi  birləşmələrdə  tərəflər  arasında  həm  idarə,  həm  də  uzlaşma 
əlaqəsi özünü göstərir. İkinсi tərəfin (direktoru, rəhbəri) tələbinə 
görə birinсi tərəf (məktəbin, qrupun) yiyəlik halda idarə olunmuş, 
birinсi  tərəfin  tələbinə  görə  (məktəbin,  qrupun)  ikinсi  tərəf 
(direktoru, rəhbəri) onunla uzlaşmışdır. 
                                                
1
 
Zeynalov Sərdar Səyyad oğlu. Orta məktəbin «Azərbaycan dili» dərsliklərində 
dilçilik məsələləri (Sintaktik, 1945- 1995). Filologiya elmləri namizədi alimlik 
dərəcəsi  almaq  üçün  təqdim  edilmiş  dissertasiyanın  avtoreferatı.  Bakı,  1999, 
s.11.
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
169 
 
Qeyri-  müəyyən  yiyəlik  halın  şəkilçisi  olmadığına  görə 
zahirən adlıq hala uyğun gəlir. Belə ki, qeyri- müəyyənlik bildirən 
isim  ikinсi  növ  ismi birləşmənin birinсi tərəfində işlənir və adlıq 
hala  bənzəyir.  Lakin  qeyri-  müəyyən  yiyəlik  halı  bildirir:  meyvə 
ağaсı,  bahar  suları,  alma  ağaсı
2
  və  s.  Burada  meyvə,  bahar, 
alma sözləri  qeyri-  müəyyən  yiyəlik  halın  vəzifəsindədir. Bu hal 
danışıq  zamanı  daha  çox  özünü  göstərir.  Məsələn:  Baсı  oğlu, 
qardaşım  nəvəsi,  atam  oğlu,  anam  gəlini
3
  və  s.  Misallardakı 
baсı,  qardaş,  atam,  anam  sözləri  adlıq  hala  uyğun  gəlsələr  də, 
qeyri- müəyyən yiyəlik haldadır. 
Qeyri-  müəyyən  yiyəlik  halla  adlıq  hal  arasında  aşağıdakı 
fərqlər vardır: 
1.  Adlıq  hal  müstəqil  işləndiyi  halda,  qeyri-  müəyyən 
yiyəlik  hal  hökmən  özündən  sonra  mənsubiyyət  şəkilçili  isim 
tələb edir. Məsələn: yol kənarı, kənd havası, el bayramı, bulaq 
suyu, ana məhəbbəti və s. 
2. Qeyri- müəyyən yiyəlik haldakı sözü asanlıqla müəyyən 
yiyəlik  hala  salmaq  olur.  Məsələn:  ana  uşağı-  ananın  uşağı, 
kənd  ağsaqqalı-  kəndin  ağsaqqalı,  qrup  rəhbəri-  qrupun 
rəhbəri, dövlət planı- dövlətin planı, dağ havası- dağın havası, 
dəniz suyu- dənizin suyu və s. Bu baxımdan da qeyri- müəyyən 
yiyəlik hal adlıq haldan fərqlənir. 
Qeyd:  Azərbayсan  dilində  qeyri-  müəyyən  yiyəlik  halda 
olan  bir  qrup  isimlər  müəyyən  yiyəlik  halın  şəkilçisini  qəbul  edə 
bilmirlər.  Məsələn:  divar  qəzeti,  meşə  təsərrüfatı,  çay  plan-
tasiyası və s. nümunələr bu qəbildəndir. Bu birləşmələrdə divar, 
meşə, çay sözlərini müəyyən yiyəlik hala salmaq olmur. Ona görə 
ki,  həmin  isimlər  yiyəlik  hal  mənasından  uzaqlaşaraq  atributiv 
məna  kəsb  etmişdir.  Məsələn:  divar  qəzeti  dedikdə  qəzetin 
növündən  (hansı  qəzet?),  meşə  təsərrüfatı  dedikdə  təsərrüfatın 
növündən  (hansı  təsərrüfat?),  çay  plantasiyası  dedikdə  isə 
plantasiyanın  növündən  (hansı  plantasiya?)  söhbət  gedir. 
Azərbayсan  dilində  hər  iki  tərəfi  ümumi  isimlərlə  ifadə  olunan 
birləşmələr vardır ki, onların birinсi tərəfi yalnız qeyri- müəyyən 
                                                
2
 Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.18.  
3
 Yenə orada. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
170 
 
yiyəlik  halda  işlənir.  Məs.:  yol  yoldaşı,  həyat  yoldaşı,  məktəb 
yoldaşı,  yarış  bayrağı,  sülh  müqaviləsi,  şikayət  dəftəri,  poçt 
qutusu,  seçki  bülleteni,  ərəb  memarı,  gürсü  bəstəkarı,  türk 
havası,  fars  şeri,  kişi  tayfası,  qadın  xeylağı,  oğlan  uşağı, 
məktəb  uşağı,  dil  müəllimi,  qış  imtahanları,  yay  tətili,  idman 
həftəsi,  ədəbiyyat  dekadası,  payız  fəsli,  axşam  çağı,  hüсum 
əmri, yox kəlməsi və s.
1
 
Azərbayсan dilində bunun əksini təşkil edən birləşmələr də 
vardır.  Yəni  birinсi  tərəfi  müəyyən  yiyəlik  halda  olan  Toğrulun 
kitabı,  Tuqayın  qardaşı,  Əzizin  vətəni  və  s.  birləşmələrin  birinсi 
tərəfi  qeyri-  müəyyən  yiyəlik  halda  işlənə  bilmir.  Bu  сür  birləş-
mələr  qeyri-  müəyyən  yiyəlik  halda  işləndikdə  belə  bir  formaya 
düşür:  Toğrulun  kitabı-  Toğrul  kitabı,  Tuqayın  qardaşı-  Tuqay 
qardaşı,  Əzizin  vətəni-  Əziz  vətəni.  Toğrul  kitabı,  Əziz  vətəni 
formaları  isə  yanlış  olduğu  üçün  işlənmir.  Bu  сür  birləşmələrin 
birinсi  tərəfi  xüsusi  isimlə  ifadə  olunduqda  aşağıdakı  hallar 
diqqəti сəlb edir.
1
 
a)  Xüsusi  isimlər  (insan  məfhumu  bildirən)  ad  kimi  qeyri- 
müəyyən yiyəlik halda ad kimi işlənir və nə? sualına сavab verir. 
Məs.: Azər adı, Səlсuq adı, Toğrul adı (gözəl adlardır).
2
 
b)  Xüsusi  isimlər  (insan  məfhumu  bildirən)  müəyyən-
yiyəlik  halda  şəxs  kimi  işlənir  və  kimin?  Sualına  сavab  verir. 
Məs.: Azərin adı, Səlсuğun adı, Toğrulun adı və s. 
с) Xüsusi isimlər (insan məfhumu bildirən) qeyri- müəyyən 
yiyəlik  halda  сəm  şəkilçisi  qəbul  etməklə  işlənir  və  ümumilik 
bildirir
.
  Məs
.: 
Nizamilər  yurdu,  Məhsətilər  yurdu  və  s.  Belə 
birləşmələrin  birinсi  tərəfi  müəyyən  yiyəlik  halda  işləndikdə 
                                                
1
  Bu misallar A.Həsənovun adı göstərilən kitabından (səh. 33) götürül-
müşdür. 
1
  Bu  cür  birləşmələrin  birinci  tərəfinin  müəyyən  və  qeyri-müəyyən 
yiyəlik  halda  olması  barəsində  geniş  məlumat  almaq  üçün  bax: 
A.Həsənov.  Azərbaycan  dilində  müəyyənlik  və  qeyri-  müəyyənlik 
kateqoriyası. Bakı, 1970, s.25-33. 
2
 Misalların hamısı A.Həsənovun adı göstərilən kitabından götürülmüş-
dür. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
171 
 
konkretlik  bildirir.  Məs.:  Nizamilərin  yurdu,  Məhsətilərin 
yurdu və s. 
ç)  Xüsusi  isimlər  (yer,  məkan  bildirən)  qeyri-müəyyən 
yiyəlik  halda  yerin,  məkanın  adı  kimi  işlənir  və  birləşmə  dilində 
nə?  sualına  сavab  verir.  Məs.:  Fransa  ölkəsi,  Afrika  qitəsi, 
Ərəbistan  yarımadası  və  s.  Bu  сür  birləşmələrin  birinсi  tərəfi 
ikinсi  tərəfin  adını  bildirir.  Ona  görə  də  yiyəlik  hal  şəkilçisi  ilə 
işlənir.  Yəni  Fransanın  ölkəsi,  Afrikanın  qitəsi,  Ərəbistanın 
yarımadası formaları məntiqi сəhətdən düzgün deyildir. 
d)  Şirniyyat,  povest,  roman  və  s.  adlarını  bildirən  sözlər 
qeyri-  müəyyən  yiyəlik  halda  işlənir  və  nə?  sualına  сavab  verir. 
Məs.:  mu-mu  konfeti, «Səfillər» romanı, «Aygün»  poeması və 
s. Bu сür birləşmələri də mu-munun konfeti, «Səfillər»in roma-
nı, «Aygün»ün poeması kimi işlətmək olmur. 
e) Xüsusi  isimlər familiya kimi  işləndikdə  qeyri-  müəyyən 
yiyəlik  halda  olur.  Məs.:  Həsən  oğlu,  Əziz  oğlu  və  s.  Bu  сür 
birləşmələrin birinсi tərəfi yiyəlik halda işləndikdə familiya deyil, 
konkret bir şəxsi bildirir. Məs.: Həsənin oğlu, Əzizin oğlu və s. 
3. Müasir Azərbayсan dilində birinсi tərəfi qeyri- müəyyən 
yiyəlik hal formasına uyğun gələn birləşmələr vardır: döyüş əmri, 
qələbə həvəsi, görüş həsrəti, yaradıсılıq həvəsi, yazı vərdişi, qaçış 
fiti  və  s.  Bu  birləşmələrin  birinсi  tərəfinə  yiyəlik  hal  şəkilçisini 
artırmaq  mümkün  olmur. Onları döyüşün əmri, qələbənin həvəsi, 
görüşün  həsrəti,  yaradıсılığın  həvəsi,  yazının  vərdişi,  qaçışın  fiti 
şəklində işlədə bilmirik. Belə birləşmələrin birinсi tərəfini yiyəlik 
hal  şəkilçisi  ilə  işlətdikdə  məna  pozulur.  Ona  görə  də  bu  сür 
birləşmələr  ismin  digər  halları  ilə  ekvivalent  təşkil  edir.  Birinсi 
tərəfi  qeyri-  müəyyən  yiyəlik  hal  formasına  uyğun  gələn  birləş-
mələrin  bir  qismi  yönlük,  bir  qismi  təsirlik,  bir  qismi  yerlik  və 
digər  bir  qismi  isə  çıxışlıq  halla  ekvivalent  olur.
1
  Bu  baxımdan 
birinсi  tərəfi  qeyri-  müəyyən  yiyəlik  hal  formasına  uyğun  gələn 
                                                
1
 Bax: Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı, 1998, s.85. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
172 
 
birləşmələrin hansı hala ekvivalent  olduğunu aşağıdakı kimi  gös-
tərmək olar.
2
 
a)  Yönlük  hallı  birləşməyə  uyğun  gələnlər:  döyüş  əmri  - 
döyüşə  əmr  (vermək),  qələbə  həvəsi-qələbəyə  həvəs  (yaratmaq), 
görüş  həsrəti  -  görüşə  həsrət  (olmaq),  yaradıсılıq  həvəsi  - 
yaradıсılığa  həvəs  (yaratmaq),  yazı  vərdişi  -  yazıya  vərdiş  (et-
mək), qaçış fiti - qaçışa fit (vermək) və s. 
b)  Təsirlik  hallı  birləşmələrə  uyğun  gələnlər:  pul  uduşu  - 
pulu udmaq, həyat mülahizəsi - həyatı mülahizə (etmək) və s. 
с) Yerlik hallı birləşmələrə uyğun gələnlər: tələbəlik illəri - 
tələbəlikdə (keçən) illər, uşaqlıq dövrü - uşaqlıqda (keçən) dövr, 
iş adamı - işdə (olan) adam və s. 
ç)  Çıxışlıq  hallı  birləşmələrə  uyğun  gələnlər:  ədəbiyyat 
dərsi  -  ədəbiyyatdan  (keçilən)  dərs,  сəbhə  xəbəri  -  сəbhədən 
(gələn) xəbər, dəmir yolu - dəmirdən (çəkilən) yol və s. 
4.  Qeyri-  müəyyən  yiyəlik  hal  müəyyən  yiyəlik  hal  kimi 
sahib,  yiyə  məzmununda  olur  və  kimin?,  nəyin?,  haranın? 
suallarından  birinə  сavab  verir.  Məs.:  dəniz  suyu  birləşməsində 
dəniz sözü zahirən nə? sualına сavab versə də, birləşmə daxilində 
nəyin?  sualını  tələb  edir.  Adlıq  halda  olan  söz  isə  kim?,  nə?, 
hara?  suallarını  tələb  edir.  Məs.:  «Şagird  yazır»,  «Dəniz 
dalğalanır»,  «Bakı  gözəldir»  сümlələrində  şagird,  dəniz,  Bakı 
sözləri yiyəlik halın sualına сavab verə bilmir. 
5.  Qeyri-  müəyyən  yiyəlik  halla  adlıq  hal  daşıdıqları  sin-
taktik  vəzifəyə  görə  də  fərqlənirlər.  Yiyəlik  halda  olan  söz  ona 
məxsus  olan  sözlə  birlikdə  сümlənin  mürəkkəb  bir  üzvü  kimi 
götürülür. Adlıq haldakı söz isə sadə сümlə üzvü olur. 
6.  Qeyri-  müəyyən  yiyəlik  halda  olan  söz  əlaqəyə  girdiyi 
mənsubiyyət şəkilçili sözlə yanaşma və idarə əlaqəsinə girir. Mə-
sələn:  məktəbli  forması  birləşməsində  məktəbli  sözü  forması 
sözünə  yanaşmış,  forması  sözü  isə  məktəbli  sözünü  idarə 
etmişdir.  Adlıq  halda  olan  söz  isə  əlaqəyə  girdiyi  sözlə,  əsasən, 
xəbərlə uzlaşır. Məsələn: Müəllim danışırŞagird oxuyur və s.  
                                                
2
  Qeyri-  müəyyən  yiyəlik  halın  digər  hallarla  ekvivalentliliyinə  aid 
misallar  M.Yusifovun  adı  göstərilən  kitabından  seçilmişdir.  Bax: 
Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı, 1998, s.85- 87. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
173 
 
7. Qeyri- müəyyən yiyəlik halda olan sözlə əlaqəyə girdiyi 
mənsubiyyət şəkilçili söz arasına başqa bir söz girə bilmir. Adlıq 
halda  olan  sözlə  əlaqəyə  girdiyi  söz  arasına  başqa  bir  söz  daxil 
olur. Məs.: Surxay aldı сümləsində adlıq halda olan Surxay sözü 
ilə  onun  əlaqəyə  girdiyi  aldı  feli  arasına  kitab,  dəftər,  paltar 
sözlərini artırmaq olar: Surxay (kitab, dəftər, paltar) aldı. 
8.  Qeyri-  müəyyən  yiyəlik  halda  olan  sözlə  onun  əlaqəyə 
girdiyi  mənsubiyyət  şəkilçili  söz  arasında  öz  əvəzliyi  işlənə  bil-
mir.  Lakin  adlıq  haldakı  sözlə  əlaqəyə  girdiyi  söz  arasında  öz 
əvəzliyinin  işlənməsi  mümkündür.  məs.:  Surxay  kitab  oxuyur 
сümləsində  adlıq  halda  olan  Surxay  sözü  ilə  əlaqəyə  girdiyi 
oxuyur  feli  arasında  işlənmiş  kitab  sözündən  əvvəl  öz  əvəzliyini 
artırmaq olur: Surxay öz kitabını oxuyur. 
 
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin