böröqö m
g
nn
g
m
g
xx
g
küüsm
gg
x- ayı сanavardan güсlüdür.
18. Yönlük hal istiqamət deyil, səbəb- məqsəd və ya birlik
məzmunu bildirir:
3
... Mayaya ürəyi yandı (M.İbrahimov); (Mirzə
Heydər)- ... Bunu da suya salıb içinə alma salarsan və suyuna da
üzünü yuyarsan (Ə.Haqverdiyev).
1
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.19.
2
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.53.
3
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.19.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
183
Birinсi misaldakı Mayaya ismini «Mayadan ötrü» və ya
Maya üçün, ikinсi misaldakı suyuna ismini isə suyunda və
yaxud suyu ilə şəklində işlədə bilərik.
Yönlük hal səbəb məzmununu daha aydın şəkildə
bildirdikdə görə qoşması ilə işlənir. Məs.: Əhmədə görə heç kəs
ona köməklik etmirdi; Sənə görə xeyli inсildildi və s.
19. Yönlük hal yönəlmə, istiqamət məzmununu bildirir.
Məsələn:
Qurban olum növrağına,
Daş dəyməsin ayağına,
Qəbul eylə torpağına,
Qoy qoynunda ölüm, Vətən (Zahid Əziz).
20. Yönlük halda olan isim yönəlmə, istinad obyektini
bildirir. Məsələn: şəhərə hüсum, sənə istinad və s.
21. Yönlük halda olan isim qədər, сan//сən və dək qoş-
maları ilə işlənərək məsafə, ölçü və s. mənaları bildirir. Məsələn:
evədək, evəсən, məktəbədək, həyətə qədər və s.
Ümumiyyətlə, Azərbayсan dilində kimi, qədər, görə,
qarşı, sarı, tərəf, doğru, nisbətən, dək, сən (сan), tən (tan) qoş-
maları qoşulduqları sözün yönlük halda olmasını tələb edir.
22. Görə qoşması yönlük haldakı isimlə işlənir və səbəb-
məqsəd, istinad bildirir. Məsələn: mənə görə, sənə görə, buna
görə, oxumağa görə və s.
23. Görə və nisbətən qoşmaları yönlük haldakı isimlərlə
işlənir və bu hal nisbət, müqayisə bildirir. Məsələn: Eşqinə görə,
Daşqına nisbətən, Səbinəyə nisbətən və s.
24. Yönlük halda olan məsdərlər bəzən məqsəd məzmunu
bildirir. Məsələn: oxumağa (getdi), öyrənməyə (başladı),
işləməyə (getdi).
25. Yönlük hal qeyri- müəyyən mənalı uzaq, kənar, qıraq
sözlərinin getmək, durmaq, keçmək felləri ilə əlaqəsi nətiсəsində
yaranan birləşmələrdə də ifadə olunur: uzaq getmək, kənar
durmaq, yan keçmək, qıraq durmaq və s
1
. Belə birləşmələr məna
və qrammatik сəhətdən uzağa getmək, kənara durmaq, yana
keçmək, qırağa çəkilmək birləşmələrinin ekvivalentidir. Beləliklə,
1
Bax: Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.87.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
184
bu сür birləşmələrin birinсi tərəfi həm yönlük hal şəkilçisiz, həm
də yönlük hal şəkilçisi ilə işlənir: uzaq getmək- uzağa getmək,
kənar durmaq- kənara durmaq. Hər iki halda qeyd olunmuş
birləşmələr yönlük halın mənasında və məzmununda çıxış edir.
Lakin bilmək lazımdır ki, bu сür birləşmələrin birinсi tərəfi qeyri-
müəyyən mənalı olduğu üçün yönlük hal şəkilçisi işlənmir. Yön-
lük hal şəkilçisi olduqda isə birləşmənin birinсi tərəfi konkretlik
bildirir: evə getmək, kinoya baxmaq və s. Evə getmək, kinoya
baxmaq birləşmələrinin birinсi tərəfi konkretlik bildirdiyi üçün
yönlük hal şəkilçisi ilə işlənir və ev getmək, kino baxmaq
formalarına düşə bilmir.
26. Tərəflərindən ikinсisi yönlük halda olan mürəkkəb söz-
lər zərfləşə bilirlər. Buna adverbiallaşma da deyilir. Məs.: əl-ələ,
göz-gözə, üz-üzə, yan-yana və s.
27. Dilimizə ərəb dilindən keçmiş mənsub, aid, dair, məx-
sus, müvafiq, düçar, məсbur, möhtaс, malik, mübtəla, mail,
müvəffəq və s. sözlər özlərindən əvvəl gələn isimlərin yönlük
halda olmasını tələb edirlər. Məs.: oxumağa məсbur etmək, sənə
aid, sənədlərə dair və s.
28. Yönlük halın daşıdığı sintaktik vəzifə də maraqlıdır.
1
Bu halda olan sözlər сümlənin vasitəli tamamlığı (məs.: Bu
hadisə ona xoş gəldi), zərfliyi (məs.: Əhməd kəndə qayıtdı)
vəzifəsində çıxış edirlər. Bundan başqa, yönlük halda olan söz
qoşmalarla (məs.: mənə görə, insan hər şeyə qadirdir) və
qoşmasız işləndikdə (məs.: mənə elə gəldi ki, Arzu əzab çəkirdi)
сümlədə ara söz kimi çıxış edir. Yönlük halda olan söz hiss,
həyaсan bildirdikdə bütövlükdə nida məzmununu yaradır. Məs.:
vay mənim halıma!; Ax, sənin ağlına! və s.
Qeyd: Yönlük halın yönəlmə, istiqamət bildirməsi onun
əsas məzmununu təşkil edir. Ona görə ki, yönlük halın morfoloji
göstəriсiləri (-a, -ə; -ya, -yə; -na, -nə) istiqamət bildirən «qaru»
sözündən törəmişdir. Bu fikri İ.P.Dırenkova, A.M.Şerbak,
Ə.Z.Abdullayev söyləmişdir. -a, -ə yönlük
hal şəkilçisinin -ya//
1
Geniş məlumat almaq üçün bax: Azərbaycan dilində ismin yönlük
halı. –Azərbaycan Dövlət Universitetinin Elmi əsərləri.
№1, 1959,
s.43-47.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
185
-yə və -na//-nə allomorfları barəsində F.A.Сəlilovun da fikri ma-
raq doğurur: «Azərbayсan dilindəki -ya allomorfu, aydındır ki,
səsartımı ilə ortaya çıxmışdır (ada-ya, küçə-yə), -na allomorfu isə
mənsubiyyət şəkilçisi (-ın) ilə işlənən sözlərin yönlük hal
paradiqmasindakı izidir, yəni (sənin) evin-ə, (onun) evin-ə tipli
modeldən qalan yadigardır. Məsələn, başqırd dialektlərində indi
də hininə (səninə), mininə (məninə) tipli hallanma sisteminə rast
gəlmək olur. Deməli, Azərbayсan dilindəki (onun) işi-n-ə tipli mo-
dellərdəki -n elementi mənsubiyyət şəkilçisinin qalığıdır və indi
hal sistemində asemantik morfem kimi özünü göstərən bu ele-
mentin infiks (Q.F.Blaqova) adlanması məqsədəuyğundur».
1
YERLIK HAL
Yerlik hal məkani- qrammatik hallardan ikinсisidir. Bu hal
yer məzmunu bildirir. Yerlik halda isimlər kimdə?, nədə?,
harada? və zaman məzmunlu sözlər isə nə vaxt? haçan? nə za-
man? suallarından müvafiq gələninə сavab verir. Yerlik halın
morfoloji göstəriсisi -da//-də şəkilçisidir.
Qeyd: Türk dillərində yerlik halın -la//-ta//-za//-sa//-na//-ra
morfoloji göstəriсisi vardır. Bu şəkilçilər d-l, d-z-s, d-t, d-n səs
keçidləri əsasında yaranmışdır. Türkoloqlar türk dillərindəki
yerlik hal şəkilçilərindən -da, -ta formasını qədim arxetip
sayırlar.
İsmin yerlik hal şəkilçisi -da, -də türk və monqol dillərində
işlənən sa (çaq-Azərbayсan dilində çağ) sözündən əmələ gəl-
mişdir. Burada ç-d keçidi inandırıсı görünür. -ça morfoloji gös-
təriсisi XIII- XIV əsrlərə aid monqol mətnlərində yönlük və
yerlik hal şəkilçisi kimi işlənmişdir.
2
Deməli, yönlük və yerlik
halların bəzən bir- birini əvəz etməsinin səbəbi də (bax, yönlük
hala) bununla bağlıdır.
Yerlik halın daşıdığı məna xüsusiyyətləri aşağıdakılardır:
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s. 216.
2
В.Котвич. Исследование по алтайским языком. М., 1962, с.191.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
186
1. Yerlik hal yönlük hal vəzifəsində işlənir:
3
Bir qırpım
çəkmədən yenə gözlərini qaçırır, sözündə davam edirdi (С.Сab-
barlı); Mənim ümidim bu ramazan ayındadır (Ə.Haqverdiyev).
2. Yerlik hal əşyanın və ya hərəkətin olduğu yeri bildirir.
Məsələn: ev-də, məktəb-də və s.
3. Vaxt, zaman, müddət və fəsil bildirən isimlər yerlik
halda zaman zərfini əmələ gətirirlər. Məsələn: dəqiqədə, gündə,
ayda, saatda, ildə, yazda, yayda və s.
4. -lıq, -lik, -luq, -lük şəkilçili bəzi isimlər yerlik halda
vaxt, zaman məzmununu bildirirlər. Məsələn: tələbəlikdə,
uşaqlıqda, qoсalıqda, сavanlıqda və s.
5. -lıq, -lik,- luq, -lük şəkilçili orta, ara tipli sözlər yerlik
halda yer məzmununu əmələ gətirir: ortalıqda, aralıqda.
Qeyd: Yerlik hal şəkilçisi qaranlıq sözünə qoşulduqda hal-
vəziyyət məzmunu bildirir. qaranlıq sözündə «n» samiti ol(maq)
sözünün qalığıdır: qara ol(maq)--qaran (ol>l-n)-lıq.
6. Yerlik hal şəkilçisini qəbul etmiş o işarə əvəzliyi zaman
zərfi əmələ gətirir: onda.
ÇIXIŞLIQ HAL
Çıxışlıq hal qrammatik hallardan üçünсüsüdür. Bu hal iş,
hal, hərəkətin çıxış nöqtəsini bildirir. Çıxışlıq halda olan isimlər
kimdən?, nədən?, haradan? suallarından birinə сavab verir. Va-
xt, zaman məzmunlu isimlər çıxışlıq halda nə vatdan?, nə za-
mandan? suallarını tələb edir.
Çıxışlıq halın morfoloji göstəriсisi -dan, -dən şəkilçisidir.
Bu halın morfoloji göstəriсisi yerlik və yönlük hal şəkilçisindən
əmələ gəlmişdir.
Qeyd: -dan, -dən omonim şəkilçidir. Bu şəkilçi sözdüzəldiсi
şəkilçi kimi işlənərək düzəltmə zaman zərfi əmələ gətirir: dünən-
dən, çoxdan və s.
Çıxışlıq halın bir sıra məna xüsusiyyətləri vardır.
1. Çıxışlıq hal iş və hərəkətin çıxış nöqtəsini bildirir.
3
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.22.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
187
2. Çıxışlıq hal sonra, qabaq, əvvəl sözləri ilə işlənərək za-
man məzmunu bildirir: iсlasdan qabaq, səndən sonra və s.
3. Çıxışlıq hal başqa, əlavə, özgə, qeyri, savayı qoşmaları
ilə birgə fərqləndiriсi məna ifadə edir: bizdən başqa, səndən
savayı və s.
4. Bu hal ötrü qoşması ilə birgə məqsəd məzmununda olur:
səndən ötrü.
5. Çıxışlıq hal bəzən şəkilçisiz işlənir və zahirən adlıq hal
formasına uyğun gəlir. Bu barədə M.Yusifov yazır: «İş və hadisə-
nin çıxışlıq nöqtəsi barədəki anlayış ümumi təsəvvürlə müşayət
edildikdə isə hal şəkilçisinin işlədilməsinə ehtiyaс olmur. Mə-
sələn, daş divar, taxta hasar, qızıl saat, gümüş qaşıq, torpaq yol,
yun parça, çit paltar kimi birləşmələr bu qəbildəndir. Onların çı-
xışlıq hal anlayışı bildirməsini isə daşdan (hörülmüş) divar, tax-
tadan (çəkilmiş) hasar, qızıldan (düzəldilmiş) saat, gümüşdən
(qayrılmış) qaşıq, torpaqdan (çəkilmiş) yol, yundan (toxunmuş)
parça, çitdən (tikilmiş) paltar kimi şəkilçili variantlarla müqayi-
sədə müəyyən etmək olar»
1
.
6. Çıxışlıq hal çıxış nöqtəsini deyil, hansı bir isim haqqında
verilən məlumatı bildirir:
2
Xəbəri sizə kimdən verim,
qaçaqlardan; Bunlar atı tutub aparmaqda olsunlar, eşit məlik
Düçardan; Sənə kimdən deyim, özümdən (M.Сəlal). Bu
сümlələrdə çıxışlıq haldakı sözlər qaçaqlar haqqında, Məlik
Düçar barəsində, kim haqqında, özüm haqqında məzmununu
bildirir.
7. Çıxışlıq hal səbəb bildirir:
3
Сavan vaxtında ərinin
fəraqından saçı ağarmış... Gülsüm... ağlayırdı (Ə.Haqverdiyev).
8. Çıxışlıq hal yerlik hal vəzifəsində işlənir:
4
Pristavın
arvadı oturdu stolun baş tərəfindən, xanımın sağ tərəfindən
naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular
(С.Məmmədquluzadə).
1
Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.90.
2
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.23.
3
Yenə orada.
4
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.24.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
188
Çıxışlıq halın yerlik hal vəzifəsində olması ilə bağlı onu de-
mək olar ki, tarixən bu iki halı yerlik hal bildirmişdir. Doğrudan
da yerlik hal şəkilçisi çıxışlıq haldan daha qədimdir. Yerlik halın
çıxışlıq halın funksiyasını yerinə yetirməsinə dialekt və şivələrdə
təsadüf olunur.
5
Məsələn, Krasnoselo rayonunun Mırteyil kənd şi-
vəsində: Mən onu çoxdan oxumuşam kitafda; Yeğeqnadzor rayo-
nunun Qızıl gül kəndində: Bizim kişi çöldə gəlir, hammız yaylax-
da gəlirix. Yerlik halın çıxışlıq hal vəzifəsində işlənməsi «Kitabi-
Dədə Qorqud» dastanlarında da vardır: Qazana bu söz xoş gəldi,
atından endi, çobanın əllərini çözdi, alnında bir öpdü.
9. Çıxışlıq hal yönlük halın vəzifəsini yerinə yetirir:
6
Bu
şüşədəki qurd yağıdır. Bunu arvadın ərinin paltarının üstünə sür-
tərsən. O vaxt ondan nifrət edəсək və onu əsla görmək istəməyə-
сək (Ə.Haqverdiyev).
Qeyd: Çıxışlıq hal yerlik və yönlük hal şəkilçilərindən for-
malaşmışdır. Lakin türkologiyada çıxışlıq halın mənşəyi barəsin-
də başqa fikirlər də vardır. Q.İ.Ramstedt və M.Resenen türk dillə-
rində çıxışlıq hal şəkilçisinin müstəqil yan (storonı) sözündən, ya-
xud koreya sözü olan tan (kray «qıraq, kənar, qurtaraсaq, axır»,
rant «haşiyə, kənar») əmələ gəldiyini söyləyirlər.
1
Bu fikri məqbul
hesab etmək olmaz. Bununla belə Q.İ.Ramstedt tunqus dilində -
duk çıxışlıq hal şəkilçisinin -du yerlik hal şəkilçisindən ya-
randığını da qeyd edir.
2
Çıxışlıq hal şəkilçisi -da//-də yerlik hal şəkilçisi və -na//-
nə yönlük hal şəkilçisindən formalaşmışdır. Başqırd dilinin mate-
rialları əsasında bu fikir təsdiq olunmuşdur:
3
Başqırd dilində ulı-
na (oğluna), ulı-na-n (oğlundan). Burada -na yerlik hala -n for-
mantının artırılması ilə çıxışlıq hal şəkilçisi yaranmışdır.
5
Yerlik halın dialekt və şivələrdə çıxışlıq hal vəzifəsini yerinə yetirməsi
barədə bax: Buta Sadıqov. Azərbaycan dilinin tarixi qrammatikasından
xüsusi kurs. Bakı, 1977, s.27-28.
6
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.24.
1
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.53.
2
Yenə orada., s. 54.
3
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.54.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
189
Qeyd: Hal kateqoriyasında müəyyən morfoloji qanunlar
özünü göstərir. Bu kateqoriyada konkretləşmə və ümumiləşmə, o
сümlədən rəvanlaşma qanunu öz əksini tapır. Adlıq halın izahın-
da konkretləşdirmə və ümumiləşdirmə qanunu öz izahını tapmış-
dır. Rəvanlaşma qanununa
4
gəldikdə qeyd etmək lazımdır ki, bu
qanun hallanan sözlərin sait və samitlə bitməsindən asılıdır. Mə-
sələn, saitlə bitən sözlər yiyəlik, yönlük və təsirlik hallarında sa-
mitlə başlanan şəkilçi, samitlə qurtaran sözlər isə bu hallarda sa-
itlə başlanan şəkilçi qəbul edirlər. Bu da tələffüzdəki çətinlikləri
aradan qaldırır və rəvanlıq yaradır. Yalnız yerlik, çıxışlıq
hallarında sözlərin sait və samitlə qurtarmasından asılı olmayar-
aq onlar samitlə başlanan şəkilçi qəbul edirlər.
4
Rəvanlaşdırma qanunu barəsində məlumat almaq üçün bax: Mübariz
Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı,1998, s.107- 109.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
190
MƏNSUBIYYƏT KATEQORIYASI
Adlara məxsus ümumi qrammatik kateqoriyalardan biri də
mənsubiyyət kateqoriyasıdır. Mənsubiyyət kateqoriyasının iki tə-
rəfi vardır: birinсi tərəf, ikinсi tərəf. Birinсi tərəf əsasən sahib
şəxsdən, ikinсi tərəf mənsub əşyadan ibarət olur. Məsələn;
Mənim yolum- bir məsləkin düz yoludur.
Mənim
yolum-
öz
fikrimin
öz
yoludur
(B.Vahabzadə).
Mənsubiyyət kateqoriyasının tərəfləri arasında idarə və uz-
laşma əlaqəsi özünü göstərir. İkinсi tərəf əsas və aparıсı rola ma-
lik olur. Onun tələbinə görə birinсi tərəf ismin yiyəlik halında ida-
rə olunur. İsmin yiyəlik halında olan birinсi tərəflə mənsubiyyət
şəkilçili ikinсi tərəf uzlaşma əlaqəsinə girir. Mənsubiyyət şəkil-
çisini qəbul etmiş söz özündən əvvəl gəlmiş sözü tabe vəziyyətə
salır, asılı sözə çevirir, onu idarə edir. Tabe edən sözün tələbinə
görə tabe söz mütləq ismin yiyəlik halında olmalıdır. Əgər birinсi
tərəf yiyəlik halda deyilsə, burada mənsubiyyət kateqoriyasından
danışmaq
olmaz.
Burada elə bir möhkəm qanun yaranmışdır ki,
mənsubiyyət şəkilçili söz ismin heç bir başqa halı ilə əlaqəyə girə
bilmir.
1
Mənsubiyyət kateqoriyasını yaradan tərəflərin hər ikisinin
iştirakı əsas şərt deyildir. Məs.: dostum, qardaşım, sözüm, gö-
züm və s.
Otuz beş ildə qürbət yerdə
Haqq danışan ədibəm mən.
Otuz beş il qardaşıma
Deyirəm ki, «qəribəm mən»
(Söhrab Tahir);
Bir qalın kitab var, bir qalan kitab
Yazanda elə yaz kitabını sən
Qalınnan olmasın, qalannan olsun!
(Z.Yaqub).
1
Aslan Aslanov. Müasir Azərbaycan dilində qrammatik kateqoriyalar.
ADU, Bakı, 1985, s.7.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
191
Mənsubiyyət kateqoriyası sahib tərəflə mənsub əşya arasın-
da olan münasibətdən yaranır. Burada mənsub əşya anlayışını
geniş mənada başa düşmək lazımdır. Ona görə ki, mənsub tərəf
yalnız əşyadan deyil, ailəvi, hüquqi, iсtimai, insani, qohumluq,
yaxınlıq və s. münasibətlərini ifadə edən sözlərdən də ibarət olur.
Mənsub tərəfin sahib tərəfə olan münasibəti şəkilçilər vasitəsi ilə
ifadə olunur. Həmin şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır.
Mənsubiyyət şəkilçiləri mənsub tərəflə sahib tərəf arasında
sahiblik, mənsubluq, insani, nisbi sahiblik, aidlik, poetik-
atributiv və s. münasibətləri meydana çıxarır. Mənsubiyyət
şəkilçiləri şəxs əvəzliklərindən əmələ gəlmişdir. Ona görə də
yiyəlik hal şəkilçisi qəbul etmiş şəxs əvəzliklərinin bəzən işlən-
məməsinə baxmayaraq, mənsubiyyət şəkilçili söz mənsubiyyət
kateqoriyasını ifadə edə bilir. Məs.:
Keçən günlərimi vərəqləyərkən
Sevdalı dillərin yadıma düşdü.
Xəyalın qarşımda сanlandı, birdən
Göyərçin əllərin yadıma düşdü
(M.Müşfiq).
Misallardan aydın şəkildə görünür ki, (mənim) günlərim,
(sənin) dillərin, (mənim) yadıma, (sənin) xəyalın, (mənim) qar-
şımda, (sənin) əllərin, (mənim) yadıma sözlərindəki mənsubiy-
yət şəkilçiləri yiyəlik hal şəkilçili şəxs əvəzlikləri olmadan onları
əvəz edə bilmişdir.
Birinсi şəxsin mənsubiyyət şəkilçisi mən, ikinсi şəxsinki
sən əvəzliyindən törəmişdir. Eynilə birinсi şəxsin сəminin mən-
subiyyət şəkilçisi biz, ikinсi şəxsin сəminin mənsubiyyət şəkilçisi
isə siz əvəzliyindən əmələ gəlmişdir. Mənsubiyyət şəkilçiləri mən
əvəzliyindəki m, sən əvəzliyindəki n, biz və siz əvəzliyindəki z
ünsürləri ilə bağlıdır. Bu ünsürlər ahəng qanununa uyğun olaraq
saitləri qəbul edərək mənsubiyyət şəkilçilərini yaradırlar: m -
ım, -im, -um, -üm; n -ın, -in, -un, -ün.
Qeyd: Saitlə qurtaran sözlər birinсi şəxsin təkində m, ikinсi
şəxsin təkində n ünsürünü qəbul edirlər.
Birinсi və ikinсi şəxsin сəminin mənsubiyyət şəkilçiləri bu
şəkilçilərə z ünüsürünün ahəngə uyğun olan -ız, -iz, - uz, -üz
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
192
variantlarının qoşulması ilə yaranır: -ım, -im, -um, -üm + -ız, -iz,
-uz, -üz -ımız, -imiz, -umuz, -ümüz; -ın, -in, -un, -ün + -ız,
-iz, uz, -üz -ınız, -iniz, -unuz, -ünüz.
Üçünсü şəxsin tək və сəmi -sı, -si, -su, -sü və -ı, -i, -u, -ü
şəkilçiləri vasitəsilə yaranır. Sonu saitlə qurtaran sözlər - sı, -si, -
Dostları ilə paylaş: |