28 fevral 2014-ъц ил
http://www.amu.edu.az
7
Sirkon mineralı
kimyəvi tərkibcə
sirkonium-silikatdır
- Zr Sio
4
. Mineralın
adı fars dilində
olan sarqun - qızılı
rəngli (farca Sar -
«qızıl», qunn - «rəng»
deməkdir) sözdən
əmələ gəlmişdir.
daha gözəl olan
qızılı-sarı və qırmızı sirkonla yanaşı qəhvəyi,
sarımtıl-yaşıl, göy rəngli, rəngsiz və hətta qara
rəngli sirkon da təsadüf edilir. Qızılı-qırmızı
daşlar hiasintam adlandırılır.
Qədim yunan əfsanəsinə görə Hiasint
mübahisədə Günəş, işıq və müdriklik allahı
Apollonun atdığı disklə öldürülmüşdür. Gənc
oğlanın torpağa tökülmüş qan damcıları hiasint
gülünə çevrilmişdir. Onlar da daşlaşaraq qiymətli
daş olmuşlar. Zərgərlik işində çox vaxt qəhvəyi
rəngli sirkon istifadə olunur. Onlar yandırıldıqdan
sonra çox gözəl mavi rəng alırlar. Sirkon yataqla-
rının Braziliyanın, Seylonun, Birmanın ərazisində
olması məlumdur. Eyni zamanda Avstraliya,
Madaqaskar və Cənubi Norveçdə də sirkon tapılır.
Rusiyada sirkon Qərbi və Cənubi Primoryedə,
habelə Uralda hasil edilir.
Hazırkı dövrdə hesab edilir ki, sarı-qırmızı
rəngli sirkonlar hipofizə, əzgiləbənzər vəziyə
müsbət təsir göstərir və qara ciyərin işini stimul-
laşdırır, iştahanı yaxşılaşdırır. Onlar qəbizlik,
mədənin zəifləmiş sekresiyası, pielonefrit və
bağırsaqların atoniyası zamanı köməklik göstərir.
Sirkon emosional müvazinətin əldə olunmasını
təmin edir və yuxusuzluğu müalicə edir.
Uzaq keçmişdə qırmızı sirkon tacirlərin,
artistlərin və səyyahların həmayili olmuşdur. He-
sab edilir ki, sirkon əqli qabiliyyəti yaxşılaşdırır
və elmlə məşğul olmaq arzusu həvəsləndirir. O,
insana qəlbində öz gücünə, nikbinliyə və gümrah-
lığa inam yaradır.
Sirkon insanda təpədə yerləşən və baş be-
yin vəzilərini qidalandıran aktiv mərkəzə təsir
göstərir. Bu daş mənəviliyin, dindarlığın və
kosmosun ali qüvvəsi ilə əlaqənin inkişafını təmin
edir.
Sirkonla bəzədilmiş zinət əşyalarını, əsasən,
Qoç və Dolça bürcündə doğulanların taxması
məqsədəuyğundur.
Сащиб ЯщмЯдов,
Цмуми эиэийена вя еколоэийа
кaфедрасынын досенти
Kafedranın kitab rəfi
Həkim məsləhəti
Uzun illər Azərbaycan dilində
əmək gigiyenasına aid dərsliyin ol-
maması bu fənnin bir elm kimi sis-
temli şəkildə tədrisində çətinliklər
yaradırdı.
Hazırkı dərslik sanitar – epide-
miolji xidmətin bir çox sahələri,
o cümlədən sanitar- gigiye-
nik monitorinqləri, zərərli peşə
risqlərinin qiymətəndirlməsini, yeni
texnika və texnologiyaların işçi
orqanizminə və əmək qabiliyyətinə
spesfik və qeyri- spesfik təsirlərini,
habelə onlardan qorunmaq üçün
profilaktik
tədbirlərin
həyata
keçirilməsi yollarının öyrənilməsini
nəzərdə tutur.
Kitabda ümumi əmək gigiyena-
sının nəzəri bölməsinə daxil olan
bütün mövzular peşə ilə əlaqədar
yaranan xəstəliklər, əmək fizio-
logiyası, istehsalat mikroiqlimi,
yüksək və aşağı atmosfer təzyiqi
şəraitində əmək gigiyenası, əmək
gigiyenasında və nanotexnologi-
yalar nanohissəciklər, o cümlədən
fiziki, kimyəvi və bioloji istehsalat
amilləri, istehsalat zəhərlərinin
əsas xarakteri, sənaye allergenləri
və peşə xəstəlikləri, sənaye
konserogenləri, reproduktiv sağ-
lamlıq,
istehsalat
işıqlanması
və ventilyasiyası, fərdi mühafizə
vasitələri (FMV) əmək gigiyena-
sında sanitar- epidemioloji nəzarət
kimi məsələlər öz əksini tapmışdır.
Dərslik ATU-nun tibbi-profilakti-
ka fakültəsinin proqramına uyğun
olaraq tələbələr üçün nəzərdə
tutulsa da, lakin ondan diplom-
dan sonrakı təhsil zamanı mü-
vafiq ixtisas həkimləri, orta tibb
məktəbinin tələbələri və müxtəlif
sanitar nəzarəti orqanlarında çalı-
şan mütəxəssislər də istifadə edə
bilərlər.
Dərslikdə
zərərli
amillərin
mənbələri, onların işçi orqanizminə
mənfi təsiri, normallaşdırılması və
profilaktika məsələlərinin işıq-
landaralması üçün qüvvədə olan
Dövlət Standartları, Sanitariya
Qaydaları, metodik tövsiyələr və
təlimatlardan istifadə edilmişdir.
Hər iki dərslik Azərbaycan Tibb
Universitetinin Mərkəzi Tədris Me-
todik Komissiyasının təsdiq etdiyi
proqrama uyğun olaraq tərtib edil-
mişdir.
Dərslikdə
uşaq
və
yeni-
yetmələrin böyümə və inkişafı,
sağlamlıq vəziyyəti, orqanizmin
möhkəmləndirilməsi, onların əqli
və fiziki fəaliyyətinin öyrənilməsi,
habelə, uşaq müəssisələrinin plan-
laşdırılması, inşası, avadanlıqlarla
təchizatının gigiyenası, uşaqların
qidalanmasının fizioloji əsasları,
onların təlim-tədris prosesinin gi-
giyenik qiymətləndirilməsinə aid
müayinə üsulları verilmişdir.
Dərsliyə ən yeni müasir müayinə
üsulları salınmışdır ki, bunlar uşaq
və yeniyetmələrin tibbi təminatı,
əmək və istehsalat tədrisinin
təşkili, uşaq və yeniyetmələrin fizi-
ki tərbiyəsi, orqanizmin funksional
vəziyyətinin qiymətləndirilməsi və
s. əhatə edir.
Kitab hazırlanarkən kafedranın
pedaqoji təcrübəsi əsasında prinsi-
pial məsələ kimi vahid tədris meto-
dikası sisteminə əməl olunmasına
xüsusi diqqət verilmişdir.
Ayrı- ayrı mövzuların tərtibi za-
manı əsas məqsəd, tələbələrin
gələcək ixtisaslarına uyğun olaraq
bilik və bacarıqlarının artırılması,
sərbəst işləmələri üçün vərdişlərin
formalaşdırılmasından ibarətdir.
Dərslik
Tibb
Universitetinin
tib bi profilaktika və pediatri-
ya fakültələrinin tələbələri üçün
nəzərdə tutulmuşdur. Bununla belə,
kitab uşaq müəssisələrində, polikli-
nikalarda çalışan həkim-pediatrlar
və GEM-lərin uşaq və yeniyetmələr
şöbəsinin həkimləri üçün də faydalı
ola bilər.
- Azərbaycanda ən çox yayılmış diş
xəstəlikləri hansılardır?
-Azərbaycanda ən geniş yayılmış xəstəliklər
karies və onun ağırlaşmaları olan parodont
xəstəlikləridir. Onların əhali arasında yayılması
90% -dən çoxdur. Bundan başqa qeyri-karies
mənşəli xəstəliklər, xüsusən də flüazor, selik-
li qişa xəstəlikləri də kifayət qədər (30%-dən
çox) geniş yayılmışdır.
- Azərbaycan əhalisi dişlərinə düzğün
qulluq edirmi?
-Bu sahədə mütamadi olaraq çoxlu sayda
məqalələr çap edilməsinə və kütləvi infor-
masiya vasitələrində tövsiyə xarakterli çıxış-
lar edilməsinə baxmayaraq, əhali arasında
dişlərə düzğün qulluq edilməsi qənaətbəxş
vəziyyətdə deyildir. Birincisi qeyd etmək la-
zımdır ki, hər bir şəxs gündə 2 dəfə dişlərini
fırçalamalı və yeməkdən sonra ilıq su ilə yaxa-
lamalıdır. Səhər və axşam yatmamışdan qa-
baq dişlərin təmizlənməsi mütləqdir. Bundan
başqa hər bir şəxs həkimin məsləhətinə uyğun
olaraq ağız boşluğunun gigiyenasına individual
yanaşmalıdır. Ağız boşluğunun sanasiyası, ka-
riesli dişlərin müalicəsi, ehtiyac olduqda orto-
pedik və cərrahi müalicə də vacib şərtlərdəndir.
-diş sağlamlığı üçün profilaktik olaraq
nə etmək lazımdır?
-Dişlərin sağlamlığı üçün profilaktika qaydalarına
mütləq riayət edilməlidir. Bunun üçün ilk növbədə
ağız boşluğunda sanasiya aparılmalı və diş daşları
təmizlənməlidir. Bundan sonra dişlərin vaxtlı vax-
tında fırçalanması, antiseptik vasitələrlə həkimin
göstərişinə üyğun olaraq qarqara edilməsi, kəskin
acı, turş, şirin qidalardan bir qədər az qəbul edilməsi,
ildə 2-3 dəfə ağız boşluğunda dişlərin vəziyyətinə
nəzarət üçün həkim müayinəsindən keçməsi və
s. profilaktik tədbirlərə aiddir. Bəzi regionlarda yod
çatışmazlığı ilə əlaqədar yodlu duzlardan istifadə
edilməsi də profilaktik tədbirlərə aiddir.
-Stomatologiyada yeni hansı tendensiyalar,
yeniliklər var? İmplantlar Azərbaycanda nə
dərəcədə populyardır?
-Son dövrlərdə stomatologiya sahəsində
həm estetik, həm də funksional olaraq çox
yüksək keyfiyyətə malik plomb materialların-
dan istifadə edilməklə yanaşı, implantologiya
da geniş yayılmışdır. Artıq demək olar ki, bu
sahədə stomatoloq-həkim hazırlığında implan-
tologiya sahəsi də tibb universitetinin stoma-
tologiya kafedralarında tədris olunmağa baş-
lamış. Respublikada bu sahədə bir çox müasir
implantoloji klinikalar yaradılmışdır. Bu sahədə
müxtəlif kurslar açılmış və həkimlərin prak-
tiki vərdişlərinin artırılması üçün böyük işlər
görülməkdədir.
Günel ASlAnovA,
ATU-nun mətbuat katibi
«Dişlərimizə düzgün qulluq etmirik»
SİrKon
rizvan Məmmədov:
“Son dövrlərdə stomatologiya
sahəsində həm estetik, həm də funksional olaraq çox yüksək
keyfiyyətə malik plomb materiallarından istifadə edilməklə yanaşı,
implantologiya da geniş yayılmışdır.”
ГИЙМЯТЛИ ДАШЛАР МЦАЛИЪЯ ЕДИР
S.A.Gürzəliyev, Z.B.Məmmədova, n.Q.Süleymanzadə,
S.Ə.Həsənova, Ş.M.Balayeva, n.Q.İsmayılova “Uşaq və
yeniyetmələr gigiyenası” resenzetlər: M.A.Kazımov, r.H.Əliyeva.
(dərslik) Bakı, “ Təbib”, 2010. – 289 səh.
S.A.Gürzəliyev, r.H. Əliyeva, r.A.orucov, M.y.nəbiyeva “Əmək
gigiyenası” resenzetlər: M.A.Kazımov, r.Ə.Çobanov, M.T.Meybalıyev,
M.Ə.Babayev . (dərslik) Bakı, “ Təbib”, 2013. – 488 səh.
•
rubrikamızda bu dəfə diş xəstəlikləri, stomatologiya
sahəsindəki yeniliklərlə bağlı mövzu haqqında ekspert
rəyini təqdim edirik. Suallarımızı Azərbaycan Tibb Uni-
versitetinin terapevtik stomatologiya kafedrasının dosenti
rizvan Məmmədov cavablandırır.
http://www.amu.edu.az
28 fevral 2014-ъц ил
Stomatologiya fakültəsinin V kurs, 722
a
qrup tələbəsi Hacıyev Rüfət
Arzuman oğlunun adına verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız
sayılır.
II müalicə profilaktika fakültəsinin II kurs, 304
a
qrup tələbəsi
Nəbiyeva Minurə Arzu qızının adına verilmiş tələbə bieti itdiyi üçün
etibarsız sayılır.
Həsənova Məlahət Əkbər qızına 1998-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən pediatriya ixtisası üzrə verilmiş internatura
vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Quliyev Mehti Arif oğluna 1993-cü ildə Azərbaycan Tibb
Universiteti tərəfindən verilmiş internatura vəsiqəsi itdiyi üçün
etibarsız sayılır.
Dadaşova Natəvan Təhmasib qızına 2008-ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən oftalmologiya ixtisası üzrə verilmiş internatura
vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
Áàø ðåäàêòîð
ÅËÄÀÐ ÈÑÌÀÉÛË
Ìüÿëëèôëÿðëÿ ðåäàêñèéàíûí
ìþâãåéè üñò-üñòÿ äüøìÿéÿ áèëÿð.
ßëéàçìàëàð ýåðè ãàéòàðûëìûð.
Qəzet “Òÿáèá” ãÿze òè íèí
êîìïüòåð ìÿð êÿ zèíäÿ éûğûëûð, ñÿùè-
ôÿ ëÿíèð, “Áÿõòèéàð-4” ÈÊØ-äÿ ÷àï
îëóíóð
.
Ц Н В А Н Ы М Ы З:
Мярданов гардашлары - 100
2-ъи мяртябя,
тел.: 595-24-97
tabibqazeti@gmail.com
Ëèñåíçèéà Н - 022633
Èíäåêñ -0269
Ñàéû 4000
Ñèôàðèø: 132
Аllаh istədiyi şəxsə hikmət (еlm, mərifət,
müdriklik) bəxş еdər. Kimə hikmət bəxş
еdilmişsə, оnа çоxlu xеyir (əbədi səаdət)
vеrilmişdir. Bunu yаlnız аğıl sаhibləri düşünüb
dərk еdərlər!
Qurani-Kərim, əl-Bəqərə surəsi, аyə 269.
* * *
Bəndələrinə dе:
«Dаnışdıqlаrı zаmаn gözəl
sözlər söyləsinlər. Şеytаn оnlаrın аrаsınа fitnə-
fəsаd sаlа bilər».
Qurani-Kərim, əl-İsra surəsi, аyə 53.
* * *
Düz yоlu tаpаn bəşəriyyət məhv оlmаz. Yаlnız
mübаhisə və münаqişə оnu məhv еdə bilər.
Məhəmməd pеyğəmbər (ə.s.)
* * *
Hаqsızlığın qаrşısındа əyilmə, çünki nаmusunlа
bərаbər, hаqqını dа itirərsən.
İmаm Əli (ə)
* * *
Yаlnız sözdə dеyil, həm də işdə hikmət sаhibi оl!
nəsirəddin Tusi
* * *
Hikmət bu dünyаnın vücudundа qаn,
Hikmətdir dünyаdа əbədi qаlаn.
Şəhriyаr
* * *
Аbi-həyаt kimi sözüm həyаt vеrər insаnlаrа,
Аrif оlаn fеyz аpаrаr, nаdаn isə dоdаq büzər.
Məsləksizə hikmət dərsi, nаdаnlаrа öyüd nеylər,
Ulаğın dа qаbаğınа Gövhə r töksən, mаt-mаt süzər.
nəsimi
* * *
Mənim qəlbim su ilə аlоv kimi incə və güclü ikən,
Nə üçün mən hər yаrаmаzın qаrşısındа... аlçаlırаm?!
Əbül-Ülа Gəncəvi
* * *
Bədniyyətli аdаmlаrın yаxşılığı оlаr bəd,
Yаlаnlаrlа fəxr еtməyə оnlаr еtmişdir аdət.
Dоğruluqlа yоx işləri, аtаlаrı bilinmir,
Nə Аdəmdən törənmişlər, nə İsаdаn – budur sirr.
Xаqаni
* * *
Bir
itə bir tikə çörək vеrəndə,
Unutmаz yüz kərə bаssаn dа dаşа.
Аlçаğа bir ömür çörək yеdirtsən,
Bir dəfə tünd оlsаn, bаşlаr sаvаşа.
Əqli hərəkət, əxlаqi hərəkətin əsаsıdır.
Nəfsi özbаşınа burаxsаn insаnı аlçаqlığа,
Cilоvlаyıb istiqаmət vеrsən – Kamalа çаtdırаr.
nəsirəddin Tusi
* * *
Ədаlət kаinаtın ruhudur.
Ö.Xəyyаm
* * *
...Kim sənə pislik еdərsə, аğlı nаqisdir оnun,
Kim səni dоstu bilərsə, məncə, о, nаdаn dеyil!...
Qətrаn Təbrizi
* * *
Yurdumuz yоlundа şəhid оlmаq şərəflidir.
Şərəfli ölümdən qоrxmа. Yаrаmаz аdаmın
vicdаnını оyаtmаq üçün оnu sillələmək lаzımdır.
Аristоtеl
Hazırladı : röya KƏlBİQıZı
Türkiyədə dərman sahəsində
maraqlı bir metod tətbiq edilib.
Artıq satışa təqdim edilən
məhsulların saxtalığı «dərman
izləmə
sistemi»-nin
mobil
tətbiqləri sayəsində də müəyyən
ediləcək. Yəni cib telefonu ilə
dərmanların istifadəyə yararlı
olub olmadığını bilmək olacaq.
İnkişaf etdirilən tətbiqdə vətəndaş dərman qutularının
üzərindəki kvadrat kodu ağıllı cib telefonlarına
oxudaraq ya da əllə sorqulayaraq satın aldığı
dərmanın vəziyyəti haqqında məlumat əldə edəcək.
Beləliklə saxta, bazardan toplanmış və ya son istifadə
etmə tarixi keçmiş dərmanlardan xəbərdar olacaq,
bunun sayəsində vaxtı keçmiş dərman istifadəsindən
ötəri əmələ gələ biləcək çətinliklər önlənəcək. Dərman
üzərindəki kvadrat kod oxunduqda son istifadə etmə
tarixi göstəriləcək və ona uyğun xəbərdarlıq olunacaq.
Əgər saxta və ya qaçaq dərmandırsa ‘Dərman
sistemdə qeydli deyil’ şəklində xəbərdarlıq çıxır. Bu
mərhələdə ekranda ‘bildir’ düyməsi gəlir. Vətəndaş bu
dərmanı haradan aldığına dair bölməni doldurduqda
isə Türkiyənin Səhiyyə Nazirliyi hərəkətə keçərək,
lazımi ölçü götürəcək.
Medisana şirkəti, inkişaf etdirdiyi FTN
76120 - İnfrared uzaqdan ölçmə termometr
ilə körpələrin hərarətini o yatarkən belə onu
narahat etmədən, uzaqdan (5 smdən) ölçə
bilən termometr hazırlayıb. Eyni zamanda
körpənin olduğu mühiti, duş suyu istiliyini
nəzarət altında saxlamaq istəyən analar
üçün mühüm rolu oynayır.
Kliniki cəhətdən təsdiq olunan «uzaqdan ölçmə termometri»
texnolji baxımdan bir çox tələblərə cavab verir.
Çox funksiyalılığı ilə fərqlənir, hərarətdən əlavə mühitin və
mayelərin də istiliyini ölçür.
Bu cihaz (FTN 76120- İnfrared) sayəsində uşaqları narahat
etmədən hərarətin səviyyəsini məsafədən bilmək olur.
Mütəxəssislər körpənin ilk duş suyu istiliyinin ana qarınındakı
mühit temperaturu (37° C) ilə eyni dərəcədə olmasını məsləhət
görür.
Edilən elmi tədqiqatlara görə uşaq psixologiyasının inkişafında
bunlar əhəmiyyətlidir.
Həmçinin, körpənin olduğu mühit ilə hamam suyunun istiliyinə
nəzarət etmək olur. Hər dəfə 1° C interval götürməklə 33° C-yə
qədər sabitləşdirmək mümkündür.
Bu cihaz bir saniyədə 0 ilə 100° C arasında temperatur
səviyyələrini etibarlı bir şəkildə ekranda əks etdirir. Bir dəqiqədən
sonra avtomatik olaraq bağlanır.
Bundan əlavə dəyişən ekran rəngi və səsli xəbərdarlıq sistemi ilə
aşağı və yüksək temperaturu göstərir, 12 dəfə ölçüməni yaddaşda
saxlayır.
“Procter & Gamble” şirkəti mobil qurğuya qoşulmaq üçün “Bluetooth”
ilə təchiz edilmiş “oral-B” brendi altında diş fırçasını təqdim etmişdir.
diş təmizləmək üçün qurğunun qiyməti təxminən 330 dollar təşkil
edəcək və bu ilin yayında satışa çıxarılacaqdır.
Bundan başqa, “oral-B” diş fırçası Barselonada keçiriləcək “2014
MWC” sərgisində nümayiş olunacaqdır.
Qurğunun yaradıcıları bildirmişlər ki, təqdim edilmiş qurğu dişlərin
təmizlənməsi prosesini real vaxt rejimində izləməyə və istifadəçiyə
tövsiyələr verməyə icazə verir. “Smartfon üçün tətbiq hər bir istifadəçi
üçün dişlərin təmizlənməsinin optimal modelini seçməyə icazə
verəcəkdir.
u Stressin, gərginliyin və bir çox
faktorların əmələ gətirdiyi infarkt,
yaş artdıqca təhlükəli olur.
Bu baxımdan infarkt önləyici imkanlardan və
proseduralardan (düzgün qidalanma, idman məşqləri,
nizamlı yuxu və s.) istifadə əhəmiyyətlidir.
Bunların sayəsində infarkt tez aşkarlanaraq yaxşı
müalicə edilə bilər. Xüsusən, ürək böhranlarını
əvvəlcədən göstərən cihazlar təsirlidir.
ABŞ-ın elektron nəhəngi Apple infarktı əvvəlcədən
müəyyən edəcək cihaz hazırlayıb. Apple bu cihazı
yaxın zamanlarda satış bazarlarına çıxaracaq.
San Francisco Chronicle qəzetində bu mövzu ilə
əlaqədar xüsusi məqalə də dərc edilib.
Şirkətin səs mütəxəssisi Tomlinson Holman bu lahiyə
haqqında açıqlama verib. Proyektdə əsas məqsəd
damarlarda axan qanın səsinin izlənilməsi olacaq.
Şirkətin səhiyyə məqsədli tətbiqləri artıracağı da
bildirilir.
Hikmətli
kəlamlar
Cib telefonu ilə saxta dərmanlar
müəyyən ediləcək
İnfrared uzaqdan ölçən termometr
“Procter & Gamble” şirkəti
“Bluetooth” ilə təchiz
edilmiş diş fırçası təqdim
etmişdir
Apple şirkəti, infarktı əvvəlcədən
müəyyən edəcək
Kafedraların dosentləri (fəlsəfə doktorları):
- Uşaq və yeniyetmələrin gigiyenası kafedrası - 1 yer (0,75 vahıd )
- Epidemiologiya kafedrası - 1 yer
- Bioloji kimya kafedrası - 1 yer (0,5 vahid )
- Onkologiya kafedrası - 1 yer
Kafedraların baş müəllimləri:
- Xarici dillər kafedrası - 1 yer
- Əczaçılığın texnologiyası, iqtisadiyyatı və təşkili kafedrası - 1 yer
- Farmkologiya kafedrası - 1 yer
Kafedranın müəllimi:
- İctimai fənlər kafedrası - 1 yer
Kafedraların assistentləri:
- Terapevtik və pediatrik propedevtika kafedrası - 1 yer (0,5 vahid)
- Histologia, embriologiya və sitologiya kafedrası - 1 yer (0,5 vahid)
- Terapevtik stomatologiya kafedrası - 1 yer (0,75 vahid )
- Əczaçılığın texnologiyası, iqtisadiyyatı və təşkili kafedrası - 1 yer
- Əczaçılığın texnologiyası, iqtisadiyyatı və təşkili - 1 yer (0,5 vahid)
- İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası -1 yer (0,5 vahid)
- Ümumi və toksikoloji kimya kafedrası - 1 yer
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma
müddəti elan qəzetdə («Təbib» qəzeti 28 fevral 2014-cü il) dərc
olunduğu gündən 30 gün keçənədəkdir. Sənədlər rektorun adına
yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Bakı şəhəri- Az 1022, Bakıxanov küçəsi 23. Telefon: 597-10-08
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
ÊÀ ÔÅÄ rÀ ËÀr ÜZrƏ
ÀŞÀ ğÛ ÄÀ ÊÛ ÉÅrËƏrİ ÒÓÒÌÀà Ü×Ün
ÌÜÑÀ ÁÈÃß ÅËÀN ÅÄÈR