MƏnSUr
Tədris Terapevtik Klinikada MEDEA layihəsi
üzrə növbəti məlumat günü keçirilmişdir
Sudan səfiri akademik Əhliman
Əmiraslanovla görüşdü
Fələstin səfiri ATU-da qonaq oldu
BÖYÜK ELMİ ŞURADA
http://www.amu.edu.az
28 fevral 2014-ъц ил
4
Klinika haqqında
qısa arayış:
Azərbaycan
respublika-
sının
Prezidenti
cənab
İlh a m Əliyevin Sərəncamı
əsasında nazirlər Kabine-
tinin 23 noyabr 2006-cı il
tarixli 250 saylı qərarı ilə
Azərbaycan Tibb Universite-
tinin onkoloji Klinikası ya-
radılıb. Klinika universite-
tin onkologiya kafedrasının
kliniki tədris bazasıdır. on-
koloji klinikanın tərkibinə
klinik şöbələr, poliklinika-
diaqnostika şöbəsi, labo-
ratoriyalar daxildir. Klinika
müasir tibbi avadanlıqlarla
təchiz olunub və burada
onkoloji xəstələrin müa-
sir müayinəsi və müalicəsi
üçün zəruri şərait mövcud-
dur ki, bu da tələbələrə on-
kologiya fənninin tədrisinin
daha da yaxşılaşdırılması-
na imkan verir. Akademik
Əhliman
Əmiraslanovun
rəhbəliyi altında peşəkar
tibb heyətinin fəaliyyət
göstərdiyi klinikada ən
çətin hesab olunan cərrahi
əməliyyatlar uğurla həyata
keçirilir.
Klinikada pasiyentlərin han-
sı xəstəliklə qəbulu, cərrahi
əməliyyatlar, aparılan müayinə və
müalicələrin gedişi və s. müalicə
işləri üzrə direktor müavini, baş
həkim, dosent Nəsimi Qasımovun
diqqət mərkəzindədir. Bunu hər
səhər həkim personalı ilə keçirilən
“Beş dəqiqəlik” (səhər toplantısı)
müzakirələrdən də görmək müm-
kündür. Baş həkim iclasda iştirak
edən həkimlərdən pasiyentlərin
durumu barəsində ətraflı məlumat
aldıqdan sonra onlara öz lazımi
göstəriş və tövsiyələrini verdi.
...Tibbin səviyyəsindən
razılıq
Müzakirələr bitdikdən sonra
dəhlizdə ilk rastlaşdığımız pa-
siyentlərin yaxınları oldu. On lara
yaxınlaşaraq burada pasiyentlərə
necə diqqət və qayğı göstərildiyini
öyrənməyə cəhd etdik.
Siyavuş
Əliyev
(pasiyent
Ceyran Əliyevanın qohumu):
- Fevralın 18-də klinikaya
müraciət etmişik. Xəstə müayinə
olundu. Həkimlər bildirdilər
ki, əməliyyat olunmalıdır. İlk
təəssüratımız müsbətdır. Biz
klinikada həkimlərin xəstələrə
münasibətindən razıyıq. Hazırda
xəstəni İlkin həkim əməliyyat
edir. Nəticəsini gözləyirik.
Elmira Ağayarova (pasiyent
Asif
Ağayarovun
həyat
yoldaşı):
- Həyat yoldaşımı müayinəyə
gətirmişik. Müayinə olunub,
mədəsində şiş var. Həkimlər
Asifin müayinədən sonra ciddi
müalicəsi ilə məşğul olurlar. Bu-
nun müsbət nəticəsini görürük.
Sağ olsunlar, əllərindən gələni
əsirgəmirlər.
laboratoriyanın əlaqələri
geniş spektrlidir
Sonra isə laboratoriyalarda
vəziyyətlə, analizlərin götürülmə
şəraiti ilə tanış oluruq. Demək
olar ki, laboratoriyaların qarşısın-
da növbədən tərpənmək olmur.
Əvvəlcə patomorfoloji laborato-
riyaya yaxınlaşırıq. Laboratori-
yanın müdiri, tibb elmləri dokto-
ru, professor Habil Muradov bu
laboratoriyada sitoloji (hər hansı
bir prosesin hüceyrə səviyyəsində
öyrənilməsi), histoloji (hər hansı
bir prosesin toxuma səviyyəsində
öyrənilməsi), histokimyəvi (hər
hansı bir toxumada gedən kimyəvi
də yi şik liklərin
öyrənilməsi),
immu nohistokimyəvi müayinə lə-
ri, hər hansı bir toxumada bu və ya
digər hüceyrəni aşkar edən spesi-
fik onkoloji markerlərin tapılma-
sını həyata keçirməyin mümkün-
lüyünü deyir:
-Bundan əlavə, klinikanın pa-
tomorfoloji laboratoriyası ilə Tibb
Universitetinin elektron mikros-
kopiya laboratoriyası arasında
sıx əlaqələr yaranmışdır. Belə ki,
şiş hüceyrələrinin ultrastruktur
quruluşlarının tədqiqi və rəylərin
dəqiqləşdirilməsi məhz bu labora-
toriyanın köməyi ilə həyata keçiri-
lir. Bizim laboratoriyada istənilən
material – qan, selik, sümük, əzələ,
süd vəzi, mədə-bağırsaq sistemi
və həmçinin istənilən orqandan
götürülən şişlər müayinə olunur.
Biz prosesin təbiəti və mənşəyi
haqqında məlumat verir, şişin il-
kin mənbəyini təyin edə bilirik.
Şişin təbiəti haqqında məlumat
isə xoş və ya bədxassəli olmasıdır.
Əgər bədxassəli prosesdirsə, biz
onun differensiosiya dərəcəsini
müəyyənləşdirir, həmin xəstəyə
şüa, kimyəvi dərman terapiyası və
ya hər hansı müalicə tətbiq etməyi
dəqiqləşdiririk. Bunun xəstə üçün
çox böyük əhəmiyyəti var.
Qeyd edim ki, bizim tədqiqatlar
müasir metodlarla həyata keçirilir
və müasir aparatlardan istifadə
olunur. Aparatların bir qismi ATU
tərəfindən alınıb, digər qismi isə
laboratoriyanın əməkdaşlarının
qrant layihələrində iştirakı ilə əldə
edilib. Aparatlar isə Amerika və
İngiltərə istehsalıdır. Gördüyü-
nüz kimi, müayinələr həddən ar-
tıq çoxdur. Təkcə gün ərzində
laboratoriyada 20-yə yaxın histo-
loji müayinə müasir avadanlıqlar
vasitəsi ilə yüksək keyfiyyətlə
aparılır.
Laboratoriyamız
həmçinin
digər tədris və tibb müəssisələri ilə
də sıx əlaqədə işləyir. Buna misal
kimi, Travmatologiya, Hematolo-
giya institutlarının və digər tibb
ocaqlarının adlarını çəkmək olar.
Əyalətlərdəki tibb müəssisələri ilə
də sıx əlaqlərimiz var. Laboratori-
yamızda mütəxəssislər hazırlayır,
onlarla elmi-praktik işlər görürük.
Klinik və biokimyəvi labora-
toriyanın fəaliyyəti haqqında
isə laboratoriyanın müdiri, do-
sent Mehman Quliyev məlumat
verir:
-Diaqnostik üsulların hamısın-
dan istifadə olunan laboratori-
yamız Almaniya, ABŞ istehsalı
olan yüksək texniki səviyyəli
cihazlarla təchiz edilib. Bura-
da qanın ümumi analizi, ge-
niş həcmdə qanın biokimyəvi
analizləri, qanın laxtalanma
sisteminin göstəriciləri, cərrahi
D
üzgün tibbi müayinə və müalicə olunmaq sağlamlığımızın qorunmasında ciddi faktorlardan hesab olunur.
Bu səbəbdən hər birimiz çalışırıq ki, müayinə olunanda etibarlı sağlamlıq ocağı seçək, savadlı, peşəsinə
hörmətlə yanaşan və işini dərindən bilən həkimlərə müraciət edək. Amma bəzən elə olur ki, seçimimzdə
yanılır, sağlamlığımızı naşılara etibar etməli oluruq. nəticədə isə bunun ağrısını çəkir, xoşagəlməz fəsadlarla
üzləşirik. onda isə gec olur...
Etibarlı, yüksək texnologiya ilə təchiz olunmuş səhiyyə ocaqlarının olduğu kimi, zamanında ictimaiyyətin
diqqətinə çatdırılmamasında biz media orqanı və mənsublarının da günahı az deyil. Bu məqamı göz önünə alaraq
nüfuzlu səhiyyə ocaqlarının birindən - ATU-nun onkoloji Klinikasından reportaj hazırlamaq qərarına gəldik.
Buradakı tibbi xidmətin səviyyəsi, müayinə və müalicələrin effekti, pasiyent və onların yaxınları ilə münasibəti
əyani şəkildə izləmək və bunları oxucuların diqqətinə çatdırmaq istədik.
Ən çətin cərrahi əməliyyatların
28 fevral 2014-ъц ил
http://www.amu.edu.az
5
əməliyyat üçün lazım olan hazır-
lıq tədbirlərinin hamısının diaq-
nostikası aparılır. Eyni zamanda
laborator göstəricilərdən müalicə
prosesinin
gedişinə
nəzarət
etmək, xəstəliyin uzaq nəticələrini
qiymətləndirmək, yəni proqnoz-
laşdırmaq məqsədilə istifadə
edilir. Laboratoriyada onkoloji
xəstəliklərin
diaqnostikasında
mühüm əhəmiyyəti olan çoxsay-
lı marterlərdən istifadə olunur.
Bu isə xəstəliyi erkən müayinə
etməyə, xoşxassəli şişləri vaxtın-
da deprensasiya etməyə imkan
yaradır.
Laboratoriyada çalışan 4 həkim,
2 tibb bacısı yüksək ixtisas-
lı tibbi kadrlardır və öz işlərini
müvəffəqiyyətlə yerinə yetirirlər.
Laboratoriyanın bazasından həm
də universitetin tibbi-biologi-
ya fakültəsi tələbələrinin klinik
biokimyəvi-patoloji,
biokimya
ixtisasları üzrə tədris fənlərinin
aparılması məqsədilə istifadə olu-
nur.
Palatalardakı şəraitlə tanış ol-
duq da isə yataq dəstlərinin, dö-
şəkağlarının təmizliyi diqqətimizi
çəkdi. Xəstələrdən birinə yaxın-
laşdıq. İlham Allahverdiyev adlı
pasiyent bağırsaq keçməzliyindən
klinikaya müraciət etdiyini diq-
qətimizə çatdırdı:
- Özüm Neftçaladan gəlmişəm.
Onkoloji Klinikaya gəlməmişdən
öncə xəstəliyimlə bağlı bir neçə
xəstəxanaya müraciət etdim.
Amma vəziyyətimdə yaxşılaşma
hiss olunmurdu. Buradakı həkim-
lərdən Allah razı olsun. Ağır
vəziyyətdə klinikaya daxil oldum.
Əməliyyat etdilər. İndi özümü sağ-
lam hiss edirəm. Həkimlər, tibb
bacıları hər cür qayğı göstərirlər.
Ramiz həkimə, Ramilə xanıma
qəzetiniz vasitəsilə təşəkkürümü
bildirirəm.
Klinikada yuxarı kurs tələ-
bələrinin praktiki dərsləri də
yüksək səviyyədə aparılır. Söh-
bət ləşdiyimiz tələbələrdən Meh-
riban Hüseynova, Əzizə Mur-
tuzayeva, Saleh Boqouddinov,
Bilqeyis Nağızadə və Leyla Ha-
cıyeva xəstələrin müayinələrində
iştirak etdiklərini, sonra birlikdə
müzakirələr apardıqlarını söylə-
dilər.
Dayaq-hərəkət
orqanlarının
onkologiya bölməsinin müdi-
ri, dosent Elnur İbrahimovu da
dinlədik. O, akademik Əhliman
Əmiraslanovun rəhbərliyi ilə
sümüklərdə, yumşaq toxumalarda
və dəridə olan bəd və xoşxassəli
törəmələrə görə müxtəlif həcmli
cərrahi əməliyyatların icra olun-
duğunu dedi: “Sümük şişlərinə
görə-sümükərin kənari rezek-
siyaları, ekskoxleasiyalar və
defektlərin autosümük və ortope-
dik plastikaları, sümüklərin seq-
mentar rezeksiyaları və defektlərin
endoprotezlərlə əvəz edilməsi, qa-
bırğaların, çanaq sümüklərinin re-
zeksiyaları, sümüklərin ekstripa-
siyaları, sikəstedici əməliyyatlar
(amputasiya və ekzerfikalyasiylar)
həyata keçirilir.
Yumşaq toxuma şişlərinə görə-
şişlərin geniş kəsilib götürülməsi,
xoşxassəli şişlərin çıxarılması,
bəd və xoşxassəli dəri törəmələrin
cərrahi yolla müalicəsi kimi
çətin və mürəkkəb əməliyyatlar
uğurla aparılır.” Bölmədə çalı-
şan tibb üzrə fəlsəfə doktorları
Şamil Tağıyev və Sevinc Abdı-
yeva peşəkar mütəxəssis kimi
insanlara keyfiyyətli tibbi xidmət
göstərirlər.
Gündüz stasionarı şöbəsinə də
baş çəkdik. Şöbənin müdiri, do-
sent Cəlil Camalov bildirdi ki, 10
çarpayıdan ibarət olan şöbədə mü-
asir tələblərə cavab verən dərman
müalicəsində bütün lokalizasi-
yalar üzrə müalicə, o cümlədən
16 yaşdan yuxarı bütün nozoo-
loji vahidlər üzrə adyuvant və ya
neoadyuvant dərman-terapiyası
aparılır. 2013-cü il ərzində 6707
xəstə gündüz stasionarda müalicə
almışdır. Gün ərzində 20-30 xəstə
müvafiq olaraq dərman müalicəsi
alır. Tibb üzrə fəlsəfə doktorları
Kəmalə Zeynalova və Elçin Hü-
seynov üzərlərinə düşən vəzifənin
öhdəsindən layiqincə gəlirlər.
Ginekologiya bölməsinin assis-
tenti Günəş Kərimova ilə onkolo-
giya kafedrasının auditoriyasında
görüşdük. Bizimlə söhbətində bil-
dirdi ki, ginekologiya bölməsinin
müdiri Lala Əliyevadır. Bölmədə
çalışan Rəsmiyyə Səfərova,
Arzu Əliyeva, Nabat Aşurova,
Rəna Hənifəyeva, Samirə Qara-
yeva və başqaları cərrahiyyə
əməliyyatlarının aparılması üz rə
peşəkar mütəxəssislərdir. Uşaq-
lıq cisminin xərçəngi ilə müraciət
edənlərin sayı üstünlük təşkil etsə
də, son illər uşaqlıq boynunun
xərçəngi ilə müraciət edənlərin
daha cavan olması və yumur-
talıqların bədxassəli şişləri
ilə müraciət edənlərin isə ge-
cikmiş mərhələlərdə olması
nəzərə çarpır. Əməliyyatlar
bizdə müvəffəqiyyətlə aparı-
lır, xəstələrin sayı həftə ərzində
təxminən 10-13 arası olur.
Məlumdur ki, uşaqlıq boynunun
xərçəngi ən çox uşaqlıq boynu-
nun eroziyasından əmələ gəlir.
Ona görə də periferiyada uşaqlıq
boynunun eroziyasını vaxtında
müalicə etsələr, xəstəlik nisbətən
azalar. Profilaktik baxışların sa-
yını da artırmaq lazımdır ki,
gələcəkdə xanımlarımız bu tipli
xəstəliklərlə üzləşməsinlər. On-
lara bu barədə ətraflı məlumat
verilməlidir ki, sağlamlıqları-
nın qayğısına qalaraq, vaxtında
həkimlərimizə müraciət etsinlər.
Əsasən rayonlarda yaşayan xa-
nımlar məlumatsız olduğundan,
əksər hallarda klinikamıza uşaq-
lıq boyunun xərçəngindən gecik-
miş halda müraciət edirlər. Bu da
rayonlarda onkoloji problemləri
bilən mütəxəssislərin azlığından
irəli gələ bilər.
Yaxşı haldır ki, mütəxəssislər
də yetişdirilir. Rezidentlər klini-
kada uğurla işləyirlər. Xəstəliklər
müzakirə olunur, tələbələr ikinci
assistent qismində əməliyyatlarda
iştirak edirlər. Çalışırıq ki, onla-
rın bilik və təcrübələrini artırmaq
üçün hər cür şərait yaradaq.
Bəzi statistik göstəriciləri isə
klinikanın baş tibb bacısı Kəmalə
Zülfüqarovadan alırıq. Öyrənirik
ki, 2012-ci ildə klinikaya 9817,
2013-cü ildə 9386 nəfər xəstə da-
xil olub. 17 yaşadək olanlar 2012-
ci ildə 47, 2013-cü ildə isə 79
nəfərdir. Xoşxassəli şiş diaqnozu
ilə 2012-ci ildə 1460, 2013-cü ildə
1599 xəstə müalicə alıb. 2012-ci
ildə 8312, 2013-cü ildə 7747 nəfərə
bədxassəli şiş diaqnozu qoyulub.
O cümlədən birincili bədxassəli
şiş diaqnozlu xəstələr 2012-ci ildə
1187, 2013-cü ildə isə 1040 nəfər
təşkil edib. 2013-cü il ərzində
2064 xəstə stasionar və 423 xəstə
ambulator əməliyyat olunub.
Özləri ilə görüşə bilməsək də
professor Namiq Əmirəliyev,
dosentlər Nigar Mehdiyeva, t.e.d.
Ramiz Bayramov, ali dərəcəli
həkimlər Firəngiz Allahverdiye-
va, Şahbaz Hənifəyev və başqaları
haqqında da xoş sözlər eşidirik.
Həyəcanla həkimlərin qəbu-
lunda gözləyən xəstələrə şəfa
diləyib klinikadan ayrılırıq. Heç
kəsin xəstəlikdən sığortalanma-
dığını da unutmayıb, səhhətində
problem yaranan insanların
dərdlərinə əlac etməyi bacaran
təbibə tuş gəlmələrini arzulayırıq.
Arif MƏMMƏdlİ,
Qabil ABdUllAyEv
Fotolar Cənnətalı Çingizindir
uğurla aparıldığı klinika
Universitet klinikaları
http://www.amu.edu.az
28 fevral 2014-ъц ил
6
Ulu tanrı, hardan gəldi bəd xəbər?
Bəd xəbərə ürək dözsün nə qədər?
İç dünyamdan bir ah qopdu bu səhər,
Xocalının dərdi haray, ay haray!
Bu milləti qırdıran kim, qıran kim?
İgidləri kürəyindən vuran kim?
Bilinmirsə kim müttəhim, kim hakim...
Xocalının dərdi haray, ay haray!
Dağı-daşı sac içində qovruldu,
Böyük-kiçik tank altında qırıldı.
Xocalının külü göyə sovruldu...
Xocalının dərdi haray, ay haray!
Nə qocası, nə cavanı seçildi,
Qadınların qızıl qanı içildi.
Körpələri xəzəl kimi biçildi,
Xocalının dərdi haray, ay haray!
Bədən getdi, qol dorğandı, baş dindi,
Göz ovuldu, göy ağladı, yaş dindi.
Torpaq yandı, yurd dağıldı, daş dindi...
Xocalının dərdi haray, ay haray!
Zülmü görüb zaman təzdən qocaldı,
Xatın kəndi bu vəhşətə mat qaldı.
Öz dərdini unudaraq ün saldı-
Xocalının dərdi haray, ay haray!
Aman Allah, tufana bax, tufana,
Şəhər zülmət, toz qarışıb dumana...
Saçın yolub dad eləyir hər ana,
Xocalının dərdi haray, ay haray!
Belə sərgi sərməmişdi bu dünya,
Belə dövran sürməmişdi bu dünya,
Belə qırğın görməmişdi bu dünya!
Xocalının dərdi haray, ay haray!
Qayasına mən başımı qoyaram,
Torpağını al qanımla boyaram.
Dünya boyu sızıldayar bu yaram...
Xocalının dərdi haray, ay haray!
Xocalının dərdi bizə qalx! -deyir.
Düşmənləri süngüsünə tax! -deyir.
Qılıncını nərə çəkib çax! -deyir.
Xocalının dərdi haray, ay haray!
Bu harayda Allah eşqi olmalı!
Axan qanlar qan yaddaşı qalmalı!
Bu qisası əzəl-axır almalı!
Xocalının dərdi haray, ay haray!
İnsanların mərdi haray, ay haray!
1992
Eldar İSMAyıl
u
Fevralın 26-da
isə Azərbaycan dili və
epidemiologiya kafedraları
Xocalı faciəsinin 22-ci ildönümü
nə həsr olunmuş anım tədbiri
keçirdilər.
Əvvəlcə faciənin başlanmasını
əks etdirən kadrlar nümayiş
etdirildi. Bundan sonra
Azərbaycan dili kafedrasının
müdiri, dosent Akif Miriyev Xocalı
faciəsinin dəhşətlərindən, bu
faciənin təkcə bizim xalqımıza
qarşı deyil, ümumiyyətlə
bəşər övladına qarşı törədilən
vəhşilik kimi qiymətləndirdi və
bu hadisənin qan yaddaşımıza
hopdurulması, gələcək nəsillərin
unutmaması üçün çox iş
görülməli olduğunu diqqətə
çatdırdı. Epidemiologiya
kafedrasının müdiri, əməkdar
elm xadimi, respublikanın
Baş epidemioloqu, professor
İbadulla Ağayev bildirdi ki, bu
hadisələrin kökündə erməni-rus
anlaşmasının bir məqsədi olub –
bu torpaqlardan türkləri birdəfəlik
çıxarmaq. Ona görə də biz
bütün qüvvəmizlə bu məqsədin
qarşısının alınmaq üçün bir
vətəndaş, bir torpaq sahibi kimi
daim mübarizə aparmalıyıq.
Bu mübarizənin yollarından
biri də belə tədbirlərdir. Biz
gərək gənclərimizi tariximizi
öyrənməyə, başımıza gətirilən
müsibətlərin ictimai-siyasi, milli-
etnik səbəblərini başa salmağa
önəm verək.
“Təbib”
qəzetinin baş
redaktoru, əməkdar jurnalist
Eldar İsmayıl isə xristianların
18-ci əsrdən başlayaraq
qonşu xalqlara, o cümlədən
azərbaycanlılara qarşı torpaq
ədavətindən danışdı. Bildirdi ki,
bizim xalqımıza qarşı törədilən
Xocalı faciəsi öz qəddarlığı
ilə birinci hadisə deyil. Onlar
bundan da dəhşətli alçaqlıqları
bizim başımıza gətiriblər.
Daim mübarizəyə hazır olmalı,
xalqımızı ayıq-sayıq olmağa
çağırmalıyıq. O, çıxışının
sonunda yenicə yazdığı “Hazır
ol, xalqım!” adlı şeirini oxudu.
Tibbi profilaktika və tibbi biolo-
giya fakültəsinin dekanı, dosent
Aydın Məmmədovun çıxışı
iştirakçıların mütəəssirliyini
bir qədər də artırdı. O, bütün
bu hadisələrin kökündə böyük
dövlətlərin, o cümlədən
Rusiyanın mənfur siyasətinin
durduğunu dedi: «Xocalı
faciəsinin ikinci ildönümündə
“Təbib” qəzetində çap
etdirdiyim məqalədə açıqca
yazmışdım ki, bu faciə rus-
sovet imperiyasının, onun ilk
və son prezidenti, xalqımızın
qatı düşməni Qorbaçovun
davamlı cinayətlərinin növbəti
təzahürüdür. Biz də belə ağır
taleyə məhkum xalqlardan biri və
bəlkə də birincisiyik».
Sonra 290
a
qrup tələbələri
Fidan Rüstəmli və Həyat
Quliyeva xalq şairi Zəlimxan
Yaqubun və şairə Məhsəti
Musanın Xocalı faciəsinə həsr
etdikləri şeirlərdən parçalar
söylədilər.
Tədbirin sonunda “Xocalıya
əda lət” silsiləsindən sənədli
kadrlar göstərildi.
Saşa Əliyev,
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü
u Fevralın 21-də Azərbaycan
Tibb
Universitetinin
Əsaslı
Kitabxanasında Xocalı soyqırımı
faciəsinin 22-ci ildönümü ilə
əlaqədar “Qan yaddaşımız
- Xocalı Harayı” foto-stendin
önündə anım mərasimi keçirildi.
Tədbir iştirakçıları ilk öncə Xocalı
soyqırımınında həlak olanların
xatirəsini bir dəqiqəlik sükutla yad
etdilər, onların ruhuna rəhmət
oxundu.
Sonra Azərbaycan Tibb
Univeresitetinin elmi işlər üzrə
prorektoru, əməkdar elm xadimi,
professor İbrahim İsayev mərasimi
açaraq, tarixdə xalqımızın başına
gətirilən belə müsibətlərin çox
olduğunu xatırlatdı. Əsaslı
Kitabxananın direktoru, tarix üzrə
fəlsəfə doktoru Ziyafət Eminova
Xocalıda törədilən soyqırım
haqqında ətraflı məruzə etdi. O,
bu dəhşətli hadisənin beynəlxalq
aləmdə yaddaşlardan silinməyən
Xatın, Xirosima və Naqasaki
kimi faciəli hadisələrdən geri
qalmadığını söylədi.
Ümummilli liderimiz Heydər
Əliyevin Xocalı soyqırımının 10-cu
ildönümündə bu amansız hadisəyə
verdiyi qiyməti xatırlatdı: “Xocalı
faciəsi 200 ilə yaxın bir müdətdə
erməni şovinist – millətçiləri
tərəfindən azərbaycanlılara qarşı
müntəzəm olaraq həyata keçirilən
etnik təmizləmə və soyqırım
siyasətinin davamı və ən qanlı
səhifəsidir”.
Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevin bu
soyqırımın 22-ci ildönümü ilə
əlaqədar imzaladığı sərəncamla
bağlı Xocalı faciəsinin dünya
ictimaiyyətinə çatdırılması üçün
görülmüş işlər barədə mərasim
iştirakçılarına məlumat verdi.
Epidemiologiya kafedrasının
müdir i, əməkdar elm xadimi,
profes sor İbadulla Ağayev
soyqırımla bağlı xatirələrini
mərasim iştirakçıları ilə bölüşdü,
həmin hadisələrin canlı şahidi
olmuş insanlarla yaratdığı
münasibətlərdən söhbət açdı.
Azərbaycan dili kafedrasının
müdiri, dosent Akif Miriyev
soyqırımlar barədə, BMT-nin
erməni daşnaklarının işğal etdiyi
Azərbaycan ərazilərinin azad
edilməsi barədə 4 qətnamənin
hələ də yerinə yetirilməməsindən
və ümumxristian mafiyasının bu
qərara maneə olmasından danışdı.
Sonra Qəşəm Nəcəfzadənin
Xocalıya həsr etdiyi şeirlə çıxışını
tamamladı.
Əsaslı Kitabxananın əməkdaşı
Təranə İsmayılova şair-yazıçı,
əməkdar jurnalist Eldar İsmayılın
“Xocalının dərdi haray, ay haray”
adlı şeirini oxudu.
Komplektləşdirmə şöbəsinin
əməkdaşı Əsgər Əsgərov
ermənilərin Qərbi Azərbaycanda
yaşayan azərbaycanlıların başına
gətirdikləri müsibətlərdən, bu
barədə görüləsi işlərdən danışdı.
Mərasimin sonunda İbrahim
İsayev yekun nitqi söyləyərək gənc
nəslə bu hadisəni heç zaman
unutmamağı tövsiyə etdi.
Xocalı soyqırımınında həlak
olanların ruhuna dualar oxundu.
Dostları ilə paylaş: |