FƏSİL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 15. Sığorta məbləği
-
Sığorta məbləği Sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən müstəqil seçilmiş tibbi sığorta proqramına uyğun olaraq müəyyənləşdirilir.
-
Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta məbləği, stomatoloji yardım və dərman təchizatı limitləri illik sığorta məbləğinin, stomatoloji yardım və dərman təchizatı limitlərinin 16.2.1 bəndində göstərilən faizləri nisbətində hesablanır.
Maddə 16. Sığorta haqqı -
Sığorta haqqı sığorta müqaviləsinin qüvvədə olma müddəti, tibbi sorğunun nəticəsi, Sığorta olunanın cinsi və yaşı, Sığortalı tərəfindən seçilmiş tibbi xidmətlər, tibb müəssisələri və müqavilədə nəzərdə tutulmuş digər hallar nəzərə alınmaqla hesablanır.
-
Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta haqqının hesablanma qaydası:
-
əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığorta müddəti ərzində Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanlara görə ödəniləcək sığorta haqqı aşağıdakı cədvəl üzrə hesablanaraq Sığorta müqaviləsinin əlavəsində göstərilir. Bir ildən az olan müddətdə bağlanmış müqavilələr üzrə sığorta haqları illik haqqın aşağıdakı miqdarında hesablanır:
-
Sığorta müddəti
|
Sığorta haqqı, illik haqdan faizlə
|
Bir ay
|
25
|
İki ay
|
35
|
Üç ay
|
40
|
Dörd ay
|
50
|
Beş ay
|
60
|
Altı ay
|
70
|
Yeddi ay
|
75
|
Səkkiz ay
|
80
|
Doqquz ay
|
85
|
On ay
|
90
|
On bir ay
|
95
|
Dostları ilə paylaş: |