Problemin müasir vəziyyəti – ilk öncə qeyd edək ki, quyuların qazılması zamanı təzahürün baş verməsi quyularda bir sıra qəza və mürəkkəbləşmələrə səbəb olur. Yaranan qəza və mürəkkəbləşmələrin aradan qaldırılması əlavə sərmayə, insan əməyi və vaxt tələb edir. Belə ki, müasir dövrdə neftin hasil edilməsi üçün quyular mürəkkəb geoloji şəraitdə qazılır, bu səbəbdən dərinliyin getdikcə artdığı üçün yüksək təzyiqli qazlı-neftli laylar açılır. Qazma prosesində dərində yerləşən yüksək təzyiqli layların açılması zamanı baş verən fontanlar təhlükəli olduğu üçün qazma qurğularını, hidrotexniki qurğuların məhvinə səbəb olur və insan tələfatı ilə bərabər çox böyük həcmdə maddi vəsaitin itirilməsinə gətirib çıxarır.
Quyularda qazma alətini qaldıran zaman qaz təzahürün yaranması təzyiqlər bərabərliyinin pozulması nəticəsində əmələ gəlir. Qaz təzahürünün yaranması bir sıra səbəblərdən baş ver bilər: lay flüidinin təzahürü, qazma məhlulunun udulması, açıq təzahür və s. quyularda bu cür təzahür və açıq fontanların baş verməsi qazma məhlulu ilə lay məhsulunun qarışmasına səbəb olur ki, bu da qaz məhlulunun sıxlığının azalmasına səbəb olur. Təzahür nəticəsində yaranmış mürəkkəbləşmə və qəza neftli və qazlı laylardan fontan vurması nəticəsində atmosferə püskürülərək qazma məhlulunun itkisinə səbəb olur.
Dostları ilə paylaş: |