Buraxiliş İŞİ Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi



Yüklə 0,49 Mb.
səhifə9/28
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#47689
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
1558428616960 ICMAL

Tədqiqatın məqsədi – quyularda baş verən mürəkkəbləşmə və təzahürlərin yaranma səbəbləri haqqında ətraflı məlumat almaq və bu məlumatlar əsasında baş verən təzahür və mürəkkbələşmələrin qarşısının alınmasıdır. Bunun üçün isə əvvəlcə baş verən təzahür və mürəkkəbləşmələrin təbiəti öyrənilməlidir.

Quyuların qazılmasının texnoloji proseslərində neft, qaz və su təzahürlərinin yaranmasının səbəbləri, quyuda yaranmış təzahürün açıq fontana keçməsinin qarşısının alınması, baş verən təzahürün erkən aşkar edilməsi, quyuağzı preventorların quraşdırılması, quyu ağzındakı kəmər başlıqları sarğılanması, fontan və təzahür təhlükəsi olduğu zaman onun ram edilməsi məsələləri ön plandadır.

Quyu quruluşu hesablanaraq seçildikdə quyunun qazılmasında qazılan yatağın müxtəlif intervallarında geoloji mürəkkəbləşmələrin baş verməsi, qəza və mürəkkəbləşmə baş verən zaman onların tez müddətdə aradan qaldırılması, qazma prosesinin texnika-texnologiyasının inkişaf səviyyəsi, qazma işlərinə sərf edilən material sərfinin azaldılaraq qazmanın qiymətinin azaldılması, açıq lülənin qoruyucu kəmərlə bağlanılmamış qalma müddətinin proqnozlaşdırılması və quyunun istismar edilməsi vaxtının uzun müddətli olması nəzərdə tutulmalıdır. Bu zaman quyunun quruluşu texniki qurğu kimi möhkəm olmalıdır, nəzərdə tutulmuş optimal qazma rejimi təmin olunmalı, sulu və nəhsuldar laylar bir-birindən çox yaxşı təcrid olunmalı, quyu lüləsində baş vermiş təzahürün təsirindən quyunun ətrafında qrifon yaranmamalı, istismar və qazma zamanı ətraf mühitin qorunması təmin edilməlidir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin