Buraxılış işlərinin tərtibi qaydaları Buraxılış işinin strukturu



Yüklə 233,36 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix02.01.2022
ölçüsü233,36 Kb.
#45308
növüQaydalar
  1   2   3   4
Buraxılış işlərinin tərtibi qaydaları



Buraxılış işlərinin tərtibi qaydaları 

Buraxılış işinin strukturu: 

- üz vərəqi: 

- mündəricat; 

· giriş; 

· əsas hissə (işin məzmunu); 

- nəticə; 

- istifadə edilmiş ədəbiyyat; 

· əlavələr. 

Buraxılış işi çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir. 

Buraxılış işinın tərtib edilməsi qaydaları: 

 

1. Buraxılış işinın mətni kompyuterdə çap olunur. Çap А4 (210х297 тт) formatlı 



ağ kağızın bir üzündə. 1.5 interval olmaqla yerinə yetirilməlidir. 

2. Kompyuterdə yığılan mətn aşağıda göstərilən şriftlərə çap olunmalıdır: 

azərbaycan dilində latın əlifbası ilə Times New Roman — 14 şrifti ilə; 

– rus dilində kiril əlifbası ilə Times New Roman Cry-14 şrifti ilə; 

ingilis dilində Times New Roman–l4 şrifti ilə çap olunur. 

Şəkillər və cədvəllər A3 (297x420 mm) formatda da yerinə yetirilə bilər. 

3. Buraxılış işinın mətni boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: 

sol boş sahə–3O mm, sağ–lOmm, yuxarı və aşağı-20 mm (yuxarı və sonuncu sətrə 

qədər). 

4. Səhifədə sətirlərin sayı 29-31 olmalıdır. 

5. Buraxılış işdəki bütün xətlər. hərflər, rəqəmlər və işarələr aydın, eyni qaralıqda 

olmalıdır. 

6. Buraxılış işinin mətninə ayrı–ayrı sözlər. formullar. şərti işarələr qara mürəkkəb 

və ya qara tuşdan istifadə etməklə əlavə oluna bilər. Əlavə mətnin sıxlığı əsas 

mətnin sıxlığına yaxın olmalıdır. 



7. Buraxılış işində çapdan sonra aşkar edilmiş səhvlər və qrafık yanlışlıqlar 

düzəldilə bilər. Hər səhifədə düzəlişlərin sayı ikidən çox olmamalıdır.. 

8. Buraxılış işinin həcmi 25-50 səhifə (şəkillər. cədvəllər, qrafiklər, əlavələr və 

ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. 

9. Buraxılış işində başlıqları mətnə simmetrik şəkildə. sətri hərflərlə qalın 

yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başlıqların yazılışında sözlər 

sətirdən sətrə keçirilməməli, başlığın sonunda nöqtə qoyulmamalıdır. Əgər başlıq 

iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla bir–birindən ayırmaq lazımdır.  

10. “MÜNDƏRICAT”, “GIRIŞ”, “NƏTICƏ”, “ISTIFADƏ EDILMIŞ 

ƏDƏBIYYAT”,“ƏLAVƏLƏR” sözləri böyük hərflərlə qalın yazılmalıdır. 

11. Başlıq və əsas mətn arasındakı məsafə 2 interval olmalıdır. Başlığın altından 

xətt çəkmək olmaz. 




Yüklə 233,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin