ardıcıl nömrələr səhifənin yuxarı sağ küncündə çap edilir. Səhifələr (əlavələr və s.
2. İstifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb rəqəmləri ilə
qrafiklər) buraxılış işinin səhifələri kimi nömrələnir. Ölçüləri А4 formatından
böyük olan cədvəlləiı şəkillər, çertyojlar bir səhifə kimi qəbul edilir və buraxılış
işinin sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıllığı ilə yerləşdirilir.
İllüstrasiya
1. illüstrasiyalar keyfiyyətli olmalıdır. Şəkillər qara mürəkkəblə çəkilə bilər. həm
də rəngli ola bilər. Buraxılış işində ancaq kompyuter və ya cizgi yolu ilə yerinə
yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar. A4 formatından
2. İllüstrasiyalar elə yerləşdirilməlidir ki, buraxılış işini döndərmədən və ya saat
əqrəbi istiqamətində döndərdikdə onlara baxmaq mümkün olsun. İllüstrasiyalar
mətndə onlara birinci istinaddan sonra yerləşdiiilməlidir.
3. İllüstrasiyalar (cədvəllərdən başqa) “Şək.” sözü ilə nişanlanır və ərəb rəqəmləri
ilə ardıcıl nömrələnir. İllüstrasiyanın nömrəsi və adi illüstrasiyanın altında
yerləşdirilir.
Cədvəllər
1. Rəqəmli materiallar, adətən, cədvəl kimi tərtib olunur. Hər bir cədvəlin başlığı
olmalıdır. “Cədvəl” sözü və başlıq böyük hərflərlə başlanmalıdır. Başlığın altından
xətt çəkilməməlidir.
2. Cədvəl. mətndə onun ilk xatırlanmasından sonra elə yerləşdirilir ki, buraxılış
işini döndərmədən və ya saat əqrəbi istiqamətində döndərildikdən sonra onu
oxumaq mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə
bölüb bir neçə səhifədə yerləşdirmək olar.
3. Cədvəllər ardıcıl olaraq ərəb rəqəmləri ilə nömrələnir (əlavədə verilmiş
cədvəllər istisna olmaqla). Əgər buraxılış işində cəmi bir cədvəl varsa, onu
nömrələmək və “Cədvəl” sözü yazmaq lazım deyildir.
4. Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə "Cədvəl“ sözü və onun nömrəsi
cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir: cədvəlin qalan
hissələrinin müvafiq yerlərində “ardı" sözü yazılır. Əgər buraxılış işində bir neçə
cədvəl varsa, onda “ardı” sözünün qarşısında cədvəlin nömrəsi yazılır. Məsələn:
cədvəl l-in ardı. Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ
küncdə çap edilir.
5. Cədvəllərin sütun və sətirlərin başlıqları, onların içərisindəki məlumatlar üçün
şriftin ölçüsü 12, sətirarası məsafə 1 interval olmalıdır.
Dostları ilə paylaş: