“ ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ HƏDİS YAZILIŞININ QADAĞAN EDİLMƏSİ “
Əbu Bəkr Rəsuli Əkrəm (s)-in vəfatından sonra camaatı bir yerə yığdı və dedı:
“Siz, Peyğəmbər (s)-dan hədislər nəql edirsiniz. Bə`zən sizin aranızda ixtilaflar baş verir. Əgər iş belə getsə gələcəkdə müsəlmanlar çox möhkəm və şiddətli ixtilaflara düçar olacaqlar. Bu səbəbdən, bu gündən e`tibarən Peyğəmbər (s)-dən heç bir hədis nəql etməyin. Əgər sizlərdən bir kəs sual soruşarsa deyin ki, bizimlə sizin aranızda həmin Qur`an kitabı kifayət edər və bəsdir. Onun halalını halal və haramını isə haram bilin2.
Ayişə deyir: Atam (Əbu Bəkr), Peyğəmbər (s)-dən 500 hədis yazaraq toplamışdır. Bir gecə gördüm ki yatağında çox narahatdır. Onun narahatlığı məni də narahat etdi. Səhər açılanda narahatlığının səbəbini ondan soruşdum.
Dedi:- Qızım! Sənin yanında olan hədisləri mənə gətir. Sonra əmr etdi bir od qaladılar. Hədislərin hamısını yandırdı. Bu əməli özü belə izah etdi: “Qorxuram öləm və bu hədislər sənin yanında qalsın. Bəlkə onların içində elə bir hədislər vardır ki, onları e`timadlı şəxslərdən nəql etmişəm. Lakin, mükündür ki, onlar saleh insanlar olmasın və onların səhvlərinin məsuliyyəti mənim üzərimə düşsün.”1
Həqiqət burasındadır ki, xəlifənin bu əməli bir tətərfdən öz sözü ilə hədis nəql etməyi qadağan olunmasını e`lan etmış və başqa cəhətdən isə əməli surətdə 500 hədis yazdıqdan sonra onları oda ataraq yandırmışdır. Görəsən bu əməl musəlmanlarda, hədis əzbərləyənlərdə və söyləyənlərdə hansı əks tə`sirləri qoydu və ya arzu olunmaz nəticələri verdi? Nəticə belə oldu ki, təqribən üç il müddətində Əbu Bəkrin xilafəti dövründə hədis yazmaq və nəql etmək qadağan olundu. Müsəlmanlar təkcə Qur`ana, onun təfsiri və izahı olmadan diqqət etdilər. Xəlifənin bu əmri verməkdə məqsədi guya müsəlmanların bütün bəhslərini Qur`ana yönəltmək idi.
“ ÖMƏRİN XİLAFƏTİ ZAMANI HƏDİS NƏQLİNİN QADAĞAN OLUNMASI “
Ömər ibn Xəttabın on illik xilafəti dövründə2 yürütdüyü qəzəbli siyasət nəticəsində hədis yazmaq və söyləmək qadağan edildi.
İkinci xəlifə nəinki hədis yazmağa və söyləməyə qadağa qoydu bəlkə, bu işin icra olunmasında zor tətbiq etməkdən çəkinmədi. Tanınmış səhabə Qerzətibni Kə`b1 belə deyir:- Eləki Ömər bizi İraqa tərəf yola salmaq istədi, özü bizi “Sərar”2-a kimi ötürdü. Yol arasında bizdən soruşdu:
- Bilirsiniz sizi nəyə görə yola salıram? Dedik:- bizə hörmət etdiyin üçün! Dedi:- Hə, amma burda başqa bir mətləb də var. O da budur ki, siz elə bir yerə gedirsiniz ki o şəhərin əhli Qur`an oxumaqla məscidləri və oranın mühütini zinətləndirmişlər. Hədis söyləyib onları Qur`an tilavətindən saxlamayın. Qur`anı gücləndirin və onunla birgə heç bir kəlməni və ya hədisi dilinizə gətirməyin. Peyğəmbər (s)-dan olan rəvayətləri az danışın. Mən də sizin bu işinizdə sizə şərik, sizinlə həmkar və bu əməldə sizi müdafiə edərəm.
Eləki Qerzət ibn Kə`b Kufəyə daxil oldu. Ondan Peyğəmbər (s)-in hədislərindən və kəlamlarından söyləməsini istədilər. Qerzə onların cavabında belə dedi: - Ömər bizə hədis söyləməyi qadağan edib 3.
Zəhəbi “Təzkiratul hifaz”- kitabında nəql edir ki: - Əbu Sələmə Əbu Hureyrəyə dedi:- Ömərin xilafəti dövründə də indiki kimi hədis söyləməkdə azad idin? (yə`ni hədis söyləyə bilirdin?)
Əbu Hureyrə onun cavabında belə dedi:- Əgər Ömərin zamanında hədis söyləsəydim cavabımı taziyanə ilə verirdilər 4.
Ömər, Peyğəmbər (s)-in səhabələri ilə hədislərin söylənilməsində onları çox çətin və ağır vəziyyətdə qoyaraq yersiz bəhanələr gətirirdi. Eləki Əbu Musa Əş`əri “iste`zan” (ev sahibinə əziyyət vermək) barədə bir hədis nəql etdi, Ömər dedi:-“Əgər bu hədisinə şahid gətirməsən səni pis cəzalandıracam.” Bə`zən bu hədə qorxular camaatın e`tirazina səbəb olurdu. Beləki, Əbu Munzir həmin dastanda Ömərə belə dedi:
فَلاتَكُنْ يَبْنَ الْخَطَّابْ عَذَاباًعَلَي أَصْحَابِ رَسُول الله (ص)
Ey Xəttabın oğlu! Peyğəmbər (s)-in səhabələrinə narahatlıq və əziyyət vermə.2
Ömər tanınmış hədisçilərdən üç nəfəri: “İbn Məs`ud, Əbu Dərda` və Əbu Məs`ud Ənsarini” hədis nəql etdiklərinə görə Mədinədə nəzarət altında saxlamış və ta ölənə kimi bu üç nəfər ev dustağı kimi yaşamışlar.3
Hakim öz “Mustədrək” adlı kitabında Ömərin əmri il üç nəfəri - “İbn Məs`ud, Əbu Dərda` və Əbazər4- hədis söylədiklərinə görə, onların qarşısını almaq üçün nəzarət altında saxlanılaraq sonradan həbs olunduqlarını yazır.
Bu hədə qorxuların və hədis söyləməyin qadağan olunmasının nəticəsini, Peyğəmbər (s)-in səhabələrindən olan Saib ibn Yezid (vəfati-hicri-qəməri tarixi ilə 80-ci il.) nəql edərək belə açıqlayır: ”Mən, Səid ibn Maliklə5 Mədinədən ta Məkkəyə kimi bir yerde yol yoldaşı oldum. Sə`d, bu uzun səfərdə yol boyu hətta bir dənə də olsun Peyğəmbər (s)-dən hədis söyləmədi”. 1
Şə`bi deyir:-“Bir il Əbdullah ibn Ömərlə bir məclisdə oldum. İl boyunca Peyğəmbər (s)-dən bir dənə də olsa hədis söyləmədi.”2
“ ÖMƏRİN VAXTINDA HƏDİS YAZMAQ VƏ TOPLAMAĞIN QADAĞAN OLUNMASI “
İbn Sə`d öz Təbaqat adlı kitabında deyir :
Ömər ibn Xəttab bir gün sunən və hədislərin yazılması barədə qəti qərara gəldi. Bu barədə Peyğəmbər (s)-in səhabələri ilə məşvərət etdi. Səhabələr hamısı müsbət cavabla razı olduqlarını bildirdilər və bu işin çox lazım olduğunu vurğuladılar. Ömər, bir ay şübhə ilə səbr etdi. Bir aydan sonra dedi:
- “Mən özüm hədislərin yazılmasında qabaqcıl şəxslərdənəm. Bu mövzunu da özüm açdım. Lakin, sonra bu məsələyə diqqət etdim ki, sizdən öncə kitab əhlindən olan bir qrup Allahın kitabı olan yerdə, başqa kitabların yazılmasına üstünlük verirdilər və ona çox rəğbət bəsləyirdilər. Nəticədə isə, Allahın kitabını tərk etdilər. Bu səbəbdən mən də Allahın kitabına bir şey artırılmasına yol verə bilmərəm.”
Bununla da Ömər öz fikrindən döndü və hədisin yazılmasını və toplanmasını tərk etdi.3
Dostları ilə paylaş: |