Buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş


" HƏLƏ BU AZMIŞ KİMİ.... "



Yüklə 1,57 Mb.
səhifə12/38
tarix21.04.2017
ölçüsü1,57 Mb.
#15069
1   ...   8   9   10   11   12   13   14   15   ...   38

" HƏLƏ BU AZMIŞ KİMİ.... "


Əhli sünnə alimlərinin Bə`ziləri bu iki kitabın bütün hədislərinin səhihliyi və onun haqqında və tə`rif etməkdə bura qədər söylədiklərimizə qənaətlənməmiş və bu mövzuda həddini aşmışlar. Bununla da, bu iki kitabın tə`rifində ifrata varmış və onun içindəki hədislərin hamısının səhih olmasına və Peyğəmbər (s) tərəfindən imzalanmasını söyləmişlər. Bə`zən də “Səhihi Buxari” kitabı üçün yuxu görmüş və onu Peyğəmbər (s)-in öz kitabı kimi tanıtdırmışlar.

“Muxtəsəri Xəlil” kitabını şərh edən, Şeyx Muhəmməd ibn Əbdur-Rəhmandan nəql olunmuşdur ki, deyir:- “Mən ustadım Şeyx Əbdur Muta Tunesi ilə birlikdə Həzrət Peyğəmbər (s)-in mübarək hərəminin ziyarətinə getdik. Ustadımın həmışəki adətinin əksinə olaraq bu dəfə ustadım, hərəmin içində bir neçə addım yeridikdən sonra bir an dayandı. Bu minvalla mübarək qəbirə yaxınlaşdı. Qəbirlə üz-üzə durub bir neçə cümlə söylədi. Mən onun məzmununu başa düşmədim. Mubarək qəbiri ziyarət etdikdən sonra bu məsələni (dayanmaq və söhbət etmək) ondan soruşdum. Cavabımda belə dedi:- Mən mübarək hərəmə daxil olub Həzrət Peyğəmbər (s)-i ziyarət etmək istəyərkən , o Həzrətin (s) özündən icazə istədim. Həzrət (s) icazə verdi və mən də daxil oldum. Həzrət (s)-ə yaxınlaşdım və ərz etdim:- Ya Rəsuləllalh! Buxarinin sizdən nəql etdiyi bütün hədislər səhihdirmi? Buyurdu:- Bəli səhihdir!. Ərz etdim: - Onun hədislərinin hamısını sizdən nəql edimmi? Buyurdu:- Bəli, mənim dilimdən nəql et!!”

Bə`zi kitablarda bu dastanı belə nəql edirlər ki:- “Şeyx, Peyğəmbər (s)-i ziyarət etdikdən sonra sual etdi:- “Səhihi Buxari” və “Səhihi Müslüm” kitablarının hər ikisi doğru və düzgündürmü? Onların hər ikisindən hədis nəql etsinmi? Peyğəmbər (s) da onun cavabında hər ikisinin səhih olduğunu bildirmiş və onlardan hədis nəql etməyi icazə vermişdir”.1

Əbu Zeyd Mərvəzidən nəql olunmuşdur ki:- “Mən məqam və rükn1 arasında yatmışdım. Peyğəmbər (s)-ı yuxuda gördüm. Mənə belə buyurdu:- Ey Əba Zeyd! Nə vaxta kimi Şafeinin kitabını oxuyacaqsan?Amma mənim kitabımı heç oxumursan. Ərz etdim:- Ya Rəsuləllah (s)! Sizin kitabınız hansıdır? Buyurdu:- Muhəmməd ibn İsmailin camesi”2 (yə`ni Səhihi Buxari).

Fərid Vəcdi deyir: - “Bə`ziləri “Səhihi Buxari” kitabı barədə çox ifrata varmışlar. Hətta bə`zi şəxslərə pulla muzd verirlər ki, (Qur`an kimi) bu kitabın hədislərini asi`mani xeyr və bərəkətin cəlb olunması üçün oxusunlar”.3

Qasimi "Qəvaidut-təhdis" kitabında deyir:- “Səhihi Buxari kitabı Qur`anla bərabərdir. Əgər bu kitab taun xəstəliyi zamanında hər hansı bir evdə oxunarsa, o evin əhli bu xəstəlikdən amanda qalacaqlar. Hər kəs bu kitabı hansı bir niyyətlə axıracan oxuyub qurtararsa, öz arzu və istə`yinə çatar. Bir hadisə və baş verəcək bir iş qarşıya çıxarsa, belə hadisədən o nicat tapar. Əgər gəmi sərnişinləri ilə birlikdə dənizdə səfər edərsə, o gəmini qərq olmaq təhlükəsi gözləmir”.4


“ YUXULAR GÖRÜRLƏR VƏ KƏRAMƏTLƏR SÖYLƏYİRLƏR “


Deyirlər ki: - Buxari uşaq ikən gözləri kor olmuş və anası Həzrət İbrahim (ə)-ı yuxuda görmşdü. İbrahim peyğəmbər övladının sağalmasını anasına müjdə verərək belə demişdir:- “Sənin duanın tə`sirindən Allah oğlunun gözlərinə şəfa verdi.”Həmin gecə Buxarinin gözləri yenidən görməyə başladı”.1

Fərbəri və Peyğəmbər (s) – Fərbəridən nəql olunur ki, belə deyir:- Bir gecə Peyğəmbər (s)-i yuxuda gördüm. Peyğəmbər (s) sual etdi:- Hara gedirsən? Dedim:- Muhəmməd ibn İsmail Buxarinin yanına! Buyurdu:- Mənim salamımı ona çatdır”.2

Buxaridən nəql olunur ki:- “Mən hər hansı bir hədisi kitaba yazmaq istəyərkən, əvvəl qüsl edib, iki rükət namaz qılır, sonra hədisi kitabda qeyd edirdim”.3

Fərbəri Buxaridən nəql edir ki, deyirdi:-“Mən, hər hansı nir hədisi kitabda yazmaq istəyərkən əvvəlcə istixarə edərdim və bu hədisin düzgünlüyü mənə isbat olurdu. Sonra tez onu yazmağa başlayardım”.4

Buxaridən nəql olunur ki, o belə demişdir:-“ Mən, öz səhih hədislərimi 1600 hədis içindən seçərək onları Allahla öz aramda höccət sayırdım”.5

Fazil Nəvəvi Müslümdən nəql edir ki: - “Mən, öz səhihimi (musnədimi) 300.000 hədis içindən toplayıb seçmişəm. Əgər hədis əhli 200- il də hədis yazsalar, yenə də mənim hədis kitablarıma müraciət edəcəklər”.

" ŞERLƏR VƏ QƏSİDƏLƏR "


“Səhihi Buxari” kitabı barədə çoxlu qəsidələr deyilmiş və şerlər söylənilmişdir ki, onlardan biri də İbn Amir Corcaninin “səhihi Buxari” kitabı barədə vəsf etdiyi qəsidəsidir. O, qəsidəsində belə deyir:
صحيح البخاري لوانصفوه؟ لماخط الابماء الذهب

هوالفرق بين الهدي والعمي هوالسددون العناوالعطب

اسانيد مثل نجوم السماء امام متون كمثل الشهب

به قام ميزان دين النبي (ص) ودان له العرب بعد العجم
"Əgər insafa qalsa gərək “Səhihi Buxari” kitabı qızıl suyu ilə yazılsın. Çünki, bu kitab azğınlıqla hidayət arasında fərqi açıqlayan bir kitabdır. Ağır sellərin və mənəvi uçurumun qarşısında möhkəm səd və qala kimidir. Bu kitabın sənədləri parlayan ulduzlar kimidir ki, mətnlərin hər birində, göydə süzən parlaq ulduzlar kimi düzülmüşlər. Bu kitabla Allah elçisnin dininin tərəzisi qurulmuş və möhkəmlənmişdir. Ərəb və əcəm, qarşısında baş əydiyi və təzim etdiyi kitab, bu kitabdır. "1

İmam Əbul Fətuh İcli də “Səhihi Müslüm” kitabı barədə yazdığı şe`rində belə söyləyir:


صحيح القشيري ذارتبة تفوق الثر يا اذاما اعتلت

فالفاظه مثل نور الرياض سقيها السواري اذا ماسرت

و اماالمعاني فكالشمس تحت السحاب الخريفي عنهانجلت

فلله دولة هذا الامام والله همته ان علت

عليه من الله رضوانه فقدتم مسعاته وانتهت
“Səhihi Müslüm elə bir dərəcəyə və məqama malikdir ki, "sürəyya"2 ulduzlarından üstündür. Bu kitabın sözləri ağacların çiçəklərinə bənzəyir. Hərəkət edən buludlar və rəhmət yağışları onu sulayıblar. Amma mənalarına gəldikdə isə, payız günəşı kimi buludlar altından görünərək işıq saçırlar. Bu İmamın (Müslümün), dövlətini daimi etmək Allahın əlindədir. Onun uca himmətini daha da ucaltmaq Allahın öhdəsinədir. Onun yeri, cənnəti-Rizvan və Allahın behişti olsun. Çünki o, çalışaraq axırıncı məqama və kəmala yetişmişdir.”3

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin