B E Ş İ N C İ H İ S S Ə
“ SƏHİHEYNİN HƏDİSLƏRİNİN MƏTN CƏHƏTİNDƏN ZƏİFLİYİ “
“ HƏDİSİN DEYİLİŞİ İLƏ YAZILIŞI ARASINDA OLAN FASİLƏ “
Səhiheyn hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə geniş şəkildə söhbət olundu. İndi isə əziz oxucularımızln diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik.
Kitabın ilk səhifələrində hədis barəsində muxtəsər işarə olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbər (s)-in vəfat tarixindən ta Ömər ibn Əbdul Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislərin barəsində araşdırma aparıldı. İndi isə Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih bilən bir çox şəxslər, bu sualla üz-üzə dururlar:
Hədis yazılışının bir əsr boyu qadağan olunması, uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alinmışdır. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi tə`sirlərə mə`ruz qalmışdır.
Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmişdir?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəinin hansı həqiqətləri aradan getmiş və onun yerinə hansı səhv məsələlər oyulmuşdur?!
Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər, hədislərin İslam hökümlərinin budaqları və kökü olduğuna e`tiqad bəsləyərək nəql edirdilər. Lakin o hədislərin əsas kökündən, düzgün olub olmamasından heç bir xəbərləri yox idi.
Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih sayanlar, öz qarşılarına çıxan bu suala tutarlı və qane edici bir cavab verə bilməmişlər.
Əhli sünnə yazıçılarının bə`ziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər.1 Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə yazıların və sənədin yerini tuta bilməz.
Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa e`timad etmək olardı. Lakin, səhiheyn kitablarını araşdırdıqda aydın olur ki, bə`zən hədislər neçə vasitə ilə Peyğəmbər (s)-ə çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər – istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumi nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheynin hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik!
“ YARIMÇIQ YAZILMIŞ HƏDİSLƏR “ (senzura olunmuş hədislər)
Səhihi Buxarinin hədislərinin zəif olmasına və e`tibarsızlığına olan dördüncü dəlilimiz, onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura1 olunmasıdır.
Bu qəbahətli iş, Buxaridə mənəvi hökümranlıq edən həmin təəssübküşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əli (ə)-ın fəzilətinə işarə olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhvlərinə dəlil olan hədisləri kəsib atdığının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisar olması, o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir.
Bu əməl, buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir muhəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisar etmişdir.
Belə həqiqətləri gizlətmək və ya onları örtbastır etmək bir muhəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünki, həqiqəti gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır.
Bundan əlavə, Buxarinin öz zövqi ilə hədislərin başına açdığı oyunlar, bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarinin əlində olmuşdur. Lakin, onun səliqəsi və zövqi ilə uyğun olmadığına görə, onları öz kitabında yazmamışdır. Bununla da, hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs, hədis yazmaqda belə bir muamiləyə girərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı mə`lumdur.
İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk:
1.”CƏNABƏT HÖKMÜ “
Bir nəffər, Ömər ibn Xəttabdan sual etdi: Əgər cənabətli olsam, su tapa bilməsəm namaz qılmaqdan ötrü nə etməliyəm? Ömər cavında dedi: Namaz qılma! Əmmar da həmin məclisdə idi. Peyğəmbərin təyəmmüm etmək əmrini hər ikisi eşitmişdilər. Öməri danlayaraq onun verdiyi hökmə e`tiraz etdi.
Şək yoxdur ki belə hökm və cənabətli olan şəxsə namazı tərk etmək əmri Qur`anın və Peyğəmbər (s)-in göstərişlərinin əksinədir. Həmçinin xəlifənin təyəmmüm hökmündən xəbərdar olmaması və ya onun İslami qanunlarından xəbərsiz olmasını (beləki, bu məsələ ümumi bir məsələdir) çatdırır. Buxari, xəlifənin abrını qorumaqdan ötrü bu hədisdə dəyişiklik etmiş və Ömərin لاتصل cavabını yə`ni “namaz qilma” cümləsini hədisdən silmişdir.
İndi də əziz oxucumuzdan istəyirik ki, Buxarinin hədisinin mətni ilə Müslümün, Nəsainin və İbn Macənin nəql etdikləri hədisin mətnlərini yanaşı qoysunlar həqiqət onlar üçün aydın olsun.
... عن شعبة قال حدثني الحكم عن ذر عن سعيد بن عبدالرحمان بن ابزي عن ابيه ان رجلا اتي عمر، فقال اني اجنبت فلم اجد ماءاً فقال: لا تصل! فقال عمار: اما تذكر يااميرالمؤمنين؟! اذأنا وأنت في سرية فأجننا فلم نجد ماءاً فأما أنت فلم تصل، و اما أنا فتمعكت في التراب و صليت، فقال النبي (ص): انما يكفيك أن تضرب بيديك الارض ، ثم تنفخ، ثم تمسح بهما وجهك و كيفيك، فقال عمر: إتق الله يا عمار قال: إن شئت لم أحدث به .
Səhihi Müslüm c-1, Təyəmmüm babı; Sünəni Nəsai c-1, Təyəmmüm babı; Sünəni İbn Macə c-1, 91-ci bab.
حدثنا آدم قال حدثنا شعبه حدثنا الحكم عن ذر عن سعيدبن عبدالرحمان بن ابزي عن ابيه قال: جاء رجل الي عمر بن الخطاب فقال: إني أجنبت فلم أصب الماء......: فقال عمار بن ياسر لعمربن الخطاب اما تذكر أنا وأنت؟! فاما أنت فلم تصل، واما أنا فتمعكت فصليت، فذكرت للنبي (ص)، فقال النبي (ص) انما يكفيك هكذا فرب النبي (ص) بكفيه الارض، ونفخ فيهما، ثم مسح بهماوجهه وكفيه.
Səhihi Buxari c-1, Kitabut-təyəmmüm babul Mutəyəmmumu həl yənfəxu fihima.
Əziz oxucu, gördüyünüz kimi bu iki hədis sənəd və mətn baxımından eynidir. Onlar arasında Səhihi Müslümdə gözə dəyən لا تصل "namaz qılma" cümləsindən başqa heç bir fərq yoxdur. Lakin, Səhihi Buxaridən bu cümlə silinmişdir.
Dostları ilə paylaş: |