" RİCAL ELMİ1 VƏ DİRAYƏTUL HƏDİS2 "
Hər bir rəvayətin səhih və e`tibarli olmasını bilməkdən ötrü o hədisin ravisinin dini, i`manı və əqidəsi araşdırılmalıdır. Çünki ravinin, nəql etdiyi rəvayətlər hər cür yalan və təhriflərdən uzaq olmalıdır. Bu, elə bir mühüm məsələdir ki, bütün dövrlərdə bƏş`əriyyətin nəzər-diqqətini özünə cəlb etmişdir. Dünyanın heç bir nöqtəsində bir şəxsin doğruluğu sübuta çatmayınca onun sözlərini və ya yazılarını qə`bul etmirlər. Xüsusilə də o zamanın mürəkkəb siyasi vəziyyətində vilayətin hakimiyyti ilə mübarizə apardıqda və bu kimi hallarda adətən həqiqətin təhrif olunma ehtimalı daha çox gözə dəyir.
Əgər bir şəxs, bu barədə sadəlövcəsinə davranaraq hər hədisi və ravini dəlilsiz və sənədsiz qə`bul edərsə, faydasız fikirlərə və quru kəlimələrə e`timad göstərərək zərər etmişdir.
Quraini Kərim müsəlmanlara i`manı olmayan hər hansı bir ravinin sözlərinə inanmağı qadağan etmiş və bu mövzuda sadəlövlüyün pis və zərərli aqibətindən çəkindirmişdir. Bu kimi nəql olunmuş məsələlərin araşdırılmasını və onların üzərində təhqiq aparılmasını lazım bilmişdir.1
Fitri anlayış və İslami olan bu əmr, hədis elminin yaranmasi ilə, iki başqa elmin (rical və dirayətul hədis) də vucuda gəlməsinə səbəb oldu. Onlardan birincisi (rical elmi) ravilərin həyatını, ikincisi (dirayətul hədis) isə ravilərin və hədislərin mətnlərində olan vəziyyəti araşdırmağı öz öhdəsinə götürmüşlər.
Bu iki elm sahəsində şi`ə və sünni məzhəblərindən böyük və şəxsiyyətli alimlər meydana çıxdı; Rical və dirayətu hədis üzrə qiymətli kitablar yazıldı.
Dirayətul hədis alimlərinin, ravilər barədə bir sıra ciddi şərtləri vardır. Bu da, onu göstərir ki, ravinin i`manlı və e`tibarlı olması nə qədər də mühümdür. Buna görə də, ravi ədalətli, i`manlı, doğruluğundan əlavə həm də güclü yaddaşa malik olmalıdır.
“ İ`MAN, HƏDİSİN QƏ`BUL OLUNMASININ ƏSAS ŞƏRTİDİR.”
Necə ki, yuxarıda bu məsələyə işarə olundu, hər hansı bir hədisi və xəbəri qə`bul etməyin bir neçə mühüm şərti vardır. O şərtlərin birincisi, bu hədis və xəbəri söyləyən adamın yə`ni ravinin i`manlı olmasıdır. Dinləyici ya oxucu ravinin doğruçu, düz danışan və i`manlı olmasnı yəqin etməlidir.
Mö`təbər sənədlərə əsasən, “səhiheyn” kitablarında olan hədislərin ravilərinin bir qismi sabit fikrə və i`mana malik olmamışlar. Tarixi dəlillərə müraciət edərkən onların doğru yoldan sanmaları və e`tibarsız olmaları üzə çıxır və inkar edilməzdir.
“Səhiheyn” ravilərinin böyük bir qismi, o adamlardır ki, qondarma hədis yazma, hədis saxtalaşdırma, Həzrət Əli (ə)-la düşmənlikdən başqa yalançı da olmuşlar.
“ BU XÜSUSİYYƏTLƏR İ`MANLA DÜZ GƏLMİR.”
Əgər yuxarıda sayılmış sifətlərdən biri, hər hansı bir kəsdə olsa, onun hədisi e`tibardan düşəcək və sözlərinin heç bir qiyməti olmayacaqdır. Belə sifətlər isə i`manlı və mö`min şəxslərdə cəm ola bilməz. Bizim nəzərimizcə, i`manla yalan hədis düzəltmək heç vaxt bir yerdə ola bilməz. Yə`ni, i`manlı olan şəxs heç vaxt yalan hədis düzəltməz, rəvayət uydurmaz və yalan danışmaz. Belə sifətlərə malik olan şəxslərin e`timadsızlığı gün kimi aydın olan bir məsələdir. Buna görə də o kəslərin e`timadsızlığını sübut etməkdən ötrü dəlil gətirməkdən vaz keçirik. Amma, onların Həzrət Əli (ə)-la düşmənçiliyinii i`manla düz gəlməməsinə aid bir neçə hədisi gətirmək istəyirik. Sonra “səhiheyn” kitablarının raviləri haqqında təhqiqat aparacağıq.
İndi isə belə hədislərdən bir neçə nümunə:
-
Peyğəmbər (s) buyurdu :”Ənsarla dostluq i`man əlaməti, onlara kin bəsləyib düşmən olmaq isə nifaq əlamətidir.”1
-
Yenə buyurur ki : “Bir müsəlmana söyüş söyüb ona lə`nət oxumaq fasiqlik əlaməti və günah, bir müsəlmanla müharibə etmək isə küfr və dinsizlik əlamətidir.”2
-
Əli (ə) buyurur: “And olsun o Allaha ki toxum dənəsini parçalayıb bəşər övladlarını yaratdı. Bu, Allah Peyğəmbərinin (s) mənimlə bağladığı əhd peymandır ki, “Məni mö`mindən başqa bir kəs sevməz və münafiqdən başqa bir kəs mənimlə düşmənlik etməz.”3
“ SƏHİHEYN KİTABLARININ RAVİLƏRİNDƏN BİR DƏSTƏSİNİN İ`MANININ MİQDARI VƏ BU İ`MANIN TƏNQİDİ “
Səhiheyn kitablarından nəql olunan hədislərin məzmununa, i`man və əqidə barədə söylənilən mətləblərə diqqət etməklə, zikr olunan hədislərin ravilərinin doğru danışan və düzgünlüyünün çox əhəmiyyətli olması mə`lum oldu.
Əziz oxucu, siz səhiheyn kitablarının ricallarından bir qrupunun və bu iki kitabın hədis ravilərinin barəsində təhqiq edərək höküm verə bilərsiniz. O cümlədən onların hədislərinin bir qisminin səhih ya yanlışlığına da diqqət edə bilərsiniz. Çünki, mülahizə olunduğu kimi, Peyğəmbər (s)-in ənsara və Əli (ə)-a məhəbbət göstərmək, onları sevmək i`man və onlarla ədavət və düşmənçiliyin nifaq əlaməti olduğunu bildirmişdir. Bu hədislər hər bir müsəlmanla müharibə etməyi küfr və i`mandan xaric olmaq kimi sayır.
Təhqiqatçıların və rical alimlərinin nəzərinə əsasən, bu iki kitabın hədis ravilərinin bir çoxu möhkəm i`mana və əqidəyə malik olmamışlar. Tarixçilərin nəzərinə əsasən bu ravilər arasında bir qrup yalan danışan və e`timad olunmayan ravilər çox olmuşlar. O cümlədən onlar arasında Əli (ə)-la ədavət və düşmənlik edənlər də az deyildir.
Necəki, İbn Həcər Səhihi Buxari kitabının hədislərinin mətnlərində və sənədlərində olan düyünləri açmaqla və bə`zən də təəssübkeşliyi kənara qoymaqla bə`zi həqiqətləri işıqlandırmışdır. O ravilərin adlarını zikr etməklə bildirmişdir ki, keçmiş alimlər bu raviləri e`timad olunmaz və zəif saymışlar. İbn Həcər neçə nəfərin adlarını sayaraq belə deyir :- “Bunlar nasibilərdən1 və Əli (ə)-ın qatı düşmənləridirlər.”2
Şeyx Mö`təzilə Əbu Cəfər Əskafi bu barədə deyir :-“ Müaviyə, səhabə və tabeindən bir qrup şəxsləri Əli(ə)-ın barəsində ona (Əliyə) tənə vurmağa və uydurma hədis nəql etməyə vadar etdi. Bu iş üçün çoxlu pul xərclədi. Beləki, hər bir sust və i`manı zəif olan bir kəsi asanlıqla bu işə cəlb edirdi.” Sonra belə deyir:-“ Belə şəxslərdən Əbu Hureyrə, Əmr ibn Ass,Muğeyrət ibni Şöbə və Zubeyrin oğlu Urvə idi. Onlar Əli (ə) barədə çoxlu yalanlar qoşmuşlar. Bu yolla Müaviyə`nin rəğbətini özlərinə cəlb edərək onu öz istədiyi ilə tə`min edirdilər.”3
Hörmətli oxuyucu! Əskafinin saydığı Müaviyə`nin hədis uyduran şəxslərdən tanıtdırdığı bu bir neçə nəfər, o şəxslərdirlər ki, səhiheyn kitablarında onların vasitəsilə çoxlu hədislər nəql olunmuşdur.
Ötən bəhslərdə alimlərdən bir neçə nəfərin bu iki kitabın raviləri barədə olan iradlarını nəql etmişdik. İbn Həcərin, Əbu Zərənin, Nəvəvinin və Əhməd Əmininin sözlərini əziz oxucuların xidmətinə çatdırmışdıq. 1
Burada nümunə və şahid olaraq səhiheynin ricalından bir neçə nəfərin başqa alimlər tərəfindən də zəifliyini və onlar barədə olan sözlərini, ravilərin tərcümeyi halını, yaşayış tarixini, məzhəbini və s.. açıqlayırıq. Həmin tərcümeyi hal, bu ravilərin bir çoxunu tanımaqda gözəl me`yar və ülgü ola bilər.
Dostları ilə paylaş: |