1. ƏBU HUREYRƏ :
Səhiheyn kitablarında Əbu Hureyrənin vasitəsilə bir çox hədislər nəql olunmuşdur. Bu hədislərin sayı 5374 ədəddir. Buxari, öz səhih adlı kitabında Əbu Hureyrədən 446 hədis nəql etmışdir.2
O, elə şəxslərdəndir ki, çox hədis nəql etməkdə tanınmış, bəlkə birinci yerdədir. Onun hədislərinin çoxluğunu belə müqayisə ilə bilmək olar ki, əhli sünnənin “Məsanid” və başqa kitablarında dörd xəlifədən nəql olunmuş bütün hədislərin hamısının sayı 1411 hədisdir ki, Əbu Hureyrədən nəql olunmuş hədislərə nisbətən 27% azdır.
O, Yəmən əhlindəndir. Xeybər qalasının fəthindən sonra (hicrətin 7-ci ilində) Mədinəyə hicrət etmiş və İslam dinini qə`bul etmişdir. Peyğəmbər (s)-la onun arasında həm söhbəti, özünün dediyinə görə üç ildən artıq olmamışdır.3
Əbu Hureyrə, Müaviyə`nin əmrlərinə çox əməl edən, hədis uyduran qrupun üzvlərindən biri idi. O cümlədən Əli (ə)-a və onun xanedanına nisbət çoxlu nalayiq sözlər demiş, Müaviyə və başqa üç xəlifələrin barəsində isə olmayan fəzilətləri uydurmuşdur.1
Əbu Hureyrə o kəsdir ki, öz zamanında da çoxlu yalan hədislər deməkdə yalançı olması ilə günahlandırılmış və bu ittihamlar qarşısında özünə bəraət qazandırmışdır.2
ƏBU HUREYRƏNİN KİSƏSİ :
Elə ki Əbu Hureyrə yalançılığının aşkar olmasını görürdü, öz yalanına e`tiraf etməklə, qarşı tərəfi çıxılmaz vəziyyətdə qoyurdu. Beləliklə özünü çıxılmaz vəziyyətdən xilas edirdi.
Buxari öz “səhih” adlı kitabında Əbu Hureyrədən bir hədis nəql edir ki, onun axırı çox təəccüblü bir cümlə ilə diqqəti özünə cəlb edir :
فَقَالُوا......يَاأَبَاهُريره سَمِعْتَ هَذَامِنْ رَسُولِ الله(ص)؟ قَال:لا,هَذَامِنْ كِيس أَبِي هُرَيْرة .
Hədisin məzmunu belədir:
Əbu Hureyrə Peyğəmbər (s)-dan bir hədis nəql etmişdir. Elə ki, onun axırı dinləyicilər üçün çox təəccüb edici və qə`bul olunmaz oldu, cürət və cəsarət taparaq sual soruşdular:- Əba Hureyrə! Bu cümləni də Peyğəmbər (s)-dan eşitmisən?
Əbu Hureyrə burada məcbur olurdu mətləbi ifşa etsin və onun söykənə biləcəyi həqiqəti belə izah edib deyirdi :- Xeyr, bu Əbu Hureyrənin kisəsindəndir.3
Əbu Hureyrənin tərcümeyi halında onun məzhəbi şəxsiyyəti, ictimai şəxsiyyəti və Müaviyə`nin təşkil etdiyi hədis uyduran heyə`tin üzvü olması barədə, çoxlu qiymətli kitablar təlif olunmuşdur.1
2. ƏBU MUSA ƏŞ`ƏRİ :
Səhiheyn kitablarının ravilərindən biri də Əbu Musa Əş`əridir. Adətən əhli sünnə məzhəbinin rical və tərcümə olunmuş kitablarında, Əbu Musa barədə fəzilətlər nəql olunmuşdur.2 Buxari də öz səhihində ondan 57 hədis nəql etmişdir.3 Lakin O, Əli (ə)-ın qatı düşmənlərindən və İslam aləmində çox acınacaqlı hadisələr tö`rədənlərdən biri olmuşdur. Beləki, Əli (ə) namazında onu gördüyü işlərinə görə qarğış etmişdir.4
Əli (ə) elə ki Kufənin yaxınlığına çatdı, Əmmar Yasiri və Muhəmməd ibn Əbu Bəkri Kufə əhlinin yanına göndərdi. Əbu Musa o günlərdə Kufənin hökumdarı idi. O hələ Osmanın zamanından bu vəzifəni qoruyub saxlamışdi.
Əli (ə) göndərdiyi iki nəfər səfirinin vasitəsi ilə, Kufə əhlindən kömək istədi. Kufənin başçılarından bir qrupu Əbu Musanın yanına tələsdilər və onun Əli (ə)-a kömək üçün Kufədən xaric olmaları barədə, Əbu Musanın nəzərini öyrənmək istədilər. Əbu Musa onların cavabında dedi:- Əgər axirət yolunu istəyirsinizsə budur ki, siz öz evinizin işinə yetişin və Kufədən kənara çıxmayın. Əgər Kufədən çıxmaqla atəşli və əzablı yolu istəsəniz, bu işin mə`suliyyəti sizi özünə tərəf dəvət edən o kəsin (Əli (ə)-ın) boynunadır.
Əbu Musanın söylədiyi həmin bir cümlə, Kufədə olan o günki məqam və vəzifəli, nüfuzlu şəxslərin bir çoxunun və Kufə qəbilələrinin şeyxlərinin Əli (ə)-a kömək göstərməmələrinə səbəb oldu.
Bu hissəni İbn Quteybə nəql edir. Sonra, Əbu Musanın Əmmara və Muhəmməd ibn Əbu Bəkrə söylədiklərini və mənbər başında Kufə camaatına olan onun söhbətlərini nəql etmişdir. Bu da onun sözlərində və xütbələrində iki üzlülüyünü, e`tiqadsızlığını və onun azğınlığını, Əli (ə)-a qarşı düşmənçiliyini çox gözəl şəkildə açıqlayır. - Əbu Musa Əş`əri haqla batilin arasında fərqi ayıra bilmirdi . O , həmin kəslərdən idi ki:
واستيقنتهاأنفسهم ظلماً جَحَدُوابِهَا
“Bilə-bilə (Əli (ə)-ın vilayətini və üstünlüyünü) inkar edərək özlərinə zülm edirdilər.”
Onun Əli (ə)-a kömək göstərməməsi barədə Kufə məscidində etdiyi xütbəsi, nifaq toxumlarının bir çox Kufə qəbilələrinin tanınmış başçıları arasında səpilməsinə səbəb oldu və onun acı bəhrələri “Süffeyn” və başqa müharibələrdə öz nəticəsini göstərdi.
Əbu Musa o kəsdir ki, “həkəmeyn” hadisəsində hökm oxunan zaman, Əbdullah ibn Öməri xilafət üçün Əli (ə)-dan ləyaqətli və üstün bilirdi. Hökm oxuyaraq Əli (ə)-ı xilafətdən azad etdi. 1
3. ƏMR İBN ASS :
Səhiheyn kitablarının ravilərindən və bu iki kitabın hədisçilərindən biri də, Əmr ibn Ass ibn Vaildir. Onun Əli (ə)-la muxalifət etməyi və düşmənçiliyi, tarixdən azacıq belə olsun anlayışı olanlar üçün gizli və qaranlıq deyildir.
Əmr Ass, yaşayışının tarixi səhifələri, Müaviyə`nin qondarma hədis düzəldən heyətləri arasında olması, “Süffeyn” döyüşündə Müaviyə`nin qoşunu sırasında iştirak etməsi, bu ədavət və kinəyə çox gözəl və möhkəm dəlildir. Əmr Ass, nəinki təkcə “Süffeyn” döyüşündə iştirak etmiş, bəlkə bu qanlı döyüş və hadisə “Süffeyn” döyüşündən sonra, onun hiylə, məkr planları ilə hazırlanırdı. Həkəmiyyət məsələsi onun xaincəsinə hazırladığı planların nəticəsi idi. Həmçinin, Qur`an vərəqələrinin nizələr üzərinə vurulması ilə bu məsələni əməli surətdə İslam aləmində, müsəlmanlar arasında hələ də düzəlməyən ayrı seçkiliyə, təriqətlərin yaranmasına və ən nəhayət Əli (ə)-ın şəhadəti ilə nəticələndi.
O cümlədən, necə ki onun adını çəkdiyi, atası Ass ibn Vail zahirdə onun atası adlandırılmış və Peyğəmbər (s)-in qatı və açıq düşmənlərindən bir idi. Kovsər surəsi Ass ibn Vailin Peyğəmbərə (s) söylədiyi tikanlı və təhqiramiz məsxərələrin nəticəsində nazil olmuşdur. Allah onun özünü “əbtər” yə`ni “sonsuz” adlandırmışdır. Əmrin özü, Əli (ə)-la ədavət və düşmənliyindən əl çəkməmiş, imkan daxilində fürsət əldə etməklə səpdiyi nifaq və düşmənçilik toxumlarından faydalanırdı.
Biz, burada İmam Əli (ə)-ın onun barəsində buyurduqları kəlamlardan bir neçə cümlə zikr edirik. O cümlədən Əmr Asın yalançılığı, onun Əli (ə)-ın mübarək şəxsiyyəti barədə iftira və böhtanlarını da qeyd edirik. Bu cümlələr bir lövhədir ki, məzhəbi şəxsiyyət və i`manda məqamı və rütbəsi olan bir şəxsin, Asın oğlu Əmr barədə olan Əli (ə)-ın buyurduqlarıdır. Bu kəlamları əziz oxucuların qarşısında xatırladır və səhiheyn kitablarında Əmr Asın səhih adlanan hədislərinin sayını açıqlayırıq.
Əli (ə) buyurur:- Zinakar qadının oğluna təəccüb edirəm ki, yalan yolla Şam əhlinə deyir ki:- Mən (Əli) çox zarafat edən və qulaq oynadan bir kişiyəm. Bu iş də mənim ən çox sevdiyim bir işdir. O, yalan və düzgün olmayan söz demişdir. Bu sözü ilə günaha mürtəkib olmuşdur. Agah olun! Günahların ən pisi yalandır və Əmr ağzına aldığı hər bir sözü yalanla birdir. O, bir kəsə əgər vədə verərsə ona xilaf edər, sual və soruşmaqda çox sözü olan, cavab verməkdə isə çox paxıl və bağladığı əhd-peymanında xəyanət edəndir. Qohumlarından uzaq gəzəndir. Elə ki, döyüş meydanında hazır olur, qılınclar nəqədər ki işə düşməyib fəsad qaynatmaq, alov yandırmaq üçün çoxlu qanun və qaydaları dilində oynadır. Lakin, eləki qılınclar qınından çıxdı və döyüş başladı ən böyük hiyləsi budur ki övrətini camaata göstərir. Bilin! And olsun Allaha ölümü yad etmək məni zarafat etməkdən və oyun oynamaqdan saxlayır. Axirəti unutmaq, Əmr Ası haqq sözü deməkdən saxlayır.1
O Müaviyədən hədiyyə almaq və Müaviyə`nin ona dinindən əl çəksin deyə böyük məbləğdə rüşvət (Misir hökumətinin) verməsi şərti ilə biy`ət2 etmışdir.
Bu, Əli (ə)-ın Əmr Asın əxlaqı və əqidəsi barədə olan buyurduqları idi. Əmr As, həmin şəxslərdən idi ki, Əli (ə) sübh və məğrib namazlarında ona qarğış edib və lənət oxuyurdu.1
Dostları ilə paylaş: |