Buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş



Yüklə 1,57 Mb.
səhifə18/38
tarix21.04.2017
ölçüsü1,57 Mb.
#15069
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

4. ƏBDULLAH İBN ZUBEYR :


Əhli sunnə məzhəbi arasında hədis ravisi kimi tanınmış və səhiheyn kitablarının hədisçilərindən biri də Zubeyr oğlu Əbdullahdır. Buxari öz səhih adlı kitabında ondan on hədis nəql etmişdir. Əbdullah ibn Zubeyr Əli (ə)-ın qatı düşmənlərindən , xəvaric, nasibilərdən və muxalifətlərindən biri idi. Cəməl döyüşündə atası Zubeyrin və Təlhənin olmasıyla qoşunun pişnamazı və imamətliyi ona həvalə olunmuşdur.2

Bə`zi ravilərin yazdıqlarının məzmununa əsasən o, atası Zubeyri Əli (ə)-la düşmən olmasına məcbur etmişdir. Çünki, Əli (ə) buyurmuşdur ki:- Zubeyr, oğlu böyüyənə kimi biz əhli beytlə idi.”3 Yenə də nəql olunmuşdur ki, Əli (ə) Cəməl döyüşündə elə ki, Zubeyrlə üzləşdi buyurdu:-“Sənin ləyaqətsiz oğlun böyüyüb bizim aramızda təfriqə salana qədər, biz səni Əbdul Muttəlibin övladlarından və yaxşı kəslərdən sayırdıq.”4

Cəməl döyüşündə eləki Ayişənin qoşunu “Bemaul həvəb” adlı bir məkana yetişdi, o yerin itləri hürməklə səs-küy salmağa başladılar. Ayişə Muhəmməd ibn Təlhədən sual edərək bu məkanın adını soruşdu. Təlhə dedi: “Maul həvəb”. Ayişə dedi:-Mən özümə belə məsləhət görürəm ki buradan qayıdam. Muhəmməd dedi:-Niyə?. Ayişə cavab verdi:- Çünki, Allahın rəsulundan (s) eşitdim ki, öz arvadlarına nəhy edərkən belə buyurdu:- Guya görürəm ki, sizlərdən birinə “həvəb” itləri hürəcək. Sonra buyurdu:-“Ya Humeyra! Özünü gözlə ki o sən olmayasan.”

Muhəmməd ibn Təlhə dedi:- Allah sənə rəhm etsin bu sözləri boşla və üstündən keç. Cəmiyyət və qoşun arasında təfriqəyə bais olma. Sonra Əbdullah ibn Zubeyr yaxınlaşdı və and içdi ki, tanıtdıranlar düzgün tanıtdırmayıblar və səhv deyiblər. Sonra Ayişənin inamının artması üçün 50 nəfəri yalandan şəhadət verərək sözünü təsdiq etməklərinə vadar etdi.1

Vaqidinin, İbnul Kəlbinin və başqa tarixçilərin nəqlinə əsasən, İbn Zubeyrin Əli (ə)-la düşmənliyi və ədavəti o yerə qədər idi ki, ələ keçən hər bir fürsət vaxtı o həzrət (ə)-a hörmətsizlik edirdi. Bir müddət də xilafət iddiası etdi. 40 cümə namaz xütbəsindən, Peyğəmbər (s)-in adını sildi. Onun bu əməli camaata ağır gəldi və axırda e`tiraza səbəb oldu.

İbn Zubeyr öz əməlini belə açıqlayır:-Mənim Peyğəmbər (s)-in adını zikr olunmamasında məqsədim budur ki, Peyğəmbər (s)-in ləyaqətsiz və geridə qalmış qohumları vardır. Peyğəmbər (s)-in adını zikr etsəm onlar sevinəcəklər. Mən isə Allah elçisinin adını dilimə gətirməməkdə və onları əzməkdə məcburam.2




5. İMRAN İBN HƏTTAN


İmran ibn Həttan xəvariclərin rəislərindən, fəqihlərindən və onların xətiblərindəndir. Əhli sünnənin hədis ravilərindən və ricalından biri kimi tanınmışdır. Buxari öz səhih adlı kitabında ondan hədislər nəql etmişdir.

İmranın Əli (ə)-la düşmənliyi o qədər həddini aşmışdır ki, öz məşhur şe`rlərində İbn Mülcəmi tə`rifləmiş və Əli (ə) –mı öldürdüyü üçün behiştə daxil olacağını bildirmişdir. Onun nəzərincə, İbn Mülcəmin bu böyük cinayəti, Allah qarşısında bütün dünya əhlinin əməllərindən fəzilətli olmasına və çəkisinin bütün camaatın əməllərindən ağır gəlməsinə səbəb olmuşdur. O, öz şerində deyir:



يا ضربة من تقي! ما ارادبها الاليبلغ منذي العرش رضوانا

أني لا ذكره حينا فأحسبه أوفي البرية عند الرحمان ميزانا1

Əziz oxucu!

Bu, səhiheyn ravilərinin bir çoxunun həqiqi məzhəbi çöhrəsi idi. Belə şəxslər tərəfindən bu iki kitabda müxtəlif hədislər nəql olunmuşdur. Əziz oxuculardan xahişimiz budur ki, istəyirik ki, bir dəfə də yenidən Səhiheyn2 kitablarının ravilərinə, onların tərcümeyi halına diqqət etməklə, özünüz bu iki kitabın bütün hədislərinin səhihliyi barədə höküm verəsiniz.

Əvvəlki səhfələri oxumaqla həqiqətlərin üzərindən təəssübkeşlik pərdəsini götürün və Əbul Həsən Muqəddisi kimi sünni alimlərinin Bə`zilərinin yazılarını tapın. O yerdəki deyir:

Səhiheyn kitablarının hədislərini nəql edənlərin cərgəsində duran hər bir kəs, daha hər növ eyib, naqislik və hər cürə irad və şübhələrdən munəzzəhdir...هذاجازالقنطرة 3

Gördüyünüz kimi bu iqtibas nə qədər də yalnış və qərəzli deyilmişdir.



6-7. BUXARİ VƏ MÜSLÜM :

(BUXARİ VƏ MÜSLÜMİN TƏƏSSÜBKEŞLİYİ)


Bu iki kitabın zəifliyinin ikinci dəlili səhihi Buxari və səhihi Müslüm kitablarının hədislərinin bir qisminin səhih olmamasının və zəifliyinin səbəblərindən biri olan, onların çox fovqəladə təəssübkeşliyidir. Bu iki kitabın müəlliflərinin təəssübkeşliyinin həddindən artıq çox olması yazdıqları hədislərdə belə öz əksini tapmışdır. Belə ki, təəssübkeşlik Buxaridə Müslümə nisbətən daha çox gözə dəyir.

Necə ki, “hubb” – sevgi və “boğz”-kin-küdurət həddindən artıq və ifrat dərəcəsinə çatdıqda insanı həqiqətləri dərk etməkdən saxlayır və həqiqəti görməkdə onun gözlərini kor və eşitməkdə isə qulaqlarını kar edir. Təəssübkeşlik də insanı həqiqəti dərk etməkdən saxlayır və haqqın aşkar olmasına mane olur. İnsanı həqiqəti ört basdır etməyə vadar edir. Həqiqətən təəssüb özü də “sevgi və nifrət”-in vucuda gəlməsində olan amillərdən biridir. Təəssüflər olsun ki, Buxari və Müslüm çox fovqəladə şəkildə təəssübkeşliyə mübtəla olmuş və bu hal onlara qalib gəlmişdir.

İndi isə onların təəssübkeşliyindən bir neçə numunəyə işarə edirik:

“SƏHİHEYN KİTABLARI VƏ ƏLİ (Ə)-IN FƏZİLƏTLƏRİ ”


Buxari və Müslümün təəssübkeşliyinin dəlillərindən biri də budur ki, onlar Əli (ə)-ın mühüm və məşhur fəzilətlərini onun xilafət məqamına ləyaqətli olmasını və hər bir cəhətdən ön cərgədə olmasını bilərəkdən nəql etməmişlər.

Bu fəzilətlər və tarixi faktlar əhli sünnənin məzhəbləri arasında qə`bul olunmuş məsələlərdən biridir.

“Qədiri-Xum hədisi”, “Təthir ayəsi”, “Tayir Məşəvinin hədisi”, “Qapıların bağlanması” və “Ənə mədinətul elm və Əliyyun babuha” və s...1 kimi hədislər bu iki kitabda gətirilməmişdir.

Bu fəzilətləri on nəfərdən çox səhabə nəql etmişlər ki, əhl sünnənin mötəbər kitablarında qeyd olunmuşdur.2

Buxari bu fəzilətləri nəql etmək istəməmiş, lakin Müaviyə üçün məxsus bir mövzu açaraq onun barəsində hədislər nəql etmişdir. Müaviyə`nin fəziləti barədə Peyğəmbər (s)-dan heç bir hədis nəql olunduğunu tapmadığına görə, fəqət Abbasdan iki hədis nəql etmişdir. Onların biri, onun Peyğəmbər (s)-lə söhbətini, digəri isə onu fəqih adlandırdığını qeyd etmişdir.3

Bəli, hədis toplayan, təfsir, tarix adlı kitab yazmaqda özünə və`zifə bilən bir şəxs, səhabələrdən birinin başqası (Müaviyə) barədə olan sözünü və tə`rifini nəql edə bilirsə bəs necə ola bilər ki, tarixi əzəməti və əhəmiyyəti ilə tanınan “Qədiri-Xum” barəsində olan hədisi4 və ya “Mən elm şəhəriyəm Əli isə onun qapısıdır” hədisini unudur.

Bu dırnaqarası e`tinasızlıq və unutqanlıq, Əmirəl mö`minin Əli (ə)-ın fəzilətlərini gizlətməkdən başqa bir şey deyildir.

Bəli, “səhiheyn” kitablarının müəllifləri, öz istəklərinə uyğun olaraq bə`zi həyati əhəmiyyətli məsələləri gizli saxlamaqla sə`y göstərmişlər ki, gələcəkdə də bu məsələlərdən heç kəsin xəbəri olmasın. Daha heç kəs xilafət məqamına kimin ləyaqətli olması barədə düşünməsin. Görəsən bu barədə -Peyğəmbər (s)-dən hədis nəql olunmuşdurmu? -sualı heç kəsi düşündürməsin.

Bu məsələdə onlar müəyyən miqdarda öz məqsədlərinə nail olmuşlar. Buna görə də İbn Teymiyyə “Qədiri-Xum” hədisini rədd edərək belə deyir:- Bu hədis;

مَن کُنتُ مَولَاهُ فَعَلِیٌ (ع) مَولَاهُ sihahda nəql olunmamışdır. Fəqət onu tarixçilər nəql etmişlər və düzgünlüyündə də ixtilaf vardır.” 1




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin