“ALLAHI GÖRMƏK MƏSƏLƏSİ İLƏ BAĞLI BEŞ SUAL “
İbn Həcər Məkkidən1 Allahı görmək məsələsi barədə beş sual qeyd olunmuşdur. O, bu suallara cavab vermişdir. Əziz oxucuları bu beş sual və cavaba diqqət etmələrini xahiş edirik.
1. Sual: - Əgər bir kəs bu dünyada ayıq halda həmin gözləri ilə Allahı gördüyünü iddia etsə və ya buna e`tiqadı olsa onun iddiası düzdürmü? Bir halda ki, bir çox qrupların əqidəsi Allahı bu dünyada da görünməsinin mümkün olduğuna e`tiqad bəsləmişlər.
Cavab: - Bu məsələ iki cəhətdən bəhs olunmalıdır. Onlardan biri budur ki, əhli sünnənin Allahı bu dünyada da görünməsinin mümkün olmasına e`tiqad bəsləmişlər. İkinci bəhs görünüşün necə baş verməsindədir. Əhli sünnənin əksəriyyətinin əqidəsi bu barədə belədir ki, Allahın bu dünyada görünməsi nəinki başqa şəxslər üçün bəlkə, fəqət Peyğəmbər (s) üçün mümkün olmuşdur. O da təkcə merac gecəsində baş vermişdir.
2. Sual: - Görəsən keçmiş məzhəblərə itaət etmiş mö`minlər də İslam məzhəbinin itaətçiləri kimi Allahı qiyamət günündə görəcəklərmi?
Cavab: - İbn Əbi Həmzə Malikinin dediyinə əsasən keçmiş məzhəblərə itaət edənlər üçün iki ehtimal vardır. Lakin ən çox ehtimal olunan odur ki, onlar da müsəlmanlar kimi Allahı görəcəklər və hətta deyə bilərik ki; mələklər, cinlər və qadınlar da Allahı görməyə nail olacaqlar. Çünki, rəvayətdə gəlmişdir ki, Allahın bütün xaliqiyyəti (məxluqları) onu görəcəklər. Xaliqiyyət ləfzi də umumiyyətə işarədir. Saydıqlarımızın hamısına da dəlalət edir.
3.Sual: - Nəyə görə Allahı dünyada yox, lakin axirətdə görmək mümkün olacaq?
Cavab: - İmam Malikinin bəyanına əsasən onun illəti axirət əhlinin xilafına olaraq dünya əhlinə hökumət edən zəif bir qüvvəyə görədir. Axirət əhli həmişəlikdir və çox qüvvəyə malikdirlər. Amma Peyğəmbər (s)-in merac gecəsində Allahı görməsinə müvəffəq olmasının necəliyinə gəldikdə isə, o da adi bir bəşər kimidir? Sualına cavabda gərək deyək ki, bu, Allahın təkcə öz Peyğəmbərinə inayət etdiyi məxsus , fovqəladə kəramət və lütf idi.
4. Sual: - Behiştdə qadınlar da kişilər kimi Allahı görəcəklər?
Cavab: - Xeyr! Çünki, bu məsələyə xas bir dəlil yoxdur. Lakin, alimlərin bə`ziləri deyirlər ki;- Onlar da kişilər kimi behiştdə, Allahı görəcəklər. Rəvayətlərin məfhumu ümumiyyətə dəlalət etdiyinə görə qadınlara da şamil olur. Bəzən qadınların fəqət bayram günlərində nəinki kişilərlə bir yerdə bəlkə, xüsusi şəkildə Allahı görəcəklərini də söyləyirlər. Bu nəzəriyyə dəlil cəhətindən çox qüvvəyə malikdir. Lakin, Cəlaluddin Syuti “Siddiqat”- (Qur`anda onların barəsində yaxşı yad olunan qadınlar )-ı istisna etmiş və belə demişdir:- Bu qadınlar, behiştdə nəinki xüsusi bəlkə kişilərlə bir yerdə də Allahı görəcəklər. Bu, Allahın belə qadınlara bağışladığı xüsusi lütfü və kəramətidir.
5. Sual: - Qadınlar da kişilər kimi durduqları yerdə və behiştə girməzdən qabaq Allahı görəcəklər?
Cavab: - Bəli, bəlkə əhli sünnənin bir çox alimlərinin əqidəsinə görə munafiq və kafirlər də durduqları yerdə Allahı görməyə müvəffəq olacaqlar. Lakin, az bir müddətdən sonra görə bilməyəcəklər. Amma behiştdə, Allahı görmək Peyğəmbərlərə, mursəlinə, siddiqinə, İslam ümmətindən və hər ümmətdən olan mö`minlərə məxsus olmasında əhli sünnənin nəzərləri eynidir. Ancaq bu ümmətin qadınlarının görməsində isə ixtilaf vardır.
“BU BATİL ƏQİDƏNİN MƏNŞƏİ NƏDİR?”
Əvvəlki səhifələrdə işarə olunduğu kimi əhli sünnə alimlərinin sözlərindən belə ələ gəlir ki, onların bu əqidələrinin sübutunda dəlilləri, səhiheyndə və başqa e`timad olunan kitablarında nəql olunmuş hədislərdən ibarətdir. Elə buna görə də bu hədislər onları Qur`ani Kərimin ayələrində tədəbbur və təfəkkür etmələrindən saxlamışdır. Bəzən bu hədislərin əsərinin təsiri ayələrin bir hissəsini tə`vil etmiş1 və hədisin məzmunu ilə uyğun mənada istifadə olunmuşdur.
İbn Həcər Allahın görünməsini söyləyən hədislər barədə belə deyir:- Daru Qutni Allahın görünməsi barədə olan hədislərin nəql olunan yolunu təqribən iyirmiyə qədər toplamışdır.
Sonra deyir:- Lakin, İbn Qəyyum bu barədə, çox çalışmış və “havil ərvah” kitabında 30-dan artıq toplamış və hamısının təriqinin də düzgün və səhih olduğunu bildirmişdir.
Sonra İbn Həcər, Daru Qutnidən nəql edir ki:- İbn Muin demişdir ki:- mənim yanımda Allahı görmək barədə yeddi səhih hədis vardır.2
Şeyx Muhəmməd Əbduh deyir ki;- Görməyi inkar edən ayələr , onu sübut edən ayələrindən aşkar olduğu çox deyilmişdir. Məsələn: لن تراني ayəsi və لاتدركه الابصار ayəsi kimi. Bu iki ayə sərahətlə Allahın görünməsini inkar edir. Lakin bunu sübut edən ayələr isə ibarətdir
“وجوه يومئذناضرةالي ربهاناظرة “
"Qiyamət günü bir çoxlarının üzləri sevincdən gülər və Allahlarına baxarlar" ayəsində “نظر “-lüğəti intizar mənasında, Qur`anda, danışıqda və ərəb kəlmələrində çox istifadə olunmuşdur. Məsələn: “ماينظرون الاصيحةواحدة “ ayəsi və “هل ينظرون الاتاويله “ ayəsi kimi. Bu ayələrin hamısında “نظر “ lüğəti intizar mənasındadır. Mucahid kimi keçmiş təfsirçilər də “ناظرة “ –ni bəhs olunan ayələrdə intizar mənasında tutmuşdur.1
Əbduh yuxarıdaki mətləblərə diqqət edərək eləki hədislərlə üz-üzə gəldikdə bu hədislərə göz yuma bilmir. Xülasə söyləsək Qur`an ayələrini sadə tutmuşdur. Başqa ibarətlə söyləsək, Allahı görməyi mümkün olduğunu bildirən hədislərin əsəri, Qur`an ayələrində tə`vilə yol vermiş və sərahətlə belə deyir:- Səhih hədisdə Allahı görməyin sübutuna sərih hədislər o qədər çoxdur ki, heç kəsə şək və şübhə yeri qalmır.2
Beləliklə, aydın oldu ki, Allahın görünməsinə olan əqidənin mənşəyi, əhli sünnə kitablarında belə hədislərin olmasıdır. Xüsusilə sihahda nəql olunan cism və oxşatmaq mənşəyi də zikr olmuşdur. Belə hədislər Allahı tanımaqda Qur`anın nəzəri ilə uyğun gəlməyən yolu ötüb keçilməsinə səbəb olmuşdur.
Bəli, əgər bir vaxt bir binanın əyriliyi, onun memarının vasitəsi ilə düzəlmiş olarsa bu inhirafın və əyriliyin əsəri o binada ta əbədi qalacadır .
Dostları ilə paylaş: |