A L T I N C I H İ S S Ə “TOHİD, SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM BAXIMINDAN “
“TOHİD, SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM BAXIMINDAN “ Allahı görmək mümkündür ! Allahın məkana ehtiyacı var ! Allah gülür ! Allah yerini dəyişir ! Öz bəndələri ilə çiyin çiyinə dayanır ! Bir sözlə müxtəlif bədən üzvlərindən təşkil olunmuşdur !!! تعالي الله عما يقول الظالمون علواً كبيراً Səhihi Buxari və Səhihi Müslümün tanıtdırdığı Allah müxtəlif bədən üzvlərindən: Üzdən Gözdən Əldən Barmaqdan Ayaqdan Baldırdan və s...təşkil tapmışdır!! ما يكون لنا ان نتكلم بهذا سبحانك هذا بهتان عظيم
6. “TOHİD, SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM BAXIMINDAN “ 1. “ALLAHI GÖRMƏK SƏHİHYN BAXIMINDAN “
Səhihi Buxariyə və Səhihi Müslümə e`timad etməməyimizin səbəblərindən və dəlillərindən biri də budur ki, iki kitabın mətnlərində səviyyə`nin aşağı olmasıdır. Çünki, bu iki kitabda elə gözə dəyən hədislər vardır ki, məzhəbi və əqli qaydalarla heçcür əlaqəsi yoxdur. Yenə də elə mətləbləri vardır ki, onların tarixi rədd olunmuşdur.
Biz bu mövzunu üç fəsildə bəhs edəcəyik:
1. -Tohid bəhsi ;
2.- Nubuvvət bəhsi;
3.-Muxtəlif hədislər barədə;1
Bu fəsildə təkcə “Tohid, səhiheyn baxımından” mövzusunda bəhs edəcəyik.
Tohid məsələsi bütün ilahi dinlərin əsası və İslam dinində bütün məzhəblərdə çox diqqət olunan və əhəmiyyətli sayılan bir məsələdir. Təəssüflər olsun ki, bu iki kitab müxtəlif cəhətlərdən təhrif olunmuş və qə`bul olunmaz şeylər, qə`bul olunmuş məsələ kimi tanınmışdır. Başqa ibarətlə söyləsək bu iki kitabda tohid məsələsində çoxlu əsassız və həqiqətlə müxalif olan mətləblər gözə görünür. Biz də onları bir bir burada araşdırmışıq.
Tohid məsələsində mühüm və diqqəti özünə cəlb edən məsələlərdən birincisi budur ki, bu iki kitabda nəql olunmuş hədislərin məzmununa əsasən Allah tə`alanı bu aləmdə bir cism kimi tanıtdırmışdır. Bu iki kitab Allahın gözlə görünməsinin mümkün olduğunu açıqlamışdır.
İndi isə bu hədislərdən bir neçə nümunəyə diqqət edin:
-
Cərir deyir:-“Bir gecə (on dördüncü gecə) Peyğəmbər (s)-in hüzurunda idim. O həzrət (s) aya baxaraq belə buyurdu:
- Bu ayı gördüyünüz kimi, Allahı da görəcəksiniz və Allahla görüşmək sizə heç bir çətinlik və narahatçılıq verməyəcəkdir; Sübh, Əsr namazlqrında nəqəqdər bacarırsınızsa çalışın və maneələri aradan aparın. Sonra Peyğəmbər (s) bu ayə`ni oxudu:-“ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ” –“ Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbinə ibadət edib şə’ninə tə`riflər de!”1
Bu hədisi Buxari və Müslüm öz səhihində müxtəlif bablarda və müxtəlif sənədlərlə nəql etmişlər.
Eyninin şərhi: - Bədruddin Eyni, Səhihi Buxarini şərh edənlərdən biridir. Bu hədis Kermanidən (o da səhihi Buxarini şərh edənlərdəndir) nəql edir ki;فاء -hərfiniفأِن ستطعتم cümləsində gətirmək, Allahı görmək mövzusunun ardınca gəlmişdir, Allah tə`ala ilə görüçməyə nail olmağın dəlili sübh və əsr namazını qoruyub vaxtında qılmaqdır. Hər bir kəsə zəhmət və çətinlik çəkmədən bu görüş mümkün deyildir.2
2. Əbu Hureyrə deyir:-“Bir çoxları Peyğəmbər (s)-dan sual etdilər ki:Görəsən Allahı qiyamət günündə görəcəyikmi?!
Peyğəmbər (s) onların cavabında buyurdu:- Siz qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə şəkmi edirsiniz! Ərz etdilər:-Xeyr, ya Rəsuləllah (s). Bu vaxt Həzrət (s) sual etdi:- Əgər qarşısında bulud olmasa günəşi görməkdə də şəkmi edirsiniz? ərz etdilər:- xeyr, buyurdu:- Bəli, şübhəsiz ki Allah tə`alanı günəş və ay kimi görəcəksiniz!!
Sonra Peyğəmbər (s) buyurdu qiyamət günündə camaat məhşur olarlar. Onlara elan olunar ki:-Hər kəs yer üzündə (dünyada) pərəstiş etdiyi hər bir şeyə itaət etsin. Bir çoxları günəşə itaət edərlər, bir çoxları isə aya itaət edərlər.
Üçüncü tayfa saxta mə`budlarının arxasiyca düşərlər. Xülasəsi budur ki, hər bir kəs batil mə`buduna itaət edər. Tənha mənim ümmətim onlar arasında olan munafiqlərlə qalarlar. Sonra Allah onu tanıdıqları qiyafəsindən başqa bir qiyafədə üzə çıxar və deyər: Mən sizin Allahınızam. Deyərlər:- Biz səndən Allaha pənah aparırıq. Bizim Allahımız gəlməyincə burada qalacağıq ve heç bir yerə tərpənməyəcəyik. Biz onu çox gözəl tanıyırıq.
Sonra Allah onu tanıdıqları qiyafədə gələcək və deyəcək:- Mən sizin Allahınızam. Onlar:-Bəli, sənsən bizim Allahımız deyəcəklər. Bu vaxt Allahın arxasınca yola düşərlər. Sonra cəhənnəmin ortasından bir körpü çəkiləcəkdir. Peyğəmbərlər arasında ümmətini bu körpüdən keçirdən birinci peyğəmbər mən olacağam. O gün ənbiyalardan başqa heç kəs bir söz deyə bilməyəcəkdir. Peyğəmbərlərin sözləri də o gün çətin və qorxulu olacaq. Beləki: -Xudaya öz bəndələrini bugünün narahatçılığından və sıxıntısından saxla və cəhənnəmdə olan (muğilan) tikanlarından saxla.
Sonra Allahın elçısı (s):- Muğilan tikanı görmüsünüzmü? Ərz etdilər ki:- Bəli. Buyurdu:- Cəhənnəmin tikanları muğilan tikanları kimidir. Lakin o tikanın böyüklüyünü Allahdan başqa heç kəs bilmir. Camaat öz pis əməllərinin nəticəsinə mübtəla olarlar, bir çoxları həlak olarlar və bir çoxları isə tikə-tikə olaraq atəş içində qalarlar. Sonra nicat taparlar.
Allahın elçisi sonra belə əlavə etdi:- Allah, öz bəndələri arasında qəzavət edərək, hökm verdikdən sonra bir çoxlarını cəhənnəm odundan xilas edər və onun təkliyinə və yeganəliyinə şahidlik verən hər kəsi bağışlayar. Mələklərə əmr edər ki onları cəhənnəm atəşındən çıxardın. Mələklər alınlarındakı səcdə əlamətindən onları tanıyırlar. Allah oda səcdə yerini yandırmağı haram edər.
Mələklər onları bədənləri yanmış və qaralmış halda oddan çıxararlar. Onların bədənlərinə həyat suyu çiliyərlər. Onların bədənlərinin ətləri sürətlə yerinə gəlib bitməyə başlayar. Məhşər əhlindən üzü oda tərəf olan bir kişi qalar. Ərz edər : Xudaya! Cəhənnəmin üfunəti məni zəhərlədi, şölələri məni yandırdı, üzümü oddan qaytar. Elə dua edər və Allahdan istə`yini israr edər ki, Allah deyər:- Əgər sənin istədiyini versəm, başqa bir şey də istəyəcəksən. Ərz edər:-Yox , and olsun sənin izzətinə ki bundan başqa bir şey istəmirəm; Allah onun üzünü oddan döndərər, ondan sonra deyər:- Xudaya! Məni behiştin qapısına yaxınlaşdır. Allah onun cavabında deyər:-Məgər sən deyildinmi ki deyirdin bir hacətdən başqa hacətim və istəyim yoxdur? Və başqa bir şey istəməyəcəksən? Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?
O kişi öz istə`yində və tələbində israr edər. Allah deyər:- Əgər sənin istədiyini versəm məndən yenə də bir şey istəyəcəksən? Ərz edər:-Yox! And olsun sənin izzətinə ki bundan başqa bir hacətim və istəyim yoxdur. Allah onunla birgə möhkəm əhd-peyman bağlayar ki, yenidən başqa bir şey istəməsin. Sonra onu behiştin qapısına yaxınlaşdırar. Elə ki o, behiştin içində olanları görər, bir az sükut edər, sonra isə yenidən ərz edər:-Xudaya! Məni behiştinə daxil et! Allah buyurar:- Sən demirdinmi ki: başqa bir istəyim yoxdur?! Vay olsun sənə ey Adəmin oğlu! Nə qədər hiyləgərsən?! Ərz edər:-Xudaya! Məni ən məhrum olunmuş bəndələrindən etmə! İstə`yində o qədər israr edər ki, Allahın gülməyi gələr!! Elə ki onun gülməyi gəldi onun üçün behiştə girmək icazəsi verilər. Behiştə daxil olduğu zaman ona deyilər:- Ürəyin bizdən nə istəyirsə bizdən istə! Sonra ürəyi istədiyini onlara deyər.
Yenə də ona deyilər:-Bizdən hər nə istəyirsənsə istə! Yenə ürəyi istədiyini deyər, eləki istəkləri qurtarar Allah deyər: istədiklərini iki qat sənə yenə verərəm”.1
3. Əbu Səid Xedri deyir:- Bir çoxları Peyğəmbər (s)-dan soruşdular ki;-Ya rəsuləllah! Biz Allahı qiyamət günündə görəcəyikmi? Cavab verdi: Bəli! Sonra buyurdu:- Başınızın üstündə zöhr vaxtı qarşısında bulud olmayan parlayan günəşi görməkdə sizin aranızda kiçik bir ixtilaf təsəvvür olunmuşdur? Dedilər:- Xeyr. Sonra buyurdu: Parıltısı bütün yerləri bürümüş və qarşısında bulud olmayan on dörd gecəlik ayı görməkdə ixtilaf edirsiniz? Dedilər:- Xeyr, Ya Rəsuləllah!
Buyurdu:- Qiyamət günündə də Allahı görməkdə bucür kiçik bir ixtilaf və çətinlik olmayacaqdır.(Yə`ni necə ki günəşi və ayı hamı asanlıqla görə bilir Allahı da belə görmək mümkün olacaqdır.)
Sonra Allahın elçisi (s) sözlərinə belə əlavə etdi:- qiyamət günündə Allah tərəfindən elan olunacaq:- Dünyada hər nəyə itaət edən ümmət bugün də itaət etsin. Bu vaxt bütün büt pərəstlərin hamısı cəhənnəm oduna atılacaqlar. Allaha itaət edənlər günahkar olsalar da və əhli kitabdan bir çoxları qalacaqlar. Sonra yəhudu, ilahi məhkəməyə çağıracaqlar. Ondan soruşacaqlar ki: Dünyada nəyə pərəstiş edirdiniz? Deyəcək: -Allahın əziz oğluna! Onlara deyilər:-Yalan söyləyərək böhtan atırsınız. Çünki, Allah özünə övlad seçməmişdir. İndi nə istəyirsiniz? Deyərcəklər:- İlahi biz susuzuq bizə su ver!! Cavab verilər :- Bir müddət sizə su verilməyəcək. Bir-biriinin ardınca qığılcım dalğaları kimi şölə saçan cəhənnəm oduna atılarlar.
Sonra Məsihiləri İlahi ədalət məhkəməsinə gətirərək soruşarlar:- Kimə pərəstiş edirdiniz? Deyərlər:- Allahın oğlu Məsihə. Deyilər:- Bu yalan və iftiradır. Çünki, Allah özü üçün övlad seçməyibdir. Onlara da deyilər:- Nə istəyirsiniz? Bu dəstə də yəhudilər kimi cəhənnəm atəşi içində yerləşərlər. Allaha pərəstiş edən günahkar və yaxşı iş görənlərdən başqa heç kəs qalmaz.
Bu yerdə Allah, onu gördükləri surətdə (və ya nəzərlərində tutduqları surətdə) lap yaxına onların arasına gələr.
Onlara deyilər:- Nəyi gözləyirsiniz? Dünyada hər nədən pərəstiş edənlər ondan pərəstiş etsin.Cavabında deyərlər:- Bizim o dünyada köməyinə çox ehtiyacımız olan camaatdan uzaqlaşdıq və onlarla əlaqələrimizi kəsdik. İndi də pərəstiş etdiyimiz Allahı gözləyirik . Allahh deyər:- İndi mən sizin Allahınızam. Deyərlər:- Biz heç bir şeyi Allahımıza şərik qərar vermirik. Bu cümləni üç dörd dəfə təkrar edərlər. Allah onlara deyər:- Allahı tanımağınız üçün sizinlə Allah arasında heç əlamət varmı?Deyərlər:- Bəli, Bu əlamət Allahın baldırıdır! SonraAllah baldırını göstərər və onun qarşısında duran hər bir mö`min səcdəyə düşər1
"حتي ان بعضهم ليكاد ان ينقلب فيقول هل بينكم و بينه آية فتعرفونه بها فيقولون الساق فيكشف عن سا قه فيسجدلله كل مؤمن...."
4. Cərir ibn Əbdullah deyir: “Peyğəmbər (s) buyurdu:- Siz öz Allahınızı aşkar şəkildə gözlərinizlə görəcəksiniz.” إنَّكم سَتَرَوْنَ رَبَّكُمْ عَيَنَا “2
Qəstəlani deyir:-“Əyənən”, əyn hərfi kəsrəli olmaqla “Ayinətuş-şey`i iyanən” kəlməsindən götürülmüşdür. Gözlə görünən bir şeyə “əyanən” deyilir3
5. Suheyb nəql edir ki: -Allahın elçisi (s) buyurdu:-Qiyamət günü eləki behişt əhli, behiştə daxil olarlar Allah deyər:- İstəyirsinizmi sizə bundan da çox ehsan edim? Deyərlər:-İlahi bizi üz ağ etdiyin ən böyük ne`mət bəs deyil? Bizi cəhənnəm odundan nicat verməklə behiştə daxil etmədinmi? (Görəsən bundan da böyük bir ne`mət varmıdır?).
Allahın elçısı buyurdu:- Bu sual və cavabdan sonra , maneələr və pərdələr götürülər və Allahın cəmalı görünər. Behişt əhlinə Allahın cəmalına baxmaqdan başqa ən böyük , üstün və sevimli bir ne`mət verilməz.4
6. Əbu Bəkr ibn Əbdullah ibn Qeys atasından nəql edir:-Peyğəmbər (s) buyurdu:- Binası, qabları və başqa əşyaları gümüşdən olan iki behişt və binası, qabları və başqa əşyaları qızıldan olan başqa iki behişt vardır. Onlarla camaatın arasında Allahlarına tamaşa etməkdə, “Ədn” adlı behişti tutmuş olan Allahın üzündəki Kibriya pərdəsindən başqa heç bir maneə yoxdur! 1
Allahı görmək barədə olan bu beş hədis, səhiheyn kitablarında nəql olunmuşdur. Eyni halda həmin hədislər, bə`zən də az fərq olmaqla başqa sihahlarda da nəql olunmuşdur. 2 Burada səhiheyndə olmayan, lakin başqa sunənlərdə nəql olunmuş daha bir hədisi əziz oxucularımıza təqdim edirik:
7. Cabir ibn Abdullah Ənsari Peyğəmbər (s)-dan nəql edir: -“Behişt əhli, oranın ne`mətlərindən bəhrələnməkdən əlavə, onlar üçün bir nur görünər. Behişt əhli başlarını qaldırdıqda görərlər ki, bu Allahdır və onlara yuxarıdan baxaraq onlara deyər:-Salam olsun sizlərə ey behişt əhli!
Allahın elçisi bu vaxt belə buyurdu:- سلام قولامن رب رحيم- ayəsinin mənası budur. Sonra Peyğəmbər (s) buyurdu:-Allah behişt əhlinə, behişt əhli isə Allaha tamaşa edəcəklər! Allaha baxdıqları zaman onlar behişt ne`mətlərindən heç birinə diqqət etməyəcək və Allah pərdə arxasına keçincə heç bir ne`mətlərə meyl etməyəcəklər. Elə ki Allah qeyb oldu onun nuru, xeyr və bərəkəti onların mənzillərində qalacaqdır.” 3
Dostları ilə paylaş: |