AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BERQSONUN HƏYAT FƏLSƏFƏSİ
NAXCIVAN - 2018
PLAN
GİRİŞ
I. A.BERQSONUN METAFİZİKASI
METAFİZİKAYA GİRİŞ
ŞÜUR – HƏYACANLAR AXINI KİMİ
II. YARADICI TƏKAMÜL TƏLİMİ
2.1. “HƏYATI CIRPINTI” YARADICI TƏKAMÜLÜN ƏSASI KİMİ
2. İNTELLEKT VƏ İNTUİSİYA
III. A.BERQSONUN ETİK TƏLİMİ
3.1. CƏMİYYƏT VƏ ƏXLAQ
2. ƏXLAQLA DİNİN BAĞLILIĞI NƏTİCƏ
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
GİRİŞ
Anri Lui Berqson (1859-1941) – XIX əsrin sonu və XX əsrin birinçi yarısı qərb fəlsəfəsinin ən tanınımış və görkəmli filosoflarından biridir. O, Parisdə anadan olmuşdu, onun valideynlərindən biri fransız, biri isə yəhudi idi. O, calışqan tələbə olmuşdu və hər cür mükafatlara layiq görülmüşdü. Müasir elmin ənənələri qarşısında secdə edirdi, riyaziyyat və fizika üzrə ixtisaslaşırdı, amma fakultəsi onu elmin arxasında gizlənən metafizik problemlərlə üz-üzə qoydu. O, spontan olaraq fəlsəfəyə üz tutdu. 1988-ci ildə özünün ilk əsas əsərini yazdı. Bu əsərin adı “Zaman və azad iradə”dir.1900-cu ildə College de Fransanın professoru oldu. Onun bundan sonrakı fəaliyyəti bu kolleclə bağlı oldu. 1907-ci ildə o, öz şah əsərini – Yaradıcı təkamül – yaratmaqla dünyaşöhrəti qazandı. A.Berqson fəlsəfə doktoru, Fransa elmlər akademiyasının üzvü,ədəbiyyat üzrə Nobel mükafatı laureatı adına layiq görülmüşdür.
Fransız filosofu klassik metafizikanın ən-ənələrini bərpa etmişdir. Qərb fəlsəfəsinin humanitar-antropoloji cərəyanın banilərindən biri hesab edilir. İntuitivizmin, təkamül spiritualizmin, həyat fəlsəfəsinin nümayəndəsidir. Berqson fəlsəfəsinə neoplatonizmin, Xristian mistitizminin, psixoanalitik cərəyanların güclü təsiri olmuşdur.
Onun əsas əsərləri –„Materiya və yaddaş” (1896), „Yaradıcı təkamül“(1907),
„Metafizikaya giriş“ (1903), „Əxlaq və dinin iki mənbəyi“(1932) və s.
Baxmayaraq ki, berqsonizm adlı fəlsəfi məktəb geyd etmək mümkün deyil, lakin berqson təlimi bir çox tanınmış filosof, psixoloq və ədəbiyyatşunaslara güclü təsir göstərmişdir. Berqson fəlsəfəsinin praqmatizmə, ekzistensializmə, personalizmə, A.Toynbinin tarixin fəlsəfəsinə təsiri müşahidə olunmuşdur. Berq- son irrasionalizm cərəyanının yayılmasında böyük rol oynamışdır.
XXəsrin əvvələrində katolik modernizmin fəlsəfi əsasını Berqsonun “yaradıcılıq təkamülü” təşkil etmişdir. Berqsonizmin əsas müddeaları və anlayışları : materiya dünyasına qarşı aktiv və dəyişkən olan şüur anlayışı; həyat “həyacanlar axını”,
sürəklilik anlayışı; intellektin yalnız instrumental-praktiki funksiyası geyd edilir; intellekt funksiyası maddi və məkan dünyası ilə bağlıdır, həyatın maddi aspektləri və məkanda ifadəsi ilə bağlidır; intuisiya isə həyatın zahiri mücəssimələri ilə deyil, onların daxili varlıgının, bilavasitə hiss olunması ilə bağlıdır.
Onun dünyagörüşünün formalaşmasında bir necə mərhələ geyd edilmişdir.Elmi fəaliyyətin ilkin mərhələrində, yəni XIX əsrin sonunda psixologiyanın problemləri onun əsas diqqət mərkəzində olmuşdur. O psixikanın öyrənilməsində obyektiv metodları tənqid edir, xüsusilə də mexaniki-materializm mövqeyindən onu təhrif edənlərə qarşı çıxır. Berqsonun əsas fəlsəfi əsərlərindən biri “Yaradıcı təkamüldür”. Bu yeni istiqamət nöqteyi-nəzərində təkamül Darvinin təklif etdiyi kimi mübarizənin və dağılmanın kortəbii və tutqun mexanizmi deyildir.
Berqson təkamülündə sürəkliliyi, quvvələrin toplanmasını, həyatın və zəkanın ixtiracılıq qabiliyyətini, mütləq olaraq yeni olanın ardıcıllıqla, dəqiqliklə işlənib hazırlanmasını hiss edirik.
1932-cu ildə “Əxlaq və dinin iki mənbəyi” adlı əsərinin nəşrindən sonra berqsonizm daha mühüm əhəmiyət kəsb etməyə başlayıb. Bu əsərdə tək varlığın və idrakin problemləri deyil, həmcinin ictimai inkişaf, mənəvi inkişaf
problemləri xüsusi onəm kəsb edir. İctimai həyat, əxlaq və din qarşılıqlı əlaqə- də təhlil edilir. Berqson təkamül prosesinin izahında dini-mistik mövqedən çıxış edir, “həyatı cırpıntı” anlayışı isə həyat fəaliyyətinin sirrli və dərk edilməz olduğunu qeyd edir.
Berqsonun ictimai həyatın problemlərinə müraciəti təsadüf xarakter daşımamışdır. O, ilk növbədə XX əsrin birinci yarısında dünyada baş verən sosial prosesləri anlamağa calışırdı, qərb dünyasını sarsıdan inqilablar və dünya mühari- bələrini . Ümumilikdə Berqson pasifist nöqteyi nəzərdən çıxış edirdi və
onu ilk növbədə sülhün qorunub saxlanılması maraqlandırırdı. Bunun həllini aqressiv qüvvələri neytrallaşdıran beynəlxalq qurumların yaradılmasında görürdü.
Sülhün qorunub saxlanılmasında millətlər Liqasına cox ümid bəsləyirdi.
Berqson hesab edirdi ki, komfort və təmtaraqa olan həvəs müharibələrin mənəvi səbəbidir və buna qarşi asketizm ruhunun formalaşmasını önəmli hesab
edirdi. Bütün bunlar konflikti aradan qaldırmağa və bəşəriyyətin acıq cəmiyyətdə yaşamasına köməklik edə bilər.
I. A.BERQSONUN METAFİZİKASI
METAFİZİKAYA GİRİŞ
XX əsrin başlanğıcının fəlsəfi inkişafı fizikanın və psixologiyanın müharibəsi kontekstində yazila bilər. Fikir onun obyekti ilə başlaya bilər... Nəhayətdə, ardıcıl olaraq çalış ki, maddi fenomenlər və riyazi qanunlar içarisindən onun mistik real- lığını üzə çıxarasan. O özündən başlaya, məntiqin zərurəti ilə idarə oluna bilər.
Bütün şeyləri zəka formaları və yaradıcı kimi dərk etmək üçün müasir elmin inki- şaflnda riyaziyyatın və mexanikanın üstünlüyü, fizikanın və sənayenin qarşılıqlı təsiri artmaqda olan ehtiyacların ümumi təzyiqi altında fırıldaqlara materialist impuls vermişdir. Elmlərin ən uğurlusu fəlsəfənin modellərinə çevrilmişdi. Dekart təkid edir ki, fəlsəfə özündən başlamalıdır və sonradan ətraf dünyaya çıxmalıdır. Lakin qərbi Avropanın sənayeləşməsi Dekartın əksinə olaraq, təfəkkürü fikirdən qoparıb ayırdı, onun maddi predmetlərin yönümünə gətirdi.
Spenser sistemi mexaniki nöqteyi-nəzərin ən yüksək ifadə formaları idi. O, “darvinizmin filosofu” adlandırılmasına baxmayaraq, industrializmin inikası və nümunəsi idi; o, sənayeni şöhrətləndirir, yüksək dəyərə mindirir, onun nöqteyi- nəzəri həyatın gücünü duyan bioloqun nöqteyi-nəzərindən daha çox, materiyanın hərəkətini öyrənilməsi işinə özünü həsr edən mexanikin və ya mühəndisin baxışla- rı idi. Onun fəlsəfəsinin sürətlə geriləməsi fiziki idrakin öz aparıcı yerini getdikcə daha çox bioloji nöqteyi-nəzərə verməsi ilə bağlı idi. Bu nöqteyi-nəzər dünyanın mahiyyətini və sirrini predmetlərin ətaləti ilə deyil, həyatın inkişafı ilə bağlamaq meylindən irəli gəlirdi. Əslində, bu günlərdə materiyanın özü həyati məzmun kəsb etmişdi. Elektrik və maqnetizmlə bağlı tədqiqatlar, elektronun kəşfi fizikaya vita- listik bir yönüm vermişdi. Beləliklə, psihologiyanın fizikaya deduksiyası /bu və ya digər dərəcədə ingilis təfəkkürünün şöhrəti üçün bir əsas idi / əvəzinə biz vitalis- tik fizikaya demək olar ki, canlandırılmış materiyaya yaxınlaşmaqdaydıq. O, Şopenhauer idi ki, müasir təfəkkürdə ilk dəfə olaraq həyat anlayışının qüvvə an- layışına nisbətən daha fundamental və daha təsirli əhəmiyyət daşıdığını vurğulayır- dı. O, Berqson idi ki, XX əsrin əvvəlində bu ideyanı qəbul etdi və öz səmimiliyinin
öz bəlağətinin gücü ilə skeptik dünyanı canlı dünyaya çevirdi (2, 431).
Bu bir qəribə, təəcüblü, əcayib bir şey idi ki, Berqson indi öz daxilində mate- rializm əjdahasını öldürsə də, gencliyində Spenserin ardıcılı idi. Amma çox bilik skeptisizmə gətirib çıxarır; ilk ardıcıllar sonradan dönük olduqları kimi ilk günah- karlar sonradan çevrilib müqəddəs olurlar. O, Spenseri nə qədər çox öyrənirdisə onun üç alternativ arasında – materiya və həyat, bədən və ruh, determinizm və se- çim arasında – tərəddüdü bir o qədər də artırdı. Həyatın cansız materiyadan törəməsi haqqındakı konsepsiyaya o, artıq inanmırdı. Bu nəzəriyyədən yüz il keç- dikdən sonra və minlərlə uğürsuz təcrübənin aparılmasından sonra materialistlər həyatın mənşəyi probleminin həllinə yaxınlaşa bilməmişdilər. Təfəkkürlə bilik
bi-biri ilə əlaqələndirilsələr də, bu əlaqənin öz təbiəti aşkar deyildir. Əgər ruh materiyadırsa, əgər hər hansı bir əqli akt əsəb sisteminin bir nəticəsidirsə, şüurun faydası nədədir? Determinizm azad iradədən daha ağlabatandırmı? Əgər indiki
an heç bir həyati və yaradıcı seçimə malik deyilsə, materiyanın və hərəkərin əvvəl- ki vəziyyətindən total və mexaniki olaraq alınan bir məhsuldursa, onda indiki hər bir an əvvəlki anın nəticəsi olmuş olar. Belə olduğu halda, əvvəlki anın özü də on- dan daha öncə mövcud olanın nəticəsi kimi çıxış etməlidir. Belə olduqda, biz ilkin dumanlıqları sonrakı bütün hadisələrin – Şekspir pyeslərinin hər bir yönümünün və onun hər bir qəlb ağrısının səbəbi hesab etməliyik. Beləliklə, Hamletin və Otel- lonun, Maqbetin və Lirin dumanlı ritorikası və hər bir cümləsi əfsanəvi dumanlığın strukturu və məzmunu ilə uzaq səmalarda artıq yazılmışdı. Sadəlövhlər üçün nə qədər yaxşı bir plandır. İnanmayan nəsil üçün isə bu nəzəriyyə nə qədər problem yaradır. Bu necə sirrdir, necə möcüzədir ki,Əhdiətiqdən və Əhdi-cədiddən daha mifik görünsə də, faciələrə rəğmən təsəlli vermək iddiasındadır. Berqson materiyaya qarşı qiyam qaldırırdı. Əgər Berqson belə tezliklə şöhrətə yüksəlmiş- disə bu, onun nəticəsi idi ki, bütün şübhələnənlər möminliklə inandıqları zaman o, bu inamı şübhə altına almağa cəsarət etmişdi.
Berqson deyirdi ki,mən inanıram ki, fəlsəfədə təkzibə sərf olunan vaxtı,adətən, itirilmiş vaxtdır. Mütəfəkkirlər bir-birinə qarşı çox hücümlar etmişlər, indn bunlar- dan nə qalır ? Heç nə və ya, çübhəsiz ki, çox az şey. O zaman ki, biz hər hansı bir
fəlsəfəni sübut edir və ya təkzib edirik, sadəcə olaraq, digər bir fəlsəfəni təklif edirik. Elə təklif etdiyimiz fəlsəfə də birincidə olduğu qədər bizim ümidlərimizi doğrultmaya bilər. İnsani təcrübə genişləndiyi və ümidlər dəyişildiyi üçün, biz ifşa etdiyimiz “yalanlar”ın içərisində bir sıra “həqiqət”lərin olduğunu anlayırıq və ola bilsin ki, gəncliyimizin əbədi həqiqətləri içərisində bir çox yalanlar mövcuddur.
Biz qiyam anlarını yaşadığımız zaman determinizmə və mexanisizmə meylli oluruq, onlar nə qədər də sinik və iblisanədir; amma qapını qəfildən, gözlənilmə- dən ölüm kəsdirdiyi zaman biz digər bir ümidlə yaşayırıq. Fəlsəfə - zəmanənin funksiyasıdır (2, 443).
Berqsonu oxuyarkən diqqəti hər şeydən öncə onun üslubu cəlb edir: bu, parlaq üslubdur, amma Nitşesayağı paradokslarla deyil, fransız prozası ənənələrinə aydın- lığı ilə parlaqdır. Fransız dilində səhv söyləmək başqa dillərə nisbətən daha çətin- dir, çünki fransızlar tutqunluğa dözümlü deyillər və həqiqət uydurmadan daha aydındır. Əgər Berqson bəzi hallarda tutqun fikirlər irəli sürürsə, bu, onun obraz- larının zənginliyindən, analogiyalarından və illüstrasiyalarından irəli gəlir. O, me- taforlara, demək olar ki, semit bir ehtirasla bağlıdır. Biz unutmamalıyiq ki, Yaradı- cı Təkamül XX əsrin ilk fəlsəfi şedevridir.
Ola bilsin ki, Berqson intellektin tənqidini intuisiyanın diktəsi ilə deyil, dərrakənin daha geniş zəmin üzərində qursaydı, daha müdrik görünərdi. İntrospektiv intuisiya elə xarici duyğü qədər səhv etməyə dücardır; hər şey təcrübi fakt vasitəsilə yoxlanılmalı və bu yoxlanilma nəticəsində də ona düzəliş edilməli- dir. Berqson güman edir ki, intellekt dəyişilməni, reallığı və həyatı deyil, yalnız müəyyən vəziyyətləri dərk edə bilir. Berqsondan daha öncə
Ceyms yazırdı ki, təfəkkür – keçid ideyalarlarının axınıdır. Berqsona görə, ideya- lar” – sadəcə olaraq, təfəkkürün yaddaşdan seçib götürdüyü nöqtələrdir; əqli cərə- yan qavrayışın sürəkliliyini və həyatı əks etdirir.
Bu, intellektualizmin ifrat dərəcəyə çatdırılmasının düzğünlüyünü yoxlama çağırışı çox bəlağətli və faydalı idi. Amma fikrin yerini intuisiya ilə tutmaq təklifi bir o qədər də müdrik təklif deyildi. Bu, gəncin fantaziyalarına uşaq nağılları ilə düzəliş verməyə bənzəyərdi. Gəlin, irəli getməklə səhvlərimizi düzəldək, geriyə
qayıtmaqla yox. “Dünya intellektdən çox əzab çəkir” demək – dəlinin cəsarətini tələb etmək deməkdir. Təfəkkürə qarşı romantik etiraz Russo və Şatobriandan baş- lamış, Berqsona, Nitşeyə və Ceymsə qədər davam etmiş və öz işini görmüşdür.
Əgər bizdən intuisiya ikonası qarşısında şam yandırmaq tələb olunmayacaqsa, biz Zəka İlahəsini taxtdan salmağa razıyıq. İnsan instinkt vasitəsilə mövcuddur, amma ağıl, dərrakə vasitəsilə tərəqqi edir.
Berqsonda ən yaxşı cəhətlərdən biri onun materialist mexanisizmə qarşı hücum- dur. Bizim alimlər öz laboratoriyalarından bir az razı idilər və düşünürdülər ki, bütün kosmosu sınaq borularında yandırsınlar. Materializm elə bir qrammatikaya bənzəyir ki, yalnız isimləri tanıyır, amma reallıq elə dildə olduğu kimi təkcə isim- dən, materiyadan deyil, həm də bir fel, sifət, tamamlıq olaraq əməllərdən, həyatdan və hərəkətdən ibarətdir. Berqson “materiya” nın nə olduğu sualını özünə həmişə verir. O, düşünür ki, dünya və oun ruhu, bədən və ruh, materiya və həyat bir-birlə- rinə düşməndirlər. Amma materiya, bədən və “dünya” – sadəcə olaraq, bir materi- aldırlar ki, ağıl və iradə tərəfindən formalaşdırılana qədər gözləməlidirlər. Və kim bilir ki, bu şeylər də, həmcinin həyatın formaları və ruhun əlamətləri deyil ? Ola bilsin ki, Heraklit burada Tanrıların mövcudluğunu da söyləyə bilərdi.
Berqson tərəfindən darvinizmin tənqid olunması təbii olaraq onun vitalizmin- dən doğulurdu. O, Lamark tərəfindən müəyyənləşmiş fransızların ənənəsini davam etdirir, təkamülün aktiv qüvvələri kimi impulsları və arzuları görürdü. Onun canlı xarakteri Spenserin təkamül konsepsiyasını rədd edirdi. Həyat isə pozitiv qüvvədir. O elə bir şəydir ki. öz orqanlarını öz arzularının inadla yerinə yetirilməsi prose- sində yaradır. Biz Berqsonun bioloji təhsilinin bütövlüyü, onun ədəbiyyatla yaxın- dan tanışlığı qarşısında heyranıq hissini yaşamalıyıq. O, Spenserdən fərqli olaraq, öz erudisiyasını mötədilliklə təqdim edir, heç zaman öz ləyaqəti ilə öyünmür.
Bütövlükdə, Darvini onun tərəfindən tənqidi öz effektivliyini sübut etmişdir. Təka- mül nəzəriyyəsinin darvinçi cizgiləri indi, ümumiyyətlə, rədd edilmişdir.
Berqsonun Darvin dövrünə olan münasibəti bir çox hallarda Kantın Volter döv- rünə olan münasibətə ehyam vurur. Kant çalışırdı ki, dünyəvi, qismən də ateistik
intellektualizm dalğasını dəf etsin. Bu dalğa Bekon və Dekartdan başlamışdı, Didronun və Hyumun skeptisizmində sona çatmışdı. Kant intellektin transendental problemlər sahəsində son ssözə malik olmasını təkzib edirdi. Amma Darvin şüursuz olaraq, Spenser şüurlu olaraq Volterin, ondan da daha çox Volterin ardıcıl- larının qədim inama qarşı yönələn hücumlarını təzələdilər. Mexaniki materializm XX əsrin başlanğıcında öz əvvəlki qüdrətini bir daha qazanmışdı. Berqson ona qarşı hücum etmişdi,- biliyin Kant çı tənqidi ilə, materiyanın yalnız ruh, vasitəsilə məlum olduğunu irəli sürən idealist konsepsiya vasitəsilə yox. Berqson Şopenhau- erun ardınca gedərək, həyatın möcüzələrini və incəliklərini daha yaxşı izah edərək həm obyektiv, həm də subyektiv dünyada qıcıqlandırıcı prinsipə, aktiv entelexi- yaya istinad etdi. Vitalizm heç bir zaman belə qətiyyətlə sübut olunmamış və belə cazibəli qiyafətdə olmamışdı.
Berqson çox tez məşhurlaşdı, çunki o, insan qəlbində əbədi yaşayan ümidləri müdafiə edirdi. O zaman ki, insanlar fəlsəfəyə hörmətlə yanaşdıqları halda ölməz- liyə və ilahiyə inana biləcəklərini aşkar etdilər, onlar sevindilər və minnətdar oldu- lar. Berqsonun mühazirə otağı dəbdəbəli, xoşbəxt xanimların salonuna çevrildi.
Onlar Berqsonun natiqlik məharətində öz ürəklərinin arzularını öyrəndilər. Sindi- kalistlər gördülər ki, Berqson tərəfindən intellektualizmin tənqidi onların öz mü- qəddəs yazısını – “az fikir və çox əməl”i – bəraətləndirir. Amma Berqsonun bu qəfil şöhrəti itirilmək təhlükəsi qarşısında qaldı. Berqson Spenserin taleyini bölüşə bilərdi, o, Spenser ömrünün son illərini sanki ona görə yaşayırdı ki, öz şöhrətinin dəfn mərasimində iştirak edə bilsin (2, 446).
Amma, hər halda Berqsonun müasir fəlsəfəyə verdiyi töfhələr çox dəyərlidir.
Onun tərəfindən vurğulanan iki cəhət isə bizim intellektual ehtiyaclarımızın ödənil-
məsində daha böyük əhəmiyyətə malikdir: vəziyyətin sezilmədən dəyişilməsi və ruhun dəyişdirici fəaliyyəti. Biz belə düşünməyə yaxın idik ki, dünya artıq tamam- lanmış və bizə qədər artıq müəyyənləşmişdir. Biz düşünürdük ki, bizim təşəbbüs- lərimiz özünüaldatmadır və bizim səylərimiz taleyin iblisanə gülüşüdür. Berqson- dan sonra isə biz dünyanı bizim səlahiyyətlərimizin mərhələləri və materialı kimi
görməyə başladır. Ona qədər biz nəhəng ölü bir maşının vintləri və təkələri idik, amma indi isə, əgər istəsək, yaradıcılıq dramına öz əlavələrimizi edə bələrik.
ŞÜUR – HƏYACANLAR AXINI KİMİ
Berqson belə mühakimə yürüdürdü ki, biz təbii olaraq materializmə meylliyik.
Çünki biz məkan terminləri ilə düşünməyə vərdiş etmişik; biz hamımız həndəsə- çiyik. Amma zaman məkandan daha mühümdür, daha fundamentaldır. Zaman həhatın, bəlkə də bütün reallığın mahiyyətində özünə yer alır. Bizim başa düşməli olduğumuz şey ondan ibarətdir ki, zaman bir yığln, toplumdır, bir artım, inkişafdır, sürəklilikdir. “Sürəklilik keçmişin davamlı tərəqqəsidir və bu tərəqqi gələcəyi həzm edir, irəli getdikcə isə şişir”. Bu o deməkdir ki, keçmiş özünün bütövlüyündə indiyə qədər uzadılmışdır və burada öz aktuallığını və fəallığını qoruyub saxlaya bilir. Sürəklik o deməkdir ki, keçmiş bu vaxta qədər duruş gətirə bilmiş və heç nəyini itirməmişdir. “Biz şübhəsiz ki, öz keçmişimizin yalnız kiçik bir parçası ilə düşünürük, amma bu bizim bütün keçmişimizlədir... Biz bu qaydada xəyala dalırıq arzu edirik və fəaliyyət göstəririk”. Zaman elə bu səbəbdən də yığındır, gələcək heç bir zaman keçmişdəki kimi ola bilməz, çünki yeni yığım hər bir addımda yük- səlir. “Hər bir an yalnız yeni olan bir şeydir... dəyişiklik bizim güman etdiyimizdən daha radikaldır”. Hər şeyin qabaqcadan xəbər verilə bilməsi yalnız mexaniki elmin məqsədidir və eyni zamanda, qeyd olunmalıdır ki, bu bir intellektual yalandır. Ən azı”şüurlu varlıqlar üçün mövcud olmaq – dəyişilmək, dəyişilmək – yetkinləşmək- isə özünü sonsuz olaraq yaratmaq deməkdir”. Əgər bu hər şey üçün doğrudursa,bəs onda necə olsun? Bəlkə də bütün reallıq – zaman və sürəklilikdir, təşəkkül və dəyişilmədir? (2, 433).
Berqsona görə düşünülən zaman ’məkanlaşmış zamandır’ ve gerçək zamanla baglılıgı yoxdur. Bergson fiziki ve gündəlik anlamda düşünülən belə bir zaman
anlayışından gerçək zaman olaraq adlandırdığı sürəyi (le Durée) birbirlərindən fərqli olaraq ayırır.Bu sürəklilik doğrudan yaşanır, başqa sözlə Bergson sürənin (le Durée) yaşanmış zamandan başka bir şey olmadığı inancındadır. Sürəklilik daxili həyatın, yaşantının bir formasıdır.Bergson sürəkliliyin anlaşılması üçün bir melodiyanin qavranmasını örnək olaraq göstərir.Melodiya ardıcıl gələn müsiqi notlardan ibarət olduguna baxmayaraq biz onları bir bütün içində dinləyirik. Yəni hər sonra gələn ton öncəkindən fərqlı olmasına baxmayaraq biz onları ayrı ayrı müsiqi notları olaraq deyil anlamlı bir melodiya olaraq bütünləşdiririk. Bu
.Bergsona görə kecmiş ve gələcək zaman birbirlərindən ayrılamaz. Və keçmiş heç bir zaman tamamən yox olub getməz. Sürə ((le Durée) keçmiş, indiki, ve gələcək zaman arasında ayrılmaz bir birlik qurar. Sürəklilik bu anlamda keçmiş zamanın indiki və gələcək zamanda davam etməsi olaraqda anlaşılabilər. Sürəklilik tanımlamaz olmasına baxmayaraq tamamən insana yabancı deyildir. Ona görə biz bu sürəkliliyi sadecə ve sadecə intuitiv anlayabilir ve qavrayabilərik. İntuitiv düşünmə bu anlamda sadəcə tək sürəklikliyi düşünmə olmayıb eynı zamanda insanın özünün iç dünyasına dönüş anlamındada vacib məqamdır.Sürəklilik eynı
zamanda Bergson metafizikasının təməlidir.
yaşadığımız gerçək sürəklilik sayəsindədir.Əsas problem"zaman" anlayışıdır. O,zaman anlayişının onun çağına dək bütün filosofların, bu məsələ ilə açıqlamalarını təhlil etmişdir.Berqsona görə əski fəlsəfənin anladığı zamanı,məkan kontekstində tətbiqi mümkündür. Belə bir görüş zaman anlayışının daxili
problemini həll etməyə yetməz.
Deyişmə sürəklilikdir, bu baxımdan aramsiz bir irəliləmədir. İrəliləmə isə canlı varlıq ücün vacib məsələdir. Bergson "dəyişmə" anlayışını digər fəlsəfi anlayışlardan ayırır. Ona görə dəyişmə bir vəziyyətdən başqa bir vəziyyətə keçmək deyil, ilk öncə bir yenilik ortaya qoymaq üçün yaradıcı qüvvədir.
Sürəklilik yaradıcı anlamdır. Dəyişmənin başqa bir səbəbidə insan daxilində olan cırpıntıdır.Deyişmənin canlı varlıqlarda bir hadisə olduğu açıqdır. Bütün deyişmələr, bir sürə içinde gerçəkləşir. Sürə içinde gerçəkləşən hadisə yaradıcı bir atılımdır. Sürə bir axışdır, aramsız bir irəliləmədir.
“Şüurun bilavasitə məlumatları” əsərində experimental psixologiyanın nümayəndələrindən fərqlı olaraq Berqson şüurun kəmiyyət xarakteristikasını inkar edir. O, hesab edir ki, kəmiyyət xarakteristikasını gercəyin yalnız oxşar və təkrar elementlərdən ibarət olan sahəsinə aid etmək haqlıdır. Oxşarlıq isə inkişaf üçün vacib olan keyfiyyət dəyişikliklərinin yoxluğuna səbəbdir.Eyni, bir-birinə oxşar elementləri Berqson maddi varlıqda tapır. Materiyanın bu çür anlamı Spenserin nöqteyi nəzəri ilə üst-üstə düşür. Spenserə görə dəyişikliklər məkanda oxşar mad- dələrin bir-biri ilə birləşməsinin və ayrılmasının nəticəsidir. Bu isə maddi dünyaya mexaniki və metafizik nöqteyi nəzərdir. Materiyanın metafizik anlamını düzgün hesab edir. Berqson Spenserin təkamül konsepsiyasını tənqid edir və qeyd edir ki, oxşar elementlərin mexaniki birləşməsi və ayrılması inkişaf hesab edilə bilməz.La- kin onun fikrinə görə maddi dünyada həqiqi inkişaf yoxdur. Mürəkkəb birləşmələr əmələ gəlir və məhv olur.
Dostları ilə paylaş: |