Bu, yenilməz yaradıcı həyatı biz Tanrı adlandırırıq, hər bir fərd və hər bir növ onun üçün təcrübə, bir sınaqdır; Tanrı və Həyat – eynidir. Amma bu Tanrı hər şeyə qadir deyil,- materiya onun fəaliyyətinə məhdudiyyət qoyur və onun ətalətini cətinliklə, addım-addım dəf edir. O hər şeyin bilicisi deyil, amma biliyə və şüura və “nura”, ziyaya tədricən yaxınlaşır. “Tanrı belə bir qaydada anlaşıldığı halda, hazır heç nəyə malik deyildir; o, kəsilməz həyatdır, əməldir, azadlıqdır. Yaradıcı- lıq, belə bir qaydada anlaşıldığı halda hansısa bir mistika deyildir. O zaman ki, biz azad bir şəkildə fəaliyyət göstəririk, biz bunu özümüzdə bilavasitə olaraq hiss edirik”. Əməllərimizi şüurlu olaraq seçirik və öz həyatımızı qururuq. Bizim mübarizəmiz, əzablarımız, iddialarımız və məğlubiyyətlərimiz, olduğumuzdan
yaxşı və daha ğüclü olmaq cəhdimiz – daxilimizdə olan Həyat Axının səsidir,bu həmin həyati təkandır ki, bizi inkişaf etməyə məcbur edir, və bu sərgərdan planeti tükənməz yaradıcılıq meydanına çevirməyə təhrik edir.
Kim bilir ki, həyat özünün qədim düşməni olan materiya üzərində, nəhayət ki, öz böyük qələbəsini çala biləcəkmi, hətta ölüdən yan keçə bilməyi öyrənəcək- mi ? Gəlin, hətta bizim ümidlərimizin özlərinə də açıq gözlə baxaq. Əgər zaman əlverişli olsa bütünşeylər həyata qabildir. Baxın görək, həyat və zəka, sadəcə olaraq, bircə minillik ərzində Avropanın və Amerikanın meşələri ilə nə etmişdir.
Sonra nəzər salın ki, həyatın nailiyyətləri qarşısında sədd çəkmək necə də sərsəri cəhddir. Həyat bütün manevrləri və müqaviməti, ola bilsin ki, hətta ölümün özünü də dəf edir (2, 442).
Tariхi təcrübə sübut еdib ki, cəmiyyətin tехnoloji inkişafı hələ fərdlərin mənəvi yеtkinliyi üçün yеtərli dеyil. Əgər cəmiyyətdə maddi nеmətlərin artması müvafiq mənəvi təkamüllə müşayiət olunmazsa nəticədə bu hətta qorхulu hala çеvrilə bilər
2.2. İNTELLEKT VƏ İNTUİSİYA
Biz həyatin axınını və mahiyyətini təfəkkür və intellekt vasitəsilə deyilsə, bəs nə vasitəsilə, necə tuta bilərik, amma intellekt hamısıdırmı? Gəlin zahiri predmet- lərin refleksləri ilə bağlı təfəkkürü bir an dayandıraq və diqqəti daxili reallığa – özümüzə - yönəldək, bu, bizə bütün başqa şeylərdən daha yaxşı məlumdur: biz nəyi görürük? Materiyanı deyil, ruhu; məkanı deyil, zamanı; pasivliyi deyil, əməli; mexanisizmi deyil, seçimi. Biz bu halda həyatı Zəka durğunluğunda deyil, onun ayrı-ayrı hissələrində deyil, onun zərif və qarşısıalınmaz axınında görürük. Zooloq ölü qurbağanın ayaqlarını tədqiq etdiyi zaman və yaxud mikroskop altında olan tədqiqatlar zamanı düşünür ki, o, həyatı öyrənən bir bioloqdur! Bu, hər hansı mistik proses deyildir, insan ruhunun mümkün olduğu dərəcədə bilavasitə tədqiqi- dir, birbaşa qavrayışdır, sadə və davamlı olan bir baxışdır, intuisiyadır. Spinoza haqlı idi: reflektiv təfəkkür heç bir haqla biliyin yüksək səviyyəsi hesab edilə bil- məz, amma bu, şayiədən şübhəsiz ki, daha yaxşı olsa da, şeyin özünün birbaşa qav-
rayışından kənarda necə də zəifdir! Həqiqi empirizm odur ki, o öz qarşısında ori- jinala mümkün qədər yaxın olma vəzifəsini goya bilsin, həyatın dərinliklərindən gələn səsə qulaq kəsilsin, qəlbin nəbzini duyusun. Birbaşa qavrayış vasitəsilə biz həyat axınını dinləyirik, ruhun varlığını, iştirakını duyuruq. İntellektual sözçülük vasitəsilə isə biz belə bir təsəvvürə gəlib çıxarıq ki, fikir – beyində molekulların bir rəqsidir. Heç şübhə yoxdur ki, həyatın mahiyyətini və həqiqətini intuisiya daha yaxşı seyr edir?
Lakin bu, heç də o demək deyildir ki, təfəkkür Russonun düşündüyü kimi bir xəstəlikdir və ya intellekt elə bir satqın, məkrli, xain bir şeydir ki, hər bir ədəbi və- tandaş ondan üz döndərməlidir. İntellekt özünün normal funksiyasını yerinə yetir- məkdə davam edir, bu funksiya maddi və məkan dünyası ilə bağlidır, həyatın və ruhun maddi aspektləri və ya məkanda ifadəsi ilə bağlıdır; intuisiya isə, ondan fərqli olaraq, həyatın və ruhun zahiri mücəssimələri ilə deyil, onların daxili varlıq- ları, bilavasitə hiss olunması ilə bağlıdır. Mən heç vaxt belə bir fikirdə olmamışamki, intellektin yerinə nə isə başqa bir şey goyulmalıdır və ya instinkt ondan daha yüksəkdə durmalıdır. Mən, sadəcə olaraq, göstərməyə çalışmışam ki, biz riyaziyyat və fizika səltənətini tərk edərək həyata və şüura daxil olduğumuz zaman müəyyən bir həyat hissinə üz tutmalıyıq.
Biz hiss xalis idrakı onun canlı impulsundan, instinktdən ayırmır - baxmayaraq ki, instinkt tamamilə başqa bir şeydir. Biz çalışmayacağıq ki, intelekti intellekt va- sitəsilə təkzib edək. Biz sadəcə, idrakın dilini o zamandan başlayaraq qəbul edirik ki, idrak dilə malikdir. Əgər bizim istifadə etdiyimiz sözlərin özləri simvolizm vasitəsilə psixoloji xarakter daşımirlarsa və onların mənşəyindən doğan əlavə mad- di məna çalarlarına malik deyillərsə, biz idraka kömək edə bilmərik. Latın mənşəli spirit sözünün mənası nəfəs alma, mind sözünün mənası isə measure, yəni ölçü de- məkdir. İngilis dilindəki thinking sözü thing sözünə gedib çıxır; bununla belə, bun- lar elə vasitələrdir ki, ruh özünü onların vasitəsilə ifadə etməlidir. Bizə deyəcəklər ki, biz öz intellektimizin sərhədlərindən kənara çıxmırıq. Belə ki, o, hələ ki, şüur- dur. Hətta introspeksiya və intuisiya da materialist metaforlardır. Və bu etiraz o vaxt qanuni olardı ki, bizim anlayışlı və məntiqi fikirmiz ətrafında qeyri-müəyyən
dumanlılıq qalmış olaydı. Bizim təfəkkürümüzün əsasını elə bu qeyri-müəyyən dumanlılıq təşkil edir və məhz bizim intellekt adlandırdığımız qabilliyət onu aydın fikirlərə çevirir. Bu yenı psixologiya intellektlə müqayisə olunmaz dərəcədə geniş sahələri bizim üçün üzə çıxarır. Şüursuzluğun ən gizli dərinliklərini tədqiq etmək, şüurun zəminində çalışmaq: bu yeni başlayan əsrin ən öncül vəzifəsi olacaqdır.
Mən şübhə etmirəm ki, burada möcüzəvi kəşflər gözlənilir.
A.Berqsona görə ağıl fizika-riyaziyyat elmlərində öz ali formalarına çatmış, ağlabatan və fəhmi idrakdır. Ağıl bütöv dünyanı cismlərə, cismləri elementlərə və i.a. parçalayır, daha sonra isə onlardan dünyanın süni, vahid mənzərəsini yara-
dır. O, ağlın idraki imkanlarını inkar etmir, lakin belə hesab edir ki, dünya və onun hərəkətinin ağıl tərəfindən qavranılması, təxminən, kinematoqrafiyada qavranıldığı kimdir ki, orada həyatın təbii axırı ayrı-ayrı cansız kadrlardan ibarət olan kino-len- tinin hərəkəti vasitəsilə süni axarla əvəz edilir. Ağıl nadir, təkrarsız olanın itirilmə- si hesabına oxşar, təkrarlanmayan, ümumi olanları bərqərar edir. O, eyni proseslə- rin gələcəkdə də baş verə biləcəyini qabaqcadan görmək qabiliyyəti əldə edir.
Lakin ağıl heç də sözün həqiqi mənasında təkamül, yeni dəyişikliyin aramsızlığı- nı dərk etmək üçün yaradılmayıb. Həyati çırpıntı ağıl üçün prinsipcə əlçatmazdır. Onun dərki yalnız intuisiya əsasında mümkündür. Berqsona görə əqli rəğbətin bir növü intuisiya adlanır ki, onun vasitəsilə insan cismin daxilinə nüfuz edir. Məqsəd isə onda yeganə, deməli, həm də ifadə edilə bilməyən olanla qovuşmaqdan ibarət- dir. İntuisiya cismlərin mahiyyətinə nüfuz etmək imkanı verir. Berqson intuisiyanı ruhun təməli, müəyyən mənada həyatın özü kimi seciyyələndirir. Ruhla eyniyyət təşkil edən bu durumu, o, ilkin intuisiya adlandirir.
Qnoseoloji nöqteyi-nəzərdən təkamül ilk prosesdir və həmin proses boyu ilkin intuisiya instinkt və ağıla bölünür. Birinci halda o, özünü dərk edən, ikinci halda isə gerçəkliyin mahiyyətinə nüfuz etmək qabiliyyətindən məhrum olandır. İnsanda intuisiya demək olar ki, tam şəkildə ağıla qurban verilmişdir. Lakin Berqson belə hesab edir ki, bəşəriyyətin ilkin intuisiyanı itirməsi tam şəkildə baş verməmişdir. Onun fikrincə intuisiya insan mənini, azadlığını, taleyini və kainatdakı yerini işıq- landırır. Berqson incəsənət əsərləri yaradanlarda ən parlaq şəkildə təcəssüm olu-
nan estetik qabiliyyəti də intuisiyanın mövcudluğu ilə izah etmək istəyirdi.
O deyirdi ki, fəlsəfənin vəzifəsi səpələnməkdə olan intuisiyalara yiyələnməkdə insana yardımçı olmaqdır. Həyat fəlsəfəsinin ən güclü təsiri ontologiya və qnoseo- logiyada deyil, etikada özünü göstərmiıdir ( 3, 500).
Berqsonun fikrinə görə intellekt və inctinkt bir-birinə əks məqsəd və funksiyaları olan həyatin müxtəlif formalarıdır. İntuisiya instinkt əsasında inkişaf edir.İntuisiya özünü dərk edə bilən,öz predmeti haqqında düşünə bilən instinkdir. İntellekt və in- stinkt biri birinə qarşılıqlı təsir göstərir. Cəmiyyətdə intellekt üstünlük təşkil edir, lakin mükəmməl cəmiyyətdə onlar bir biri ilə harmoniya təşkil edə bilər. İnsanın heyvanlardan fərqi ilk növbədə intuisiya qabiliyyəti və yaradıcılıq bacarığındadır. İnsan kainatda həyatı cırpıntını qavrayan və inkiıaf etdirən ,kainatın mövcüdluğu- nu və tərəqqini təmin edə bilən yeganə varlıqdır.
Berqsona görə intuisiya geyri-məfhumi, bilavasitə görmə, anlama kimi başa dü- şüləndir, burada dərk etmə aktı gercəkliyi doğuran aktla uyğun gəlir.
Fəlsəfə tarixində biliyin qaynağı və gərçəyin qavranması mövzusunda ortaya atılan məsələlər,dəyişik düşünmə qabiliyyətinə bağlanan cərəyanların yaranmasına yol açmışdır. Biliyin duyğularla yaranması irəli sürülmüşdür. Biliyin duygularla değil yalnız düşünme bacarığı ilə əmələ gəldiyini ortaya atan cərəyanlar da idealizm adı altında toplanmışdır.
Bergsonun sürəklilik anlayışından daha öncə riyaziyyatla baglı suallların çözümündə istifadə edilmişdir.
Bergsonun intuitivizmi düşünülən bir problemin çözümünü asan etməyə calışır.
Daha öncəki çağlarda, "intuisiya" ilahi bir anlam, ilahi bir ışıq olaraq başa düşülmüşdür. Avqustin, Akvinalı Foma kimi xristiyan filosoflarına görə, intuisiya gərçəyin qavranmasından önəmliydi. İslam təsəvvüffündə, xüsusilə Yeni- Platonculuqdan qaynaklanan təlimlərdə, gerçəyin qavranması intuisiya ilə mümkün hesab edilirdi.
Gəzalidə də intuisiya Tanrının insana bilik verdiyi bir anlayışdır. Şihabəddin Sührəverdi yə görə intuisiya gerçəkləri qavramaq üçün bir duyğudur. Buna nail
olmaq üçün, insanın bütün könlüylə Tanrıya, üstün gərçəyə yönəlməsi, bütün keçici əyiləmlərdən, kədərlərdən sıyrılması, içində Tanrıdan başqa bir varlıq olmaması gərəkdir. Yeniplatonculuqdan təsirlənən təriqətlərdə intuisiya Tanrıya baglanmanın, özündə Tanrıyı görmənin tək yoludur. Onlara görə intuisiya , qavrayış gücünün bütün imkanlarını aşar, ən qısa zaman içində ən vacib gərçəyi qavrayır.
İntuitivizm, fəlsəfi bir qavram olaraq intuisiyanı ağıl, zehin qarşısında üstün hesab edən fəlsəfi cərəyandır. Anri Bergson intuitivizmin nümayəndəsidir.
İntuitivizmə görə biliyin, xüsusilə fəlsəfi biliyin qaynağı və təməli intuisiyadır. Fəlsəfi anlamda intuisiya, açılma, doğrudan doğruya kəşfedilmə və birdən birə qavranılma anlamında istifadə edilir. Buna görə, varlıqları bizə olduqları kimi verən bilik, intuisiyadır. Bergsonda bu qavram daha da özəl bir anlamda zehindən daha mütəşəkkil sayılmıştır. Bergson tərəfindən, intuisiya dəyərləndirilir ve bu qavram fəlsəfənin mərkəzinə oturdulur.
Gerçəklik intuisiya ilə bir tam olaraq qavranır, ağıla dayanan bilik isə əsla tam və yetərli deyil düşüncəsi bu fəlsəfələrin ana tezisidir. Beləliklə həm rasionalizmə həm də materializmə qarşı çıxış edilmişdir. İntuisiya bir bütünü bir baxışda doğrudan qavrama,sezib kəşfetmədir. İntuitivist filosoflara görə,rasional bilik gerçəyi anlamaq ügün yetərsizdir. İntuisiyaya önəm verən mütəfəkkirlər, rasional biliyinin uyğulama üçün önəm daşıdığını qəbul edər.
Bu anlayış orta əsrlərdə böyük İslam filosofu Gəzalinin fəlsəfəsində geniş işlədilmişdir ayrıca 19-cu əsrdə Hegel rasyonalizminə qarşı olaraq Bergsonun fəlsəfəsində ortaya çıxmışdır.
Gəzaliyə göre insan bilik əldə etmək yolunda duygulardan da agıldan da yararlanabilər fəqət bunlar insana gərçək varlığın mahiyyətini verə bilməz.Gerçək və tam bilik,intuisiya yolu ilə əldə edilir.Bu bilik insanın könlünə mənəvi bir algı olarak enər.
Gəzali yə görə insanda iki göz vardır.Birincisi fiziki göz yada agıldır.İnsan bununla maddi dünyaya yönəlir ve bir cox bilik əldə edir.Bu göz elm və fəlsəfəni quran ağıl gözüdür (ağıldır) insan üçün yetərli deyildir.
İkincisi isə qəlb gözüdür.Qəlb gözü mənəvi olduğu üçün insan qəlbin mənəvi intuisiyası ilə gerçəkləri bütün açıklığıyla qavrar.Var olan hər şey intuisiya yoluyla bütün açıqlığıyla aynadaki kimi görünür.İnsanın qəlb gözünün yararlı olması üçün onun təmizlənməsi yəni arzularının basqısından azad olunması gərəkdir.
Anri Bergsona görə gərçəklik həyatdır,sürəklilikdir.Bunu sadəcə intuisiya qavrayabilər.Hər şey dəyişdiyi üçün gələcək keçmişin eynı ola bilməz. Gerçəklik- dəki yaradıcı təkamülü yalnızca intuisiya anlaya bilər.
Bergson beləliklə materyalizm ve rasyonalizmə qarşı çıxar. Bergsona görə dərk etmənin iki yolu vardır:intellektual-məkan qavramını təməl götürən.
Gerçəkliyin statik olduğu düşünülür.O varlığı parçalara ayıraraq(analiz) bölüm bölüm incələdikləri üçün varlığın özünə nüfuz etmir.
Varlığın özünə nüfuz edən intuisiya zamanı,sürəkliliyi vacib hesab edir.İntuisiya dilə getirilməz ancaq yaşanır.Bir nota başka bir nota içində yox olurkən biz musiqinin axışına özümüzü buraxırıq. Beləcə sürəklilik,zaman, dinamik olaraq statik olan məkanın üstünə çıxmışdır.
Zəka sadəcə maddi aləmdə keçərlidir.Hərəkətli olanı dayandıraraq bölümlərə ayırıb incəliyir. Hərəkətli olan gerçəyi tanımaq üçün başqa bir dərk etmə növünə ehtiyaç vardır.
Fransız idealisti Anri Bergson bergsonculuk adıyla da anılır. Bergsona görə gerçəyi doğrudan doğruya qavradacak intuisiyadan başka heçbir yol yoxdur. Yaşam axıb getməkdədir. Bu bölümsüz və daimi axışa Bergson sürəklilik demişdir.
Bu sürəkliliyi anlamaq ücün onunla birlikdə yaşamaq, onun içinde olmaq ve onunla birlikdə axmaq gərəkdir cünkü bunu intellekt gerçəkləşdirə bilmir. Çünkü o kinematografik olaraq çalışır.
Bir film, ard arda düzülmüş durgun ve bölümsəl resimlərdən ibarətdir. Filmin axışını dayandıraraq bu rəsimleri tək tək incəliyərlər ve bir cox bilik əldə edirlər. Axışı heç bir zaman qavraya bilməzlər. Demek ki intellekt, sadəcə durgun ve bölünəbilən üstünde bilik əldə edə bilər. Zamanı bölən, parçalayan, onu aylara ve illərə ayıran intellekdir.
"Gerçək sürə, daima zaman adı verilmiş olan şeydir". Bunu qavrayabilecək olansa sadəce intuisiyadır. Berqsona görə intuisiya ilə yaşamın bütün sırlərını çözərdik". Yaşam axışını sadəcə o qavrayabilir.
Bergsonun intuitivizmində sahib olduğu şeylə bir olmaq üçün onun içinə taşınılmayı tələb edən intelektueal simpatiya intuisiya adlandırılır.
Zəka cansız maddəyə, intuisiya yaşama yönəlmişdir. İntuisiyanin bizi götürdüğü yer yaşamın tam içidir. Amma, saf zəkaya ayrılan biliyin əksikliyi durumunda, intuisiya bizə, zəkanın verdiklərinin əksik olduğu şeyləri qavradabilir . Berqsona görə intellektə “sığınmaq” (19. əsrin pozitivizmi belə idi) “Ümüd ve cəsarətini itirən yorgun beyinlərin” işiydi. Bergson, agıl yerinə intuisiyanı ön plâna çıxardı. Diqqətləri ruhçuluğa çəkərək metafizikanı güçləndirməyə çalışdı ve materializmə qarşı çıxdı. Bergson intuisiyanı zəkadan ve agıldan ayrı bir bilmə gücü olaraq doğrudan doğruya ve bütün halində əşyayı ve özünü bilebiləcəyimizi irəli sürdü. Zəka əşyanı bölərək ve ayıraraq incələyib qavrayabildiyi halda intuisiya doğrudan şuurdan çıxaraq ilahi sevgiyə bənzər bir ilham kimi əşyanın mahiyətini bilirdi. Bu bilik, hadisələr ve ruh üzərində özgə bir baxış kimi qalmayıb, insanın ən dərin tərəfını dəyişdirirdi. . Həqiqət agılla değil,intuisiya ilə qavranabilir. Agıl fenomenlərlə, yəni gerçəyin xarici görünüşleriylə ugraşabilir; görüntülərin gerisindəki reallıq,ancaq intuisiya ilə qavranabilir.
Elm ve metafizikada böyük icadların çoxunun intuisiyadan yarandıgını irəli sürdü. Bergsona görə elm ancaq dinamik bir təcrübə olan hərəkəti simvollaşdıra bilər, izah edə bilməz. Fəqət mekanda nöqtə deyə bir şey yoxdur. Çünkü muəyyən sonlu bir şeydir. Mekan ise sonsuza qədər bölünəbilər. Bergson yazırdı ki heç kimsə bir fikrin əzəmətini ölçə bilməz . Bergson əsərləriyle əski və yeni dünyanın ufuqlərındə fırtınalar yaratdı Bergson, ömrünü materyalizmlə pozitivizm ve komünizmle mübarizəyə sərf etdi . Hərşeyi aglın hökmü altında görənlərə, rasionalistlərə cavap verdi. Ona etiraz bu idi ki,sən həç şübhəsiz ağlı yıxtın, fəkət yenə ağılın gücü ilə bunu etdin! metodun , yenə ağlın rəhbərliyini göstərir. Yeni ağlın yıxılışındakı payı yeni ağıla istinad edilərək ağıl yenə taxtına oturtulmaq istəndi. O zaman Bergson, onlara bu tarixî cavabı verərək söyləmişdi ki, əgər mən
ağılı ağılla yıxdımsa, demək ki ağlın son dayanacagı intihardır .
Berqson fəlsəfəsinə görə, ümumilikdə həyat özünün bioloji əsasında – ,irrasionaldır.İntellektin metodları ilə onun anlanılmasi mümkün deyil.Berqson təlimində intellektlə praktiki baxımdan əhəmiyyətli olanı dərk etmək mümkün olur, lakin dərin mahiyyəti, anlamaq ücün imkansız olduğu qeyd edilir. Fransız filosofu intellektual və intuitiv dərk etmənin konfliktini göstərməyə calışmışdır ( 10, 220) . Berqson inkişaf axindır ideyasını irəli sürmüşdür. “Həyat cırpıntı” bu axının əsas səbəbidir. Hər bir gözlənilməyən yenilk kecmişin təsiri nəticəsədir. İntellekti tənqid etmək ücün intuisiya təliminin inkişafı xüsüsi məqamdır. Dərin həqiqətləri intellekt deyil, məhz intuisiya dərk edə bilir.
İntellektin və intellektual metodların tənqidində Berqson empirik psixologiya və biologiyaya əsaslanır. Dərk etmənin ideal növü, fəlsəfi dərk etmə - intuisiyadır, ilk növbədə o, praktiki maraqla baglı deyildir, realliğın adekvat dərk edilməsi yalnız bu zaman mümkündür. İntellekt isə və ona əsaslanan elm təcrübə ilə ,onun
maraq və məqsədləri ilə sıx bağlıdır. İntellektin bütün əsas funksiyaları təcrübədən yaranmasıdır: təsəvvür, yaddaş, anlayışlar. Təcrübədən elmin məqsəd və problemləri əmələ gəlir. Berqsonun qnoseoloji analizi, elmin və onun əsasını təşkil edən intellektin təcrübə ilə sıx və prinsipial baxımdan bağlı olduğunu sübüt etməkdən ibarətdir.İntellekt daimi təcrübə ilə bağlı olduğu ücün təcrübədən
kənar olanı anlamaq iqtidarında deyil. İntellektual bilik intuitiv biliyə əksdir ( 10, 222).
İntellektə əsaslanan elm bilavasitə təcrübənin maraqlarını nəzərə alır. Elmi bilik, intellektual bilik reallığı əks etmir.Elmin predmeti – reallığın özü deyil, bizim ona qarşı olan praktiki münasibətimizdir, ilk növbədə bizim fəaliyyətimizdir. İntellekt bizim hərəkətlərimizin təşkil edilməsi və hazırlanması bacarığıdır.Biz biliyi hər hansı bir maragımız səbəbindən əldə edirik”. Elmi bilik təcrübəyə qulluq etdiyi ücün birtərəflidir. Təcrübə ücün vacib olanı görür, intellekt secim edir. Berqsonun fikrinə görə intellekt təcrübəyə bağlıdır. Berqsonun fikrincə intellekt əşyanın mahiyyəti deyil. əşyalar arasında olan münasibəti aydınlaşdırır. Elmi idrakın predmeti yalnız münasibətlərdir. İntellektual bilik formal xarakter daşıyır. Bu
baxımdan məhdud ,relyativ, qeyri-adekvat bilikdir. Lakin müəyyən dərəcədə əşyanın obyektiv təbiətini əks etdirir.
Berqson fəlsəfəsinin əsas tendensiyası – elmin, intellektin prinsipial tənqidir.
Təcrübə hərəkətlərimizin məqsədyönlü təşkilini öyrədir. İntellektin geyri- adekvatlığı hər hansı bir hərəkətin, inkişafın dərki edilməsi zamanı daha aydın olur. İntellktual bilik nisbi və simvolikdir. Elm intellektə əsaslanır.Ən intellektual bilik nisbi olduğu ücün,elm inəzəriyyələridə nisbi xarakter daşıyır. Elmi bilik təcrübə maraqlarından asılıdır. Biliyi bizim özümüzün iqtidarında olandan almaq mümkündür. Bizim ixtiyarımızda isə- bizim ruhumuzdur, ona görə də biz öz ruhumuzu, özümüzü dərk edə bilərik, təbiəti isə dərk etmək cətindir. İntellekt və intuisiya biliyin iki ardicil mərhələləri deyil aşagı və yüksək, paralel inkişaf edən bilik növüddur. Onlar biri birindən qarşılıqlı asılıdır və biri birini tamamlayırlar.
İkisinində mənbəyi – təcrübədir. Şüur intellekt və intuisiyaya bölünmüşdür ( 10, 243 ).
Praktiki əhəmiyyətini nəzərə almadan gercəkliyi yalnız intuisiya anlaya bilər.
İntuitiv bilik nisbi deyil, absolyut xarakter daşyır. O, əşyanın mahiyyətini aydınlaşdırır, ona görə də fəlsəfə intuitiv fəlsəfə olmalıdır. İntuitiv qavrayış möhkəm iradə gücü tələb edir. İntuitiv dərk etmə, Berqsonun fikrinə görə incəsənətdə reallaşır. Adi və elmi bilik praktiki cəhətdən əhəmiyyətlidir, deməli intuisiya ilə deyil intellktlə əldə edilən bilikdir.
Müxtəlif dövrlərdə adı insanların görə bilmədiklərini, incəsənət adamları daha yaxşı duyub, görüb və onlara catdırmışdır. Berqsona görə diqərlərindən fərqlı olaraq,rəssamların praktiki həyatla bağlılığı daha zəifdir. Onlar sadəcə zövq almaq üçün yaradır.
Bəzi tədqiqatcılar hesab edir ki,Berqsonun intuisiya təliminin əsas məqsədi abso- lyut həqiqət ideyasıdır,aqnostisizm,relyativizm,praqmatizm cərəyanların tənqididir.
Berqson əsasən intellekti tənqid edir, onun praqmatik funksiyasını xarakterizə edir. Berqson fəlsəfəsinin daha cox praqmatizmə güclü təsiri olmuşdur. Bertran Rasselin fikrinə görə, Berqson fəlsəfəsini xoşbəxtlik - praktiki nəticədir hesab edən təlimlərə aid etmək olar. Berqson üçün intuisiyanın məqsədləri qeyri – praktikidir
və metodları qeyri intellektualdır.
Berqsonun fikrinə görə intuitiv qavranılan gercəklik, bizim yaşadıgımız ger- cəklikdir. İntellektin görə bilmədiyini, intuitiv dərk edirik. İntellekt yaxud intuisiya gözü ilə baxdığımız reallıq eyni reallıqdır. Berqson hesab edir ki, məntiqə əsasla- naraq intellekt reallığı dərk etməyə calışır. Həmin reallığın intuisiya ilə dərk edil- məsi vacibdir. İntellektual biliyin və intuisiyanın obyekti eynidir. İntellektin qüsür- ları məntiq sahəsində daha aşkar görünür. Məntiq elminin predmeti - intel- lektdir, onun forma və anlayışlarıdır. Bu anlayışlar, sanki məkanda olan əşyalardır. Birlikdə simvol kimi cıxış edirlər və intellekt sayəsində dərk edilirlər.
Məntiq reallığı adekvat əks etdirmir. Özünün forma və sxemlərinə heyatı, dəyi- şikliyi, yaradıcılığı, inkişafı daxil edə bilmir. Məntiq düşüncə formalarının real su- bordinasiyasını müəyyən etməyi bacarmır. Eyni zamanda Berqson əşyanın həqiqi mahiyyətinin dərk edilməsini mümkünsüz hesab etmir.
İntellekt həyatda baş verən real prosesləri geyri – adekvat əks etdirir. İnsan re- allığı dərk etmək üçün praktiki nöqteyi nəzərdən cıxış etməməlidir.O zaman çisim- lər arasında münasibəti deyil, onların mahiyyətini dərk etmək mümkündür. Bu çür dərk etmə məntiqi anlayışlar vasitəsilə deyil, intuitiv yolla baş verə bilir.
Dostları ilə paylaş: |